Xəbər lenti
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
13/07/2020 [13:51]:
“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”
13/07/2020 [13:19]:
Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”
13/07/2020 [13:17]:
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışda 2 nəfər xəsarət alıb
13/07/2020 [13:16]:
Elmar Məmmədyarovun rusiyalı həmsədr və Anjey Kaspşiklə telefon söhbətləri olub
13/07/2020 [13:14]:
MN: Hər zaman olduğu kimi düşmən itkilərini gizlədir
13/07/2020 [13:13]:
Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"
13/07/2020 [13:02]:
"Gəlin aldanmayaq, düşmən oyunlarına alət olmayaq..."
13/07/2020 [12:49]:
“Anti-terror əməliyyatına başlamaq üçün hansısa olayı fürsət kimi dəyərləndirməyə ehtiyac yoxdur”
13/07/2020 [12:49]:
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - FOTOLAR
13/07/2020 [12:47]:
KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı iclas çağırdı - Təcili
13/07/2020 [12:46]:
Gəncədə yanacaqdoldurma məntəqəsi partladı
13/07/2020 [12:45]:
Bu təxribat ona görə Tovuz istiqamətində törədilib ki... – Tofiq Zülfüqarovun şərhi
13/07/2020 [12:37]:
Gömrük Akademiyasında yay imtahan sessiyası sona çatıb
13/07/2020 [12:30]:
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
13/07/2020 [12:30]:
“Torpaqlarımızı işğaldan azad etməliyik, ermənilər bizim yerlərdə şıllaq atır...”
13/07/2020 [11:59]:
Masallı sakini yaxın qohumlarının onun evindən qızıl-zinət əşyalarını oğurladığını deyir...
13/07/2020 [11:53]:
Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur
13/07/2020 [11:52]:
Qubada koronavirus xəstəsi karantini pozaraq yaşayış yerini tərk edib
13/07/2020 [11:50]:
Ağstafada şəhid dəfn edilib
13/07/2020 [11:35]:
Potensial insan...
Bütün arxiv bir sırada
06/06/2020 [18:02] - Köşə - ( 6810 dəfə baxılıb)

Biz Londonda məskunlaşırıq, ermənilər Qarabağda...

"Qarabağda nə nöqtə var, nə nida - Qarabağda suallar var yan-yana..."
İlham İsmayıl

 Biz gənc dövlətik və 102 il əvvəl qazandığımız, 23 ay sonra itirib, 71 ildən sonra yenidən bərpa etdiyimiz dövlət statusu tariximizin ən böyük qələbəsi olaraq qalır. Biz imperiya olmamışıq, imperiyaların ayaqları altında qalmışıq. Ona görə də, imperiyaların tozu altında qalmağımıza, iki yerə bölünməyimizə baxmayaraq kiçik bir ərazidə dövlət yaratmağımız, onu itirib yenidən bərpa etməyimiz bizim qələbəmiz sayılır. Təəssüf ki, hər dəfə müstəqilliyi itirəndə də, qazananda da torpaqlarımızın da bir hissəsi bizdən alınıb və geridönməz itkilərə məruz qalmışıq.

İndi isə biz tariximizin məğlub millət və məğlub dövlət dönəmini yaşayırıq və bu, tariximizin ilk məğlubiyyəti deyil. Elə bəla da ondadır ki, biz qələbədən çox məğlub olmağa alışdırılmışıq, alışmışıq. Həqiqət  bütün acılığı ilə dünənki və bu günkü tariximizin pəncərələrindən bizə baxsa da, hələ ki, bu acılıq üzümüzün ifadəsini, ekzotika sayıla biləcək qəlibləşmiş  təfəkkürümüzü dəyişmir və növbəti məğlubiyyət kimi içimizdə siniririk.

Adətən qaliblər həqiqətdən çəkinmir, qorxmurlar, məğlub isə  həmişə yalan danışır və yalan danışmamağı bacarmır. Biz  bütün məğlublar kimi öz bədbəxtliyimizin səbəbini kənarda axtarırıq, az qala  bütün dünyanı  günahlandırırq,  qismətimizə lənətlər yağdıraraq xəyanətkarlar axtarır, şübhələr içində  məğlubiyyətimizə bəraət qazandırmaq üçün yalançı sığınacaqlar axtarır və yalandan başımızı dik tutsaq da, içimizdə hansı çuxura düşdüyümüzü bütün varlığımızla hiss edirik. Məğlub olmağımızın səbəbi bizik, tarixin dərslərindən nəticə çıxara bilməməyimizdir.

Məğlub olanların heç nədə, heç bir yerdə sevinci olmur. Biz sevinci üzündə donmuş millətik. Təbii, bu vətəni sevənlərə, dövlətini fikirləşən çox az bir insana aiddir. Məğlubiyyəti dərk etməyib, yalnız özü üçün, ailəsi üçün yaşayanları vətən maraqlandırmaz, onların bir məqsədi var: bu vətənin malını, dövlətini, sərvətini talan edib keyf çəksinlər, üzləri daim gülsün. Bunlar hətta vətənə, xüsusilə Qarabağa nifrət edirlər, vətənin sərvətlərindən taladıqları pulları bu vətəndə saxlamağa da qıymırlar. Talayın bu ölkəni, dağıdın bu sərvətləri! Sizlər nə bilərsiz  torpaq nədi, torpağı dövlət etmək, onu qorumaq nədi. Siz sərvətlərinizi Londona, Nyu-Yorka, dünyanın dörd bir tərəfinə daşıyanda, dünyanın hər yerində olan ermənilər pullarını Arutunyana göndərir ki, çək yolları, birləşdir Qarabağı Ermənistanla. Xankəndi-Şuşa-Laçın-Gorus və Xankəndi-Ağdərə-Kəlbəcər-Basarkeçər yollarından sonra Hadrut ərazisini Qafan şəhəri ilə  birləşdir,  Qarabağda yeni və böyük məskunlaşdırma, iqtisadi inkişafı həyata keçir. Azərbaycan nazirləri, Londonda, Nyu-Yorkda məskunlaşır, ermənilər Qarabağda. Fərqi gördünüzmü?
 
Məğlub millətə qalib düşmənin inkişafına yana-yana baxmaq qalar. Siz baxmarsınız, yananlar yurdu düşmən tapdağında qalanlardı, yananlar  milləti, dövləti üçün yananlardı. Siz uzaqbaşı bu vətənə  yanan “ kababın üstündən sərin su pis olmaz deyən kimi” baxanlarsız. Siz bu vətənə Rüstəm bəy Məşədi İbada baxan kimi baxanlarsız-“Pul dağarcığı”kimi. 
 
Milləti vətənin azad olmasına hazırlamaq əvəzinə gecə-gündüz Rusiya ilə, İranla qorxudub, millətdə “ erməni Kürə qədər gələ bilər” xofu yaratmaqla təbliğat aparırsınız.  Ümumiyyətlə, bu işğal dövründə Qarabağa nə qədər zaman sərf edirsiniz? Çox sadəlövh sual oldu, eləmi? Əgər dövlətin, vətənin torpaqları on illərdir ki, işğaldadırsa.., deməli belə bir zaman ayrılmayıb. 

Ümidsizliyin gücü ondadır ki, nəticəsi məhvedicidir.  Bu xalqı, hər bir hərəkətinizlə niyə ümidsiz edirsiniz? “Şuşa andiçməsinə” susursunuz, parlamentdə susursunuz, məskunlaşmaya susursunuz, yol çəkilməsinə, SES tikilməsinə susursunuz.Danışanda da biabır olursunuz və xalqı təslimçiliyə apardığınızın fərqində deyilsiniz.Yox, səhv etdim, məhz fərqindəsiniz.
 
Bu gün Azərbaycanın kədərli mənzərəsinə baxın: ruhu özünənifrətin sərhədlərində, əsəb yollarında  gəzən məyus olmuş, əzilmiş xalq.  Siz, sərvət talançıları,  ölkə vətəndaşlarının bir-birinə nifrətindən xəbəriniz varmı? Düşmənə qarşı heç bir hərəkət görməyib, yalnız zülm və ədalətsizlik, talançılıq görən insanların nifrəti pik nöqtədədir.  Bütün bu dəhşətlərin sonu olaraq  bir-birimizi  nifrətdən didəcəyik, əgər sağ qalsaq ...  Sizlərin talançı və doymayan gözləriniz o xalqı görmür, çünki qara neftdən əldə etdiyiniz ağ günlər qaranlıqda boynu bükülmüşləri görə bilməz. Boynumuz pulsuzluqdan yox, məğlub millət kompleksini içimizdə gəzdirdiyimizdən bükülüb. Keyf çəkdiyiniz xaricdə heç sizlərə yaxınlaşıb deyən olubmu ki, hardansınız? Cavab verəndə deyiblərmi ki, həə.., tanıdıq,  siz Qarabağı uduzan dövlətin vətəndaşlarısınız.  Belə bir ölkənin də vətəndaşı heç nə olmamış kimi necə sevinə bilər? O zaman qanınız it qanına dönübmü? Hələ o sualı verən ermənidirsə, boynunuz yerə giribmmi? Inanmıram, sizlər belə hisslərlə yaşayanlar deyilsiniz, cənab sərvət talançıları!

Belə davam etməyəcək! Dünənə, bu günə, sabaha baxıb,ürəyimizin ən kiçik zərrəciyi ilə hiss edirik ki, qələbədən kənarda bizim xilasımız yoxdur.  Biz mübarizə və müharibə aparacağıq və qaranlıq mövcudluğumuza, işğala son verəcəyik, çünki qələbə olmadan bizim üçün bir qurtuluş yoxdur. Əynimizə kəfən geyib, açıq qəbirlərimizə doğru gedəcəyik, amma  qalibin əlindən “zəhərli sülhü” qəbul etməyəcəyik!
   
Bunlar sözlər deyil, bu, Azərbaycanın öz qəlbinin səsidir. Qələbə xaricində bizim xilasımız  yoxdur!

Qarabağda nə nöqtə var, nə nida
Qarabağda suallar var yan-yana
Qələbədir sualların cavabı
Yoxdur onsuz bu millətin sabahı...

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Cəmiyyət
Şəhid əsgərimizin nəşi ata evinə gətirildi -FOTOLAR
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247