Xəbər lenti
01/10/2020 [02:03]:
Düşmənin hərbi kolonları məhv edilib - VİDEO
01/10/2020 [00:39]:
ANAMA bəzi rayonlarımızda tapılan raket və mərmi qalıqları ilə bağlı məlumat yaydı - FOTO
01/10/2020 [00:37]:
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - VİDEO
30/09/2020 [23:52]:
Hikmət Hacıyev: “Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadəsinə adekvat reaksiya verilməlidir”
30/09/2020 [23:50]:
Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir
30/09/2020 [23:20]:
Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”
30/09/2020 [23:19]:
Koçaryan Qarabağdakı müharibəyə görə əlaltıları ilə görüş keçirdi - FOTO
30/09/2020 [23:17]:
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
30/09/2020 [22:54]:
Daha bir erməni generalı məhv edildi - FOTO
30/09/2020 [22:34]:
Ermənistan itkilərinin bir hissəsini açıqladı: 104 ÖLÜ
30/09/2020 [22:12]:
Düşmənə məxsus səkkiz “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edilib - VİDEO
30/09/2020 [21:59]:
Düşmənin qoyub qaçdığı texnikalar - Foto
30/09/2020 [21:57]:
Roma Papası Pompeo ilə görüşməkdən imtina etdi
30/09/2020 [21:56]:
DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
30/09/2020 [21:28]:
Türkiyənin Ədliyyə naziri Fikrət Məmmədova zəng edib
30/09/2020 [21:24]:
Canı Canana təslim etməyə hazır deyilsənsə, “Mən aşiqəm” demə heç kimə...
30/09/2020 [21:20]:
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü: Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
30/09/2020 [21:15]:
İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” - FOTO
30/09/2020 [20:32]:
“Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin”
30/09/2020 [20:25]:
Gənclər və İdman Nazirliyi ordumuza hərbi maşın hədiyyə etdi - FOTO
30/09/2020 [20:18]:
"Erməni xalqı Azərbaycan prezidentinin təklifi üzərində ciddi düşünməlidir"
30/09/2020 [20:16]:
Qənirə Paşayeva ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsi təklifi ilə çıxış etdi
30/09/2020 [20:07]:
“İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum davam etdirilir”
30/09/2020 [20:03]:
Ordumuzun uğurlu zərbələri İrandan göründü - VİDEO
30/09/2020 [19:49]:
“Avromed” şirkəti Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat köçürüb
30/09/2020 [19:40]:
Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır
30/09/2020 [19:28]:
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib - Müdafiə Nazirliyi
30/09/2020 [19:26]:
Prezident İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib
30/09/2020 [19:21]:
Aİ Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib
30/09/2020 [19:10]:
Düşmənin bu gün saat 17:30-dək məhv edilən döyüş texnikası - SİYAHI
30/09/2020 [19:00]:
Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
30/09/2020 [18:57]:
İranım, İranım, qonşu İranım, Sənə nəfəs verir Azərbaycanım
30/09/2020 [18:45]:
İsveç XİN başçısının Azərbaycana səfəri təxirə salınıb
30/09/2020 [18:31]:
Türkiyə MN Ermənistana qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair iddialara münasibət bildirib
30/09/2020 [18:29]:
Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
30/09/2020 [18:23]:
Horadizə top mərmisi atılıb, 1 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb
30/09/2020 [18:20]:
Nazir: "Şagirdlər iki yarımqrupa bölünəndə bir dərsi iki dəfə keçmək müəllimlərin əməkhaqqına təsir göstərməyəcək"
30/09/2020 [18:12]:
Vüqar Rəhimzadə: Savadsız və debil Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı vardır
30/09/2020 [18:06]:
Azərbaycan əsgəri döyüşə “Qarabağ” mahnısı oxuyaraq gedir - VİDEO
30/09/2020 [18:05]:
Qənirə Paşayeva bu şəxslərin ödənişli ali təhsildən azad edilməsi ilə bağlı təkliflə çıxış edib
30/09/2020 [18:00]:
Oktyabr ayına olan hava proqnozu
30/09/2020 [17:51]:
XİN-dən Ermənistanın yaydığı əsassız məlumatlara SƏRT REAKSİYA
30/09/2020 [17:49]:
BMT Baş katibinin ermənilərə can yandırmasının  əsl səbəbi bəlli oldu...
30/09/2020 [17:49]:
İlham Əliyev Rusiyanın “Rossiya l” telekanalına müsahibəsində reallıqları böyük auditoriyaya çatdırdı
30/09/2020 [17:35]:
Azərbaycan Əhli-beytindən İrana etiraz..
30/09/2020 [17:30]:
Daha bir əməkdar artist cəbhəyə yola düşüb
30/09/2020 [17:28]:
Bu gün düşmənin daha səkkiz döyüş texnikası məhv edildi - Müdafiə Nazirliyi
30/09/2020 [17:13]:
Təhsil naziri: "Hazırda distant dərslər bir həftəlik dayandırılıb"
30/09/2020 [17:12]:
Azərbaycan Prezidenti: “Bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq”
30/09/2020 [17:10]:
Prezident: “Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin”
30/09/2020 [17:08]:
Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant formada davam etməsi gözlənilir
30/09/2020 [17:04]:
İlham Əliyev: “Türkiyə Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır!”
30/09/2020 [17:02]:
Təhsil naziri: “2307 məktəbdə şagird sayı 200-dən azdır”
30/09/2020 [17:01]:
Aİ-yə üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
30/09/2020 [17:00]:
Nazir: "İndiyədək 210 şagird koronavirusa yoluxub"
30/09/2020 [16:59]:
Azərbaycan Prezidenti erməni xalqına müraciət edib
30/09/2020 [16:58]:
Emin Əmrullayev: "Oktyabrın 1-dən Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətini bərpa edəcək"
30/09/2020 [16:57]:
Azərbaycanda son sutkada 110 nəfər COVID-19-a yoluxub, 127 nəfər sağalıb, 1 nəfər vəfat edib
30/09/2020 [16:56]:
ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı
30/09/2020 [16:54]:
Erməni təxribatı nəticəsində bir müəllim yaralanıb - RƏSMİ
30/09/2020 [16:49]:
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
30/09/2020 [16:48]:
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
30/09/2020 [16:45]:
Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib - FOTO
30/09/2020 [16:28]:
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ
30/09/2020 [16:13]:
“Cəbhədən gələn xəbərləri dörd gözlə izləyirəm” - Xalq artisti Əlibaba Məmmədov
30/09/2020 [16:12]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salındı
30/09/2020 [16:07]:
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdilər - CANLI YAYIM
30/09/2020 [15:43]:
“Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir”
30/09/2020 [15:30]:
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib - Müdafiə Nazirliyi
30/09/2020 [15:29]:
Azərbaycanın döyüşləri dayandırmasının şərti açıqlandı
30/09/2020 [15:27]:
Pakistan Senatı Ermənistanın Azərbaycana hücumunu pisləyib
30/09/2020 [15:26]:
Ehtiyatda olan hərbi həkimlərdən çağırış: “Hər birimiz sizin əsgərinizik!”
30/09/2020 [15:21]:
Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub - Müdafiə Nazirliyi
30/09/2020 [15:20]:
Azərbaycan Dillər Universitetində Çin mədəniyyəti həftəsi davam edir
30/09/2020 [15:15]:
Erməni təxribatı nəticəsində 14 mülki şəxs ölüb, 46 nəfər xəsarət alıb - Baş Prokurorluq
30/09/2020 [15:12]:
XİN Avropa Məhkəməsinin döyüşlərlə bağlı qərarına münasibət bildirib
30/09/2020 [15:11]:
Tonaşendə düşmənin iki tankı məhv edilib - VİDEO
30/09/2020 [15:03]:
Qondarma rejimin rəhbəri əhaliyə yalan vədlər verdi...
30/09/2020 [15:01]:
İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib
30/09/2020 [15:00]:
FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb
Bütün arxiv bir sırada
04/06/2020 [21:29] - Müsahibə - ( 10903 dəfə baxılıb)

"Bir nazirin 2 aydan bir gedib rayonda 20-30 adamı qəbul etməsi ilə iş alınmaz..."

"İcra başçısı insanların gözündə mazol yox, məlhəm olmalıdır..."


Ağdam rayonu icra hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun Moderator.az-a müsahibəsini təqdim edirik:

- Bu gün icra başçılarına DTX əməkdaşlarının “qonaq“ getməsini izləyəndə düşünürsünüzmü ki, nə yaxşı vaxtında təqaüdə çıxmısınız?

- Əsla! Mən icra başçısı işlədiyim beş il ərzində çoxlu sayda qonaq qəbul etmişəm. Özümə, gördüyüm işlərə və Ağdam əhalisinə o qədər inanıb arxayın olmuşam ki, arzu olunmaz qonaq barəsində heç fikirləşməmişəm də. Rəhbər xalqa arxalanarsa, onun üçün heç bir xəta ola bilməz. O ki, qaldı təqaüdə çıxmağıma, əslinə baxanda o vaxt mənim 65 yaşım tamam olacaqdı. Ona görə də təqaüdə çıxmağımı normal qəbul etdim. Ancaq mən 2-3 il də işləyə bilərdim. Ağdamda çox iş görməyimə baxmayaraq, bir neçə işlərim yarımçıq qaldı. Misal üçün, Xudu Məmmədov parkı inşa etdim. Ancaq onun büstünü qoymaqa vaxtım çatmadı. Ancaq məndən sonrakı icra başçısı parkda əkdiyim xan çinarları çıxarıb öz çayxanasının həyətinə əkdirdi. Belə başçıya insan taleyi tapşırmaq olarmı?

- Niyə icra başçılarına cəmiyyətdə birmənalı antipatiya və bəzi hallarda hətta ictimai nifrət formalaşıb? Az qala cəmiyyətin yarıdan çoxu icra başçılarını xoxan, başkəsən, obrazlı ifadə edilsə, “balaca padşahlar" gözündə görür?

- İctimai nifrətin səbəblərindən birincisi icra hakimiyyəti strukturunda neqativ halların aşkar edildiyi zaman onun cəmiyyətdə çox geniş miqyasda reklam etdirilməsidir. Mənə elə gəlir ki, nəinki mən, ümumiyyətlə, heç kim ölkəmizdə belə halların olmasını istəməzdi. Bu hamı üçün utanc gətirici bir haldır. Çox yəqin ki, sonrakı həbslərdə günahkar ancaq icra başçılarının özüdür. Çünki onlar əvvəlki həbslərdən müəyyən dərs götürülməli idilər. Sizin bu sualınıza mən öz prizmamdan cavab verəcəyəm. Əgər icra başçısı çox qısa zamanda xalqın sevgisini, məhəbbətini qazana bilməsə, özü vəzifəsindən istefa verib getməlidir. Zorən təbib olmaz. Başçı insanların gözündə mazol yox, məlhəm olmalıdır. Əhali öz problemlərinin həllində başçısının timsalında əlac axtarmalıdır. Əlbəttə, belə olmayan halda, haqlı olaraq icra başçısına qarşı xalqda antipatiya, öz dilimizdə desək, nifrət yaranacaq. İcra başçısı özünü xalqdan ayrımamalıdır.

Mən Ağdam rayonuna icra başçısı təyinatı alanda, yaşadığım evə generator qoydum ki, daima mənzilimdə işığım olsun. Rayonda işıqlar sönəndə, baxdım ki, ətraf zülmət içində, bir mənim işıqlarım yanır. Doğrusu, çox utandım, bundan sonra, işıqlar sönəndə daha heç vaxt generatoruişə salmadım... Sadəcə olaraq mən fikirləşdim ki, əhalinin işığı yanmırsa nə üçün mənim işığım yanmalıdır?

- Nizami müəllim, sizcə icra başçısı işləmək üçün insanda əsas hansı keyfiyyətlər olmalıdır.

- İcra hakimiyyətinin başçısı ədalətli, əxlaqlı, səriştəli,vicdanlı, bacarıqlı, gözü tox, halal, tamahına nəzarət etməyi bacaran qayğıkeş və yaxşı olar ki, müəyyən həyat təcrübəsinə malik iradəli insan olsun. Ən başlıçası isə vəzifəli şəxsin uca tanrıya məhəbbəti olmalıdır. Rəhbərin hörməti, böyüklüyü, gücü onun ədalətindədir. Mən hesab edirəm ki, idarəçilikdə səriştəsi olmayan vəzifəli şəxsə insan taleyi tapşırmaq düz olmazdı. Mən istəyirəm ki, öz iş təcrübəmdən qısaca da olsa bir iki nüansı nəzərinizə çatdırım.

Belə ki, Ağdam RİH-nin başçısı işlədiyim beş il müddətində rayonun bütün xidmət sahələrinin işində çatışmazlıq olmaması üçün rayon ərazində operativ qərargah təşkil etmişdik. Hər gün mütəmadi olaraq, axşam saat 6-da rayon üzrə bütün xidmət sahələrinin rəisləri görülən işlər barəsində mənə məlumat verməli idilər. Əgər hər hansı bir xidmət sahəsində çatışmazlıq, nasazlıq olardısa bir gün ərzində öz həllini tapmalı idi. Əks təqdirdə mən rahatlıq tapmazdım. Eyni zamanda kənd və icra nümayəndələrindən, bələdiyyələrdən tələb edirdim ki, vətəndaşların bütün problemlərini vaxtında və yerindəcə həll etsinlər, əhalini hakimiyyətdən narazı salmasınlar.

Mən yerli hakimiyyət nümayəndələrindən tələb edirdim ki, rayon ərazində bütün rəhmətə gedən şəxslərin dəfnini hüzr sahibi ilə birlikdə onlar təşkil etsin. Əhali hiss etsin ki, hakimiyyət nümayəndəsi daima onların yanındadır. İndisə, öz həyat hekayəmdən bir misal çəkmək istəyirəm. Bir qədər öncə dedim ki, icra başçısı həm də öz tamahına nəzarət etməyi bacarmalıdır.

Danışacağım bu hadisədən indi də yadıma düşəndə utanc hissi duyuram. Ancaq həmin hadisə mənə çox böyük həyat dərsi vermişdi.1993-cu il idi. İmişli rayon polis şöbəsinin rəisi işləyirdim. Qış ayları idi. Fikirləşdim ki, səngərlərdə olan əsgərlərimiz üçün yun corablar toxutdurub göndərim ki, ayaqları isti olsun. Bilirdim ki, nənələrimiz də 2- ci dünya müharibəsi vaxtı belə xeyirxah işlər görərək, əsgərlərimizin qayğısına qalmışlar.

Nə isə, sahə müvəkilləri vasitəsilə İmişli əhalisinə müraciət etdik. Sağ olsunlar, dörd min ədəd yun corab toxudular. İmişli rayonunda kiçik bir toxuculuq sexi var idi, xahiş etdim min cüt corab da orada toxudular. Beləliklə, 5 min cüt yun corabı əsgərlərə yola salmaq üçün tədarük etdik.

Corablara o qədər gözəl naxışlar vurulmuşdu ki, çox xoşuma gəldi. 3 cüt böyük ölçülü corabı da özüm üçün götürdüm, Fikirləşdim ki, mən də bir əsgərəm, nə isə 3 cüt yun corabı da götürüb gəldim evə. Həyat yoldaşım corabları görüb çox bəyəndi və maraqlandı ki, bu nə corablardı belə. Mən məsələni ona danışdım. O, corabları əlinə alıb baxdı və birdən nə hiss etdisə əlini corabın içərisinə saldı, oradan kiçik bir kağız çıxdı, orada nə isə yazılmışdı. Yoldaşım kağızı oxuduqdan sonra rəngi ağardı, əlləri əsə-əsə kağız parçasını mənə uzatdı. İndiki kimi yadımdadır, həmin kağız parçasında yazılmışdı:

“İmişli rayonu, Sərxanlı kəndi, qızın adı və soyadı”

Yoldaşım çox mütəəssir olmuşdu və mənə dedi ki, bizə aid olmayan bu corabları nədən evə gətirdin. Bu heç də doğru hərəkət deyil. Baxmayaraq ki, 5 min cüt corabı mən öz təşəbbüsümlə toxutdurmuşdum və heç kim də mənə göstəriş verməmişdi. Yəni istədiyim qədər götürə bilərdim. Mən çox peşman olmuşdum və həyat yoldaşım da çox qəhərlənmişdi. Corabların geri qaytarılmasını xahiş etdi. Mən elə etdim. Anladım ki, o corabların hansısa əsgəri neçə sevindirəcəyini, o məktubun ona necə ruh yüksəkliyi verəcəyini unutmuşam. Bu hadisə mənə tamahıma sahib olmaq üçün bir dərs oldu.

- Son vaxtlar əsasn 30-35 yaşlı şəxslərin icra başçısı təyinatına cəmiyyətdə birmənalı münasibət yoxdur. Onların naşılığının və təcrübəsizliyinin fəsadsız öütşməyəcəyini iddia edənlər də var. 

- Bilirsiniz, bir ehtimal nəzəriyyəsi var. Əgər həmin nəzəriyyə istinad etsək, yəqin ki, ahıl insanlar daha səriştəli, daha təcrübəli və aqil olurlar. Bir də mənə elə gəlir ki, yaşlı başçıların qəbul etdiyi qərarlar daha ədalətli ola bilər. Ancaq bu o anlama gəlməməlidir ki, cavan insandan rəhbər olmaz. Bir az əvvəl sadaladığım müsbət keyfiyyətlər yaşından asılı olmayaraq kimdə olsa, hər hansı vəzifədə müvəffəqiyyət qazana bilər.

- Son dövrlər mərkəzi icra hakimiyyəti orqanlarının rayonlarındakı şöbələri birləşdirilərək regional idarələr yaradılır. Bu isə iş yerlərinin ixtisarına gətirdiyindən rayonlarda ciddi narazılıq yaradır. Sizin işlədiyiniz dönəmdə də bu sayaq problemlərlə qarşılaşanda neçə çözməyə çalışırdınız?

- Mənim fikrimcə rayon təhsil, mədəniyyət və səhiyyə şöbələrinin regional şöbələr yaradılması Azərbaycanda bu sahələrin tamamilə iflasa uğramasına gətirib çıxaracaq. Ola bilər ki, vergi sahəsində regional xidmət özünü doğrulda bilər. Ancaq, sadaladığım bu üç büdcə təşkilatının yeni regional qurum yaradıb ora tabe etdirmək sadəcə olaraq böyük fəlakətdir. Bu kimin ağlına gəlibsə, o Azərbaycanı sevmir. İstərdim ki, kiçik bir analiz verim.

Mən inanmıram ki, Təhsil Nazirliyi rayonda təhsilin inkişafına icra başçısı qədər can yandırsın. Bakıdan gəlib Ağdamda açıq dərslər keçirsin, xor müsabiqələrini təşkil etsin, bir sözlə, təlimatlarda nəzərdə tutulan işləri tamamilə yerinə yetirsin. Ancaq icra hakimiyyətinin başısı bu işlərin içindədir və təhsil şöbəsinə daha yaxındır. Düzdür, ikili tabeçilik qalmalıdır. İcra hakimiyyətinin başçısı, onun aparatı təhsilin inkişafında daha böyük rol oynamalıdır. Mən eşitdiyimə görə, regionlardan birində təhsil şöbəsinin müdirini icra hakimiyyətinə dəvət edirlər. Müdir deyir ki, məni regionala çağırıblar, mən ora gedirəm. Yəni təhsil şöbəsinin müdiri icra başçısının çağırışına gəlmir. Təhsildə istər dərs bölgüsündə, istər valideyn - uşaq münasibətlərində, istər təmir-tikinti işlərində yüzlərlə problem yaranır. Sadaladığım problemləri Bakıda nazirlikdə və ya regional idarələrdə həll etmək mümkün deyil. Nə üçün belə problemləri RİH-yerində həll etməsin?! Nə üçün şəkər xəstəsi olan şəxs 400 km yolu qət edib Bakıya şikayətə getməlidir? Bu gün vətəndaş icra hakimiyyətinə gəlib, şikayət etsə ki, mənim dərmanım yoxdu və ya təhsil şöbəsininin müdiri mənə qarşı qeyri - qanuni hərəkət edib. Onda icra başçısı nə edə bilər Ancaq vətəndaşa deyə bilər ki, yaxşı olar ki, siz aidiyyatı üzrə müraciət edin. Bir sözlə, bütün bunlar hərc-mərclik yaratmaqdan başqa bir şey deyil. Eyni zamanda çirkin əməllər üçün şərait yaradan amildir.

Adətən, belə məsələlər mübahisə yarada bilər ki, başçı nəyisə düz etmir və ya bacarıqsızdı. Bunun üçün də icra başçısı vəzifəsinə bacarıqlı, savadlı, işgüzar kadrlar təyin olunmalıdır. Bilirsiniz, rayonda təkcə təntənəli danışmaq, bir hündür bina inşa etməklə iş bitmir, insana ən vacib olan onun əhval ruhiyyəsinin qayğısına qalmaq lazımdır. Misal üçün insanların sağlamlığına rayon rəhbəri xüsusi diqqət yetirməlidir ki, həkimlər vətəndaşı tez müalicə etsin, hətta İB- həkimlərin işə davamiyyətini də nəzarətdə saxlamalıdır. İH-nin başçısı rayonda incəsənətin, musiqinin inkişafına daima qayğı göstərməlidir. Bakıdan gələn yox, rayonda olan musiqi və orta məktəblərin, xor kollektivlərinin və yerli müəssisələrin köməyi ilə əhaliyə xidmət göstərməlidir. Bir sözlə, rayon əhalisinin əhval-ruhiyyəsinin yüksək olması vacib şərtləndəndir. Təhsil Nazirliyi heç vaxt rayonda bədii qiraət müsabiqəsi keçirmək arzusunda olmayacaq. Etsə-etsə bunu ancaq, icra başçıları bacara bilərlər. Bir nazirin iki aydan bir gedib rayonda 20-30 adamı qəbul etməsi ilə iş alınmaz. Mən öz fikirlərimi söyləməklə heç bir nazirin işinə kölgə salmaq istəmirəm. Sadəcə olaraq, nazirlər yerlərdə bu çətin işçilərin öhdəsindən gələ bilməzlər.

Fikrimi yekunlaşdıraraq, demək istəyirəm ki, hər üç nazirlik regional idarələr yaratmaqla bu sahədə Azərbaycan xalqına lazım olan töhfəni vermək istəsələr belə, obyektiv və subyektiv səbəblərdən bu işlərin alınması mümkün deyil.

Mən Ağdam rayonuna başçı vəzifəsinə təyin olunan zaman əhalinin əkin-biçini ilə məşğul olan “Aqrolizinq" deyilən təşkilatı Ağdam rayonunan alınıb Ağcəbədi rayonuna tabe etmişdilər. Hansı ki, taxılı biçmək üçün Ağcabədidəki Aqrolizinqə yalvarırdıq. Mən təcili sürətdə getdim Kənd Təsərrüfatı Nazirliyinə. Mənim tələbimi nəzərə aldılar. Bütün texnikanı gətirdim Ağdama və işlər qaydasına düşdü.

- İcra hakimiyyəti orqanlarının ümumiyyətlə ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifinə necə baxırsınız? Onsuz da icra hakimiyyətlərinin arxa bağçası hesab olunan bələdiyyələr bu yükü götürmək iqtidarındadırmı?

- Mən belə fikirləşirəm ki, bu strukturunun adının dəyişdirilməsi heç nəyi dəyişməz. Yaxşı olardı ki, həmin vəzifədə oturan şəxsin bütövlükdə özünə və vəzifəsinə baxışı dəyişsin. Yaxşı olardı ki, əhaliyə rəhbərlik edən başçı seçki yolu ilə seçilsin. Nəzərə alsaq ki, bu gün yerlərdə əhaliyə rəhbərlik edən şəxslərin vəzifələrinin adı icra hakimiyyətinin başçısıdır. Azərbaycanda bu gün yüzlərlə insanlar var ki, bu vəzifəni şərəf və ləyaqətlə daşımağa layiqdirlər. Bu günün özündə mən bir neçə icra başçısı tanıyıram ki, çox ləyaqətlə öz vəzifə borclarını yerinə yetirirlər.


- Bu gün İB-na yetim-yesirin payına göz dikən onların alacağları maaş kartını ələ keçirən bir şəxs kimi baxılmaması üçün ictimai işlərə cəlb edilən adamlara əmək haqqının hansı qaydada ödənilməsini təklif edərdiniz.

- Mən elə gəlir ki, ictimai işlərə cəlb olunan və yaxud “dost “adı ilə fəaliyyət göstərən qurumların yaradılması özünü doğrultmur. Çox güman ki, həmin qurumlarda çalışan fəhlələr ümumiyyətlə işə çıxmır və ona görə də onların əmək haqqısı kimlər tərəfindənsə mənimsənilir. Mən inana bilmərəm ki, bir fəhlə hər gün işə çıxsın, ancaq onun əmək haqqın icra başçısı alsın. Bu mümkün olan iş deyil. Ona görə də həmin qurumlar ləğv olunub orada işləyən fəhlələr komunal-təsərrüfat xidmətinə birləşdirilməlidir. Belə olan halda hamı işə cəlb olunar. Rüşvət də ortadan qalxar. Rusların bir sözü var.”Мiortvıy duş“ da olmaz.

- Bir çox qurumların yerli şöbələrinin təyinatı zamanı icra başçılarının yazılı və ya şifahi razılığının alınması ənənəsinin ləğvi iki hakimiyyətlik yaradır. Sizin bu məsələdə mövqeyiniz necədir?

- Rayonda fəaliyyət göstərən bütün qurumlar RİH-nə birmənalı olaraq tabe olmalıdır. Əks halda idarə- müəssisə-rəhbərləri arasında nizam-intizam pozulacaq. Hərkə-hərkəlik olacaq. Hakimiyyət istədiyi nəticəni əldə etməyə çətinlik çəkəcək. Bütün idarə-müəssisə rəhbəri vəzifəyə təyin edilərkən İB-rəyi öyrənilməlidir. Ancaq İH-nə nəzarət güclü olmalıdır ki, onların könülündən “Balaca padşah”lıq keçməsin. Bunun da çox sadə bir üsulu var. Başçını seçərkən onun əxlaqı, səriştəsi, ədalətli, vicdanlı olması nəzərə alınarsa, baş ucalığı gətirər. İcra hakimiyyətinin başcıları vətəndaşlara dövləti və onun prezidentini sevdirməlidir.

loading...
Canı Canana təslim etməyə hazır deyilsənsə, “Mən aşiqəm” demə heç kimə...
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü: Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
Qondarma rejimin rəhbəri əhaliyə yalan vədlər verdi...
"İran Azərbaycana dost, etibarlı tərəfdaş olmaqdan nümayişkaranə şəkildə imtina edib"
Düşmənin hərbi texnikası belə məhv edilib - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Şou-biznes
Daha bir əməkdar artist cəbhəyə yola düşüb
Cəmiyyət
“Cəbhədən gələn xəbərləri dörd gözlə izləyirəm” - Xalq artisti Əlibaba Məmmədov
Cəmiyyət
““Qan ağlayıram” ki, məni də müharibəyə aparsınlar...” - Qarabağın “Qəmlosu”...
Siyasət
"Müharibə dövründə hərbi tibbi xidmətin güclü və peşəkar olması qələbənin yarısı deməkdir"
Cəmiyyət
“Şuşamızda Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ şikəstəsini oxuyacağımız günü gözləyirəm...”

Yazar
Seymur Əliyev
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Verdizadə
Kişiliyin çatırsa, indi Qarabağa gəl...
Sultan Laçın
"Qətnamələrinin icrasına nail olmadan BMT-ni eşitmək yox!.."
Həftənin ən çox oxunanları
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
“Ordumuzun müzəffər savaşının ən ağır cəbhələrində,  birbaşa səngərdə də  vuruşmağa hazıram…”
“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”
"Rusiya bundan imtina etməsə, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır..."
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Ermənilərə daha bir “Harop” zərbəsi – 20 ölü (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247