Xəbər lenti
14/07/2020 [10:38]:
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
14/07/2020 [10:37]:
Donbasda döyüşlərdə 3 Ukrayna hərbçisi həlak olub
14/07/2020 [10:12]:
Qırğızıstanın Xarici işlər naziri koronavirusa yoluxdu
14/07/2020 [09:52]:
Koronavirus daha yoluxucu hala gəlib - AÇIQLAMA
14/07/2020 [09:48]:
ABŞ-dan Tovuz təxribatı haqda çağırış: Dərhal dayandırın!
14/07/2020 [09:40]:
“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
14/07/2020 [09:34]:
Təxribatlara heç bir dövlət dəstək verməz, Ermənistan məğlubiyyətə məhkumdur - Paşinyan “odla oynayır”
14/07/2020 [09:32]:
“Gündə iki mindən çox adam virusa yoluxur”
14/07/2020 [09:28]:
Qarabağı azad etməyin artıq vaxtıdır - Türk deputat
14/07/2020 [09:27]:
Ermənilər şok video yaydı: Ordumuzun hücumundan sonrakı görüntülər
14/07/2020 [09:24]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
14/07/2020 [09:23]:
Koronavirusla bağlı son STATİSTİKA
14/07/2020 [09:14]:
Düşmən Tovuzu yenidən atəşə tutdu - RƏSMİ
14/07/2020 [08:36]:
BMT-nin Baş katibi Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırıb
14/07/2020 [08:34]:
Təyyarədə qorxulu anlar: Sərnişinlər qışqırmağa və dua etməyə başladılar - VİDEO
14/07/2020 [08:32]:
ABŞ koronavirus vaksininin istehsalına başladı
14/07/2020 [08:17]:
Təbiət də Ermənistanın Rusiya bazasının yerləşdiyi  şəhərinə hücuma keçdi…-FOTOLAR+VİDEO
14/07/2020 [07:18]:
"Gözümüzü Allaha görə "sındıraq" ki, möcüzələri görək..."
14/07/2020 [02:08]:
Rusiyanın bığının altından min dəfə keçsək də, xeyri olmayacaq...
14/07/2020 [01:47]:
Tovuzda baş verənlər və informasiya müharibəsi... - Konfliktoloqun şərhi...
14/07/2020 [01:43]:
Ermənistan niyə məhz indi hərbi təxribata əl atır?
14/07/2020 [01:08]:
“Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN
14/07/2020 [00:45]:
FHN-dən Şəmkirdə yağışın yaratdığı fəsadlarla bağlı AÇIQLAMA
14/07/2020 [00:42]:
Mövlud Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”
14/07/2020 [00:41]:
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
14/07/2020 [00:37]:
Xınalığa sel gəldi, yol bağlandı - VİDEO
14/07/2020 [00:34]:
Tovuzun Ağdam kəndində son vəziyyət - VİDEO
14/07/2020 [00:33]:
Meral Akşener: "Qardaşlarımızın yanındayıq"
14/07/2020 [00:30]:
Mahmud Vaezi: “Azərbaycanın ərazi bütövlüyü İranın regional strategiyasıdır”
14/07/2020 [00:28]:
Qudsi Osmanov: "Ermənistan diqqəti ölkədaxili problemlərdən yayındırır”
13/07/2020 [23:34]:
"Ermənistan təxribatçı hücumlarını Rusiyanın dəstəyi ilə edir" - Kırım Haber Ajansı...
13/07/2020 [23:32]:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstan xalqına başsağlığı verdi
13/07/2020 [23:28]:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhid ailələrinə başsağlığı verdi
13/07/2020 [22:31]:
"Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri iflasa uğradı"
13/07/2020 [21:49]:
“Hazırda mediamızın beynəlxalq cameəni ətraflı məlumatlandırması olduqca önəmlidir”
13/07/2020 [20:51]:
Təhlükəsizlik Şurasının iclasından çıxan nəticələr...
13/07/2020 [20:44]:
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib
13/07/2020 [20:37]:
Rayonlara yağan leysan çaylarda selə səbəb olub - FAKTİKİ HAVA
13/07/2020 [20:34]:
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
13/07/2020 [20:30]:
"Zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi
13/07/2020 [20:23]:
Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı KİV-ə müraciət edib
13/07/2020 [20:22]:
Elmar Məmmədyarovla Mevlut Çavuşoğlu arasında telofon danışığı olub
13/07/2020 [20:21]:
GUAM Ermənistanın təxribatını pisləyib
13/07/2020 [20:20]:
Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram"
13/07/2020 [20:15]:
Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO
13/07/2020 [19:36]:
XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır”
13/07/2020 [19:22]:
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13/07/2020 [19:19]:
190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO
13/07/2020 [19:06]:
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...
13/07/2020 [18:54]:
Təhsil İdarəsinə yeni rəis təyin olundu
13/07/2020 [18:39]:
“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”
13/07/2020 [18:38]:
"Artıq Ermənistan ictimaiyyəti Paşinyanın yalanlarını ironiya ilə qarşılayır"
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"İşğalçı ölkənin baş naziri bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
Bütün arxiv bir sırada
30/05/2020 [14:41] - Cəmiyyət - ( 1242 dəfə baxılıb)

Daşınmaz əmlaka sərəncam verilməsində depozit hesabından istifadənin üstünlükləri və təminatları...



Vətəndaşlarımızın mülki hüquqlar, o cümlədən daşınmaz əmlaka sərəncam verilməsinə dair hüquqları və onların gerçəkləşdirilməsi ilə bağlı  məlumatlandırılmasının, bu istiqamətdə biliklərinin genişlənməsinin böyük əhəmiyyəti vardır. Çünki, hər bir vətəndaş öz hüquqi məlumat səviyyəsinə mütənasib olaraq ona məxsus hüquqlardan istifadə edir, buna müvafiq olaraq öz hüquqlarını və qanuni mənafelərini gerçəkləşdirir. Bu işdə media əvəzsiz rol oynayır və hüquq təsisatları ilə vətəndaşlar arasında bir körpü kimi, əlaqələndirici vəsilə kimi çıxış edir. 
        
Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasına uyğun olaraq, son dövrdə mülki dövriyyə daha da genişlənmiş və mülki-hüquqi əqdlərin sayı xeyli artmışdır.
         
Mülki-hüquqi dövriyyənin tənzimlənməsində – həm hüquqların rəsmiləşdirilərək təmin olunmasında, həm də bu hüquqların mübahisəsiz bərqərar olmasında notariat açar mexanizmi və hüquqtətbiqetmə təsisatı rolunu oynayır. Çünki, notariatın əsas missiyası, vətəndaş hüquqlarının və mülki dövriyyənin hüquqi baxımdan təmin olunması və mülki-hüquqi mübahisələri önləməkdən və gələcək mübahisələrin qarşısını almaqdan ibarətdir. Bu, ölkəmizin də daxil olduğu kontinental hüquq sistemli ölkələrin notariatına xas olan, notariusun tərəfsiz hüquq müdafiəçisi olmaq funksiyasından irəli gəlir. Notariat tənzimləməsi – gələcək mülki-hüquqi mübahisələrin yaranması ehtimalını minimuma endirir. Qeyd etmək lazımdır ki, notariatın cəmiyyətdə mülki-hüqiqi münasibətlərin rəsmiləşdiricisi və tənzimləyicisi olduğu kontinental hüquq sistemli ölkələrdə mülki-hüquqi xarakterli mübahisələrin sayı digər ölkələrə nisbətdə 3-5 dəfə azdır.
         
Daşınmaz əmlakla bağlı əqdlərin, xüsusilə də əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi mülki-hüquqi dövriyyənin əhəmiyyətli və zəruri bir həlqəsidir. Daşınmaz əmlaka sərəncam veilməsinin hüquqi rəsmiləşdirilməsi işinin həyata keçirilməsi,  bu rəsmiləşdirilmənin həm hüquqi təminatı, həm də praktiki prosedurları  notariat xidməti vasitəsilə həyata keçirilir. Belə ki, daşınmaz əmlaka sərəncam verilməsi, məhz uzun tarixi dövr ərzində təşəkkül tapmış, daim təkmilləşən, fiziki və hüquqi şəxslərin hüquqlarının gerçəkləşdirilməsinin  müdafiəçisi və rəsmiləşdiricisi kimi çıxış edən notariat təsisatının səlahiyyətli şəxsi, dövlət tərəfindən etibar edilən peşəkar hüquqşünas – notarius tərəfindən təsdiqlənir. Bu rəsmiləşdirmə və təsdiqləmə ilə mülki-hüquq münasibətləri hərtərəfli olaraq – həm hüquqlar, həm də qanuni mənafelər baxımından tənzimlənir. Bu məqamda məşhur deyimi xatırlamaq yerinə düşər: “Notarius – notariat hərəkəti üzrə bütün tərəflərin müdafiəçisi və onlarla qanun arasında münsifdir, arbitrdir.”
         
Mülki dövriyyədə daşınmaz əmlak obyektlərinə sərəncam verilməsinə dair müqavilələr, yəni daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, dəyişdirilməsi, rentası, ipotekaya qoyulması, icarəyə, kirayəyə verilməsi və digər müqavilələr respublika üzrə aparılan notariat  hərəkətlərinin əhəmiyyətli hissəsini təşkil edir. 
        
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr imperativ olaraq notariat qaydasında  təsdiqlənməlidir.
        
Notariat qanunvericiliyinin son dövrdə təkmilləşdirilməsi müstəvisində, daşaınmaz əmlaka sərəncamla bağlı əvvəllər mövcud olan ərazi aidiyyəti məsələsi ləğv edilmiş və hal-hazırda, daşınmaz əmlaka sərəncam veriməsini ehtiva edən özgəninkiləşdirilmə və ipoteka əqdləri, əmlakın Azərbaycan Respublikasının hansı ərazisində yerləşməsindən asılı olmayaraq istənilən notariat ofisində təsdiq edilə bilər. 
         
Daşınmaz əmlaka sərəncamvermə müqavilələri üzrə respublikamızda rüsum və haqq dərəcələri ədalətli olaraq ərazilər üzrə konkret şəkildə müəyyənləşdirilmiş və bəzi ölkələrdəki əmlakın faiz nisbətləri (bir çox ölkələrdə bu əmlakın dəyərinin 3 faizinədək müəyyən olunur) kimi böyük məbləğlərin tutulmasını istisna edir.
         
Notariusda daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin təsdiqilənməsinin icra olunması proseduru, son dövrlər qanunvericilik və elektron notariat sahəsində həyata keçirilmiş mütərəqqi dəyişikliklərdən sonra asanlaşmış, çevikləşmiş və təkmilləmişdir. Belə ki, əvvəllər vətəndaşların müxtəlif idarə və təşkilatlardan müxtəlif vaxtlar ərzində toplamalı və notariusa təqdim etməli olduqları arayış və sənədlərə artıq heç bir ehtiyac qalmamış, bütün bunlar elektron notariat sistemi vasitəsilə notarius tərəfindən bilavasitə əldə edilməklə notariat hərəkətləri həyata keçirilməsi təmin edilmişdir. Notariat hərəkətlərinə dair bütün sənədlərin, o cümlədən daşınmaz  əmlaka dair müqavilələrin hazırlanması və təsdiqi proseduru tam olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilir. Elektron notariat (e-Notariat) sistemi – respublikada fəaliyyət göstərən bütün notariusları vahid şəbəkədə birləşdirən, notariusun digər dövlət orqanlarının elektron reyestrlərinə elektron qaydada birbaşa çıxışını və həmin informasiya sistemlərindən istifadəsini təmin edən, notariusların apardığı notariat əməliyyatlarını real vaxt rejimində elektron qaydada icra edən və həmin əməliyyatların elektron arxivininin saxlanıldığı elektron informasiya sistemidir.  
         
Daşınmaz əmlaka sərəncam verən tərəfin mülkiyyət hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə notariuslarla Daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların həmin reyestrə elektron qaydada birbaşa çıxışı təmin olunmuşdur. Yəni, əmlakın mülkiyyət sənədinin elektron forması, onun üzərində məhdudiyyət və yüklülük olmaması barədə arayış və çıxarışları artıq notarius birbaşa elektron qaydada əldə edir.
      
“Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə edilir. Şəxsin vətəndaşlıq vəziyyəti, yəni doğumu, nikahı, ölümü və s. barədə məlumatlar “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi  əldə edilir. Fiziki şəxsin yaşayış yeri haqqında məlumatlar, həmçinin vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər barədə zəruri məlumatlar avtomatladırılmış və notariusun birbaşa çıxışı olan informasiya sistemləri vasitəsilə əldə edilir. 
         
Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələrin  tərtib edilməsi zamanı  daşınmaz əmlakın dəyəri,   razılaşdırılmış satış məbləğinini  depozit hesabı  və ya nağd  şəkildə ödənilməsi ilə bağlı xüsusi bəndlər,  eləcə də vergi məbləğinin mexaniki hesablanması barədə bəndlər elektron notariat informasiya sisteminin özəllikləridir.
         
Daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Qeyd edilən bank hesabı notariusun cari hesabı deyil, digər notariat əməliyyatlarının aparılması üçün nəzərdə tutulmayan, məhz müqavilə üzrə ödənilməli olan məbləğlərinin rəsmən və nağdsız qaydada tərəflərin bir-birinə verilməsi üçün açılmış xüsusi depozit hesabıdır. 
         Depozit hesabının tətbiq edilməsi tarixinə və bu tətbiqin üstünlüklərinə nəzər salsaq görərik ki, 2005-ci ilin sonlarınadək respublikamızda  daşınmaz əmlakın alqı-satqısı, fərq ödənərək dəyişdirilməsi və ya renta kimi müqavilələr üzrə razılaşdırılmış məbləğlərin ödənilməsi, o vaxtkı notariat kontorlarında müqavilənin  notarius tərəfindən rəsmiləşdirildiyi vaxt alıcı tərəfindən nağd olaraq satıcıya ödənilirdi ki, bu da bəzi hallarda  sonradan ödənişin alınıb-alınmaması məsələsi ilə bağlı məhkəmə mübahisələrinin yaranmasına səbəb olurdu. Belə ki, bəzi alıcılar müqavilədə göstərilən satış məbləğini digər tərəfdən tam almadıqları və ya ümumiyyətlə, həmin məbləğin  onlara ödənilmədiyi barədə  iddialarla məhkəmələrə  müraciətlər edirdilər və bu çoxsaylı məhkəmə mübahisələrinə səbəb olurdu.
         Pul məbləğinin depozit hesabı vasitəsilə verilməməsi, yəni nağdsız hesablaşmadan istifadə edilməməsi əvəzli müqavilələrin mühüm ünsürlərindən biri olan müqavilə qiymətinin ödənilməsinin icrasının həqiqiliyi və mötəbərliyi kolgə altına düşürürdü. 
         
Qeyd olunan arzuolunmaz halların qarşısının alınması və müqavilənin icrasının təminatlığını möhkəmləndirmək məqsədilə pul məbləğlərinin depozit hesabı vasitəsilə verilməsi və ödəmənin bank köçürməsi ilə aparılması və bu yolla ödənişin qeydə alınması mexanizmi bu sahədə əhəmiyyətli və səmərəli bir addım oldu.
         
Bütün bu mübahisələrin, məhkəmədə qaldırılmış  iddiaların qarşısının alınması zərurəti yarandı və  bu zərurətdən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti çox vacib bir qərar qəbul etdi. 19.12.2005-ci il tarixdə Nazirlər Kabinetinin 231nömrəli qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər və əlavələr edildi. Qərara əsasən, həmin Təlimatın  160.1-ci bəndinə görə,  daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr  üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən (hazırda bu məbləğ 5500 manatdır) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir və notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.  
         
“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a   11.06.2018-ci il tarixdə 261 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən isə, nəinki daşınar və daşınmaz əmlaka sərəncam verilməsi, həmçinin pul bağışlanması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notarusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.                
         
Qeyd olunan Qərarın tətbiqi, nəinki pul məbləği üzrə yarana biləcək mübahisələrin qarşısını almaqda böyük rol oynadı, həmçinin bağlanılan müqavilələrin hüquqi baxımdan düzgünlüyünü də şərtləndirən amillərdən biri oldu. Belə ki, istənilən  əqdin hüquqiliyi üçün həqiqi iradə ifadəsinin həqiqiliyi və düzgünlüyü, yəni həmin əqdin tərəflərin iradə ifadəsinə, həqiqi niyyətlərinə uyğun olması müqavilənin mühüm şərtidir. Bu baxımdan vəsaitin depozit vasitəsilə ödənilməsi, təbii olaraq tərəflərin həqiqi niyyətini və onların razılaşmasını, müqavilənin formal xarakterli deyil, həqiqi xarakterli olmasını əks etdirir.              
         
İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla  ipoteka  qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə  ipoteka  predmeti satılarkən də, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə müvafiq olaraq tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.              
          
Qeyd olunanlardan əlavə, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlakla bağlı özgəninkiləşdirmə qaydasında sərəncam verən şəxslər mülkiyyətində olan daşınmaz əmlakı  təqdim edərkən 01.01.2016-cı il tarixdən etibarən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunurlar və bu verginin tutulmasını və dövlət büdcəsinə ödənilməsini vergi agenti qismində notarius tərəfindən təmin edilir. Bu zaman hesablanmış sadələşdirilmiş verginin depozit hesabından dövlət büdcəsinə mədaxil edilməsi üçün notarius müqavilə təsdiqlənədək təqdim edən şəxsə (satıcıya) ödəniş tapşırığı verir və təqdim edən şəxs (satıcı) həmin ödəniş tapşırığı əsasında notariusun depozit hesabına qoyulmuş məbləğdən  hesablanmış sadə vergi məbləğini depozit hesabı vasitısilə  dövlət büdcəsinə ödəyərək  bu barədə qəbzi notariusa təqdim edir ki, bu da notarius tərəfindən depozit  hesabındakı məbləğə sərəncam verilərək büdcəyə ödəniləcək vergi məbləğinin vaxtında ödənilməsini həyata keçirir. 
         Pul vəsaitlərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsinin tətbiqi nəticəsində, müqavilə üzrə pul məbləğlərinin ödənilməməsi məzmunlu mübahisələrə  artıq rast gəlmirik.
         Notariusun depozit hesabı müqavilənin hüquqi cəhətdən təminatlı olması üçün köməkçi vasitə olmaqla həm də, vahid ödəniş pəncərəsi rolunu oynayaraq şəxsi bank hesabına malik olmayan müqavilə subyektlərinin ayrıca bank hesabı açaraq hesablaşmalar aparmaq üçün sərf edəcəyi vaxt itkisinin azaldılmasını təmin edir.     
        Notariusun depozit hesabı ilə hesablaşmalar müqavilələlərin hüquqi və faktiki baxımdan əsaslı və mötəbər olmasına təminat verir, gələcək mübahisələri önləyir və qarşısını alır.
        
Notariusun depozit hesabı vasitəsilə ödənişlərin aparılması, eyni zamanda, iqtisadi baxımdan tənzimləyici alət olmaqla, nağdsız hesablaşmaların aparılmasını stimullaşdırır. 
         
Notariuslar, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin dəstəklənməsi ilə bağlı da monitorinq iştirakçısıdırlar və tətbiq edilən depozit hesabı vasitəsilə ödəniş qaydası proseduru bu sahədə əhəmiyyətli hüquqi vasitədir. 
         
Notariat fəaliyyəti sığortalı fəaliyyət növü olduğundan, daşınmaz əmlaka sərəncam verilməsi və bu zaman depozit hesabının tətbiq edilərək notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi aparılan əməliyyatların mötəbərliliyini və təminatlılığını daha da artırır.
         
Bu gün notariat xidmətləri üçün zəruri olan həm hüquqi bazanın, həm də notariat fəaliyyətinin effektiv şəkildə göstərilməsi üçün zəruri olan elektron informasiya bazasının yaradılması və tətbiq edilməsi, daşınmaz əmlaka sərəncamvermə ilə bağlı, proqressiv imkan və təminatlardan istifadə edilməsi vətəndaşlarımıza notariat xidmətlərinin rahat, çevik və təminatlı göstərilməsi üçün geniş imkanlar açmışdır. Bu imkanlardan hərtərəfli istifadə olunmaqla vətəndaşlara peşəkar hüquqi xidmət göstərilməsi, cəmiyyətin hüquqi xidmətə olan ümdə tələbləridir ki, bu gün notariuslar bu istiqamətdə mövcud imkanlardan geniş şəkildə istifadə edirlər. 
          
Vətəndaşlarımızın mülki dövriyyənin hüquqi imkanları və mülki-hüquqi təminatlar barədə ətraflı məlumatlandırılması, onların öz hüquqlarından istifadə etməsi və qanuni mənafelərinin lazımınca gerçəkləşməsini, nəticədə vətəndaş məmnunluğunun artırılmasını, eyni zamanda notariat fəaliyyətinin də səmərəliliyinin artmasını birbaşa şərtləndirir. Biz, notariuslar, bu məqsədlə daim vətəndaşlarımızın xidmətindəyik.

Hüseyn Məmmədov
Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri,
2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
"Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri iflasa uğradı"
Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Yazar
İlham İsmayıl
Rusiyanın bığının altından min dəfə keçsək də, xeyri olmayacaq...
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247