Xəbər lenti
12/07/2020 [03:33]:
İki gün əvvəl dünya əhalisi 7, 8 milyard oldu - İLGİNC ARAŞDIRMA...
12/07/2020 [02:40]:
Ayasofyada bir cənazə namazı...
12/07/2020 [01:34]:
Bakıda yaşayış binasında yanğın olub
12/07/2020 [01:18]:
Brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılmağa başladı - Koronavirus rəzaləti...
12/07/2020 [01:12]:
"Siz inanırsınız ki, Rusiya imperiyası bərpa olunacaq və siz onun başçısı olacaqsınız?"
12/07/2020 [01:09]:
Güclü leysan yağdı, çaylardan sel keçdi - VİDEO
12/07/2020 [01:07]:
Azərbaycanda prokuror koronavirusa yoluxub
12/07/2020 [01:06]:
Şəruru sel basıb: yollar və körpülər dağılıb
12/07/2020 [00:10]:
Min bir dərdin bir dərmanı...
12/07/2020 [00:07]:
"Səidə də yəqin zarafat edib, desəydi, ay pişiklər, dovşanlar, daha yaxşı olardı..."
11/07/2020 [23:48]:
Bu gün Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb
11/07/2020 [23:22]:
Erməni pornoulduzun əri ABŞ prezidenti olacaq? - VİDEO
11/07/2020 [23:20]:
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11/07/2020 [22:01]:
“Məqsədyönlü tərif də, qərəzli tənqid də cəmiyyətdə ikrah hissi doğurur...” 
11/07/2020 [21:31]:
Azərbaycanda Baş həkim koronavirusdan dünyasını dəyişdi
11/07/2020 [21:14]:
"O, Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli örnəklərini yaradıb"
11/07/2020 [21:10]:
Ədliyyə Nazirliyinin vəzifələri artırılıb
11/07/2020 [20:55]:
Koronavirusa yoluxan jurnalist sağaldı
11/07/2020 [20:53]:
Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi
11/07/2020 [20:52]:
Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11/07/2020 [20:43]:
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
11/07/2020 [20:40]:
“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
11/07/2020 [20:35]:
Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var
11/07/2020 [20:00]:
Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib
11/07/2020 [19:55]:
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
11/07/2020 [19:53]:
Rəşad Mahmudov: "Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”
11/07/2020 [19:48]:
AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11/07/2020 [19:44]:
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi
11/07/2020 [19:39]:
Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı
11/07/2020 [19:15]:
Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərib
11/07/2020 [19:12]:
Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu...
11/07/2020 [19:10]:
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11/07/2020 [18:49]:
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
11/07/2020 [18:48]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanan BMT BA-nın xüsusi iclası üçün BMT gündəliyi açıqlanıb
11/07/2020 [18:47]:
İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
11/07/2020 [18:39]:
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
11/07/2020 [18:19]:
Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO
11/07/2020 [18:17]:
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO
11/07/2020 [18:14]:
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi tapılıb - FOTO
11/07/2020 [18:01]:
Hindistanda almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
11/07/2020 [17:58]:
Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA
11/07/2020 [17:56]:
Ermənistan prezidenti Azərbaycanda ermənilərin artımı üçün praktik addım atdı...
11/07/2020 [17:55]:
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
11/07/2020 [17:24]:
Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
11/07/2020 [17:19]:
Azərbaycanda bir gündə 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11/07/2020 [17:07]:
ABŞ-ın kəşfiyyat təyyarəsi yenə Rusiyanın hava məkanına daxil olub
11/07/2020 [17:04]:
Xabarovskda görünməmiş aksiya
11/07/2020 [17:01]:
"Heç bir başqa ölkədə son 17 ildə sosial - iqtisadi sahədə bu qədər artım olmayıb"
11/07/2020 [16:59]:
DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?
11/07/2020 [16:55]:
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
11/07/2020 [16:25]:
"Xeyli çəki almışam" - Rafael Ağayev
11/07/2020 [16:24]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:22]:
Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı
11/07/2020 [16:18]:
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
11/07/2020 [16:02]:
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
11/07/2020 [16:00]:
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
11/07/2020 [15:47]:
Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
11/07/2020 [15:45]:
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11/07/2020 [15:43]:
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
11/07/2020 [15:40]:
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11/07/2020 [15:38]:
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11/07/2020 [15:14]:
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
11/07/2020 [15:03]:
"Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır..."
11/07/2020 [15:01]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11/07/2020 [14:56]:
"Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."
11/07/2020 [14:54]:
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü... - Xanım Qafarovasız 6 il
11/07/2020 [14:49]:
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb..?
11/07/2020 [14:45]:
Mədəni təəssübkeşlik, yoxsa ikili standartlar?
11/07/2020 [14:41]:
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır
11/07/2020 [14:39]:
"Attestatı 100 dollara almışam"
11/07/2020 [14:36]:
Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”
11/07/2020 [14:32]:
Məşhur klubun 6 futbolçusunda koronavirus aşkarlandı
11/07/2020 [14:31]:
Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?
11/07/2020 [14:29]:
“Görünür, məşhurlar da gigiyenik  səhlənkarlığa görə koronavirusa yoluxurlar…”
11/07/2020 [14:21]:
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
11/07/2020 [14:18]:
“Jurnalistləri pandemiyaya qarşı mübarizədə ona görə qəhrəman hesab edirəm ki...”
11/07/2020 [14:17]:
Sabahın hava proqnozu
11/07/2020 [14:14]:
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
11/07/2020 [14:12]:
Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”
11/07/2020 [13:43]:
DİN-ə Bakıda avtomobillərin dayanma və durma qaydalarını pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib
Bütün arxiv bir sırada
04/06/2020 [18:14] - Şou-biznes - ( 1469 dəfə baxılıb)

1918-ci ildə İrəvanı Ermənistana verməmək olardımı? - Əliyev tarix müzakirəsi başlatdı, alimlər nə deyir…



Faiq Ələkbərli: “...işğal olunan torpaqlarının azad edilməsi sual altında qala bilərdi”

“Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük Türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?

Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə, bilirsiniz, mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən, xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.

Bu fikirləri Tərtər Olimpiya Kompleksinin açılışında Prezident İlham Əliyev bildirib.

Qeyd edək ki, İrəvanın Ermənistana verilməsi məsələsinə münasibətdə bəzi alimlər bunun qaçılmaz olduğunu, bəziləri isə verməməyin mümkünlüyünü bildirirlər.

O vaxt İrəvanın Ermənistana veriməsi doğrudanmı qaçılmaz idi? İrəvan ermənilərə verilməsəydi, nə baş verərdi?

“Müstəqilliyini elan etdiyi günün səhərisi İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı yeni qurulmuş Xalq Cümhuriyyətinin qarşısına şərt qoydular”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin İrəvanın Ermənistana verilməsi məsələsi ilə bağlı “bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz” fikri bu məsələni daha qabarıq formada gündəmə gətirib. “Birincisi, burada bir neçə məqama diqqət yetirmək lazımdır. İlk növbədə, həmin dövrü, şəraiti, həmin dövrə qədərki məsələləri dəqiq bilmək lazımdır. Bilirik ki, Qacarlar dövləti keçmiş Səfəvilər ərazisinin hamısına sahib çıxa bilmədi. Xüsusilə də Azərbaycanın quzeyi, bütövlükdə isə Güney Qafqaz Çar Rusiyasının işğalı altında qaldı. 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələri nəticəsində, birmənalı şəkildə, əsasən Azərbaycan türklərinin olduğu ərazilər daha çox Çar Rusiyasının işğalı altında qaldı. Həmin dövrə qədər bilirik ki, gürcülərin Kartli-Kaxetiya adlı kiçik bir çarlığı vardı, ermənilərin isə burada bir neçə məlikliyi vardı ki, o ermənilər isə xristian türkləri idilər. Yəni burada haylardan söhbət gedə bilməzdi. Bilirik ki, 1828-ci ildən 1917-ci ilə qədər Çar Rusiyası bizim torpaqları işğal etdikdən sonra əvvəlcə burada 1828-ci ildə erməni vilayəti yaratmağa çalışdı. Ancaq bu da gerçəkliyi özündə əks etdirmədiyi üçün, sonradan bu vilayət ləğv olundu və diqqət, fikir daha çox müxtəlif ərazilərdə - Qacarlarda, Osmanlılarda yaşayan haylara yönəldi, onları bura köçürdülər. Bilirsiniz ki, haylarla ermənilər fərqlidirlər. Əsasən də Qərbi Azərbaycanda (indiki Ermənistan -F.Ə.), Dağlıq Qarabağda, Naxçıvanda müxtəlif bölgələrdən köçürülən hayların sayı artdı. Xristian haylar da Çar Rusiyasının və Qərb dövlətlərinin nəzarəti ilə bir ideologiyanın - Qriqoryanlığın təsiri altında birləşdilər. Nəyi qeyd etmək istəyirəm, faktiki olaraq, Çar Rusiyası 1917-ci ilin fevralında süqut etdikdən sonra Güney Qafqazda üç dövlətin yaranması üçün münbit şərait yetişdi - Azərbaycan, Ararat və Gürcüstan. Əslində, Azərbaycan türk dövləti ilə gürcü dövlətinin ortaya çıxması məqsədə, məntiqə uyğun olsa da, ancaq hayların Ararat adı altında respublika yaratması heç cür məntiqə sığmır. Necə oldu ki, onlar belə bir dövlət yaratdılar? Şübhəsiz ki, burada daha çox Qərb dövlətləri və Çar Rusiyası maraqlı idi. Bilirik ki, Çar Rusiyası 1877-1888-ci illər müharibəsində də Osmanlını məğlub etmişdi və Osmanlının Şərqi Anadolu ərazisinin bir hissəsini - Qarsı, Vanı, Ərdahanı da işğal etmişdi. 1917-ci ilə Çar Rusiyası süqut edənə qədər  həmin ərazilər də Çar Rusiyasının işğalı altında idi. Çar Rusiyasının süqutundan sonra müvəqqəti Rusiya hökuməti yarandı. 1917-ci ilin fevralında müvəqqəti Rusiya hökuməti, həmin ilin noyabr ayının əvvəlində isə Sovet Rusiyası yarandı. Məhz belə bir dövrdə Zaqafqaziya, yaxud Güney Qafqaz ərazisində əvvəlcə Zaqafqaziya Komissarlığı, daha sonra isə Qafqaz Seymi yarandı. Bildiyimiz kimi, həmin dövrdə, əslində, Rusiyada bolşeviklərlə müvəqqəti hökumət arasında ikitirəlik hökm sürürdü. Bilirik ki, Birinci Dünya Müharibəsinin sonlarına yaxın Osmanlı daha çox Qafqaz çevrəsində müəyyən uğurlar əldə edirdi və 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Zaqafqaziya Komissarlığının (sonradan Zaqafqaziya Seyminə çevrildi - F.Ə.) mərkəzi Tiflisdə idi. Burada Azərbaycan türkləri, gürcülər və haylar təmsil olunurdular. Hökumətdə də belə idi. Orada Azərbaycan türklərindən 44 millət vəkili vardı. Əsasən də “Müsavat” və “Türk müsəlman fraksiyası” burada təmsil olunurdu. Nəyi demək istəyirəm, Zaqafqaziya Seymi ki, Osmanlıya müharibə edəndə Azərbaycan Türk Milli Şurası bitərəf qalmışdı. Müharibədə də Osmanlı qalib gəldi. Nəticədə isə Almaniya Gürcüstanın müstəqilliyini təklif etdi. Çünki Zaqafqaziya Seymi elə Osmanlının təhriki ilə müstəqilliyini elan etmişdi. Osmanlının məqsədi Rusiya ilə öz arasında bufer dövlətlər yaratmaq idi. Almanlar 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini təklif etdikdən sonra Azərbaycan türklərinin və hayların öz müstəqilliyini elan etməsi şəraiti ortaya çıxdı. İstiqlal qazanmaq xüsusən də Azərbaycan türkləri üçün qaçılmaz idi və Azərbaycan 1918-ci il mayın 28-də istiqlalını elan etdi. Ermənilər də həmçinin. Burada bir məsələ vardı”.  

F.Ələkbərlinin sözlərinə görə, həmin dövrdə Qərb dövlətləri Şərqi Anadoluda erməni dövləti yaradılması üçün  Osmanlıya təzyiqlər göstərirdilər. O qeyd edir ki, hətta müəyyən bir müddətdə ermənilər muxtariyyət də əldə etmişdilər, lakin ikinci Sultan Həmidin sayəsində həmin məsələ kağız üzərində qalmışdı. “Məhz 1918-ci ilin mayında artıq Osmanlı azərbaycanlılar, gürcü və ermənilərlə Batumda danışıqlar aparırdı. Həmin danışıqlarda ermənilərin kiçik bir dövlət yaratmaq və hansısa bir şəhəri özlərinə paytaxt seçmək məsələsi ortaya çıxdıqda, o vaxt məhz İrəvanın ermənilərə müəyyən şərtlərlə güzəştə gedilməsi məsələsi qoyuldu. Osmanlı da, almanlar da yaxşı bilirdilər ki, İrəvan qədim Azərbaycan torpağı olduğu və orada Azərbaycan türkləri yaşadığı üçün məhz  Müsəlman-türk fraksiyasının razılığını almaq mühümdür. Özünü mayın 28-də Azərbaycan - Türk Milli Şurası elan etmiş Müsəlman-türk fraksiyası da dünyaya öz müstəqilliyini elan etdi. Bundan bir gün sonra ermənilər dövlət yaratmaqla bağlı müraciət etdilər. Bildiyimiz kimi, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verdi”.

Müsahibimiz hesab edir ki, yaranması hələ kağız üzərində olan və paytaxtı, coğrafi sərhədləri tam müəyyən olunmayan, Tiflisdə qalan Azərbaycan Türk Milli Şurası İrəvanı güzəştə getməyə razı olmasaydı, vəziyyət başqa cür olardı. Mənə belə gəlir ki, həmin dövrdə Azərbaycan Türk Milli Şurası İrəvanda ermənilərin öz müstəqilliyini elan etməsi və bu şəhərimizin  Ermənistanın paytaxtı olması məsələsində güzəştə getməsəydi, o zaman xeyli təhlükə ilə üzləşərdi. Əgər həmin vaxt Azərbaycan İrəvanı ermənilərə paytaxt kimi güzəştə getməsəydi, bəlkə də Osmanlının Azərbaycana hərbi yardım göstərməsi sual altında qala bilərdi.

Həmin ilin iyun ayının 4-də Batumda bir müqavilə bağlandı və həmin müqaviləyə əsasən, Osmanlının Azərbaycana hərbi yardım göstərməsi barədə razılıq əldə olundu. Güzəşt edilməsəydi, ümumiyyətlə, Osmanlının hərbidə, iqtisadiyyatda və digər sahələrdə bizə yardım göstərməsi reallaşa bilməzdi. Əlbəttə, həmin dövrdə almanlar daha çox ermənilərin və gürcülərin xeyrinə işlər görülməsində maraqlı idi. Osmanlılar isə o dövrdə erməni dövlətinin yaranması məsələsində beynəlxalq situasiyaya uyğun güzəştə getməyə məcbur idilər. Osmanlıları da onda ittiham edirlər ki, nə üçün onlar Şərqi Anadoluda yox, Çar Rusiyasının işğalı altında olan, Azərbaycan türklərinin yaşadıqları İrəvanda erməni dövlətinin yaradılmasına razılıq verib? Hesab edirəm ki, həmin dövrdə Osmanlı özü məğlub durumda idi. Oktyabr ayında imzalanan “Mudrost” müqaviləsindən sonra keçmiş imperiya gücünü tamamilə itirmiş oldu. Fikrimcə, həmin şəraitdə Azərbaycan Türk Milli Şurası İrəvanı paytaxt kimi ermənilərə güzəştə getməsəydi və 9 min kvadratkilometrlik ərazidə öz varlıqlarını elan etməsinə birmənalı şəkildə etiraz etsəydi, o zaman Azərbaycanın digər ərazilərini işğaldan azad edə bilməyəcəkdi. Çünki o vaxt, Bakı da daxil olmaqla, Qüzey Azərbaycanın bir çox hissəsi Bakı Xalq Komissarları Sovetinin nəzarəti altında idi. Əslində, əsas məqsəd Bakının erməni və rus şəhərinə çevrilməsi idi. Sonradan Xalq Komissarları Soveti Gəncəni də ələ keçirmək istəyirdi. Bu da baş versəydi, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı kağız üzərində qalacaqdı. İrəvanın güzəştə gedilməsinə razılıq verilməsinin səbəbi o idi ki, bununla da Azərbaycanın digər işğalda olan ərazilərini Osmanlının yardımı ilə işğalçılardan azad edə bilsin. İrəvanın ermənilərə güzəştə gedilməsinə Osmanlı da bu və ya digər dərəcədə məcbur idi. Əslində isə həmin dövrdə cümhuriyyətin nə bir polisi, nə də bir əsgəri vardı, heç həmin dövrdə bayraq belə müəyyənləşməmişdi. O, Tiflisdə idi. Müstəqilliyini elan etdiyi günün səhərisi İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı yeni qurulmuş Xalq Cümhuriyyətinin qarşısına şərt qoydular. Əslində, həmin dövrdə Antanta da burada erməni dövləti yaradılmasında maraqlı idi. O dövrkü şəraitlə bağlı artıq Türk Milli Şurasını məlumatlandırmışdılar. Fətəli xan Xoyski də, başqaları da bunu bilirdilər.  İrəvan məsələsində Azərbaycan Milli Şurası etiraz etsəydi, o zaman Azərbaycanın Bakı Xalq Komissarları Sovetinin işğalı altında olan və digər işğal olunan torpaqlarının azad edilməsi sual altında qala bilərdi” - deyə F.Ələkbərli vurğuladı.

loading...
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
Dünya
Xabarovskda görünməmiş aksiya
Gündəm
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
Cəmiyyət
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
Gündəm
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
“Bakının bütün neft komplekslərini vuracağıq” – “Onların hamısına çıxışımız var!”
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247