“Məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq...”
Oxunub: 4803
05 Jun 2020 | 08:39
“Məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq...”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın suallarını cavablandırıb. Parlament müxalifətinin təmsilçisi yaz sessiyasının yekunları, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, islahatlar prosesi və digər məsələlərlə bağlı maraqlı fikirlər söyləyib, həmçinin ölkədə inkişafı əngəlləyən maneələrin aradan qaldırılması istiqamətində konkret təkliflərini irəli sürüb.

- Qüdrət bəy, Milli Məclisin yaz sessiyası artıq geridə qalıb və hazırda növbədənkənar sessiya öz işini davam etdirir. Parlament müxalifətinin təmsilçisi kimi, Sahibə Qafarovanın sədrliyini necə dəyərləndirirsiniz? Hər halda, deputatlıq fəaliyyətiniz dövründə ilk dəfə idi ki, xanım spikerin rəhbərlik etdiyi parlamentdə təmsil olunursuz. Bu mənada fikirləriniz maraqlıdır.

- Sahibə xanımın seçilməsindən  sonra həm Milli Məclis Aparatında xeyli dəyişikliklər edilib, struktur və kadr islahatları həyata keçirilib. Ümid edirəm ki, biz bunun müsbət nəticələrini hiss edəcəyik. Eyni zamanda biz yaz sessiyası dövründə çox ciddi qanun layihələrini müzakirə etmişik.  Bilirsiniz ki, növbədənkənar seçkilər olduğuna görə biz yaz sessiyasını tam işləyə bilməmişik. Amma ümid edirəm ki, payız sessiyası daha işgüzar şəraitdə keçəcək və xüsusilə də islahatların dərinləşdirilməsi istiqamətində - istər məhkəmə-hüquq islahatlarının, istərsə də iqtisadi və siyasi sahədə islahatların aparılması istiqamətində çox mühüm qanun layihələrini qəbul edəcəyik.

- Ölkədə koronavirus pandemiyası ilə mübarizə  davam edir. Düzdür, bir çoxları təhlükənin ötüb keçdiyini zənn edirdi, amma görünən budur ki, hələ ciddi risklər var. Karantin rejimi yumşalsa da, sonradan yenidən sərtləşdirmə ilə bağlı qərarlar verildi. Bu situasiyanı necə şərh edə bilərsiniz?

- Ümumən ölkəmiz bu mübarizədən üzüağ çıxdı. Həm yoluxanların, həm dünyasını dəyişənlərin sayı az oldu. Dövlət vaxtında insanların bir-birindən təcrid olunması istiqamətində zəruri addımlar atdı. Bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin də qiyməti kəskin şəkildə aşağı düşüb. Büdcədə neftin qiyməti 55 dollar götürülmüşdü, Brent markalı neftin bugünkü qiyməti 30 dollardan yuxarıdır. Bu, onu göstərir ki, bizim xeyli dərəcədə büdcə kəsirimiz olacaq. Biz müəyyən xərcləri ixtisar etmək zorunda qalacağıq. Yaxud Neft Fondundan büdcəyə daha çox vəsait yönəltməli olacağıq. Ona görə də belə bir vəziyyətdə bizim uzun müddət karantin rejimini saxlamağımız mümkünsüz idi. Həm də açıq deyim ki, karantin rejiminin iki aydan artıq müddətdə davam etməsi başqa fəsadlara da səbəb ola bilərdi. Bizim üçün təkcə insanların fiziki sağlamlığı əsas deyil, həm də onların əqli-psixoloji durumunun qaydasında olması lazımdır. İnsanların üzünə qapını bağlayıb saxlamaq, belə bir vəziyyət insanların psixikasına öz mənfi təsirini göstərə bilərdi. Ona görə də müəyyən zaman kəsimi üçün müəyyən yumşalmalara gedilməsi zərurət idi, bundan qaçmaq mümkün deyildi. Bu mənada hökumət haqlı olaraq yumşalma qərarları verdi. Amma son vaxtlar biz görürük ki, yoluxanların sayı artır. Xüsusilə xaricdən gətirilən Azərbaycan vətəndaşlarının hesabına. Xaricdə, xüsusilə də Rusiyada qalan vətəndaşlarımız ölkəyə gətirilir və onların arasında yoluxanların sayı çoxdur. Düşünürəm ki, kütləvi tədbirlərin keçirilməsinə, yas, toy mərasimlərinin keçirilməsinə bundan sonra da qadağa qoyulmalıdır. Şəraitdən asılı olaraq, Nazirlər Kabineti qərar qəbul etməlidir. İndidən heç kim deyə bilməz ki, bu vəziyyət nə qədər davam edəcək. Hamı deyir ki, virusun ikinci dalğası baş qaldıra bilər. Bu halda, hətta başqa məhdudiyyətlərin tətbiqinə ehtiyac yarana bilər. Bu, real vəziyyətdən asılı olacaq.


- Qüdrət bəy, karantin dövründə korrupsiyalaşmış məmurların həbsi geniş rezonans doğurdu, xeyli müzakirə edildi. Orta çıxan qənaət bu oldu ki, ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizədə prinsipial mövqeyinin qarşılığında yenə də məmurlar hətta kasıbın çörəyinə əl uzadırlar. Bu kimi halların səbəbi nədir, sizcə?

- Əvvəla, qeyd edim ki, cinayətkarlığa qarşı mübarizəni sərtləşdirməklə və cəza tədbirlərini ağırlaşdırmaqla rüşvətxorluğu, korrupsiyanı səngitmək olar. Amma bunun kökünü qazıyıb çıxarmaq üçün həmin cinayəti doğuran səbəb və şərait aradan qaldırılmalıdır. İlk növbədə - bu, qaçılmazdır, əgər korrupsiyaya qarşı mübarizə aparmaq istəyiriksə, bu addımları atmalıyıq - əvvəla, dövlət məmurlarının sayı azaldılmalıdır... Bizdə dövlət aparatı həddindən artıq şişib. Biz məmurlara yüksək maaş verə bilmirik. Ona görə də onlar hamısı çalışır ki, hansısa formada, bəzi hallarda hətta qanunsuz yollarla əlavə qazanc əldə etsinlər. Bu da sözsüz ki, sadə insanların hesabına baş verir və ona görə də narazılığı artırır. Dediyim kimi, məmurların sayı kəskin şəkildə azaldılmalıdır, ilkin mərhələdə ən azı 30 faiz ixtisar aparılmalıdır. İxtisara salınan məmurların pulları digər məmurların əməkhaqqının artırılmasına yönəldilməlidir, hələ üstünə də əlavələr edilməlidir. Yəni məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq. Az bir insan olar ki, oğurlamasın. Oğurladığının bir hissəsini də nəzarətedici funksiyaları yerinə yetirən vəzifəli şəxslərə verəcək. Ona görə ki, onların da maaşı azdır, onların da pula ehtiyacı var. Beləliklə də bu zəncirvari reaksiya davam edəcək. Deməli, həm məmurların sayı azaldılmalı, həm də onların maaşı artırılmalıdır. Üçüncüsü, yerlərdə sakinlər yerli dövlət, hakimiyyət orqanlarının formalaşdırılması prosesində iştirak etməlidirlər. Ona görə də mən deyirdim ki, bələdiyyələrə yerli dövlət, hakimiyyət orqanları statusu verilməlidir. İndi bələdiyyələr yerli özünüidarə orqanıdır, o, dövlət, hakimiyyət orqanı sayılmır. Yerli dövlət hakimiyyəti orqanı olmalıdır və icra başçılarının səlahiyyətlərinin mütləq əksəriyyəti əllərindən alınmalıdır, verilməlidir yerli dövlət hakimiyyət orqanlarına. İndi icra başçısı yalnız Prezident qarşısında məsuliyyət daşıyır, xalq qarşısında məsuliyyət daşımır. Düzdür, Prezident deyir ki, xalqın sizə münasibətinə uyğun olaraq mən sizə münasibət bəsləyəcəyəm, fəaliyyətinizi qiymətləndirəcəyəm. Yenə deyirəm, onların xalq qarşısında heç bir öhdəliyi yoxdur. Amma yerlərdə bələdiyyə sədrlərini xalq seçsə, onlar birbaşa yerli sakinlər qarşısında məsuliyyət daşıyacaqlar.

- Məntiqlə siz növbədənkənar bələdiyyə seçkilərini təklif edirsiniz, eləmi?

- Bəli. Bu islahatlar olsa, biz birinci konstitusiyanı dəyişməliyik. Ona görə ki, konstitusiyada bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi nəzərdə tutulub. Necə ki, sovet dövründə rayon sovetləri və rayon icraiyyə komitələri var idi... Yəni rayon sovetləri rayon əhalisi tərəfindən seçilirdi, həmin sovetin iclasında da icraiyyə komitəsi formalaşdırılırdı. Birinci katiblər isə sanki onlara nəzarət funksiyasını yerinə yetirirdi. Bizdə də konstitusiyanın qorunmasına nəzarət funksiyasını icra hakimiyyəti başçıları yerinə yetirməlidir. Amma qalan bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir. Eynilə Türkiyədəki kimi. Türkiyədə valilərin səlahiyyəti nədirsə, bizdə də icra başçılarının səlahiyyəti o olmalıdır. Amma əsas səlahiyyət bələdiyyələrdə olmalıdır, onu da xalq seçməlidir. Bir neçə dəfə demişəm, ABŞ-da hətta polis rəislərini - şerifləri də xalq seçir. Çünki həmin şəxslər təhlükəsizliyə cavab verirlər. Odur ki, bizdə də ilk növbədə yerli sakinlər yerli dövlət hakimiyyəti orqanlarının formalaşması prosesində yaxından iştirak etməlidir. Rüşvətxorluğun, korrupsiyanın qarşısını almağın növbəti yolu bundan ibarətdir. Bunun ardınca isə ölkədə ciddi məhkəmə-hüquq islahatları həyata keçirilməlidir. Bizdə məhkəmələrin, hakimlərin müstəqilliyini təmin etmək üçün hakimlər yalnız cinayət törətdikdə, onlar məsuliyyətə cəlb olunub vəzifəsindən uzaqlaşdırıla bilərlər.  Yəni indiki kimi, intizam məsuliyyətinə cəlb etməklə, hakimi işdən çıxartmaq olmaz. Həmçinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən ibarət tərkibdə formalaşmalıdır. İndi ədliyyə naziri, hökumətin bir üzvü gəlib dövlət hakimiyyətinin müstəqil qanadı olan məhkəmələrin özünüidarə orqanının başında durmamalıdır. Yəni Məhkəmə-Hüquq Şurasının sədri olmamalıdır. Eyni zamanda, hakimlər də özlərini Ədliyyə Nazirliyinin işçiləri kimi hiss etməməlidir. Mülkiyyətin toxunulmazlığına və rayonlarda qanunvericiliyin aliliyinin təmin olunmasına əsas təminat verən orqan məhkəmələrdir. Biz Biləsuvarda gördük, rəsmi mətbuat da yazdı ki, nə qədər fermerin torpağı məhz məhkəmələrin əli ilə alınıb, başqalarına verilib. Yəni ölkədə güclü məhkəmə hakimiyyəti qurmadan, ölkədə qanunun aliliyini bərpa etmək çox çətin məsələdir. Bu istiqamətdə də işlər görülməlidir.


- Vaxtaşırı xaricdəki vəsaitlərimizin ölkəyə gətirilməsi təşəbbüsü ilə çıxış etmisiniz. İndiki iqtisadi çətinliklərin mövcudluğu şəraitində bununla bağlı nə deyə bilərsiniz? Digər tərəfdən, həbs olunan məmurlarla bağlı yayımlanan kadrlardan da aydın oldu ki, əllərdə böyük pullar cəmlənib və onlar hər hansı bir sahəyə, tutaq ki, hansısa müəssisələrin tikilməsinə yönəldilməyib, ölü vəsait kimi qalıb. Həmçinin maliyyə amnistiyasının verilməsi təklifinə yanaşmanız maraqlıdır.

- Təbii ki, bunun ardınca ölkədə ciddi iqtisadi islahatlar da həyata keçirilməlidir. Kompleks islahatların tərkib hissəsi kimi maliyyə amnistiyasının verilməsi özünü doğrulda bilər. Amma məhkəmə islahatları həyata keçirilməyəcəksə, heç kim pulunu Azərbaycana gətirməyəcək. Əgər bilirsə ki, sonradan o pulu tutub onun əlindən alacaqlar, o pulu bura gətirməyəcək. Elə buna görə də bu pulları buradan xaricə qaçırdıblar. Niyə o məmurlar korrupsiya yolu ilə topladıqları pulların hesabına burada iş yerləri, müəssisələr açmayıblar, gedib Şərqi Avropa ölkələrində, ofşorlarda, banklarda dövr etdirirlər, amma burda emal, yüngül sənaye müəssisələri qurmadılar, xidmət sahələri yaratmadılar? Qorxdular ki, sabah tutub əllərindən alacaqlar. Ona görə də amnistiyanın verilməsi heç nəyi dəyişməyəcək.

- Bəs elə isə nədən başlamaq lazımdır?

- Birinci növbədə mülkiyyətə təminat verilməlidir. Bu təminatı da məhkəmə verə bilər. Yalnız islahatlardan sonra bu addım atılmalıdır. İnsanlar inanmalıdır ki, onun pulu təhlükəsiz bir bölgəyə, kapitalın təhlükəsizliyinə təminat verən məhkəmə-ədliyyə sisteminin olduğu bir ölkəyə gəlib girir. O olmasa, heç kim o pulu geri qaytarmayacaq, nə qədər amnistiya verirsən ver. Söhbət ondan getmir ki, ondan soruşacaqlar, bu pul səndə haradandır? Söhbət ondan gedir ki, o, gətirdiyi əmlakı burada qoruya biləcəkmi? Ona görə də bu addım özünü doğrultmayacaq. Ona görə də kompleks tədbirlər həyata keçiriləcəyi təqdirdə və ikincisi, biznes mühiti üçün əlverişli şərait yaradılacağı təqdirdə, indiki himayəçilik, proteksanizm aradan qaldırılmayana qədər, təbii inhisarçılığa son qoyulmayana qədər... Dövlətin tabeliyində olan iri şirkətləri parçalayıb özəlləşdirmək lazımdır, yaxud uzun müddətə idarəetməyə verilməlidir. Rəqabət mühiti yaradılmalıdır. Bizdə niyə qiymətlər belə bahadır? Ona görə ki, o sahədə fəaliyyət göstərən alternativ özəl şirkətlər yoxdur. Ona görə də inhisarçılığa son qoyulmalıdır. Dövlət əmlakı ciddi şəkildə özəlləşdirməyə çıxarılmalıdır, biznes üçün əlverişli mühit təmin olunmalıdır.
Oxşar xəbərlər
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO