Qarşıdan 4 iyun – Gəncə qiyamının 27-ci ildönümü gəlir.
Maraqlıdır, sabiq korpus
komandiri Surət Hüseynov tərəfindən gerçəkləşdirilən bu qiyam ölkəmizin tarixi
və inkişafı baxımından nəyi dəyişdi? Əgər bu qiyam olmasaydı, o zaman
Qarabağdakı hərbi əməliyyatlar tamam başqa məcrada cərəyan edə bilərdimi?
Moderator.az-a açıqlama
verən ADP sədri Sərdar Cəlaloğlu bu qiyamın ölkənin müstəqillik və suverenliyinə
böyük zərbə vurduğunu qeyd etdi:
“Əgər bu qiyam olmasaydı,
sadəcə Dağlıq Qarabağ problemi deyil, Azərbaycan başqa bir platformada inkişaf edərdi.
Indi ökəmiz tamam başqa bir nöqtədə qərarlaşardı. Gəncə qiyamı Azərbaycanın
dövlət müstəqilliyi və suverenliyi qarşısında ən ciddi əngəlin yaradılmasına səbəb
oldu. Azərbaycan cəmiyyəti və dövləti yenidən Rsiyanın nəzarəti altına keçdi. Müstəqillik
və suverenliyin imkanlarından lazımınca istifadə edə bilmədik. Səbəb Gəncə
qiyamı ilə proseslərin yenidən geriyə döndərilməsi oldu. Rusiya buradakı qüvvələrinin
gücü ilə belə bir geridönüşə nail oldu”.
Seymur ƏLİYEV