Koronavirusdan sağalan xəstələr bir il sonra yenidən bu xəstəliyə yoluxa bilər.
Moderator.az xəbər verir
ki, bu mülahizə ilə tibb elmləri doktoru, professor Alexandr Botvinkin çıxış
edib. Professorun sözlərinə görə, xəstəliklə mübarizə nəticəsində əmələ gələn
antikorların miqdarı bir ildən sonra azalmağa başlayır ki, bu da həmin şəxsin
yenidən koronavirusa yoluxma riskini yaradır.
Antikorların təbii peyvənd
rolu oynadığını vurğulayan professor, onların sadəcə bir il ərzində insanı
qoruya biləcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək
ki, ilk dəfə olaraq öncə alman həkimləri koronavirusa tutulan xəstələrin bu xəstəliyə
qarşı immunitetə sahib olduğunu iddia edib. Rus həkimləri isə bu immunitetin sadəcə bir il
ərzində insanı koronavirusdan qoruya biləcəyini müəyyənləşdirib.
Seymur ƏLİYEV