Azərbaycanın ən bötük arqoholdinqlərindən sayılan Karat Holdinq Moskvanın mərkəzində yerləşən “Bernikov” biznes mərkəzini satın alıb. Modern.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, Karant Holding tikintisi yarımçıq qalan biznes-mərkəzə sahiblənmək üçün tenderdə qalib gəlib.
Azərbaycan holdinqi biznes-mərkəz üçün 1,47 milyard rubl (21,3 milyon dollar) pul ödəyib. Bina Mokvanın Nikoloyamskaya 11 küçəsində yerləşir. Rusiyanın maliyyə dairələri 17 min kvadrat metr sahədə yerləşən biznes-mərkəzin yeni sahibi tərəfindən 200-250 nömrəlik oyelə çevriləcəyini açıqlayıb.
Karat Holdinq-in Stavropol diyarının Yessentuki şəhərində “Voronej” və “İstoçnik” sanatoriyalarına da sahib olduğu xəbər verilir. Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmaye yatırıb.
Qeyd edək ki, Karat Holdinq MMC 2006-cı ildə Əsabil Qasımov tərəfindən yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznes imperiyasını öz yaxınlarına tapşırıb. Mətbuatda holdinqə daxil olan şirkətlərin əksəriyyətində pay sahibi olan eks-deputatın “Karat Holdinq”ə ümumi nəzarəti həyata keçirdiyi barədə xəbərlər var.
Karat Holdinqə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market" daxildir.
Əsabil Qasımovun oğlu Elçin Qasımov 2019-cu ilin yanvarında İsveçrədə xizək sürən zaman yıxılaraq həyatını itirmişdi.