“Belə davam etsə, rayonlara yol açılmayacaq”
Oxunub: 1343
03 Jun 2020 | 08:41
“Belə davam etsə, rayonlara yol açılmayacaq”
Baş infeksionist Cəlal İsayev: “Biz istəyirik ki, həm tövsiyələrə əməl etməyək, həm də normal həyat tərzinə qayıdaq”

“İddia edirlər ki, həkimlər ölən insanların yaxınlarına pul verirlər və onları koronavirusdan ölən şəxs kimi qeydiyyata alırlar. Bu ağlabatan sözdürmü?”

Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma halları artıb, gündəlik yoluxmaların sayı 250 nəfər civarındadır. Əhali arasında hələ də tövsiyələrə əməl edənlər azdır. Bəs bu durumda bizi nə gözləyir? “Yeni Müsavat” bu mövzuda ölkənin baş infeksionisti Cəlal İsayevlə müsahibəni təqdim edir.

- Doktor, Azərbaycan nümunəvi şəkildə pandemiyaya qalib gəlmişdi, ancaq bu nəticələri qoyurub saxlaya bilmədik. Bəs indi proses hara gedir?

- Epidemiya davam edir və bu zaman belə hallar gözləniləndir. Yoluxma sayı arta da bilər, azala da. Ölüm halları da olacaq. Bunlar hamısı gözləniləndir. Ancaq vacib məqamlardan biri də budur ki, insanların məsuliyyəti yoxdur. Karantin qaydalarına, sosial təcridə riayət etmirlər. Ona görə də yoluxma halları artır. Onun nəticəsidir ki, cərimələrlə bağlı qərar qəbul olundu. Kim maskadan istifadə etməsə, sosial məsafə gözləməsə, qaydaları pozsa, onlara inzibati cəza tədbirləri tətbiq olunacaq. İnsanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurəti yaranıb.

- Sizcə, cərimələrin tətbiqi nəticə verəcəkmi?

- Ayrı-ayrı ölkələrdə də koronavirusun yayılmasının qarşısının alınmasına yönələn qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.  Çində koronavirusun qarşısının alınması üçün insanlara həftədə bir dəfə ərzaq almaq üçün küçəyə çıxmağa icazə verilirdi. Azərbaycanda belə tədbirlər tətbiq olunmur. Bizdə yalnız tibbi maskadan istifadə etməməyə görə cərimənin tətbiqi nəzərdə tutulur. Bu da ona görə edilir ki, insanların bir çoxu maska taxmırlar. Bunun da nəticəsində ölkəmizdə 3 rəqəmli yoluxma halları qeydə alınmağa başlayıb. Azərbaycanda artıq gün ərzində 200-dən çox yoluxma halı qeydə alınır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

- İnsanlarda ilk dövrdə yaranan qorxu, məsuliyyət sonradan niyə azaldı?

- İnsanlardan çox şey asılıdır. İlk dövrlərdə bu məsələyə çox ciddi yanaşıldı. Bunun müsbət nəticələrini də gördük. Yumşalmalardan sonra insanlarda arxayınlıq yarandı ki, artıq virus yoxdur. Ancaq belə deyil, pandemiya davam edir və ola bilər ki, bütün yayı davam eləsin. İnsanlar qaydalara riayət etməsə, kütləvi toplansa, yas yerlərində qaydaları pozsalar, o zaman yoluxmalar daha da artacaq. Yas yerlərində insanların kütləvi toplaşması xəstəliyin sürətlə artma səbəblərindən biri hesab olunur.  İctimai nəqliyyat və metroda da yoluxma riski yüksəkdir və orada da tədbirləri gözləmək lazımdır. Əgər istəyiriksə, koronavirusdan xilas olub, bu yayı sərbəst istirahət edə bilək, o zaman tövsiyələrə əməl etmək lazımdır. Biz istəyirik ki, həm tövsiyələrə əməl etməyək, həm də normal həyat tərzinə qayıdaq. Ancaq belə olmur. Özümüzü də, ailəmizi də, ölkə vətəndaşlarının hamısını risk altına qoyuruq. Hər zaman da bunu demişəm ki, xəstəlik əksər hallarda yüngül keçir və bir qisim insanlarda heç bir əlamətlə özünü büruzə vermir. Bu da həmin insanların başqalarını yoluxdurmasına, xəstəliyin sürətlə yayılmasına səbəb olur. O insanlar özləri üçün olmasa da, başqaları üçün təhlükə mənbəyidir. Heç kim bilmir ki, o insan  xəstədir, hətta özü də bilmir. Həm yaxınlarını təhlükə altında qoyur, həm iş yoldaşlarını, həm getdiyi qapalı bir məkanda olan bütün insanları təhlükəyə salır. Ona görə də, xəstəlik əlaməti olsa da, olmasa da hər kəsin maska taxması vacibdir. O zaman müvəffəqiyyət əldə edə bilərik. Dövlətimiz hər cür vasitələrə əl atır ki, bu xəstəliyin qarşısı alınsın, insanlarımız bundan əziyyət çəkməsin. Sosial məsuliyyətimiz yoxdur, ancaq özümüzü fikirləşirik, cəmiyyəti fikirləşmirik. Hətta bəzi dar düşüncəli adamlar deyir ki, bu infeksiya yoxdur. Hətta iddia edirlər ki, həkimlər ölən insanların yaxınlarına pul verirlər və onları koronavirusdan ölən şəxs kimi qeydiyyata alırlar. Bu ağlabatan sözdürmü? İnsanlar buraya qədər hər şeyə inanır. Bu bizim mentalitetə də zidd bir məsələdir. Siz necə inanırsınız ki, bizim insanlar belə bir sözü qəbul etsinlər, həkimlərimiz belə bir söz işlətsinlər?

- Cəmiyyətdə əsas problem son zamanlar artan inamsızlıqdır, çoxları xəstəliyin olmasına inanmır. Təbliğatı necə qurmaq olar ki, insanlar inansınlar?

- İnamı bərpa etməyə ehtiyac yoxdur, xəstələnən xəstələnəcək, sağalan da sağalacaq. Hansı inamdan söhbət gedir? Mətbuat olaraq siz bu qədər yazırsınız, biz həkimlər çıxış edirik, Milli Məclisdə deputatlar çıxış edir, cənab Prezident özü çıxışında bu məsələlərə toxunur. Ən yüksək səviyyələrdə vətəndaşlara müraciət olunub. Bundan artıq nə etməliyik, nə qədər maarifləndirmək olar? Bütün dünyanı görmürükmü? Dünyada 6 milyondan artıq insan yoluxub, 400 min nəfərə yaxın insan tələf olub. Qaradan artıq rəng olmaz ki...

- Hökumət xeyli iş gördü, xəstəxanalar açıldı. Ancaq yoluxma sürətlənərsə, vəziyyətin nəzarətdən çıxma ehtimalı varmı? Çarpayıların çatışmadığı, süni nəfər aparatlarının yetmədiyi bir vəziyyətə gəlib çıxa bilərikmi?

- Hələ ki bizim xəstəxanalarımızda kifayət qədər çarpayı sayı var. Ancaq ola bilər ki, yoluxma artsın və çarpayı sayı yetməsin. Hətta süni tənəffüs aparatları var ki, ağır vəziyyətdə olan xəstələri xilas etmək üçün vacibdir, onda nə edərik? Bizim insanlar bunu düşünmür, hamı özünü fikirləşir ki, mənə nə olar-olar da... Ancaq axı sən özünlə bərabər ətrafındakı bütün insanları yoluxdura bilərsən. İnsanlar koronavirusa barmaqarası baxırlar, lətifə düzəldirlər, lağlağı edirlər. Ancaq bu çox ciddi bir məsələdir. Xəstəliyi yüngül keçirənlərin daha çox faiz təşkil etməsinə baxmayaraq, 80-85 faiz hallarda sağalma ilə nəticələnməsinə baxmayaraq, ağır xəstələri xilas etmək olmur. Yoluxmaların 5 faizi ölümlə nəticələnə bilər. Xroniki xəstəlikləri olan insanlar var, külli miqdarda pul xərcləyir, müalicə olunurlar, yanaşı gedən xəstəliklərin müalicəsini aparırlar. Həmin insanları COVİD 19-a yoluxduranda, onları xilas etmək mümkün olmur, heç nə kömək etmir.

- Xaricə gediş-gəliş də məhdulaşdığı bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi mümkün olacaqmı?

- Təəssüf ki, gedə bilməyəcəklər. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər. Hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz.  İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin necə xəstəliyə qalib gəldi, bu cür məcburi qaydaların hesabına. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin.

- Azərbaycanda koronavirusun olmadığı rayonlar da var. Onları qoruyub saxlamaq mümkün olubmu?

- Bəli, elə rayonlar var ki, orada ümumiyyətlə koronavirus yoxdur. Ancaq bəlli deyil ki, biz bunu sonuna qədər qoruya biləcəyik, ya yox. Bu, vətəndaşların özündən asılıdır. Dövlət lazım olan tədbirləri görür, həkimlər, hüquq-mühafizə orqanları, ictimaiyyət - hər kəs çalışır ki, pandemiyanın qarşısı alınsın. Ancaq sadə vətəndaşlarımız qanunu pozur. Əgər vətəndaşlarımız bizə kömək etməsə, biz bir yerdə olmasaq bu xəstəliyin qarşısını ala bilmərik. Koronavirusun Azərbaycanda yayıldığı ilk dövrdə biz bir yerdə olduq, xəstəliyin qarşısını aldıq, çox gözəl nəticələr əldə etdik. Bütün dünya bizdən danışdı. Ancaq indi mən dünyanın yerində olsam, bizdən danışmazdım. Bizim insanlarımız artıq gözümüzün önündə maskasız gəzir, ictimai nəqliyyatda yaxın otururlar, supermarketlərdə sıxlıq yaşanır. Siz də gündəlik həyatda bunları görürsünüz.

- Toylarla bağlı gözləntilər var, çoxlu sayda cütlüklər karantinin bitməsini və ya toylara icazə verilməsini gözləyir. Bu, yaxın dövr üçün mümkün görünürmü?

- Toy insanların kütləvi toplaşdığı bir tədbirdir, hələ ki ona icazə verilməsi mümkün deyil. Əgər insanlar toylara icazə verilməsini istəyirlərsə, yaxşı istirahət etmək istəyirlərsə, karantin qaydalarının daha da yumşaldılmasını istəyirlərsə, o zaman tövsiyələrə əmək etsinlər. Nə qədər ki, əməl etməyəcəklər, o zaman qaydalar daha da sərtləşdiriləcək.

- Yəni yenidən əvvəlki karantin rejiminə qayıda bilərikmi?

- Yox, qayıtmayacağıq. Ancaq qaydalar, cərimələr bir qədər də sərtləşdirilə bilər.(musavat.com)

Oxşar xəbərlər
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistanın azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”