“Azərbaycan bu gün sadəcə İrəvanla deyil, həm də Zəngəzurla bağlı iddia qaldırmalıdır. Çünki Zəngəzurun Ermənistana verilməsi haqqındakı müqavilədə qeyd olunub ki, bu torpaqlar ermənilərə bir şərtlə verilir ki, onlar bir də Azərbaycan torpaqlarına qarşı iddia irəli sürməyəcəklər. Lakin onlar Azərbaycan torpaqlarına qarşı yeni iddialar irəli sürməkdə davam edirlər”.
Bunu Moderator.az-a
açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə
görə, Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi də artıq öz tarixi-hüquqi
qüvvəsini itirib:
“Dağlıq Qarabağa
muxtariyyət verilməsi ilə bağlı sənəddə də vurğulanır, bu muxtariyyət bir şərtlə
evrilir ki, onlar heç vaxt Azərbaycandan qopmaqla bağlı iddia səsləndirməyəcəklər.
Bu gün ermənilər həm Qarabağı, həm də digər torpaqları bizdən qoparmağa
çalışırlar. Həm Zəngəzur, həm də Dağlıq Qarabağa muxtariyyətin verilməsi ilə
bağlı məsələ öz hüquqi gücünü itirib. Biz sadəcə Qarabağın deyil, İrəvanın, Zəngəzurun
da qaytarılmasını tələb etməliyik”.
Seymur ƏLİYEV