Vüqar Rəhimzadə: "COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir"
Oxunub: 848
01 Jun 2020 | 17:11
Vüqar Rəhimzadə:

«Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Təbii ki, hər bir dövlət bu sınaqdan az itki ilə çıxmaq üçün malik olduğu imkanlara, təcrübəyə uygun addımlar atır. Reallıq budur ki, əksər dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür. Gündən-günə yoluxma və ölüm hallarının artması bir siqnal, çağırışdır. Epidemiya başlayan gündən etibarən hər zaman olduğu kimi, Azərbaycan yenə də öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin məsələyə dərhal adekvat reaksiya verdiyini və bundan uğurla çıxmaq üçün təkmil yollar axtardığını ortaya qoydu.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır: «Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri səbəbsiz deyil. «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsas idi. Vətəndaşlardan daha məsuliyyətli olmaq tələb

edilirdi. Dünya miqyasında müqayisə apardıqda Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Məhz bunun nəticəsidir ki, ölkəmiz birinci mərhələni az itki ilə başa vurdu. Amma bu, o demək deyil ki, pandemiya sona çatıb. Onun ikinci dalğasının baş verməsi qaçılmazdır. Bunun üçün qabaqlayıcı tədbirlərin davam etdirilməsi bu günümüzün əsas tələbləri sırasındandır.

«Ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutur. Mehriban xanım Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza dəfələrlə etdiyi müraciətində bildirir ki, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi: «Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk.» Bu inam da ifadə olunur ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.» Baş redaktor bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına yoluxanların müalicəsinin lazımi səviyyədə təşkili görülən qabaqlayıcı tədbirlərlə yanaşı, Azərbaycanın səhiyyə sisteminin təkmilliyinə də aydınlıq gətirir: «20 xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib ki, onlar ən müasir avadanlıqlarla təchiz edilib. Pandemiya dövründə Bakıda 575 çarpayılıq «Yeni klinika» tibb müəssisəsi, digər 3 şəhərdə ümumi çarpayı sayı 500-dən artıq olan yeni xəstəxanalar istifadəyə verilib. Qısa müddətdə 6-sı dövlət, 4-ü özəl sahibkarlar tərəfindən tikilməkdə olan, hər biri 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan biri istifadəyə verilib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox ianə toplanıb ki, bu da xəstələrin müalicəsi üçün zəruri olan bütün imkanların yaradılmasına yönəldilib. Dövlətimizin başçısı İlham Əliyev bu

mübarizədə əsas məsuliyyətin həkimlərin üzərinə düşdüyünü xüsusi vurğulayır. Sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir və alqışlanır. «Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibət öz aydın ifadəsini tapıb.»

«Qeyd etdiyimiz kimi, dövlətimizin vətəndaşlarını koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyini təsdiqləyir. Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib: Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, ehtiyac olmadığı təqdirdə evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda özümüzlə yanaşı, doğmalarımızı, ətrafımızdakı insanları virusa yoluxmadan qoruyar, onların sağlamlığına vətəndaş kimi dəstək olarıq» söyləyən baş redaktor vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi, yaxud yumşaltması da vətəndaşların sağlamlığının təminatında, eyni zamanda, onların əvvəlki həyata qayıtmalarında əhəmiyyətli rol oynayır. Karantin qaydalarının zaman-zaman yumşaldılması müəyyən dövr üçün statistik rəqəmlərə əsaslanır: «Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən karantin qaydalarında yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti böyüklərimizə olan diqqətin bariz nümunəsi kimi dəyərləndirildi. Hətta dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxıldı. Həmçinin yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıraraq bildirir ki, böyüklərinizi qoruyun. Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı

nəslin nümayəndələri, xroniki xəstəlikdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Onu da qeyd edək ki, karantin qaydalarının yumşaldılmasında yer alan mühüm məqamlardan biri də yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün qadağalar may ayının 18-dən götürüldü. Amma bununla yanaşı, belə bir çağırış edildi ki, ehtiyac duyulduğu təqdirdə evdən çıxmaq gərəkdir.»

V.Rəhimzadə bu məqamı təəssüf hissi ilə vurğulayıb ki, karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb: «Əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaqda çətinliklər yaranıb. Təbii ki, buna səbəb insanlarda arxayınlıq hissinin yaranması, pandemiyanın ümumiyyətlə, yoxa çıxması barədə təəssüratların formalaşmasıdır. Bugünkü gündə maarifləndirmə işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Prezident İlham Əliyev bildirir: «Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.» Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.»

«Bu gün hər kəs maarifləndirmə işinin fəal iştirakçısı olmalıdır» söyləyən V.Rəhimzədə qeyd edib ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə çağırmalıdır: «Nəzərə alaq ki, ölkəmiz pandemiya dövründə digər tədbirlərlə yanaşı, tibbi maska çatışmazlığının yaşanmaması üçün iki müəssisənin istifadəyə verilməsinə nail oldu. Müsbət nəticələrin davamlılığını təmin etmək üçün maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Koronavirus infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, həmçinin bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.»

V.Rəhimzadə qeyd edib ki, sosial məsuliyyətin artırılması, ictimai nəzərətin gücləndirilməsi bütün cəza tədbirlərinin ən önəmlisidir: «Hər kəs özünə və doğmalarına, ətrafındakı insanlara diqqət, qayğısını nizam-intizam qaydalarına riayət etməklə nümayiş etdirə bilər. Sosial məsafənin qorunması, tibbi maskalardan istifadə edilməsi, gigiyena qaydalarına əməl olunması bu dəstəyimizin ən yüksək ifadəsi olar. Artıq ölkəmizdə də epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Bu cərimələr sosial məsuliyyət hissinin artırılmasına necə təsir göstərəcək, bunu növbəti dəfə açıqlanacaq statistik rəqəmlər göstərəcək. Reallıq budur ki, Azərbaycan pandemiya təcrübəsi ilə dünyaya nümunədir. Dünyaya birlik, həmrəylik çağırışını edən və bunu əməldə təsdiqləyən Azərbaycan daxildəki birliyimiz ilə də nümunədir. «Biz birlikdə güclüyük!»
Oxşar xəbərlər
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
GÜNLÜK
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb