Xəbər lenti
07/07/2020 [00:05]:
Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvə + VİDEO
07/07/2020 [00:00]:
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim: "Alnım açıq, vicdanım təmizdir"
06/07/2020 [23:58]:
Prezident “Fairmont” hotelində yaşananları dözülməz biabırçı hadisə adlandırdı...
06/07/2020 [23:50]:
Yaşından otuz il qoca görünən, AYB-nin qarşısında dünyasını dəyişən AKİF SƏMƏD...
06/07/2020 [23:27]:
“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”
06/07/2020 [23:17]:
Qarabağ müharibəsi əlilinə ev verilməməsi iddiasına nazirlikdən münasibət
06/07/2020 [23:13]:
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib
06/07/2020 [23:08]:
Əmanətiniz əmanətimizdir, doğma səhiyyə işciləri!!!
06/07/2020 [21:34]:
Qızılağac milli parkındakı yanğın söndürülüb – YENİLƏNİB+FOTO
06/07/2020 [21:33]:
"Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar qazanır"
06/07/2020 [21:29]:
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi - CANLI
06/07/2020 [21:18]:
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
06/07/2020 [21:14]:
“Sirus Təbrizli sağ olsaydı, Ramiz Mehdiyev haqqında nələr deməzdi...”
06/07/2020 [20:59]:
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
06/07/2020 [20:36]:
Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır
06/07/2020 [20:25]:
Məşhur rəssamın toz basmış əsəri tapılıb
06/07/2020 [20:15]:
ABŞ-da işlək qazma qurğularının sayı antirekorda getməkdə davam edir
06/07/2020 [20:14]:
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06/07/2020 [20:05]:
Qızılağac milli parkında yanğın
06/07/2020 [19:57]:
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06/07/2020 [19:49]:
Brilliant Dadaşova oğlunun müdafiəsinə qalxdı: “Haqqında yanlış fikir formalaşdırmaq istəyirlər” - FOTO
06/07/2020 [19:47]:
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
06/07/2020 [19:43]:
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları açıqlandı
06/07/2020 [19:43]:
Azərbaycanlı alimlərin anonsunu verdiyi dərmanın COVID-19-a qarşı istifadəsinə başlanılıb
06/07/2020 [19:41]:
QHT imkansız ailələrə ərzaq yardımı edəcək
06/07/2020 [19:40]:
Biləsuvarda su böhranı davam edir
06/07/2020 [19:37]:
Salyanda bir aydır itkin düşmüş kişinin meyiti meşədə aşkarlandı - İntihar edibmiş
06/07/2020 [19:36]:
Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı - FOTO/VİDEO
06/07/2020 [19:34]:
Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06/07/2020 [19:32]:
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
06/07/2020 [19:28]:
Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub - VİDEO
06/07/2020 [19:23]:
10 yaşlı uşaqdan hamilə qaldığını söyləyən azyaşlı qız Uşaq dünyaya gətirdi...
06/07/2020 [19:06]:
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - QƏRAR
06/07/2020 [19:04]:
Bütün dünya bu qəhrəman qadından danışır - İBRƏTAMİZ...+ FOTO
06/07/2020 [19:01]:
12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO
06/07/2020 [18:51]:
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
06/07/2020 [18:50]:
“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Dövlət Komitəsi
06/07/2020 [18:48]:
Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı -VİDEO
06/07/2020 [18:10]:
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
06/07/2020 [18:00]:
Ədliyyə Nazirliyi jurnalistlər üçün müsabiqə elan etdi
06/07/2020 [17:59]:
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü
06/07/2020 [17:59]:
190 manatın verilməsinə başlanıldı
06/07/2020 [17:57]:
Abşeronda mütamadi reydlər keçirilir – FOTOLAR
06/07/2020 [17:31]:
"Tarix sizi unutmayacaq..."
06/07/2020 [17:26]:
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır - CƏDVƏL
06/07/2020 [17:24]:
Baş prokurordan yeni TƏYİNATLAR
06/07/2020 [16:52]:
Hədəfdəki PKK düşərgəsi: Haftanin
06/07/2020 [16:47]:
Karantin qaydalarına məhəl qoyulmadı: Sahildə köpüklü “parti” - VİDEO
06/07/2020 [16:44]:
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib
06/07/2020 [16:42]:
Bakıda gizli fəaliyyət göstərən “play station” zalı AŞKARLANDI
06/07/2020 [16:32]:
Məşhur futbolçunun evi qarət olundu
06/07/2020 [16:29]:
Qarabağ döyüşçüsü polis rəisi vəzifəsinə təyin edildi
06/07/2020 [16:28]:
Türkiyə 6 xarici banka birjada ticarət zamanı qısa mövqelərin açılmasını qadağan edib
06/07/2020 [16:27]:
“Camaatımıza səbr, multimilyarderlərə də eyş-işrətlə məşğul olmağı arzulayıram...”
06/07/2020 [16:20]:
Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ - VİDEO
06/07/2020 [16:19]:
“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi
06/07/2020 [16:13]:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO - YENİLƏNİB
06/07/2020 [15:45]:
İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi
06/07/2020 [15:42]:
DTX-nin tutduğu XİN-in yüksək vəzifəli şəxsi: “10 faizini özümə götürürdüm” - VİDEO
06/07/2020 [15:30]:
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
06/07/2020 [15:30]:
"Pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edirik"
06/07/2020 [15:27]:
BDU-da virtual elmi seminar keçirilib
06/07/2020 [15:25]:
İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
06/07/2020 [15:24]:
XİN-in yüksək vəzifəli şəxslərinin saxlanılmasının görüntüləri - ANBAAN VİDEO
06/07/2020 [15:21]:
Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
06/07/2020 [15:16]:
ADNSU-da Kimya mühəndisliyinin aktual problemlərinə dair Beynəlxalq Konfrans keçiriləcək
06/07/2020 [15:10]:
Bakıda boya fabrikində yanğın havanın çirklənməsinə səbəb olub
06/07/2020 [15:08]:
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün ərizə qəbuluna başlanıldı
06/07/2020 [15:05]:
DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib
06/07/2020 [15:04]:
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
06/07/2020 [15:02]:
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
06/07/2020 [14:55]:
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
06/07/2020 [14:46]:
BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
06/07/2020 [14:36]:
İsmayıl Babayev 20 sutkalıq həbs edildi
06/07/2020 [14:33]:
Tanınmış idman şərhçilərinin YOLUXMASI İLƏ BAĞLI AÇIQLAMA
06/07/2020 [14:31]:
"Ümid edirik ki, Aya Sofyanın ümumdünya əhəmiyyəti nəzərə alınacaq"
06/07/2020 [14:30]:
“Ay “işverənlər”, “Fairmont”a dəvət etmədilər deyə təsir etdi”
06/07/2020 [14:29]:
Pakistanın səhiyyə naziri koronavirusa yoluxdu
06/07/2020 [14:19]:
“Bəhram Bağırzadə süni tənəffüs aparatından ayrıla bilər” - AÇIQLAMA
06/07/2020 [14:15]:
Prezident üç yerli telekanala müsahibə verdi
Bütün arxiv bir sırada
30/05/2020 [15:33] - Siyasət - ( 1627 dəfə baxılıb)

"Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”



29 may 2020-ci ildə ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin videokonfrans formatında görüşü baş tutub. Bu barədə ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.
Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplomatiya, dövlətlərarası dialoq və qarşılıqlı əlaqələrin davamlılığının təmin edilməsi, eləcə də regionda davam edən münaqişələrin həlli və təhlükəsizliyə dair ATƏT-in hər 3 ölçüsü (hərbi-siyasi; iqtisadi və ətraf mühit; insan ölçüsü) üzrə fəaliyyətin davam etdirilməsinin mümkün yollarına dair müzakirələr aparılıb.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək bir sıra vacib məsələlərə münasibət bildirib. İlk növbədə çoxtərəfliliyin (multilateralism) ciddi sınaq qarşısında olduğunu, bəzi ölkələrin qlobal təhlükəsizliyə cavabdeh olan 6 beynəlxalq müqavilədən birtərəfli qaydada çıxdığını və beləliklə dünya təhlükəsizlik arxitekturasına real təhdid yarandığını deyib. Azay Quliyev ATƏT-in Baş katibi Qreminqerə təklif edib ki, dövlət başçıları və xarici işlər nazirləri ilə görüşdə bu məsələni xüsusi diqqətdə saxlasın. A. Quliyev ATƏT PA olaraq bu mövzuda hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Daha sonra Azay Quliyev pandemiya və post pandemiya dövründə dünya iqtisadiyyatının bərpası üçün bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının əhəmiyyətindən danışaraq bu sahədə ATƏT-in gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məsələ qaldırıb və ATƏT PA-da fəaliyyət göstərən İpək Yoluna Dəstək Qrupunun bu sahənin inkişafına verdiyi önəmi qeyd edib.
Azay Quliyev ATƏT ərazisində münaqişələrə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də ayrıca toxunaraq Ermənistanın danışıqlara ciddi zərbə vuran təxribatçı əməllərindən Azərbaycan xalqının ciddi narahat olduğunu iclas iştirakçıların diqqətinə çatdırıb: “Ermənsitan martın 31-də Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ regionunda təşkil etdiyi qanunsuz “seçkini” dünya ictimaiyyəti haqlı olaraq tanımadı və birmənalı şəkildə rədd etdi. Ermənistan təəssüf ki, bundan nəticə çıxarmadı. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın Xarici İşlər Naziri Segey Lavrov münaqişənin mərhələli həllinin və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılmasının vacibliyini söylədi, Ermənistan bu dəfə də bu çağırışa etiraz etdi. Daha sonra bütün dünyanın qeyri-qanuni adlandırdığı 31 mart “seçkiləri”nin nəticələri ilə təkrar manipulyasiya edərək mayın 21-də Azərbaycanın tarixi şəhərində, hazırda işğal altında olan Şuşada oyuncaq qurumun qondarma “başçısına” “inaqurasiya” mərasimi təşkil etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə gələrək belə bir qanunsuz tədbiri təşkil etməsi bu ölkənin bütün beynəlxalq hüquq normalarını və dəyərlərini ayaqlar altına atması demək idi. Ermənistanın bu təxribatı Azərbaycan xalqının haqlı qəzəbinə, ölkədə müharibə çağırışlarının kəskin artmasına səbəb oldu. Mən ATƏT-in Baş katibindən soruşmaq istəyirəm ki,Ermənistanın bu cəzasızlığı nə vaxta kimi davam edəcək? ATƏT bu işğalçı ölkənin beynəlxalq hüquqa hörmət etməsi üçün hansı təsirli addımlar atmalıdır?”

ATƏT-in Baş katibi Tomas Qreminqer qeyd olunan məsələlərlə bağlı bildirib ki, multilateralizmlə bağlı vəziyyət həqiqətən narahatedicidir və bu məsələ ATƏT-in gündəliyindədir. O, ikinci məsələ, bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının ATƏT üçün xüsusi əhəmiyyət daşıdığını, bunun üçün ATƏT-in Mərkəzi Asiya ilə Cənubi Qafqazı və Avropanı birləşdirən “Yaşıl Port” adlı layihəsi olduğunu diqqətə çatdırıb. T. Qreminqer bu mövzunun gələcəkdə də ATƏT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Baş katib bildirib ki, bölgədə gərginliyin artması hamını narahat edən məsələdir və O, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bütün səylərini və çağırışlarını dəstəkləyir: “İlin əvvəlində həmsədrlərin ümidverici planları vardı, lakin pandemiyaya görə münaqişə tərəfləri ilə canlı görüşlərin keçirilməsi mümkün olmadığından hələlik bu istiqamətdə hər hansı bir praktik addım atılmır. Ümid edirəm ki, pandemiyanın təsirləri aradan qalxandan sonra danışıqlar yenidən bərpa ediləcək”.

Daha sonra ATƏT PA-nın Büro üzvlərinin iclasında İpək Yoluna Dəstək Qrupunun fəaliyyəti və rəsmi statusu məsələsi də ətraflı müzakirə edilib. ATƏT PA-nın prezidenti Corc Sereteli, vitse-prezidenti Lord Piter Bones, iqtisadiyyat komitəsinin sədri Doris Barnet və Baş katib Roberto Montella bu Qrupun yaradılmasını və keçən müddət ərzində Qrupun Asiya-Avropa əməkdaşlığını daim diqqətdə saxladığını təqdir etdiklərini bildiriblər. Onlar qeyri-formal statusa malik Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi orqanına çevrilməsini təklif ediblər. ATƏT PA-nın vitse prezidenti və Qrupun sədri Azay Quliyev göstərdikləri dəstəyə və xoş sözlərə, o cümlədən Qrupa rəsmi statusun verilməsi təklifinə görə bütün həmkarlarına təşəkkür edərək bildirib ki, gələn həftə, iyunun 3-də Qrupun onlayn iclasında bu təklifi məmnuniyyətlə qrupa üzv olan 27 ölkənin nümayəndə heyəti ilə müzakirə edəcək.

Görüş daha sonra ATƏT PA-nın gələcək fəaliyyəti haqqında fikir mübadiləsi ilə davam etdirilib.
Elmeddin Behbud adlı şəxsin şəkli.

loading...
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim: "Alnım açıq, vicdanım təmizdir"
Yaşından otuz il qoca görünən, AYB-nin qarşısında dünyasını dəyişən AKİF SƏMƏD...
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...
89 yaşında ata olan milyarder sirrini paylaşdı: "Sadəcə D vitamini istifadə etdim"
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”
Cəmiyyət
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
Gündəm
“Qarabağ həqiqətlərinin tanıdılması bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”
Cəmiyyət
“Qarğıdalı həzm sisteminin stimuallaşdırılmasına köməklik göstərir, xərçəngin qarşısını alır”
Dünya
"Bilmirəm nə edim..?" – Pandemiya Tarkanı çətin vəziyyətdə qoyub
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247