Milli Məclisin bugünkü toplantısında sosial şəbəkələrə nəzarətin vacibliyi ilə bağlı fikirlər səslənib. Bəzi millət vəkilləri hesab edir ki, sosial şəbəkələrdə müharibə, terrorla bağlı çağırışlar səslənir ki, bu da ciddi qanun pozuntusudur.
Moderator.az-a
açıqlamasında bu təklifi şərh edən media eksperti Elçin Şıxlı, bu cür müzakirələrə
ehtiyac duymadığını vurğulayıb:
“Şübhəsiz ki, terrora,
iqrçiliyə və s. kimi məsələlərə çağırış
yolverilməzdir və buna görə qanunla məsuliyyət nəzərdə tutulub. Yəni qanunun bu
məsələyə mövqeyi aydındır və sosial şəbəkələrdəki bu cür çağırışlar əsasən
xüsusi xidmət orqanları tərəfindən araşdırılır. Buna görə də parlamentdə sosial
şəbəkələrə nəzarətlə bağlı müzakirələrə lüzum görmürəm. Onu da unutmaq olmaz
ki, sosial şəbəkələrə nəzarət texniki baxımdan olduqca çətindir.
Sosial şəbəkələrdən
söyüş, təhqir vasitəsi kimi istifadə də yolverilməzdir.
Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır.
Bunu da qeyd edim ki,
sosial şəbəkə media sahəsi deyil. Burada hansısa media qurumunun səhifəsi, xəbər
platforması ola bilər ki, bu da tamam başqa şeydir.
Hesab edirəm ki, sosial şəbəkələrə
nəzarətlə bağlı parlamentdəki müzakirələrə ehtiyac yoxdur və bu müzakirələrə sərf
edilən zaman ərzində daha vacib məsələlər müzakirə oluna bilər”.
Seymur ƏLİYEV