10 pilləlik mənəvi trenajor...
Cəmiyyət
Oxunub: 1055
30 May 2020 | 07:05
10 pilləlik mənəvi trenajor...
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayını artıq geridə qoyduq. Allahdan istəyimiz budur ki, bizlərə bu mübarək ayda qazandığımız halı, tutumu il boyu qoruyub saxlamağı, daha da inkişaf etdirməni nəsib etsin!

 

 Görmədən geri döndü...

Bugünkü bəhsimizdə İslamın tarixində adı keçən çox əziz, dəyərli şəxsiyyətlərdən biri – Uveys Qərani (r.ə) ilə bağlı bir neçə mənəvi tövsiyələrə toxunacağıq. Bu həmin Uveysdir (r.ə) ki, Peyğəmbəri (s) görmək üçün gəlmişdi, amma geri dönməliydi.

O, fəqət anasına söz verdiyinə görə Peyğəmbəri (s) görmədən geri döndü. Yüzlərlə kilometrlik yolu gəldi, amma Peyğəmbər (s) başqa yerdə olduğu üçün, onu görmədi. Söz vermişdi ki, tez qayıdacaq, ona görə geri döndü.

O, Peyğəmbəri (s) çox sevirdi, o Həzrətə (s) eşqi var idi. Amma söz vermişdir deyə, görmədən geri döndü.

Peyğəmbərimiz (s) gəldikdə, Uveysin gəlişini duydu. Bu dərəcədə yüksək mənəviyyata malik insan idi.

 

Onun mənəvi təkamüllə bağlı on pilləlik tövsiyələri var. Bu bəhsimizdə onların bir neçəsinə toxunacağıq. Uveys Qəraninin (r.ə) mənəvi təkamül, yüksəliş üçün, Zəmanə Sahibinin (ə.f) yaxşı müntəziri olmaq üçün, Allah vilayətində olmaq, Allah dostu olmaq üçün on pilləli məsləhəti var. Sanki on mərhələdən ibarət bir mənəvi trenajordur. Əgər insan onları işə salsa, hər şey qaydasında düşər.

 

 

Yeni hikmətlərlə ruhumuzu təravətləndirək

Xüsusilə mübarək Ramazan ayından sonra bu tövsiyələri öz həyatımızda yaşada bilsək, böyük nailiyyətlərə çatarıq. Həzrət Əli (ə) da bu xüsusda buyurur: “Öz canlarınıza yeni hikmətlərlə ruhiyyə verin. Çünki, onlar da bədənlər kimi yorulurlar”.

 

Bizim varlığımızın əsası – kimimiz, mənimiz, ruhumuz, canımızdır. Cismimiz gəlib gedir, fiziki hissələrimiz sıradan çıxır. Qəlblərin həkimi ola Həzrət Əmirəlmöminin (ə) tövsiyə edir ki, canlarınızı, qəlblərinizi yeni hikmətlərlə ruhiyyələndirin, təravətləndirin. İnsanın bədəni, cismi, yorulanda insan tətil istəyir, yenilik istəyir.

Adi bir evdir, bir yaxşı evdar xanım hiss edir ki, müəyyən dəyişikliyə ehtiyac var. Hiss edirsən ki, adi bir stulların yeri dəyişir, vəziyyət düzəlir. Bir də görürsən ki, otaqda mebelin yeri yüngülvari dəyişir, yeni bir vəziyyət yaranır. Bir də görürsən ki, kişi evə bir gül dəstəsi gətirir, evə yeni bir təravət, gözəllik gəlir. İnsan da il boyunca işləyir, ilin sonunda bir qədər tətil, dəyişiklik onun bədənindəki bütün yorğunluğu aradan aparır.

Həzrət Əli (ə) qəlbimizi yeni təravətli mövzularla qidalandırmağı tövsiyə edir. Necə ki, cisim yorulur, ruhun da yorulması var. Bu mənada Uveys Qəraninin (r.ə) buyuruşları da o cəhətdən dəyərləndirilə bilər.

 

Uveys Qərani (r.ə) özü bu yolu qət edib, özü bu eşq yolunu gedib. Ona görə də onun bu xüsusda tövsiyə və məsləhətləri olduqca önəmlidir. Ondan soruşulanlardan və verdiyi cavablarından bu on tövsiyəni toparlayıblar. Biz bu gün onlardan beşinə diqqət edəcəyik, inşəallah.

 

 

Allahla ünsiyyətə can atma

1. Allahla ünsiyyət. Allahla ünsiyyətlə bağlı Uveys Qərani (r.ə) buyurur: “Təəccüb edirəm o insana k, Allahı tanıyır, amma Allahla olmadan qəflət edir”.

Bu, o insandır ki, Allahı tanıyır, bilir ki, Allah var, bilir ki, Allah onu yarıdıb, Rəbbdir, hər an ona varlıq verir, hər an onun qəyyumudur, müşküllərini həll edəndir, bilir ki, Allah əzəlidir, əbədidir, qalan hər şey fanidir – bütün bunlara tanıması olduğu halda, Allahla ünsiyyətə qəflət edir. Uveys Qərani (r.ə) belə bir insana təəccüb edir...

 

Əxlaq ustadları mənəvi təkamülün birinci pilləsi kimi Uveys Qəraninin (r.ə) tövsiyəsi əsasında bunu təqdim edirlər. Deyirlər ki, Allahı tanıyan qəflətdən çıxar və Allahla ünsiyyəti olar.

Bu dünyada hər şey gəlib-gedəndir. Hər birimiz nə vaxtsa bir gün başımızı yerə qoyacağıq, bir biz olacağıq, bir də kəfənimiz olacaq. Biz və əməllərimiz Allah dərgahında dayanacağıq. Bax, onda başa düşəcəyik ki, hansı fürsətləri əldən vermişik, nələri əldə edə bilərdik, amma etməmişik.

 

Biz mütləq anlamalıyıq ki, Allahı tanıyaq şəxs Allahla ünsiyyətdə olar. Bizə heç bir yerdə bu haqda öyrətməyiblər. Dünyaya gələn andan bəri ya insanın cismi məsələləri ilə məşğul olurlar, ya da cisminə faydalı olan mövzularla. Bizə başa salan olmur ki, ruhumuza nə lazımdır...

 

Bu gün bəşərin düşündüyü ən ciddi problemi budur ki, biz özümüzü itirmişik. Çünki, biz, bizi yaradanla ünsiyyətdən qırılmışıq, öz başlanğıcımız və sonumuzla, hər an hüzurunda olduğumuz Rəbblə təmasımız yoxdur. Hətta fərdi işlərdə belə, bu ünsiyyət qırılıb.

Deməli, mühüm birinci məsələ – Allahla ünsiyyətdir. Allahla ünsiyyət çox önəmli mövzudur. Uveys Qərani (r.ə) Allahı tanımağa iddialı olan, amma Rəbbi ilə ünsiyyəti olmayan insana təəccüb edir. Allah bizə lütf etsin ki, Onu tanıyaq və qəflətdən oyanaq, Onunla ünsiyyətimizi bərpa edək.

 

 

Quranla yaşamaq

2. Quranla oturub-durmaq. Bizim yaşayışımız Quranla olmalıdır. Uveys Qərani (r.ə) buyurur: “Heç kim ki, Quranla ünsiyyətdə oldu, bilsin ki, qalxan vaxtı onda nə isə artacaq və ya nə isə azalacaq”.

Nə artacaq və nə azalacaq? Bu barədə bir az sonra.

 

Bizim ruhumuzun, qəlbimizin əsas qidası – Qurandır. Əgər bu günə qədər Quranla təmasımız olmayıbsa, anlayaq ki, böyük bir faciə yaşayırıq. Allahın Kitabı ilə ünsiyyətimizi əmələ gətirə bilməmişiksə, çox aciz bir durumdayıq. Quransız həyatımızın bərəkəti yoxdur.

 

Amma gec deyil, yubanmadan buna başlamalıyıq. Bunsuz mənəvi təkamülümüz mümkün deyil. Bir ayədən başlayaq. Bir neçə gün bir ayə ilə kifayətlənək. Bir gün görəcəyik ki, qəlbimiz daha çoxunu istəyir, yavaş-yavaş artıraq.

 

Çox vaxt bizim qəlblərimiz xəstə olur və bu səbəbdən sağlam qidaları qəbul edə bilmirik. Sağlam qidaların qədrini bilmək üçün, ilk öncə qəlblərimizi sağaltmalıyıq. Necə ki, insan xəstələnəndə dadı duymur, nə qədər də ləzzətli yemək versələr onun iştahası çəkmir –  eləcə də qəlb xəstələnəndə ən mənəvi qidaları da belə, duymur. Bunun üçün ilk öncə qəlbimizi müalicə etməliyik.

 

Quran – qəlbimizin qidasıdır, amma qəlbimiz xəstə olduğundan buna tələbatımız olmur. Necə ki, indiki qidaları fəst-fudlaşdırıblar, elə də bəzən mənəvi qidalar fəst-fud şəkilində olur. İnsan istəyir ki, bir-iki dəqiqə nəsə qəbul etsin, nəyəsə baxsın və ya qulaq assın, bununla da dini məsələləri bitmiş hesab etsin.

 

Vay olsun halımıza ki, din və inancla bağlı aldığımız qidalar da ancaq bizim komfort zonamızın daxilində olsun, bizdə narahatlıq yaratmasın, bizdə sual yaratmasın, bizi silkələməsin, tərpətməsin, hərəkətə gətirməsin. Onda moizənin, minbərin, xütbənin mənası itmiş olar. Bütün bunlar bizi hərəkətə gətirməlidir.

 

Bir insan Quranla təmasda olsa, o ünsiyyətdən qalxmaz məgər ki, onda bir şey artmaya və ya azalmaya. O insanda nə artar? Həmin insanda mənəviyyat, fəzilətlər, ruhiyyə artar. Bəs həmin insanlarda nə azalar? Mənfilik, cılızlıq, eybəcərlik azalar...

 

 

Qəlbin nəsihət qəbulediciliyi

3. Nəsihət qəbul etmək. Niyə görə bəşər öyüd-nəsihət qəbul etməməyə başlayıb? Uveys Qərani (r.ə) buyurur: “Bu qəlblər şəklə qarışıb. Bu səbəbdən onlara öyüd-nəsihət faydalı deyil”.

Şeytanın (lən) işinin əsas adı – qəlbi xəstələndirməkdir. Qəlb qara olsa, şəklərlə dolsa, qaralsa, aram olmasa – orada insanın həvayi-nəfsi dominantlıq etsə, şeytanın (lən) vəsvəsələri orada meydan sulasa, insanın gündəlik məşğuliyyətləri həyatında üstünlük təşkil etsə – onun qəlbi nəsihət qəbul edə bilməz. İnsanın qəlbi bir ömür başqa şeylərlə məşğul olar, qəlbi şəklə dolar. Bu qəlbin qəbulediciliyi olmaz.

Adam var ki, bir kiçik nəsihətlə həyatı dəyişir, özünü düzəldir. Qəlb sağlam olmayanda söz qəbul etməz. Deməli, insanın öyüd-nəsihət qəbul etməsi üçün qəlbi sağlam olmalıdır.

 

 

Qəlbimizdən muğayat olaq

4. Qəlbi bəsləməli, yetişdirməliyik. Uveys Qərani (r.ə) buyurur: “Öz qəlbindən muğayat ol”. Qəlbimizdən necə muğayat ola bilərik? İnsan öz həyatından, qidasından, gündəlik həyatından, iqtisadi durumundan, sağlamlığından nə qədər muğayatdir?

Düzdür, bunlar hamısı önəmli və çox vacibdir. Amma qəlbdən muğayat olmaq bundan heç də az önəmli deyil. İnsan öz qəlbini də yetişdirməlidir. Gərək qəlbimizdən muğayat olaq. Əgər qəlbimiz yetişməsə, nə qədər zir-zibil varsa, gəlib ora dolacaq. Bunun axırı da fəlakət olar.

Necə ki, cismimizi bəsləyirik, fiziki formamıza diqqət edirik, elə də qəbimizin də formasına diqqət edək.

 

 

Heç bir günahı kiçik görməyək

5. Gərək günahı tanıyaq. Uveys Qərani (r.ə) buyurur: “Öz günahının kiçikliyinə baxma, bax gör Kimin qarşısında günah edirsən. Əgər günaha kiçik baxsan, Allahı kiçik bilmisən”.

İnsan öz günahının kiçikliyinə baxmamalıdır. Baxaq görək ki, bu günahı Kimin qarşısında edirik. Əgər etdiyimiz bu günahları kiçik bilsək, demək ki, dərgahında günah etdiyimiz Allahı böyük bilməmişik.

İnsan etdiyi səhvlərə, xətalara, yanlışlara bu prizmadan yanaşmalıdır. Əgər bu prizmadan yanaşmasa, onları düzəldə bilməz. Biz baxaq ki, Kimin hüzurunda günah edirik, Kimə itaətsizlik edirik. Deməli, günahı tanımalıyıq.

 

Günah – bizi məhv edən mövzudur. Bütün böyük günahlar kiçik günahlardan, bütün davamlı mənfi işlər birinci mənfi işdən başlayır. Bir günə, bir ana baş vermir. İnsan bir müddət günah edir, onlara görə peşmançılıq çəkir. Sonradan şeytanın (lən) vəsvəsələləri ilə onlara öz anlamında bəraətverici bəhanələr tapır. Bir müddət keçdikdən sonra isə ümumən həmin günahlar onun gözündə kiçilir və adi hala çevrilir.

Ona görə biz hər bir kiçik belə gördüyümüz səhvimizə, xətamıza, günahımıza görə diqqətli olmalı, peşman olmalı və istiğfar etməliyik.

 

Allahım, bizlərə Səninlə ünsiyyyət tofiqatını, Sənin Kitabınla ünsiyyəti, nəsihət qəbul etməni, qəlbimizi doğru yetişdirməni və günahları tanıyıb onlardan çəkinməni nəsib et!

Allahım, bizi mənəvi yüksəlişə aparan yolda sabitqədəm et! Amin!

 Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof, 
"Dəyərlər"
Oxşar xəbərlər
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..