\"Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək\"
Oxunub: 3259
29 May 2020 | 14:43
\
Moderator.az saytının müsahibi şair İlham Qəhrəmandır. 

- "Dərd gələndə batmanla gələr, çıxanda misqalla" misalı özünü doğruldur deyəsən...

- O baxır dərdə. Bizim dərdimiz batmanla necə gəlibsə, eləcə öz dərd yerində, dərd evində durur. Məsəl var deyərlər, yurdundan sürülən qəbir evinəcən ağlar. Axı bu dərd misqalla necə çıxar ki, dərd sənin xatirələrindi, körpəliyindi, məktəb yollarındı, doğmalarındı, müəllimlərindi, kəndindi, buyruğuna baxdığın ağsaqqallardı, çapdığın atlardı,  bir sözlə, bu dərd sənin özünsən. Üstə gəl, şahidi olduğun xəyanətdi. Burda xatırlandıqca, dərdin tüstüsü başından çıxır, amma misqal əskilməsi olmur. Bu dərd köhnəlmək bilməz, təzə-tər bizimlə qəbrə gedər. 

- Koronavirus pandemiyasının dünyanın başına nə oyunlar açdığını görürük. Şair İlham Qəhrəmandan ötrü karantin daha çox darıxdırıcı idi, yoxsa qorxulu?

- Məncə, yoluxucu olandan qorunmaq üçün hamıda instinkt var. Mötəbər təşkilatlar, vətəndaşı olduğun ölkə, onun rəhbərləri sənə virusa qarşı ehtiyatlı olmağı tövsiyə etdiyi halda, sosial şəbəkələr, müxtəlif saytlar əksinə - şübhə dolu məlumatlar yayırlar. Düzü, adam kəc qalır. Axı bu boyda zarafat olmaz. Mən ilk vaxtlar çox ciddi yanaşdım, evdə qapıların tutacağına, cəftəsinə qədər tez-tez dezinfeksiya edirdim. Limon, darçın, perikis, maska, spirt və s. hər şeydən istifadə edirdim. Nəvəmi bizə gətirməyi uşaqlara qadağan etdim. Heç kəsə qonaq getmədim. Bir dəfə atamı görməyə getdim, o da əllə salamlaşmadım. Sadaladıqlarımda, məncə, həm qorxu, həm də darıxmaq payı var. Milli dəllallarımız burda da xalqın qara günündən yararlanmağa çalışdılar. Maskanın və spirtin qiyməti ceyranın belinə qalxdı. O da tapılsa... Biz bir xalq olaraq həmrəylik baxımından geridəyik. Aptekdə işləyən bilməlidir ki, süni bahalanmadan tutaq ki, qoruyucu vasitə ala bilməyən şəxs onun bir doğmasının tanışı ola bilər. Bu adi, kiçik görünən misalda bizim böyük faciəmiz var. 

- Artıq koronavirus dövrünün poeziyası da yaranır, görən bayatısı da olacaq?

- Mən bu dövrdə xeyli şeir yazdım. Dövrün özünə isə konkret “Üzrümüz yoxdu” adlı yığcam bir şeir nazil oldu. Həmin şeiri, dostlar sağ olsunlar, saytlarda çap etdilər. Bayatıları haqqında isə bir qədər sonra nənələrimizdən eşidəcəyik. Dərdin bayatısını nənələrimiz daha yaxşı çağırır. Mən burda birin çağıra bilərəm:

Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.

- Ötən əsrin yetmişinci illərindən Bakıdasan, amma şəhər adamına oxşamırsan...

- Hər kəsin cəmiyyətdə bir fakturası var. İnsan fakturasıyla tanınır. Yəqin bu mənim fakturamdan - görünüşümlə davranışımın bir-birini bağlamasından irəli gəlir. Mən daha çox özümü xatirələrdən qalma adam hesab edirəm. Özüm kimi adamları da tanıyıram. Elə adamların yanında olanda darıxmıram.   

- Barəndə söz düşəndə dostlarımızın birinə söyləmişdim ki, İlham Qəhrəman şifahi xalq ədəbiyyatının inkişafı üçün gəlirsiz kapital qoyub. Mindən çox bayatı toplayıb "Gül dəftəri" bağlamısan. Bu işə nə vaxtdan, haradan və necə başlamalı oldun?

- “Gül dəftəri” Sarı Aşığın tərtib etdiyim kitabının adıdı. Görkəmli ədəbiyyat xadimi Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabında “Aşıq Abdulla” adlı məqalə var. “Gül dəftəri”nin araya-ərsəyə gəlməsində həmin məqalə bələdçi kimi məni izə saldı. Məqalədəki bayatı nümunələrini oxuyanda heyrətə gəldim. Salman Mümtazın toplayıb 1935-ci ildə çap etdirdiyi “Sarı Aşıq və boyatıları” kitabını Milli Kitabxanamızdan əldə edib surətini çıxartdım. Bu sırf oxucu marağından irəli gəlirdi – yəni oxumaq və kitabxanamda saxlamaq. Kitabı oxuyanda gördüm ki, cinas ustadının bayatılarının cinasları səhv qurulub. Yəni cinasın hər misrada yeni məna vermək tələbi pozulub. Beləliklə, başladım cinasları düzgün tərtib etməklə kompüterə yığmağa. Bu iş 14 il ərzində davam etdi. Aşığın Bəhlul Behcət və Güney Azərbaycanda “Əxtər” nəşriyyatı tərəfindən buraxılan kitablardakı bayatılarını da üstə gəldim. Eyni zamanda “Əyandı qərəz” adlı şeirini də ilk dəfə mənbələrdən tapıb kitaba saldım. “Gül dəftəri” artıq iki dəfə çap olunub. Mənə görə, bu kitabın bir adı da böyüklər üçün ana dili kitabıdır. “Niyə”sini isə kitabı oxuyanlar bilər. Atalarımızın belə bir hikmətli sözü var – işi könül görər. Sənin sözünün qüvvəti - mənim istər Laçın folklorunun toplanmasında, istərsə də Sarı Aşıq və Aşıq Alının irslərinin toplanıb tərtib edilməsində gördüyüm işlər könül işidir.

- Sarı Aşığı bayatı janrının ən böyük ustadı kimi qəbul etmək olarmı? 

- Belə bir hökmü nə sən, nə də mən vermirik. Aşığın bayatılarını oxuyan oxucu belə qərara gəlir. Sarı Aşığın bayatıları haqqında dediyim bir fikri burda xatırlatsam yerinə düşər – bu bayatılar spirt lampasından alınan alov kimi təmizdi. Dörd misra, yeddi hecanın verdiyi imkan daxilində heyrət yaratmaq ancaq o kişiyə müyəssər olub.

- Laçın yada düşəndə bayatı çəkirlər. Sarı Aşığın ən çox xatırladığın bayatısı hansıdır?

- Laçında bayatı çağıran xanımlar çox olub. Bu bayatıları oxuyanda görürsən ki, çağıran xanımların çoxu şair namında olublar. Ha özündən deyən şair ola, o bayatıları yaza bilməz. Amma nənələrimiz o bayatıları başlarına gələn hadisəyə uyğun, məqamında sinədən çağırıblar. 

Kəkülün topar-topar,
Yel vurar ürək qopar,
Heyvan məndən yaxşıdı,
Mələr balasın tapar.

Misal kimi çəkilən bu bayatı mətndən göründüyü kimi övladı ölən ana tərəfindən çağrılıb. Bayatının siqləti adamı dərhal qəmə bürüyür, yasa batırır. Sarı Aşıqdan əzbərimdə çox bayatı var, hamısı da bir-birindən gözəl. Misal üçün, bu bayatısı maraqlıdı:

Aşıq deyər nədən dad,
Mürğ ağzında nə dən dad.
Şütür öz barın çəkər,
Zəng eyləyər nədən dad?!

Aşığın bayatıya yüklədiyi heyrət burda özünü göstərir. Bayatının məzmunu budur – yük, ağırlıq dəvənin belindədi, amma, zınqırov özünü öldürür.

- Poeziyanın hazırkı durumu necədir, istedadlılar aralıqdakı söz qoşanları ötüb keçibmi?

- Belə bir deyim var – 
Çoxları aşıqlıq həvəsindədi,
Xəbəri yoxdu dərdi-sərindən.

Bu gün şeir yazan çoxdu, sən demiş, söz qoşanlar da var, şükür, istedadlar da. Söz qoşanlar ikincilərdən say etibarıyla çoxdular. Bu bütün dövrlərdə belə olubdu. Söz qoşanlar, belə demək mümkünsə, papağı günə yandıranlardı. Hərçənd onların bəzilərinin güclü havadarları olur və onlar ədəbiyyat üçün ayrılan büdcədən istedadlılardan daha çox bəhrələnirlər. Mən 3 ildi Mədəniyyət Nazirliyinə ərizə ilə gah Sarı Aşığın “Gül dəftəri”, gah “Laçın lətifələri”, gah Aşıq Alının “Nə qaldı”  kitablarına görə müraciət edirəm, amma bu günə qədər o kitablardan 1 nüsxə də alınmayıb. Amma nə qədər həmin söz qoşanların dəyərsiz kitablarına görə dövlətin ətək-ətək pulları xərclənib. Yəni bu mənada söz qoşanların istedadları ötüb keçməsini demək olar. Amma söz xiridarları, tükü tükdən seçən oxucular kimin kim olduğunu yaxşı bilirlər. Hər bir söz adamı yazdığı mətnlərdə özünü ələ verir. 

- Yazı prosesi haqqında fikrin maraqlı olar...

- Bu haqda həm müsahibələrimdə, həm də ədəbi düşüncələrimdə fikirlərimi bölüşmüşəm. Gərək sən mövzuya tutulasan. Bundan sonra onun havasına köklənirsən, ritmini tapırsan, yetişib gəlməsini gözləyirsən. Quşların kürt düşmə dövründə bədən hərarəti adi dövrdəkindən yüksək olur. Yazı prosesi ona bənzəyir. Söhbət əsl qələm adamlarından gedir. Söz qoşanlar belə hisslərdən baş çıxarmazlar.

- Umud oğlu İlham Qəhrəman hələ ümidini itirməyib ki?..

- Ölkədə yaradıcı adamlar daha çox meyarların itməsindən əziyyət çəkirlər. Əgər biz bu gün əziyyət çəkiriksə, demək, kimlərsə buna görə baiskar kimi tarixə düşür. Meyarların itməsi, ayrı-seçkilik dövlət və dövlətçilik üçün ən qorxulu, yaramaz əməllərdir. Ən pisi isə bunun başında ziyalı və vəzifə başında olan adlı-sanlı şəxslərin durmasıdır. Bu gün yaradıcı qurumların bəzisini təftiş etsən bir Allah bilir ki, gün işığına nələr çıxar?! Amma ölkədə aparılan islahatlar ümidimizi üzülməyə qoymur.

- 28 ildir səs-soraq yoxdur... Laçın əsirdir, itkindir, yoxsa şəhid?

- Laçın boynundan könülsüz xaç asılan müsəlmandır. Eləcə də digər itirilən torpaqlarımız. Laçının işğal zamanı Laçından çıxan sonuncu laçınlı ölənəcən ömrü var. Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək. Azərbaycan onda ölmüş balasının vayına çökəcək. Laçınlılar Laçının verilməsinin rəsmiləşdirilməsini istəmədiyi kimi, Laçın da onu xatırlayan laçınlıların mümkün qədər gec ölməsini arzulayır. Bəlkə də bizi ölməyə qoymayan Laçının düşmənə qalmamaq arzusudur. Amma Laçının taleyi üçün barmaq barmağa vurulmur. O barmaqlar silah tətiyində gözləyir. Laçın çiynimizdə özü boyda töhmətdir. Bu töhmətlə ölməkdən ağır heç nə yoxdur.   

- İstedadlı, imzası seçilən bir şair kimi gözəl müşahidə qabiliyyətin, el-oba dilinə bələdliyin, xalq folkloru haqqında geniş bilgin, şirin yumorun, üstəlik də gördüyün-eşitdiyin xeyli maraqlı, dramatik, tarixi və mifoloji hekayətlərin var. Əlində də xeyli material. İri həcmli nəsr əsəri yazmaqdan ötrü böyük sursatın var. Hekayələr, yaxud da roman gözləyək, ya yox?

- Düzünü deyim ki, özümdə elə bir daxili ehtiyac hiss etməmişəm. Mənim nəsrim tərtib etdiyim kitablara yazdığım ön sözlərdi, esselərdi, qələmə aldığım Laçın lətifələridi. Qoy mən də Azərbaycanın nəsrsiz şairi kimi xatırlanım. Mən hisslərimi daha çox yüyrək dildə verməyə meyilliyəm. Yəni məni daha çox şeirin eşqi tərpədir. Başqa eşqə düşsəm dəyərli oxucular xəbər tutacaq.

- Tərcüməçi kimi haykular çevirmisən. Yapon poeziyasında haykularla bayatıların ruhi bir oxşarlığı varmı?

- Haykular da bayatılar kimi lakonik və yığcamdır. Bildiyimiz kimi bayatılarda fikir 4 misra, 28 hecaya sığışır, haykuda isə şairin meydanı daha dardı, şair fikrini 3 misra, 17 hecada verməlidir. Bu yapon heroqliflərindən düzələn şeir növüdür. Hayku həmişə indiki zamanda yazılır. Çünki müəllif yazdığı şeirdə indi gördüyünün və eşitdiyinin təəssüratını sözlə ifadə edir. Bayatı yazan isə belə bir məhdudiyyətlə qarşılaşmır. Hayku yazmaq sənəti üç misrada anın təsvirini vermək bacarığıdır. Əsas prinsip az söz işlətməklə çox məna verməkdir. Burda tələb bayatı ilə üst-üstə düşür deyə bilərik. 

Tiyödən bir misal gətirim:

Daha heç kim pəncərədəki
Kağızda deşik açmır.
Amma ev bumbuzdu!

Bu hayku ölən uşaq haqqındadır. Elegiya da demək olar. Fikir dolayısıyla və dəqiq verilib.

- Bir şeirində deyirsən: 
Sevgi gizlənmək bilməz,
İçini sərər günəşə.
Sevgi doyumluq deyil,
Aclıq çəkməkdi həmişə.

...Qovuşanda da həmin aclıq ötüb keçmir?

- İnsanın sevgiyə olan möhtaclığı balığın suya olan möhtaclığı kimidi. Bu həm sevilmək, həm də sevmək anlamındadır. Yar yarım deməkdir fəlsəfəsi budur. Burda ikidən birin çıxanda yerdə bir yox, yarım qalır. Yəni bütöv üçün sevən həm də sevilməlidir. Sevginin qarşılıqlı olması bunu ehtiva edir. Bütöv ikidir, tək yarımdır. Yarım həmişə yarısına möhtacdır. Sevgili səndən uzaqda da ola bilər, yaxında da. Sevgi üçün aclıq isə həmişə var. Aclıq elə sevginin özüdür.    

- Yeni kitabının xoş xəbərinə qədər... 

- Təşəkkür edirəm. Kiçik həcmli, lakonik şeirlərdən ibarət bir kitab var xəyalımda. Döş cibə yerləşən olmalıdır. Təxminimə görə, o kitab üçün 100-ə yaxın şeirim var. 

Söhbətləşdi: Oqtay Qorçu


Oxşar xəbərlər
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO