“Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli sərancamı
2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir”.
Moderator.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib
“Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir.
Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekununu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar”.