ABŞ ehtiyatda olan hərbçilərin bir hissəsi geri çağırılıb.
Moderator.az xəbər verir
ki, buna səbəb ABŞ-da davam edən etirazların genişlənməsidir. Belə ki, polis
qüvvələrinin çatışmazlığı səbəbi ilə 100 min nəfərlik Milli Qvardiya hissələrini
prosesə cəlb edən ABŞ rəhbərliyi, bunca qüvvəyə rəğmən etirazçıların qarşısını
alamqda çətinlik çəkir. Bu səbəblə də Milli Qvardiyaya dəstək vermək məqsədi ilə
ehtiyatda olan bir qrup hərbçi geri çağırılıb. Hələlik geri çağırılan hərbçilərdən
etirazçılara qarşı istifadə edilməsə də, onların “aktiv gözləmə” mövqeyində
dayandığı, hər an Milli Qvardiyaya qoşula biləcəyi gözlənilir.
Məlumat üçün qeyd edək
ki, qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra başlayan
etirazlar sürətlə genişlənməkdə davam edir. Qarşıdurmalar nəticəsində ölən və
yaralılanların olduğu bildirilir.
Seymur ƏLİYEV