ABŞ prezidenti Donald Tramp Corc Floydun polis tərəfindən öldürülməsindən sonra artan etiraz dalğasına sərt reaksiya verib və ordunun hazır vəziyyətə gətirildiyini söyləyib.
Moderator.az
xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində
46 yaşlı qaradərili C. Floydun saxlanılarkən polis məmuru Derek Çauvin tərəfindən
öldürülməsinin ardından vətəndaşlar olaya etiraz edərək küçələrə çıxmış,
cinayətə etiraz edən nümayişlər təşkil edilmişdir.
Qısa müddətdə
etiraz dalğası demək olar ki, bütün ölkəyə yayılıb. Prezident Donald Tramp isə genişlənən
etirazlara sərt reaksiya sərgiləyib.
ABŞ
prezidenti nümayişlərin federal bir cinayətə döndüyünü vurğulayaraq, federal
hökumətin işə qarışacağına dair xəbərdarlıq edib. Bu zaman o, ordunun bütün
gücündən istifadə ediləcəyini və bir çox həbslərin olacağına işarə edib. Tramp
ordunun öz vəzifəsinə hazır olduğunu açıqlayıb. Tramp etirazçılar haqqında belə
deyib:
“Bunlar təşkilatlanmış
radikal sol qruplardır. Floydun xatirəsini ləkələyirlər. Onun xatirəsi üçün
şiddət sona çatmalıdır. Bu adamlar radikal sol pis adamlardır, bu şəkildə hərəkət
edə bilməyəcəklərini onlara öyrətmək lazımdır”.
Bundan
başqa, Donald Tramp öz tərəfdarlarına çağırış edərək onları Ağ Evin qarşısında
toplaşmağa dəvət edib.
Digər tərəfdən
Pentaqonun Şimali Karolina, Nyu York və Virciniya ştatlarında olan hərbi
birliklərə küçəyə çıxmaq üçün hazır olmaları barədə əmr verildiyi iddia edilir.
Taleh