Xəbər lenti
15/07/2020 [07:56]:
Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
15/07/2020 [07:41]:
Bakıda Ordumuza izdihamlı dəstək mitinqi keçirildi - Tarixi anlar... -VİDEO
15/07/2020 [03:45]:
"Xalqın bu qalibiyyət ruhunu yaşatmaq, dəyərləndirmək və qərar vermək zamanıdır!"
15/07/2020 [03:02]:
Vaqif Dərgahlı Ermənistanın növbəti dezinformasiyasını təkzib etdi: "Sübut varsa, onu təqdim etsin"
15/07/2020 [01:56]:
"Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir" - RƏSMİ...
15/07/2020 [01:20]:
Şəhidliyiniz mübarək...
15/07/2020 [00:30]:
TƏFƏRRÜAT AÇIQLANDI: Generalımız hansı şəraitdə şəhid olub – Tək deyilmiş…
15/07/2020 [00:24]:
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı
15/07/2020 [00:16]:
"Azərbaycan parlamentinin qapalı və fövqaladə iclası çağırılmalıdır və..."
15/07/2020 [00:10]:
Düşmənin daha bir döyüş texnikasının məhv edilmə anı... - VİDEO
15/07/2020 [00:01]:
“İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq...” - DİN
14/07/2020 [23:21]:
Şəhid generalın anası: “Oğlum Vətənini canından əziz tutdu”
14/07/2020 [23:18]:
Polkovnik İlqar Mirzəyevin nəşi Bakıya gətirilib
14/07/2020 [23:15]:
Düşmənin daha bir hərbi obyekti darmadağın edildi -VİDEO
14/07/2020 [23:11]:
Şəhid generalın 30 illik dostu: “Hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub”
14/07/2020 [22:52]:
Azər Kərimli Avronest PA-nın həmsədrlərinə məktub göndərdi: Erməni təxribatına görə...
14/07/2020 [22:22]:
"Müqəddəs Şəhidlərimizə “öldü" yazmayın..."
14/07/2020 [22:14]:
Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü
14/07/2020 [22:11]:
Sumqayıtda şəhid generala görə böyük izdiham - VİDEO
14/07/2020 [22:06]:
"Səfərbərlik əmri verilsə, bir günə yüz minlərlə gəncimiz Vətənin müdafiəsinə qalxacaq"
14/07/2020 [21:45]:
Ermənistan daha iki çağırışçı əsgərin öldüyünü açıqladı
14/07/2020 [21:44]:
Döyüşdə ölən erməni əsgərinin pasport məlumatları - Ermənistanın gizlətdiyi ölən hərbçi
14/07/2020 [21:39]:
“Məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaqdır"
14/07/2020 [21:35]:
Azərbaycanlı alim koronavirusdan sağaldı
14/07/2020 [21:29]:
"Gənc hərbçilərlə çiyin-çiyinə doğma Vətənin müdafiəsinə qalxmağa hazırıq”
14/07/2020 [21:24]:
Daha 510 nəfər koronavirusdan sağaldı - RƏSMİ
14/07/2020 [21:22]:
“Ermənistanın dost və qardaş Azərbaycana hücumunu şiddətlə qınayıram”
14/07/2020 [21:20]:
Generalla vida mərasimi -FOTOLAR
14/07/2020 [21:07]:
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 543 yeni yoluxma - RƏSMİ
14/07/2020 [21:05]:
Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO
14/07/2020 [20:34]:
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
14/07/2020 [20:31]:
SON DƏQİQƏ: Tovuz yenidən atəşə tutulur - RƏSMİ
14/07/2020 [20:30]:
“Türkiyənin bəyanatı Ermənistanın müraciət etdiyi KTMT-yə daxil olan ölkələrə ciddi mesajdır”
14/07/2020 [20:26]:
Prezidentin təsdiq etdiyi qanun ünvanlı sosial yardımın təyinatı şərtlərinin yumşaldılmasına imkan verir
14/07/2020 [20:24]:
Karantini pozan Nura Suri cəzalandırıldı
14/07/2020 [20:22]:
Şəhid mayor Anar Novruzovla Masallıda vida mərasimi keçirilir
14/07/2020 [20:17]:
"Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik" — NATO Baş katibinin xüsusi nümayəndəsi
14/07/2020 [20:03]:
OPEC hasilatı 1,9 mln barel azaldıb
14/07/2020 [19:53]:
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO
14/07/2020 [19:41]:
Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb
14/07/2020 [19:29]:
"Görüşəndə Raqufa salam de”: Aprel şəhidinin xanımından generalımızın şəhadətinə ithaf...
14/07/2020 [19:23]:
Ermənistanın şəhəri belə xaraba qaldı... –FOTOLAR+VİDEO
14/07/2020 [19:23]:
"Ermənistan bölgədəki gərginliyi və təxribatı bilərəkdən edir" — Prezidentin köməkçisi
14/07/2020 [19:19]:
DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi
14/07/2020 [19:16]:
Zərif: “Azərbaycanın ərazi bütövlüyünün qorunması İranın regional strategiyasıdır”
14/07/2020 [18:58]:
“Azərbaycan xalqı Prezident İlham Əliyevin və Milli Ordunun yanındadır”
14/07/2020 [18:45]:
“Bu müharibənin bir hissəsi düşmənin “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”
14/07/2020 [18:43]:
"Ermənistan həqiqəti dərk etməli, problemləri həll etmək üçün səy göstərməlidir"
14/07/2020 [18:29]:
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
14/07/2020 [18:17]:
Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyə olunub
14/07/2020 [18:14]:
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
14/07/2020 [18:14]:
Azay Quliyev QHT-lərə müraciət etdi
14/07/2020 [18:09]:
“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...”
14/07/2020 [18:03]:
"İşğalçı dövlət tərəfindən mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması faşizmin təzahürüdür"
14/07/2020 [17:55]:
Nar və TƏBİB-in birlikdə keçirdikləri " Günün qəhrəmanları" yazı müsabiqəsi üçün məqalə hazırlayıb
14/07/2020 [17:51]:
Şortik geyindiyi üçün döyüldü - VİDEO
14/07/2020 [17:49]:
“Əsgərlərimizə çox inanıram, bu cür təxribatların qarşısı alınmalıdır ki...”
14/07/2020 [17:43]:
“Ordumuza dəstək üçün hər cür fədakarlığa hazırıq!”
14/07/2020 [17:41]:
Metronun bəzi stansiyaları AÇILIR
14/07/2020 [17:40]:
"Artıq döyüş meydanını Dağlıq Qarabağa, işğal olunmuş torpaqlarımıza çəkməliyik..."
14/07/2020 [17:39]:
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub
14/07/2020 [17:36]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:34]:
Ermənistan ordusunun məhv edilən hərbçiləri - FOTO
14/07/2020 [17:31]:
“Azərbaycan xalqı Milli Ordunun yanındadır”
14/07/2020 [17:24]:
Sevgilisinin evinə icazəsiz girdiyi üçün 2 il həbs olunması tələb edilir...
14/07/2020 [17:23]:
“Sarsıdıcı zərbələr Ermənistana və onun havadarlarına ciddi siqnal olmalıdır”
14/07/2020 [17:18]:
Azərbaycanlı qardaşlarımıza dəstəyi davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:15]:
Ombudsman Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB + FOTO
14/07/2020 [17:10]:
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır - VİDEO
14/07/2020 [17:05]:
Ermənilərə qan udduran GENERALIMIZ
14/07/2020 [17:03]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
14/07/2020 [16:50]:
Saray qəsəbəsinin mərkəzi yolu əsaslı şəkildə təmir edilib
14/07/2020 [16:48]:
Bu günlərdə ata olacaqdı... - FOTO
14/07/2020 [16:44]:
Sürücüsüz avtomobil qorxu dolu anlar yaşatdı - VİDEO
14/07/2020 [16:37]:
Küçəyə maskasız çıxan yaşlı adam döyüldü - VİDEO
14/07/2020 [16:33]:
"Ermənilərin öldürdüyü mülkü vətəndaş çörək üstündə olub" - Ombudsman
14/07/2020 [16:25]:
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələndi - FOTO
14/07/2020 [16:22]:
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - Dövlət Xidməti
14/07/2020 [16:08]:
“Qarabağ istiqamətində hücum etsək, bir həftəyə Ağdərəni, Ağdamı, Füzulini  götürərik”
14/07/2020 [16:05]:
“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”
Bütün arxiv bir sırada
30/05/2020 [14:38] - Cəmiyyət - ( 1617 dəfə baxılıb)

Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...



 Leyla Qabil qızı Abasova,
Tarix üzrə fəlsəfə doktoru

Bu gün informasiya cəmiyyətində əhalinin əksəriyyətinin fəaliyyəti informasiyadan istifadə imkanının 
olmasına əsaslanır. İnformasiyadan sərbəst istifadə zənginliyə aparan yol kimi qiymətləndirilir. Lakin buna baxmayaraq ölkəmizdə mövcud problemlər üzə çıxarılmalı, onların həlli yolları araşdırılmalıdır. Mən bu tədqiqatımda görmə üzrə əlilliyi olan insanlar üçün çap məhsullarının nəşrini həyata keçirən nəşriyyatlar və məhz onlar üçün nəzərdə tutulmuş kitabxanaları araşdırmağa çalışmışam. 
Ölkəmizdə görmə üzrə əlilliyi olan insanların kitaba, dərsliklərə, dərs vəsaitlərinə olan tələbatı bu gün aktual mövzulardan biridir.
Araşdırmalar nəticəsində məlum olur ki, ölkəmizdə bu gün yeganə nəşriyyat “Brayl Nəşrləri” - İnformasiya Resurs Mərkəzi tərəfindən görmə üzrə əlilliyi olan insanlar üçün kitablar çap edilir. (Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə əlil insanlar üçün kitabların nəşrini sovetlər dönəmində ilk dəfə həyata keçirən nəşriyyat “Azərnəşr” olmuşdur). 
“Brayl Nəşrləri” - İnformasiya Resurs Mərkəzi nəşriyyatı 1995-ci ildə yaradılmışdır. Poliqrafiya avadanlıqlarının əldə olunması və alınmasında Əmək Nazirliyi, İngiltərə səfirliyi və Küveyt dövlətinin dəstəyi olmuşdur. Təbii ki, texniki çatışmazlıqlar görmə üzrə əlilliyi olan insanlar üçün dərsliklərin, dərs vəsaitlərinin nəşrinə mənfi təsir göstərir. Bu cür nəşrlərin çox maliyyə tələb etməsi çap işlərinin ləngiməsinə səbəb olan başlıca amillərdən biridir. Təbii ki, bu işə Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi dəstək olmalıdır. 
Nəşriyyatda orta məktəblərdə birinci siniflər üçün riyaziyyat üzrə Bəybala İbadullayev, Azərbaycan dili üzrə isə Famil Hacıyev dərsliklərin, dərs vəsaitlərinin redaktəsini həyata keçirirlər. Qeyd edək Famil Hacıyev və Bəybala İbadullayev özləri də görmə üzrə əlilliyi olan insanlardır. Bundan başqa digər redaktorlar nəşriyyatda fəaliyyət göstərirlər ki, onlar özləri də görmə üzrə əlil şəxslərdir. Çünki bu kitabların redaktəsini görmə üzrə əlilliyi olan insanlar həyata keçirə bilərlər. Həmçinin qeyd edək ki, ümumiyyətlə, nəşriyyatda fəaliyyət göstərən işçilərin 90 %-i görmə üzrə əlildir. 
Orta məktəb sistemində olan problemlərdən ən başlıcası dərsliklərin 8-ci sinifə qədər olmasıdır. Qeyd edək ki, görmə üzrə əlil olan şagirdlər üçün nəzərdə tutulmuş məktəblər 12-ci sinfə qədərdir. Onlar 12 illik təhsil alırlar. Maliyyə çətinlikləri dərsliklərin və dərs vəsaitlərinin təminatına maneə olan ən başlıca problemlərdən biridir.  
Respublikamızda Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova ilə bəzi məsələlərə aydınlıq gətirəndən sonra məlum oldu ki, bu gün gözdən əlil olan şagirdlər məktəbi bitirəndən sonra ali məktəbə hazırlıq üçün çox çətinliklərlə üzləşirlər. Onlar üçün xüsusi hazırlıq kursları yoxdur, xüsusi test proqramları yoxdur. Bu il şagirdlər üçün ibtidai siniflər üzrə 3 dərsliyin nəşri nəzərdə tutulduğunu da Reyhan xanım qeyd etdi. Lakin buna baxmayaraq, dərsliklərin, dərs vəsaitlərinin, sinifdən xaric oxu materiallarının nəşrinə xüsusi ehtiyac duyulmaqdadır. Təbii ki, gözdən əlil insanlar üçün görülən işlər maddi və texniki dəstəyə əsaslanır. 
Oxu proqramlarının əldə olunması üçün android telefonlar, planşetlər, xüsusi kitab oxuyucu cihazlar tələb olunur. Bunların da dəyəri çox baha olduğu üçün məhdud imkanlı ailələrin bu qurğuları, cihazları əldə etməsi çətin olur.  
Respublikamızda Gözdən Əlillər Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi Kitabxanasının yaradılmasına sərəncam verilmiş və kitabxana 01 iyun 1981-ci ildə fəaliyyətə başlamışdır. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni “danışan kitablar”ın alınması mümkün olmadığı üçün AzƏC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilir. Bu kitabxananın digər kitabxanalardan fərqli cəhəti bütün oxuculara fərdi yanaşma tərzi ilə fəaliyyət göstərməsidir. Burada oxucuların görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. 
Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana kimi xidmət göstərmək də bu kitabxanaların başlıca vəzifəsi olmalıdır. Bunun  üçün çox təşəbbüs göstərilmiş, lakin həyata keçirilməsi mümkünsüz olmuşdur.    
Gözdən əlil doğulmuş və ya sonradan qazanılan əlilliyi olduğu halda onlara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir. “JaWs” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır. Çox təəssüf olsun ki, bu “JaWs” ekran oxuma proqramının operatoru türkcə olduğu üçün mətnlərin oxunmasına əngəllər törədir. Azərbaycan dilində bu proqramın dilimizə uyğun işlənməsi ən başlıca məsələlərdən biri kimi qarşıya qoyulmalıdır.  
Kitabxana fondunun xüsusi nəşrlərlə komplektləşdirilməsi işində zəif inkişaf özünü göstərir. Fond iyirmi iki min nüsxədən ibarətdir. Kitabxanaya Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4 min 976 kitab hədiyyə edilmişdir. Kitabxana 6 şöbə üzrə fəaliyyət göstərir:  1) Abonoment şöbəsi; 2) Oxu zalı; 3) Səsyazma studiyası; 4) Fonetika; 5) Brayl kitabları şöbəsi; 6) Ənənəvi kitablar şöbəsi.
İstifadə olunub istismar müddətini bitirmiş disklər kitabxananın səsyazma studiyasında orijinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir. Respublika Görmə üzrə əlillər kitabxanasının müasir avadanlıqlarla təchiz edilməsinə də böyük ehtiyac var. Bunun sayəsində “danışan kitablar”ın artırılmış nüsxələri regionlarda fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinə və ya Görmə üzrə Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmannasız verilməsi üçün dəstək lazım olduğunu da qeyd etmək lazımdır. 
Kitabxana öz işini Respublika Görmə üzrə Əlillər Cəmiyyəti ilə sıx əlaqədə qurur. Mütəmadi keçirilən tədbirlərdə əlil oxucularla sorğu keçirilir, sifariş veriləcək ədəbiyyatın seçimində hər bir oxucunun istəyi nəzərə alınır. Kitabxananın bu cür müsbət keyfiyyətləri olduğu halda, kitabxana fondunda olan kitabların elektron formada, kitabxanaya getmədən əldə olunması üçün sayt yoxdur. Onlayn kitabxananın yaradılıb istifadəyə verilməsi üçün maddi imkanlar məhduddur.   
Kitabxana 1981-ci il 1 iyun tarixindən bu günə kimi Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında 4 mərtəbəli binanın zirzəmisində (262 kv.m. sahədə) yerləşir. Kitabxananın zirzəmidə yerləşməsi də ürək açan hal deyildir. Kitabxananın maddi imkanları məhdud, şəraiti zəif, əlverişsiz durumdadır. 
https://az.wikipedia.org/wiki/Respublika_G%C3%B6zd%C9%99n_%C6%8Flill%C9%99r_Kitabxanas%C4%B1 internet səhifəsində kitabxananın min iki yüz oxucusu olduğu və son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunması haqqında məlumat verilir. Burda qeyd olunmur ki, son 5 il deyəndə hansı illər nəzərdə tutulur. Təbii ki, bu qeyd olunan 25 rəqəminin azlığı da bizdə çox təəssüf hissi doğurur.
Son illərdə BDU-nun Kitabxanaçılıq-informasiya və Kitabşünaslıq sahələri üzrə də gözdən əlil tələbələrin təhsil aldığını qeyd edə bilərəm. Təbii ki, onlar üçün dərsliklər, dərs vəsaitləri yoxdur. Məhz belə şəraitdə gözdən əlil tələbələr çox böyük çətinliklərlə üzləşirdilər. 
Gözdən əlil olan tələbələrlə apardığım sorğular nəticəsində məlum olur ki, onlar ən çox Türkiyənin “Boğaziçi” universitetinin labarotoriyasına daxil olur, ordan elektron kitabları öz telefonlarına və kompüterlərinə yükləyirlər. Hətta Türkiyədə bu cür insanlar üçün mobil operatorların xüsusi proqramları vasitəsilə gündəlik qəzetlərin mətnləri oxunur, çap əsərləri və s. nəşrlərlə tanış edilir. 
Mənim üçün təəssüf doğuran odur ki, görmə üzrə əlil olan gənclərimiz türk operatorlarının dili ilə PDF olunmuş mətnləri dinləyirlər. Artıq onların ləhcəsində, diksiyasında türk dili formalaşmış, Azərbaycan dilində olan sözləri tapmaqda çətinlik çəkirlər. Çünki mətnlərin əksəriyyətini türk dilində əldə edə bilirlər. 
Onlar üçün elektron kitabxanaların yaradılması, asan proqramlar vasitəsilə nəşrlərin əldə olunması üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır. 
Bu gün ən vacib diqqəti cəlb edən problemlərdən biri gözdən əlil insanların işlə təmin olunması ilə bağlıdır. 2019-cu il 18 fevral  57 №li “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklər”in siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin (http://www.e-qanun.az/framework/41513) qərarının 33-cü və 34-cü bəndlərində:  33. “(H54.0) Binokulyar korluq (xüsusi təhsil müəssisəsi istisna olmaqla)” və 34. (H54.1) “Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)” bu cür qeyd olunur. Burda verilən məlumata əsasən bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Bu qərar Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin VI hissəsinə görə Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiayada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. 35-ci maddənin 2-ci hissəsinə görə, “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. 
Gözdən əlil insanlarla söhbət apararkən, məlum olur ki, bu illər ərzində onlar pedaqoji fəaliyyətlə məşğul olublar, onlarda pedaqoji fəaliyyətlə məşğul olmaq heç bir problem və çətinlik yaratmayıb. Hətta dünya təcrübəsində öz təsdiqini tapan məsələ gözdən əlil insanların pedaqoji fəaliyyətlə məşğul olmasıdır. Pedaqoji təhsil alan gözdən əlil insanlar son mərhələdə iş tapmaq üçün ciddi çətinliklərlə üzləşirlər. Bunun üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərara düzəlişlər edilməlidir. Çünki, Nazirlər Kabinetinin bu qərarı qəbul etməsilə gözdən əlil insanların kanstutsion hüquqları pozulub. Gözdən əlil olan insanları cəmiyyətdən ayırmaq, təcrid etmək məqsədəuyğun deyildir. Ümimiyyətlə, gözdən əlil insanların cəmiyyətə inteqrasiya olunması və sosiallaşması öhdəliyi birbaşa dövlətin üzərindədir.    
Əlil insanların diskriminasiyaya uğramaması üçün univeristetlərdə də çox işlər görülməlidir. Bunun üçün müəyyən təklif və tövsiyyələr irəli sürə bilərik:
Gözdən əlil insanlar üçün orta məktəblərin sayının çoxaldılması;
Gözdən əlil tələbələr üçün universitetlərdə xüsusi şöbələrin yaradılması; 
Gözdən əlil insanlar üçün nəzərdə tutulmuş orta məktəblər və ali təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin nəşrinə maliyyə dəstəyinin həyata keçirilməsi;
Görmə üzrə əlilliyi olan tələbələr üçün elektron laborotoriyaların təşkili; 
Görmə üzrə əlilliyi olan tələbələr üçün elektron kitabxananın yaradılması;
Görmə üzrə əlilliyi olan və yaxşı oxuyan tələbələrin təhsil aldıqları universitetdə öz kitab labarotoriyalarının təşkilinə cəlb etmək; işlə təmin etmək; 
Görmə üzrə əlilliyi olan tələbələr üçün universitetdə məsələn, “BDU TV” kanalı üzərində “Səsli kitab”, “Danışan kitab”, “Canlı kitab” və s. adlarda (kitabların oxunması və müzakirəsi) layihələrin sayının çoxaldılması, yeni-yeni layihələrin həyata keçirilməsi; 
Hətta, mən deyərdim ki, universitetdə bu cür görmə üzrə əlil olan tələbələr üçün liftlərin və mövcud pilləkənlərdə əlil arabalarının hərəkətini nəzərdə tutan pandusların yaradılması  və s. 

loading...
Düşmənin daha bir döyüş texnikasının məhv edilmə anı... - VİDEO
“Məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaqdır"
"Görüşəndə Raqufa salam de”: Aprel şəhidinin xanımından generalımızın şəhadətinə ithaf...
Şortik geyindiyi üçün döyüldü - VİDEO
"Artıq döyüş meydanını Dağlıq Qarabağa, işğal olunmuş torpaqlarımıza çəkməliyik..."
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...”
Dünya
Sürücüsüz avtomobil qorxu dolu anlar yaşatdı - VİDEO
Hadisə
“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”
Gündəm
“Müharibə sonuncu erməni əsgəri zərərsizləşdirilənə qədər davam etdirilməlidir”
Cəmiyyət
Məşhur türk firması məhsullarında  homoseksual rəmzlərindən istifadəni qadağan etdi...
Yazar
Tural Səfərov
Şəhidliyiniz mübarək...
İlham İsmayıl
Məmurlar xalqın başında qoz sındırıb, cibində siçanlar oynatsalar da...
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247