Xəbər lenti
11/07/2020 [07:31]:
İnsanın xoşbəxt, yoxsa bədbəxt olması necə müəyyən edilir?..
11/07/2020 [01:58]:
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
11/07/2020 [01:50]:
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
11/07/2020 [00:20]:
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
11/07/2020 [00:05]:
Tarix İnstitutunda “Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi” kitabı çap edilib
11/07/2020 [00:02]:
"Postpandemiya dövrünün əsas vəzifələrindən biri tibb təhsilini reanimasiyadan çıxarmaqdır"
10/07/2020 [23:14]:
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
10/07/2020 [22:55]:
Fransada infeksiyadan 30 mindən çox şəxs öldü
10/07/2020 [22:54]:
Binəqədidə velosipedçini avtomobil vurdu
10/07/2020 [22:32]:
Baş prokurora müraciət etdi, Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi qəbul etdi
10/07/2020 [22:32]:
Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər
10/07/2020 [22:30]:
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
10/07/2020 [22:10]:
"Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb"
10/07/2020 [22:08]:
İsraildə COVID-19-a yoluxanların sayı 36 mini keçdi
10/07/2020 [22:06]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini işdən çıxarıldı
10/07/2020 [21:39]:
“Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir”
10/07/2020 [21:34]:
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
10/07/2020 [21:29]:
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
10/07/2020 [21:27]:
Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilir
10/07/2020 [21:13]:
BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti - Sabir Əhmədli - 90
10/07/2020 [21:08]:
Cəlilabad Elektrik Şəbəkəsində nə baş verir? - Yeni təyin olunan rəis də işdən çıxarıldı...
10/07/2020 [21:04]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının keçirilməsinə başlanır
10/07/2020 [21:02]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
10/07/2020 [21:00]:
Gürcüstan Ukraynaya nota verdi
10/07/2020 [20:58]:
“Onlar istəsələr də istefa verə bilməzlər, çünki elə qanunsuzluqlara yol veriblər ki...”
10/07/2020 [20:34]:
İlham Əliyev 2 fərman imzaladı
10/07/2020 [20:33]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlandı
10/07/2020 [20:30]:
Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
10/07/2020 [20:28]:
Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır
10/07/2020 [20:21]:
“1994-cü ilə qədər Azərbaycan düşmən qarşısında yalnız bir üstünlüyə malik olub, o da...”
10/07/2020 [19:36]:
Bəzi rayonlar sərt karantin rejimindən çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
10/07/2020 [19:32]:
Ekspres avtobusların fəaliyyəti dayandırılır
10/07/2020 [19:31]:
“2016-cı ilin aprelində Şoyqunun zənginə fikir verməməliydik” – Elxan Şahinoğlu
10/07/2020 [19:27]:
Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
10/07/2020 [19:26]:
“Ümid edirəm ki, pandemiyadan sonra çox fərqli Azərbaycan görəcəyik” - Fazil Mustafa
10/07/2020 [19:25]:
Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
10/07/2020 [19:19]:
Ölkəmizin adına şərəf gətirənlər - Vətənlə nəfəs alan soydaşımız...
10/07/2020 [19:10]:
TƏBİB-lə Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü aparılır - Prezidentin köməkçisi
10/07/2020 [19:07]:
"Jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər...”
10/07/2020 [19:01]:
DTX Xarici İşlər Nazirliyindəki yeni həbslərlə bağlı MƏLUMAT YAYDI
10/07/2020 [19:00]:
Göyçayda 23 yaşlı gənci maşın vurdu
10/07/2020 [18:54]:
Karantin rejimi barədə qərarların necə qəbul olunduğu açıqlandı
10/07/2020 [18:47]:
Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı açıqlama
10/07/2020 [18:44]:
“Hazırda orduda koronavirusa yoluxma yoxdur” - Prezidentin köməkçisi
10/07/2020 [18:41]:
Karantin daha 60 gün uzadılacaq? - AÇIQLAMA
10/07/2020 [18:39]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
10/07/2020 [17:53]:
"Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir" - Nadir Zeynalov
10/07/2020 [17:48]:
Məhkəmə XİN-in Konsulluq İdarəsinin rəsi barəsində həbs qərarı çıxardı...
10/07/2020 [17:46]:
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
10/07/2020 [17:43]:
"İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı" - Yaqut Qarayeva
10/07/2020 [17:42]:
Prezidentin köməkçisi: "Mən də ictimai nəqliyyatdan istifadə edirəm"
10/07/2020 [17:40]:
Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10/07/2020 [17:39]:
Elman Rüstəmova vaxt verildi – 1 milyardı qaytarmalıdır
10/07/2020 [17:18]:
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
10/07/2020 [17:17]:
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
10/07/2020 [17:16]:
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib
10/07/2020 [17:10]:
Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
10/07/2020 [17:08]:
DİN polisin yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə məlumata münasibət bildirib
10/07/2020 [17:07]:
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
10/07/2020 [17:00]:
Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO
10/07/2020 [16:17]:
ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib
10/07/2020 [16:12]:
Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi
10/07/2020 [16:09]:
Bugünkü qəbul imtahanında iki nəfərdə telefon aşkarlanıb
10/07/2020 [16:05]:
Ədalət Vəliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri ilə görüşdü
10/07/2020 [16:04]:
Vüsal Qasımlı: “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”
10/07/2020 [16:01]:
“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...
10/07/2020 [15:59]:
Azərbaycanda karantin qaydalarına məhəl qoymayan kənd aşkarlandı - FOTO
10/07/2020 [15:34]:
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
10/07/2020 [15:32]:
“Mənim üçün çox maraqlıdır ki, erməni helikopterini hansı istiqamətdə və necə vurmusan”
10/07/2020 [15:30]:
Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
10/07/2020 [15:23]:
Şeyxin elmi platforması nələrə qarşı sipərdir?
10/07/2020 [15:17]:
Kişini toy gecəsi belə aldadırlarmış - Namussuz qızların yeni fırıldağı...
10/07/2020 [15:11]:
Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb
10/07/2020 [15:08]:
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
10/07/2020 [14:48]:
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ
10/07/2020 [14:38]:
“Valideyn övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”
10/07/2020 [14:37]:
"Mən onu olduğu kimi tanıya bilməmişəm..."
10/07/2020 [14:36]:
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: "İstefa verəcəyimlə bağlı deyilənlər..."
10/07/2020 [14:17]:
Şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi
10/07/2020 [14:11]:
Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
Bütün arxiv bir sırada
31/05/2020 [09:54] - Cəmiyyət - ( 955 dəfə baxılıb)

"Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır"



Son zamanlar daha çox müharibə çağırışı edənlərlə, dinc vasitələr axtarışında olanlar arasında  mətbuatda, sosial şəbəkələrdə qarşılıqlı ittihamlar səslənir. Heç bir tərəfdə xəyanətkar axtarmadan ehtiyatlı olmaq və mətbuatımızın həm də Ermənistanda izləndiyini nəzərə alınmasını xatırlatmaq istəyirəm. Qəribədir ki, polemikalar hərbi təlimlər keçirdiyimiz zamana təsadüf etdi. 
Bu dəfəki hərbi təlimlər sülh danışıqlarının tam fiaskoya uğradığı vaxta təsadüf edir. Azərbaycan prosesi qabağa aparan, fəallaşdıran, sürətləndirən formatlardan biri kimi hərbi təlimləri doğru seçib. Hətta növbəti təlimlər üçün də anons vermək olar ki, hədəf atışları Qarabağ ətrafında işğal olunmuş ərazilərdə keçiriləcək. Bu ərazilərdəki hər hansı hərəkətlilik üçün heç bir subyekt qarşısında hesbatlı deyilik. Çünki bu halda Azərbaycan nəinki Ermənistana hücum etmir, heç öz ərazisi olan Qarabağda da erməni əsilli azərbaycanlıları narahat etmir, etnik təmizləmə aparmır, özünün beynəlxalq miqyasda tanınan ərazisində təlim keçirmiş olur. Rəsmi İrəvan bir-birinin ardınca dinc nizamlanma prosesini mənasız edən təxribatçı bəyanatlarla çıxış etdiyi zaman keçirdiyimiz təlimlər İrəvana mesajdır. Çünki Ermənistan faktiki əraziləri qaytarmaqdan imtina edir. Dinc danışıqlarla nizamlanmanın alternativi isə hərbdir. ”Azərbaycan müharibəyə hazırdır” deməkdir. Bu güc prestijinin cəmiyyət tərəfindən  qüvvətləndirilməsi gərəkdir.

Əksinə, çəkingən bəyanatlar vermək hərbi təlimlər də daxil olmaqla bu siyasətə sərf olunan vəsaitin də, əməyin də üstündən xətt çəkmək, bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir. Bu çəkingənlik və qorxmağa bəhanə axtarışı sərgiləndiyi sürəcdə təlimlər və “problemin dinc yolla həlli mümkün deyilsə, güc yolu ilə həll ediləcək” bəyanatları ciddiyə alınmaz.

Keçirilən irimiqyaslı hərbi təlimlər düşmənin psixoloji durumuna təsir edir.

Təlimlərin mahiyyəti Ermənistan işğalçı ordusunun ərazimizdən xoşluqla çıxmayacağı halda, hərbi yolla çıxardılacağını nümayiş etdirməkdir. Hərbi təlim gücü yoxlamaq və gerçək savaşı məşq etməklə yanaşı düşmənə psixoloji təziqdir. Bu təlimlər Ali Baş komandanın iradəsi ilə keçirilir. Ən azından hərbi təlimlər keçirdiyimiz bir zamanda hamının nəbzi eyni vurmalıdır. Bu zaman kəsiyində -ordumuzun əzələ nümayişi zamanı mediada  çəkingənlik nümayiş etdirmək müdriklik deyil və görülən işlərə zərər verir.

İndi sosial şəbəkə və KİV-lərdə guya təmkin və analitik düşünmə sonucu olaraq vəziyyətlə barışmaq, sonsuz bir müddətə danışmaq, savaş olarsa düşmən Kür çayına qədər gələ bilər ifadəsi işlətmək ən azı yaranmış psixoloji ab-havanı əleyhimizə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, biz erməni mətbuatını izlədiyimiz kimi, ermənilər də bizim mətbuatı izləyir.

Əlbəttə, ölçülü biçili, prosesi xeyirimizə dəyişən hesablanmış addımların atılması zəruridir. Xüsusilə hərb variantı ilə bağlı. Bu planlama Ali baş komandan tərəfindən generalitet və strateji mərkəzlərlə həll olunar. Bunu prezidentin 28 may çıxışında da duymaq mümkündür. -“İ.Ə-Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.”

 İctimai rəy liderlərinin isə indiki anda Qarabağ məsələsi ilə bağlı yanaşmalarında xeyirimizə dəyişmiş psixoloji duruma zərər verməməyi önəmlidir. Bunun kəsinliklə nəzərə alınması lazım. Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma hərbə hazırıq- fəlsəfəsi ilə davranmalıyıq. Düşmən tərəf torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır. 

Ehtiyatlı mövqe nümayiş etdirənlərin bəziləri müharibə çağırışı sonuclarından ehtiyatlanan adamlardırsa da, bəziləri sadəcə indiki status –kvodan məmnun halda “vətənim villam, millətim ailəm” yanaşması ilə zamanı ötürmək, şəxsi rahatını riskə buraxmaq istəməyənlərdir. Parlamentin ilk iclasında ölkə prezidenti susmamağa, həqiqətləri deməyə, təhdidlərin qarşısında dayanmağa çağırış etdi. Bu çağırışa əməl etmək əvəzinə əhalidə ruh düşkünlüyü yaradanlara yenə də prezident öz bəyanatları ilə örnək oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də çıxışı zamanı deyib:

İ.Ə-Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz var və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. 

İ.Ə-Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.
Prezidentin bu çağırışları məncə, “qorxmağa bəhanə axtaranlar”ın mövqelərinə yenidən baxmasına kifayət edər.
 
 “Sonsuz səbirli” olmağı tövsiyə edənlər anlamalıdılar ki, atəşkəs sülh müqaviləsi deyil, müqaviləni hazırlamaq üçün pauzadır. Bu pauza on illərlə davam edə bilməz. Ermənistan ən müxtəlif bəhanələrlə vaxtı uzatmaq və Azərbaycan cəmiyyəti üçün “sakitləşdirmə”, ”unutdurma” taktikasına üstünlük verir. Bunun alternativi, vaxt uzandıqca cəmiyyətin daha da aqressivləşdiyini göstərməkdir. Kimsə öz yorğunluğunu, bitkinliyini, ümidsizliyini millətin adından bəyan edərək düşməni ruhlandıra bilməz. 
2016-cı ilin aprel savaşı millətimizin savaşa münasibətini sərgilədi. 2016-cı ildə erməni ordusunun “məğlubedilməzlik” mifini darmadağın edən bir neçə günlük savaş hələ də Ermənistanda müzakirə olunur. Buna görə Ermənistan hərbi rəhbərliyindən bir neçə nəfər işdən qovulub və xüsusi təhqiqat komisiyyası işini davam etdirir.

Bu əməliyyatın bir neçə baxımdan mühüm əhəmiyyəti oldu. Əməliyyat təkcə yüksəkliklərin tərəfimizdən geri alınması, müəyyən ərazilərin azad olunması, düşmənin xeyli itki verməsi baxımından deyil, ən əsası psixoloji –mənəvi cəhətdən əhəmiyyətli idi.

-Ermənistan ictimaiyyətinin öz ordusu haqqında real təsəvvürü və Azərbaycan ordusu haqda real təsəvvürü formalaşdı;

-vasitəçilərin təsəvvürü dəyişdi, danışıq və dinc vasitələrdən yayınma halında Azərbaycan haqqı olan digər yoldan-hərbi yoldan istifadə edəcək qənaəti formalaşdı. Və Azərbaycanın xəbərdarlıqlarının söz güləşdirmək yox, günün birində qəfil həyata keçirilə biləcək son həmlə ola biləcəyi anlaşıldı;

-Azərbaycan xalqının da özünə inamı bərpa olundu; 

-Azərbaycan ictimaiyyətinin də  öz ordusu haqqında real təsəvvürü və Ermənistan ordusu haqda təsəvvürü dəyişdi;

-Xalq prosesə ciddi dəstək verdi, bəlkə də bəziləri xalqın döyüş bölgələrindən gedəcəyini gözlədiyi halda xalq əksinə döyüş bölgələrinə getdi və bunu bütün dünya müşahidə etdi.

Azərbaycan müdafiə naziri cənab Zakir Həsənov 2020-ci il 30 mayda açıqlamasında isə bu mövzuda gözlənilən sonucu ifadə etdi- “bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər Ermənistanın siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”.

Prezidentin bəyanatlarından sonra Müdafiə nazirinin də yanaşmasını ona görə xatırlatdım ki, hər kəs məsuliyyətini hiss etsin. Problemin qeyri-hərbi yolla həllini arzulayanlar, problemin hərbi yolla həllinə hazır olduğumuzu daha uca səslə deməlidirlər ki, həm də bölgədə sabitlik istəyənlər bu əhvalı nəzərə alaraq dinc yolla ədalətli status-kvonun bərpası üçün Ermənistanı məcbur edəcək addımlar atsın.

Çağırışımı Prezident, Ali Baş komandan İlham Əliyevin çıxışındakı bir fikirlə tamamlayıram: “Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına!”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri  Fərəc Quliyev

loading...
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
BÖYÜK İNSANlığın, ziyalılığın və yazıçılığın böyük vəhdəti - Sabir Əhmədli - 90
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir”
Cəmiyyət
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
Cəmiyyət
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
Gündəm
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
Araşdırma
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247