ABŞ-da davam edən etirazların öz miqyasını günbəgün genişlənməsi, polis birliklərinin bu etirazları yatıra bilməməsi rəsmi Vaşinqtonu Milli Qvardiya və ordu hissələrini də etirazçılara qarşı səfərbər etmək məcburiyyəti qarşısında qoyub.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, proseslərin tamamilə məcrasından çıxacağından ehtiyat edən Pentaqon, son ümid yeri kimi “yaşıl beretlilər”ə müraciət edib. Belə ki, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri olan “yaşıl beretlilər” polis və Milli Qvardiyanın köməyinə göndərilib.
ABŞ rəhbərliyinin etirazçılara qarşı ordu hissələrini, xüsusilə də Amerika ordusunun elit hissəsi hesab edilən “yaşıl beretlilər”i cəlb etməsi ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilməkdədir. Bəzi mütəxəssislər hesab edir ki, ABŞ-ı xarici düşmənlərdən qorumalı olan ordu və “yaşıl beretlilər”in etirazçılarla üz-üzə qoyulması doğru deyil və bu siyasət ABŞ daixlində Vyetnam savaşına bənzər bir savaşın başladılmasına səbəb ola bilər. Odur ki, mütəxəssilərin böyük əksəriyyəti Vaşinqtonu mövcud durumdan qeyri-zorakı üsul və vasitələrlə çıxmaq üçün öz səylərini artırmağa səsləyib.
Seymur ƏLİYEV