Məlum olduğu kimi, artıq maskalardan istifadənin məcburiliyi ilə bağlı qanun qüvvəyə minib. Qanuna görə maska taxmayan vətəndaşların minimium 50 manat məbləğində cəriməlnməsi nəzərdə tutulur. Bəs bu yeni qaydalar koronavirusdan yoluxma hallarının azalmasına nə dərəcədə təsir göstərəcək?
Moderator.az-a açıqlama
verən professor Adil Qeybulla hesab edir ki, hər şey vətəndaların məsuliyyətindən
asılıdır:
“Əgər insanlar vətəndaş məsuliyyəti
göstərib maska taxsalar, sosial məsafə gözləsələr, dezinfeksiya işlərini lazımi
qaydada aparsalar, hətta karantin qaydalarının yumşalması fonunda belə bu cür
davranışların sərgilənməsi infeksiyaya yoluxma halını kəskin azaldacaq. Amma bu,
iki həftədən sona üzə çıxacaq. Çünki hazırda potensial yoluxmalar üzə çıxır. Insanlar
təhlükə onlara yaxınlaşanda, bu təhlükəni gördükdə vəziyyətin nə dərəcədə ciddi
olduğunu başa düşəcəklər. Görünən budur”.
Seymur ƏLİYEV