Daha öncə xəbər verildiyi kimi 26 may 2020-cil il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) və "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin təşkilatçılıqları ilə "Təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyəti" mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda
tarix üzrə fəlsəfə doktoru, dosent, Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanının
ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli, "Tariximizə Sahib
Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz
Şamilov, tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri
doktoru, professor Xəqani Məmmədov, tarix elmləri doktoru, professor Fazil Baxşəliyev,
tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə
doktoru, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz,
tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru,
dosent Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli, fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, tarix üzrə fəlsəfə doktoru, dosent
Kərəm Hətəmoğlu, tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənov və tarixçi alim Ramin
Əlizadə iştirak və çıxış etmişlər.
Konfrans
iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul olunmuşdur.
Müraciətin
mətni aşağıdaki kimidir:
"BÜTÖV
AZƏRBAYCAN OCAQLARI VƏ "TARİXİMİZƏ SAHİB ÇIXAQ" TARİXI ARAŞDIRMALAR
VƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİNİN TƏŞKİLATÇILIQLARI İLƏ KEÇİRİLƏN “TƏHSİLDƏ
AZƏRBAYCAN TARİXİNİN TƏDRİSİ VƏZİYYƏTİ” MÖVZUSUNDA ONLAYN KONFRANS
İŞTİRAKÇILARININ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÜRACİƏTİ
Cənab
Prezident!
Biz,
konfrans iştirakçıları Vətən tarixinin tədrisi məsələləri ilə bağlı yaradılan
ciddi problemlərlə əlaqədar olaraq Sizə müraciət etməyi qərara aldıq. Belə ki,
Azərbaycan Təhsil nazirinin 13. 05. 2020-ci il tarixdə imzaladığı “Bakalavriat
səviyyəsinin (əsas baza) ali tibb təhsilinin) ixtisas üzrə təhsil proqramının çərçivə
sənədinin təsdiqi barədə” universitetlərə göndərdiyi yeni qərarda Vətən
tarixinin qeyri-ixtisas fakültələrində tədrisi saatlarının azaldılması nəzərdə
tutulur. Həm də məlum qərara əsasən, bu fakültələrdə tarixin tədrisi “Azərbaycanın
müasir dövlətçilik tarixi” adı altında 1918-ci ildən bu yana tədris olunmalıdır.
Millətin
taleyində, onun dövlətçiliyə bağlılığında Vətən tarixinin dərindən öyrənilməsi
başlıca şərtdir. Tariximiz bizim üçün həm də dərs olmaqla, ondan nəticə
çıxarmalıyıq. Hesab edirik ki, hazırkı reallıqlar baxımından “Azərbaycan
tarixi” fənni bütün ixtisaslarda ən qədim dövrlərdən başlayaraq tədris
olunmalıdır. “Azərbaycan tarixi” fənni digər fənlərə nisbətən istisnalıq təşkil
etməklə, onun saatlarının azaldılması müzakirə mövzusu ola bilməz. Bu məsələ həm
də ölkəmizin strateji məsələsidir.
Vətən
tarixinə münasibətdə Siz həmişə qətiyyətli mövqe əks etdirmisiniz. Biz Sizin 09
noyabr 2015-ci ildə AMEA-nın 70 illiyinə həsr olunan ümumi yığıncaqda
tariximizlə bağlı dediklərinizi yaxşı xatırlayırıq. Siz Azərbaycanın çox zəngin
tarixə malik olduğunu vurğulamaqla, qeyd etmişiniz ki, tariximizi, onun
reallıqlarını dünya miqyasında daha da dolğun təqdim etməliyik. Daha sonra əlavə
etmişiniz ki, “ilk növbədə bizi tanımalıdırlar, görməlidirlər ki, bizim nə qədər
zəngin tariximiz var. Onu da bilməlidirlər ki, bizə qarşı təxribatlar aparılır.
Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor
imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar”.
Biz,
konfrans iştirakçıları da hesab edirik ki, zəngin tariximiz Azərbaycan tələbələrinə,
məktəblilərinə daha dolğun şəkildə çatdırılmalıdır. Təəssüf ki, ildən-ilə ali məktəblərdə
“Azərbaycan tarixi”nə ayrılan saatlar azalmaqda davam edir. Orta məktəblərdə bu
tarixin ayrı-ayrı dövrləri demək olar ki, çox qısa şəkildə tədris olunur. Biz
ölkəmizdə, o cümlədən tədris sahəsində aparılan yeni islahatları dəstəkləyirik.
Lakin bu yeni islahatlar “Azərbaycan tarixinin” tədrisinin azaldılması hesabina
edilməməlidir. Əksinə, Vətən tarixinə ayrılan saatlar daha da artırılmalı, o
cümlədən qeyri-ixtisas fakültələrində daha geniş şəkildə tədris olunmalıdır. Hər
bir Azərbaycan vətəndaşı öz tarixini normal səviyyədə bilməlidir.
Bu
baxımdan Sizə müraciət edərək, dövlətçiliyimiz üçün həyati əhəmiyyətə malik
olan bu məsələnin həllində bizə yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,
konfrans iştirakçıları:
1.
Dilavər Əzimli - tarix üzrə fəlsəfə doktoru, dosent, Bütöv Azərbaycan Ocaqları
(BAO) Başqanının ideoloji məsələlər üzrə müavini
2. Araz Şamilov - "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və
maarifləndirmə İctimai Birliyinin sədri
3. Zabil Bayramlı - tarix elmləri doktoru, professor
4. Xəqani Məmmədov - tarix elmləri doktoru professor,
5. Fazil Baxşəliyev - tarix elmləri doktoru, professor
6. Firdovsiyyə Əhmədova - tarix üzrə fəlsəfə doktoru, dosent
7. Naibə Əhmədova - tarix üzrə fəlsəfə doktoru, dosent
8. Boran Əziz - tarix üzrə fəlsəfə doktoru, dosent
9. Hacı Həsənov - tarix üzrə fəlsəfə doktoru, dosent
10. Rəsul Hüseynli - tarix üzrə fəlsəfə doktoru, dosent
11. Əzizağa Ələkbərli - tarix üzrə fəlsəfə doktoru, dosent,
12. Faiq Ələkbərli - fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
13. Kərəm Hətəmoğlu - tarix üzrə fəlsəfə doktoru, dosent
14. Ərşad Həsənov - tarix üzrə fəlsəfə doktoru
15. Ramin Əlizadə - tarixçi alim".
BAO
İnformasiya Xidməti.
Bakı,
29 may 2020-ci il.
QEYD:
Sənəd imzaya açıqdır. Müraciətə qoşulanlar Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəsmi
Facebook səhifəsində "Rəy bildir" ("Yorum yap";
"Comment") yerində ad və soyadlarını, titullarını (varsa) yaza bilərlər.
Müraciətə
qoşulanlar:
1. Zəkulla
Bayramlı - filologiya üzrə fəlsəfə doktoru, dosent
2. Anar Qarayev - tələbə
3. Nuralı İsmayılov - tələbə
4. Alı Balayev - tarix üzrə fəlsəfə doktoru, dosent
5. Kamaləddin Ağayev - YAP üzvü, Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının
üzvü, tələbə
6. Cavanşir Beydullayev - tarix üzrə fəlsəfə doktoru, dosent
7. Asiman Əsədsoy - tələbə
8. Eldəniz Abbaslı - pedaqogika üzrə fəlsəfə doktoru