Xəbər lenti
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
13/07/2020 [13:51]:
“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”
13/07/2020 [13:19]:
Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”
13/07/2020 [13:17]:
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışda 2 nəfər xəsarət alıb
13/07/2020 [13:16]:
Elmar Məmmədyarovun rusiyalı həmsədr və Anjey Kaspşiklə telefon söhbətləri olub
13/07/2020 [13:14]:
MN: Hər zaman olduğu kimi düşmən itkilərini gizlədir
13/07/2020 [13:13]:
Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"
13/07/2020 [13:02]:
"Gəlin aldanmayaq, düşmən oyunlarına alət olmayaq..."
13/07/2020 [12:49]:
“Anti-terror əməliyyatına başlamaq üçün hansısa olayı fürsət kimi dəyərləndirməyə ehtiyac yoxdur”
13/07/2020 [12:49]:
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - FOTOLAR
13/07/2020 [12:47]:
KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı iclas çağırdı - Təcili
13/07/2020 [12:46]:
Gəncədə yanacaqdoldurma məntəqəsi partladı
13/07/2020 [12:45]:
Bu təxribat ona görə Tovuz istiqamətində törədilib ki... – Tofiq Zülfüqarovun şərhi
13/07/2020 [12:37]:
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
13/07/2020 [12:30]:
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
13/07/2020 [12:30]:
“Torpaqlarımızı işğaldan azad etməliyik, ermənilər bizim yerlərdə şıllaq atır...”
13/07/2020 [11:59]:
Masallı sakini yaxın qohumlarının onun evindən qızıl-zinət əşyalarını oğurladığını deyir...
13/07/2020 [11:53]:
Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur
13/07/2020 [11:52]:
Qubada koronavirus xəstəsi karantini pozaraq yaşayış yerini tərk edib
13/07/2020 [11:50]:
Ağstafada şəhid dəfn edilib
Bütün arxiv bir sırada
06/06/2020 [17:09] - Cəmiyyət - ( 973 dəfə baxılıb)

“Zənnimcə, cərimələrin tətbiqi zərurətdən yarandı və bu, yoluxanların sayını azaldacaq”



Artıq altıncı aydır ki, koronavirus pandemiyası dünyanı çalxalamaqda davam edir. COVİD-19-a yoluxanların sayı 6 milyon nəfər həddinə çatmaq üzrədir. 350 mindən çox insan isə pandemiyanın qurbanı olub. Mütəxəssislərin yekdil rəyinə görə, bu virus hələ qarşıdakı 1 il ərzində (ən azı!) bizi narahat edəcək. Düzdür, havaların gündən-günə istiləşməsi pandemiyanın yayılma ehtimalını bir qədər azaldır. Digər tərəfdən, bu fikrin elmi əsasları yoxdur. Deməli, ən yaxşısı qorunma üsullarına riayət etməkdir.

Ayrı-ayrı ölkələrin iqtisadiyyatına güclü ziyan dəydiyindən, təbii ki, uzun aylar insanlara “evdəqal” prinsipi ilə də yanaşmaq doğru olmazdı. 

Məhz bu səbəbdən Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələri “yumşaltmalar” metoduna keçdilər. Bəs ardınca nə baş verir?

Milli Məclisin son iclaslarından birində fasilə zamanı parlamentin yeni deputatlarından Aqil Məmmədova yaxınlaşdıq. Ayaqüstü söhbət zamanı millət vəkilindən bəzi məsələlərə aydınlıq gətirməsini xahiş etdik. “Bilirsiz ki, pandemiya problemi hazırda bütün dünyanı narahat edir” – deyə Aqil müəllim söhbətə başladı: “COVİD-19 bu gün də gündəmdədir və yəqin ki, “xoşagəlməz qonaq” hələ bir müddət bizimlə olacaq. Yəni, bunu gözaltına almaq lazımdır. Mən deyərdim ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə ölkəmizdə ilk mərhələdən pandemiyaya qarşı düşünülmüş, önləyici tədbirlərin görülməsi öz səmərəsini verdi. Özü də həmin tədbirlər mərhələ-mərhələ həyata keçirildi. Nəticə də göz qabağında idi. Təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sərt qaydalar uzun müddət davam edə bilməzdi. Ona görə Azərbaycanda da digər ölkələrdə olduğu kimi “yumşaltmalar”a başlandı. Əslində bunun özü də normal və doğru qərar idi. Təəssüf ki, bir çox vətəndaşlarımız bunu yanlış anladılar və virusdan qoruyucu tədbirlərə biganəlik göstərdilər…”

Millət vəkili söhbət zamanı qaydalara riayət etməyənlər barədə inzibati tədbirlərin görüləcəyi ilə bağlı parlamentin qəbul etdiyi qərara da öz münasibətini bildirdi:

 “Əlbəttə, bir çox qadağaların aradan götürülməsi bu virusun heç də ləğvinə nail olunduğu demək deyildi. Açıq deyim ki, bizim cəmiyyət az qala bunu belə qəbul etdi. Özünüz də şahidsiniz ki, qoruyucu maskalardan istifadə edilməməsi, məsafə saxlanmaması və digər zəruri məsələlərə etinasızlıq qısa bir zamanda yoluxma hallarının artmasına gətirib çıxardı. Nəticədə, Milli Məclis qaydalara riayət etməyənlər barədə İnzibati Xətalar Məcəlləsinə cərimələrin tətbiqi ilə əlaqədar düzəlişlər etməyə məcbur oldu. Əslində belə cərimələr dünyanın, eləcə də Avropanın sivil ölkələrində də var. Özü də bizdən fərqli olaraq daha yüksək məbləğlərdə. Güman edirəm ki, bu yanaşma yoluxanların sayının azalmasında öz müsbət təsirini göstərəcək”.

Sonra millət vəkili ilə başqa mövzuya keçid edirik. Ölkə Prezidentinin bu günlərdə birinci xanımla qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş Qobu-3 yaşayış kompleksinə baş çəkməsi, diqqəti bir daha Qarabağ probleminin həllinə yönəltməsi, inamlı və nikbin ruhda fikirlər söyləməsi ilə bağlı Aqil müəllimin rəyini soruşuruq. 

O, deyir: 

“Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, belə çətin məqamda da sosialyönlü layihələri dayandırmır, vətəndaşlarımızın, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Baxın, əgər 2019-cu ildə bu qəbildən olan insanlar üçün 5 min mənzil inşa edilmişdisə, bu il həmin rəqəmin 7-8 min civarında olacağı gözlənilir. Bura belələrinə dövlət müavinətinin, avtomobillərin verilməsini də əlavə etsək, onda qaçqın və məcburi köçkünlərə hansı səviyyədə qayğı göstərildiyini izah etməyə lüzum qalmayacaq.
Mən şəxsən cənab Prezidentin həmin tədbirdə etdiyi çıxışı diqqətlə dinlədim və çox böyük qürur hissi keçirdim. Fikirləşdim ki, nə yaxşı bizim Azərbaycan kimi müstəqil dövlətimiz var. Və bu dövlətin əsasını ulu öndərimiz Heydər Əliyev qoyub. Cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, əgər o illərdə ölkəmizə ümummilli liderimiz başçılıq etsəydi, ermənilər bir qarış torpaq belə ala bilməzdilər. Bəli, dahi şəxsiyyətin yolunu artıq 16 ildən çoxdur ki, onun layiqli varisi İlham Əliyev davam etdirir. Ötən illər ərzində ölkəmizin hansı nailiyyətlərə imza atması isə cild-cild kitabların mövzusudur və sizlər bunun şahidisiniz.

-“Aqil müəllim, səhv etmirəmsə, “Qobu-3” yaşayış kompleksi bəzi xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir, deyilmi?” – deyə həmsöhbətimə növbəti sualı ünvanlayıram. “Yaxşı məqama toxundunuz”- deyə, millət vəkilinin üzünə təbəssüm qonur. “Sualınıza cavab verməzdən əvvəl 2003-cü ili yada salmaq istəyirəm: möhtərəm Prezidentimiz o vaxt öz çıxışında qeyd etmişdi ki, beş ilə Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq. Ölkə başçısının iradəsi və qətiyyətliliyi sayəsində bu problem cəmi 4 ilə öz həllini tapdı. “Qobu-3” yaşayış kompleksi isə artıq qaçqın və məcburi köçkünlər üçün inşa edilən 111-ci qəsəbədir. O ki qaldı sualınızın konkret cavabına, sözügedən qəsəbədə yeni mənzillər tikilib, tam təmir olunaraq istifadəyə verilib. Fərqlilik ondadır ki, həmin ərazidə bir sıra infrastrukturlarla yanaşı, yeni iş yerlərinin açılması nəzərdə tutulur. Məsələn, xalçaçılıq və digər sahələr”...

Söhbətimizin sonunda millət vəkili son vaxtlar Ramil Səfərovla bağlı məkrli qonşularımızın və “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkədə başladıqları kompaniyaya da qısaca öz münasibətini bildirdi: “Ermənilər tarix boyu xain və eybəcər planlarını həyata keçirməyə çalışıblar. Zaman-zaman onlar buna nail olublar da. Ancaq hər şeyin bir sonu var. Düşünürəm ki, artıq ermənilərin hiyləgər nömrələrini dünya siyasətçiləri də, dünya ictimaiyyəti də yaxşı başa düşür. Ramil Səfərovla bağlı məsələnin Avropa İnsan Hüquqları Məhkəməsində yenidən qaldırılmasına heç ehtiyac da yox idi. Çünki bütün prosedurlar hüquqi müstəvidə həll olunub. Bununla bağlı Azərbaycan dövlətinin də üzərinə heç bir öhdəlik qoyulmayıb və qoyula da bilməz. Təkcə bir məsələni vurğulamaq istərdim ki, Ramil Səfərov sadəcə erməni məkrinin qurbanı olmuşdu, mənfur dığaların bayrağımızı tapdalamasına dözməmişdi… Qısaca desəm, bütün bunlar əslində erməni faşistlərin bizə qarşı törətdikləri yüzlərlə cinayətin fonunda baş verib. Mən fürsətdən istifadə edərək, öz həmvətənlərimizə bununla bağlı düşünüb-daşındıqan sonra fikir yürütməyi məsləhət görürəm. Ermənilər isə iki məsələyə diqqət yetirsələr yaxşı olar: Birincisi, Qarabağ torpaqlarında törətdikləri qətliamlar, soyqırımlar kimin ayağına yazılmalıdır? İkincisi, Avropa Məhkəməsində Çıraqov qardaşlarının işi ilə əlaqədar təzminatı niyə ödəməkdən imtina edirlər?”

Haqlı suallardır. Atalar burda yaxşı deyiblər:  “Öz gözündə tiri
görmür, özgə gözündə tük axtarır”…
 
 (amia.az)

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Cəmiyyət
Şəhid əsgərimizin nəşi ata evinə gətirildi -FOTOLAR
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247