Umudov qaragüruhçuları “əks- fənd”ə saldı: “Biz zəifləmirik, əksinə, güclənirik və... !”
Oxunub: 1502
31 May 2020 | 22:34
Umudov qaragüruhçuları “əks- fənd”ə saldı: “Biz zəifləmirik, əksinə, güclənirik və... !”

“Torpağını, dövlətini, vətənini satan və müəyyən marginallaşmış qrupların “əl”inə işləyənləri azərbaycanlı hesab etmirəm”


“Burdan məni provokasiyaya çəkənlərə səslənirəm: "Qanun qarşısında cavab verəcəksiniz!”


Sherg.az xəbər verir ki, uzun illər sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi vəzifəsində çalışmış, hazırda Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti olan Firdovsi Umudova qarşı qarayaxma kampaniyası başlanılıb. Onun əvvəlcə adının heç bir fakta, əsasa söykənməyən işlə əlaqələndirilməsi, sonra isə tutulan DSX polkovnikinə "krışa"lıq etməsi ilə bağlı dezinformasiya yayılıb.

 

Vitse–prezident “REAL TV”də qaragüruhçu qüvvələrin ona qarşı təxribat cəhdlərinə olduqca tutarlı və aydın izah verib. 

Müsahibənin mətnini olduğu kimi təqdim edirik: 

 

-Firdovsi müəllim, idmançılarımızın hazırlıq səviyyələrinin pik həddə olduğu və beynəlxalq yarışlara hazırlaşdığı bir zamanda koronavirus  pandemiyası ilə üzləşdik. Hazırda idman aləmində, o cümlədən güləşdə vəziyyət necədir?

 

-AGF rəhbərliyi müntəzəm olaraq idmançılarla maraqlanır. Vətəndə, həmçinin xarici ölkələrdə olan güləşçilərimizin gigiyenası, qida rasionu, ev şəraitində məşqləri nəzarətdə saxlanılır. AGF rəhbəri Namiq Əliyev indiyə kimi bir neçə dəfə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə onlayn formatda əlaqə saxlayıb. Gələn ayın 19-20-də yenə belə müzakirələr aparılacaq. Namiq Əliyevin müəyyən təklifləri var. Yəqin ki, həmin təkliflər də nəzərə alınacaq. 

-Dediyiniz tarixdən sonra vəziyyətin düzələcəyinə ümid varmı?

 

-Əlbəttə, heç kim gözləmirdi ki, Olimpiya Oyunları, futbol üzrə Avropa Çempionatı, lisenziya xarakterli müxtəlif nüfuzlu yarışlar təxirə salınacaq. Hazırda müzakilər gedir, danışıqlar aparılır.  Bu müddət ərzində idmançılar formalarını qorumağa çalışmalı, qayda və tövsiyələrə əməl etməlidirlər. Xaricdə olan idmançılarımız da Azərbaycana gəldikdən sonra test ediləcəklər. Yəqin ki, bütün bunardan sonra onların yarışlarda iştirakı planlaşdırılacaq. 

 

-Xüsusi karantin rejimi dövründə bizim peşəkar iş fəaliyyətimizlə yanaşı, sosial məsuliyyət tərəfimiz də üzə çıxdı. Bunu nəzərə alsaq, indiki dövrdə idman cameəsi sosial məsuliyyətinin öhdəsindən gələ bilirmi?

 

-Azəbaycan xalqı daim həmrəy olub. İdmançılar həmişə olduğu kimi indi də ölkəmizin başçısı cənab İlham Əliyevin çağırışına əməl edirlər. Öz növbəmizdə aztəminatlı ailələrə yardım etdik, onların qayğıları ilə maraqlandıq. Əlbəttə, bu, hər bir azərbaycanlının borcudur. Məhz cənab Prezidentimizin qəbul etdiyi rasional, mütərəqqi qərarların, Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın tövsiyə və dəstəyinin, eyni zamanda həmrəyliyimizin nəticəsində pandemiya ölkəmizdə geniş yayılmadı. Bu, ölkəmizin, hökumətimizin növbəti uğurudur. Pandemiyaya qarşı mübarizədə Azərbaycan dünya ölkələri üçün etalon, nümunə oldu. Dünyanın ən iri, aparıcı dövlətləri bu virusla necə davranacaqlarını bilmədikləri halda, möhtərəm Prezidentimizin uzaqgörən və qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxmağı bacardı və bacarır. Pandemiyaya qarşı preventiv qərarlar bu gün də uğurla davam etdirilir. Bütün bunlar ölkə başçımızın öz vətəndaşlarına, vətəndaşlarının sağlamlığına verdiyi dəyərin aydın təzahürüdür. Və bu dəyəri, qiyməti Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqlədi.  

-Azərbaycanda uğur qazanan insanlara həmişə çox olmasa da, nailiyyətlərinə kölgə salmaq istəyənlər tapılıb. Güləş idmanımızın ən uğurlu qoludur. Deyəsən, zaman-zaman olduğu kimi, yenə də uğurlara kölgə salmaq istəyən ünsürlər meydana çıxıb...

 

-Təkcə mənə yox, uğur qazanan hamıya, digər idmançılara qarşı da belə cəhdlər olur. Dövlətə, dövlətçiliyə sadiq olanların aydın fəaliyyətinə kölgə salmaq, onları ləkələmək istəyirlər. Həmin adamlar sözdə azərbaycanlıdırlar. Torpağını, dövlətini, vətənini satan və müəyyən marginallaşmış qrupların “əl”inə işləyənləri azərbaycanlı hesab etmirəm. Əfsuslar olsun ki, ölkəmizdə “5-ci kolon”a xidmət edənlər var. Onlar hər fürsətdə milli qəhrəmanlarımızı, şəhidlərimizi, idmançılarımızı, yəni Azərbaycanın bayrağını dalğalandıran, vətəni üçün canından, qanından keçməyə hazır olan hər kəsə qara yaxmağa cəhdlər göstərirlər. Dəyərli zabitimiz Ramil Səfərov və şəhid qardaşımız Mübariz İbrahimova qarşı da həqarətlər yağdırırlar. Ancaq bu bədnam arzuları ürəklərində qalacaq. Mən hələ yeniyetməlik, gənclik dövrümdən, Qazaxda yaşayandan Ümumilli lider Heydər Əliyevin siyasətini dəstəkləmişəm.  Heydər Əliyev hakimiyyətə gəlməsə idi, Azərbaycan məhz bu cür adamlara, satqınlara, xainlərə görə yer üzündən silinə bilərdi. Hökumət indi də öz vətəndaşlarına diqqətlə yanaşır, bütün sahələrə - idman, mədəniyyət, incəsənət, Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə qayğı göstərir. Bu diqqət və qayğını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse -prezident Mehriban xanım Əliyevanın fəaliyyəti fonunda aydın müşahidə etmək olur. Lakin bəzilərinin gözü bunu götürmür.  Onların bir çoxunu tanıyıram. Əqidəsini satmış insanlardırlar. Mənə zəng edib, provokasiyaya çəkirlər. Qanunun aliliyinə inandığım üçün belə hallara baş qoşmuram. Onlar gec-tez cəzalanacaqlar. Çünki ölkəmizdə qanun şahdır, şah qanun deyil. Və qanun qarşısında hamımızın boynu incədir. Qarayaxma kampaniyası aparanlar bilməlidirlər ki, biz zəifləmirik, əksinə,  güclənir, Prezidentimizin ətrafında daha sıx birləşirik. 

 

- Firdovsi müəllim, eyniz amanda xalqdan kifayət qədər dəstək də gördünüz. Həm şəxsi, həm də federasiyanın qazandığı uğurlar buna zəmin yaratdı. Əgər bu vaxta kimi siz adınıza görə çalışırdınızsa, indi adınız sizin üçün çalışır...

 

-Mənə dəstək göstərən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Hətta dünya idman ictimaiyyətinin nümayəndələri də mənimlə əlaqə saxladılar, narahatlıqlarını bildirdilər. Bu, bizim güclü olduğumuzu göstərən növbəti faktdır. Necə deyərlər, güc birlikdədir. Ləkə bizə yapışmaz. Dezinformasiya yayırlar ki, Firdovsinin adına cinayət işi açılıb. Mən olmayım, kim olursa olsun, əgər günahkar varsa, cəza çəkməlidir. Dövlət başçısı da dəfələrə bildirib ki, tutduğu vəzifədən, şəxsi əlaqələrdən asılı olmayaraq heç kəsin qanun pozuntusuna qarşı immuniteti yoxdur. Yəni heç bir günahkar cəzasız qalmır...

 

-Belələrinə qarş humanizm limiti də artıq tükənib...

 

-Bilirsiz, biz sakit durduqca, mədəniyyət nümunəsi göstərdikcə qorxduğumuzu düşünürlər. Necə deyərlər, mədəni adam mədəniyyətinə sığınıb, sakit durduqca mədəniyyətsiz elə düşünür ki, ondan qorxdular. belə olan halda ayaqları yer alır. Mən idmançı olmaqla yanaşı, həm də zabitəm. Bütün varlığımla dövlətimə bağlıyam. Emosiyalarımı qorumağı bacarıram. Dəfələrlə demişəm, kimə lazımdırsa, güləş zalına gəlsin, ona hər şeyi başa salım. Həmin adama heç təcili tibbi yardım da kömək edə bilməz. Bu cür təxribatlar, sosial şəbəkələrdəki qarayaxmalar isə mənasızdır. Yeri gəlmişkən, mənə dəstək olan digər insanlar kimi, peşə prinsiplərinə tam əməl edən jurnalistlərə də öz təşəkkürümü bildirirəm. Biz gücü xalqdan alırıq. Mən çox sevinirəm ki, bizim güclü xalqımız, millətimiz var. 

 

-Bəlkə, sosial şəbəkələrdə “qarışqadan fil düzəldən”lərə qarşı artıq immunitet formalaşmalıdır?

 

-Belə hadisələr həmişə olub. Məsələn, bir neçə il əvvəl heç birimizin tanımadığımız bir adamı milli yığma komandanın üzvü kimi internet televiziyaların birində efirə çıxarmışdılar. O da ünvanımıza qeyri-obyektiv sözlər işlətmişdi. Sonradan bunun sifariş olduğunu etiraf etdi və üzür istədi. Bütün bunlar mənim hansısa yersiz hərəkət edərək, bizi istəməyənlərin əlinə fürsət verməyimə hesablanıb. Amma bu, olmayacaq. Əgər bu yerə, bu ali səviyyəyə gəlib çıxmışamsa, deməli, emosiyalarımı idarə etməyi bacarıram. Hətta elə məqamlar olub ki, ailəmə, atama şər-böhtan atmağa çalışıblar. Əlbəttə, vəkillərimiz var, qarayaxmanın üzərində işləyirlər. Hüquq- mühafizə orqanlarından, vəkillərdən həmin insanlarla ciddi məşğul olmalarını, onları üzə çıxarmalarını xahiş edirəm. Biz milli yığma komandanın tərkibində neçə-neçə gəncə yol göstəririk, vətənpərvərlik ruhu təlqin edirik. Öz dərrakəmiz, öz ağlımız var. Bu səbəbdən də heç bir halda artıq hərəkətə yol vermərik. Əsas məsələ odur ki, həmin diletanları tanıyıram və hansı əqidəyə xidmət etdiklərini bilirəm. 

 

-İndi birlik, həmrəylik də əsas şərtdir. 

 

-Əlbəttə. Dövlət bizə-idmançılara dəstək olduğu kimi, biz də həmişə hökumətimizin yanında olmalıyıq. Bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasında birliyimiz müstəsna rol oynayır. Biz dövlətin yanında olmalı, “5-ci kolon”a qarşı birlikdə mübarizə aparmalıyıq. Özü də bu mübarizə daha real olmalıdır. Əks halda anti-təbliğat aparanlar özlərini haqlı hesab edirlər. Birbaşa mənim adıma ləkə yaxa bilmədiklərini görəndə hansısa qohumların, yaxınların adından istifadə edirlər. Unutmaq olmaz ki, ata heç öz oğlunun cinayətinə görə məsuliyyət daşımır. Deməli, hərə öz əməlinin cavabını verməlidir. Birincisi, dövlət başçısının çağırışlarına qulaq asmaq lazımdır. Səhv yol, mövqe tutmaq olmaz. İkincisi də, əgər cinayət törətmisənsə və bu aşkarlanıbsa, mütləq cavabını verməlisən. İnsanlarımızı birliyə, həmrəyliyə çağırıram. Bir nəfər tanınmış, uğurlu şəxs haqqında işlədilən qeyri-obyektiv sözü hamı özünə deyilmiş kimi qəbul etməlidir. Burdan məni provokasiyaya çəkənlərə səslənirəm: "Qanun qarşısında cavab verəcəksiniz!


Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır