Özbəkistan və Qırğızıstan sərhədində yaşayan sakinlər arasında münaqişə baş verib.
Moderator.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin
Batken vilayətindəki səlahiyyətli nümayəndəsi KİV-ə bildirib. Məlumata görə, Qırğızıstanın
Batken vilayətinin Kadamcay rayonunun və Özbəkistanın Fərqanə vilayətinin Sox rayonunun
sakinləri arasında toqquşma baş verib.
Özbəkistana
məxsus Çaşma kəndi ilə Qırğızıstanın Çeçme kəndi sakinləri arasındakı mübahisə yaz
fəsli ilə bağlı təsərrüfat işləri üzündən baş verib. Kənd sakinləri arasında
münaqişə yaranıb. Hər iki rayonun rəhbərləri mübahisəni həll etmək üçün
görüşüblər.
Qeyd edək
ki, Özbəkistanın Sox rayonu Qırğızıstan ərazisindəki bir anklavdır. Batken bölgəsindəki
oxşar bir anklav da Özbəkistana məxsus Şahimərdan qəsəbəsi və Tacikistanın
Vorux kəndidir.
Moderator.az