Xəbər lenti
09/07/2020 [23:17]:
İstanbulda İŞİD-ə qarşı əməliyyat: Saxlanılanlar arasında azərbaycanlı da var
09/07/2020 [22:49]:
“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”
09/07/2020 [22:40]:
Səkkiz yaşlı uşaq sizin yardımınızla həyatda qala bilər - VİDEO
09/07/2020 [22:37]:
Zərdabda 3 nəfər Kürdə batdı
09/07/2020 [22:36]:
Gəncə-Şəmkir şosesində ağır yol qəzası baş verib - VİDEO
09/07/2020 [22:33]:
Şamaxıda stadion inşa olunur
09/07/2020 [22:20]:
Türkiyədə indiyə qədər koronavirusdan ölənlərin sayı 5300-ə çatdı
09/07/2020 [22:14]:
"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub
09/07/2020 [22:10]:
Pakistanda ABŞ hökumətinə qarşı məhkəmə iddiası irəli sürüldü
09/07/2020 [21:59]:
"Çox vəfasızam sənə qarşı, səni çox incitdim, nə qədər dözəcəksən, bilmirəm..."
09/07/2020 [21:50]:
"Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi..."
09/07/2020 [21:34]:
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
09/07/2020 [20:47]:
İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU
09/07/2020 [20:39]:
Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir
09/07/2020 [20:32]:
“Karantin bitsin, işə çıxanda sənə şaftalı da, dondurma da, nə istəsən, alaram...”
09/07/2020 [20:28]:
SEYYİDA, ÖLMƏRƏM, ALƏMDƏ SƏSİM VAR MƏNİM...
09/07/2020 [20:05]:
Azərbaycanda 1565 müəllim iş yerini dəyişib
09/07/2020 [20:01]:
Azərbaycanda koronavirusdan ölənlərin sayı 284 nəfərə çatıb
09/07/2020 [20:00]:
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
09/07/2020 [19:49]:
İldırım vuran futbolçu komadan çıxıb
09/07/2020 [19:44]:
"Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir"
09/07/2020 [19:40]:
Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq - RƏSMİ
09/07/2020 [19:38]:
“İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı hər evdə səslənir və səslənməlidir”
09/07/2020 [19:38]:
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
09/07/2020 [19:36]:
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09/07/2020 [19:35]:
Müxalif partiya sədri PA-da Ədalət Vəliyevlə görüşdü
09/07/2020 [19:25]:
Həkim Elnarə Cəlilova: “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır”
09/07/2020 [19:12]:
“Azərbaycan pandemiyaya qarşı qlobal mübarizənin əsas mərkəzlərindən biridir”
09/07/2020 [18:56]:
Cəbhə bölgəsi ilə bağlı şayiələr yaymaqda məqsəd nədir?
09/07/2020 [18:56]:
"Biz sizə konstitusiyanı verdik, sizsə bizə qandal taxırsız" Jirinovski
09/07/2020 [18:53]:
Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR
09/07/2020 [18:53]:
Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər...
09/07/2020 [18:50]:
Sahil Babayev BƏT Qlobal Sammiti çərçivəsində təşkil olunan “Tərəfdaşlar Günü” tədbirinin açılışında çıxış edib
09/07/2020 [18:50]:
Karantinə nəzarət edən polislər vəfat etdi
09/07/2020 [18:48]:
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
09/07/2020 [18:40]:
Daha bir həkim koronavirusa yoluxdu - FOTO
09/07/2020 [18:31]:
QHT Şurası aztəminatlı ailələrə birdəfəlik yardımların verilməsinə dair Təlimat qəbul edib
09/07/2020 [18:27]:
Yaltaqlıq ən perspektivli valyutadır...
09/07/2020 [18:14]:
Bolqarıstanda prezidentin katibi və müşaviri həbs olundu
09/07/2020 [18:13]:
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər - FOTO
09/07/2020 [18:12]:
Qarabağın bu kəndindəki ermənilər üçün yeni su kəməri çəkilməyə başlandı... – FOTO
09/07/2020 [18:09]:
Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi
09/07/2020 [18:07]:
Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO/VİDEO
09/07/2020 [18:01]:
Azərbaycanın Müdafiə naziri Türkiyəli həmkarına başsağlığı verib
09/07/2020 [17:56]:
Paşinyanın oğlu Qarabağdan qayıdır - VİDEO
09/07/2020 [17:32]:
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
09/07/2020 [17:15]:
Şeyxdən erməni katalikosuna haqlı sual: "Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?"
09/07/2020 [16:24]:
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik təklifi: sutkada 2 və ya 3 dəfə...
09/07/2020 [16:19]:
Oğuza istirahətə gələn şəxslər müəyyən edildi
09/07/2020 [16:15]:
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı
09/07/2020 [16:14]:
Neft Fondu Moskvadakı əmlakında zərərdən mənfəətə keçib
09/07/2020 [16:12]:
ARDNF 16 ilə büdcəyə 100 mlrd manat vəsait köçürüb
09/07/2020 [16:11]:
Uşaqla ünsiyyətdə olmaq hüquqları ilə bağlı yeni qərar
09/07/2020 [15:56]:
“Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu, tamaşaçını da bezdirə bilər...”
09/07/2020 [15:49]:
SMS-siz küçəyə çıxanların nəzərinə! - 3 nəfər həbs olundu
09/07/2020 [15:44]:
Avtomobil Yolları Dövlət Agentliyinin bu səlahiyyəti alındı
09/07/2020 [15:39]:
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib
09/07/2020 [15:17]:
“Karantin qaydalarını pozan məmurlar vəzifədən azad edilməlidir”
09/07/2020 [15:15]:
İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu
09/07/2020 [15:14]:
Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb
09/07/2020 [15:11]:
Vəzifəli şəxslərə qarşı əməliyyat keçirilir
09/07/2020 [15:09]:
Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarılıb
09/07/2020 [15:04]:
Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək
09/07/2020 [15:03]:
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09/07/2020 [14:54]:
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
09/07/2020 [14:46]:
"Avropada bir adamın "Remdesivir"lə müalicəsi, minimum olaraq 2000 avroya başa gəlir"
09/07/2020 [14:45]:
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
09/07/2020 [14:32]:
Müəllimliyə namizədlər üçün onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olundu
09/07/2020 [14:21]:
“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub
09/07/2020 [14:20]:
Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
09/07/2020 [14:18]:
Azərbaycanda daha bir hakim vəfat etdi
09/07/2020 [14:16]:
Keçmişdən gələcəyə nə daşıyırıq?
09/07/2020 [14:16]:
Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü
09/07/2020 [14:12]:
Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi
09/07/2020 [14:07]:
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
09/07/2020 [14:03]:
Türkan Şoray illər uzunu gizlətdiyi sirrini ictimaiyyətə açıqladı -"Həsrət bitdi..."
09/07/2020 [13:57]:
Azərbaycan Qarabağa genişmiqyaslı hücum üçün  hansı siqnalı gözləyir?..
09/07/2020 [13:55]:
“İsti yoldaşlıq münasibətlərimiz var” –Medvedev Putinlə münasibətlərindən danışıb
09/07/2020 [13:27]:
Mal-qara oğurlayan şəxslər saxlanıldı
09/07/2020 [13:23]:
Samuxda piknik edənlər cərimələndi
Bütün arxiv bir sırada
06/06/2020 [20:43] - Müsahibə - ( 5351 dəfə baxılıb)

"“Uçitel”in apardığı siyasət 3-4 il davam edərsə, Azərbaycan tam müstəqil dövlətə çevriləcək"



 “Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin Əkbərin özü olub”

“Sülhəddin Əkbərin fikirlərində Əbülfəz Elçibəyə böhtan atmaq meyli var”

“O, bəzi siyasətçilərin telefon dinləmələrini Prezidentə təqdim edib...”

Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqət çəkən açıqlamalar verib. Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlrlə bağlı fikirlərini əhatə edir.

Moderator.az xəbər verir ki, azpolitika.info Sülhəddin Əkbərin ictimai marağa səbəb olan müsahibəsi iləəlaqədar Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin mətbuat, məktublar və məxfi sənədlər üzrə köməkçisi, habelə həmin illərdə Dövlət Müdafiə Komitəsinin katibi postunu tutmuş Oqtay Qasımovun fikirlərini öyrənib:

- Oqtay bəy, cəbhə hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Sülhəddin Əkbər son müsahibəsində qeyd edib ki, həmin vəzifəyə özünün xəbəri olmadan təyin olunub. O zaman cəmi 32 yaşı olan S.Əkbərin ona tanış olmayan strateji əhəmiyyətə malik bir nazirlikdə yüksək posta təyin edilməsini necə izah etmək olar?

- Əslində, buna normal yanaşmaq lazımdır. O dövrdə Ayaz Mütəllibov Konstitusiyanı pozmuşdu. Həmin vaxt Konstitusiyanın bərpası prosesi başladı, AXC hakimiyyətə gəldi və danışıqlar prosesində razılaşma əsasında təyinatlar baş verdi. Yaqub Məmmədov Fəxrəddin Təhməzovu nazir vəzifəsinə təklif etdi, Arif Hacılı isə birinci müavin kimi Sülhəddin Əkbərin namizədliyini irəli sürdü. Yəni bunlar danışıqlar prosesinin nəticəsi olaraq üzə çıxan təyinatlar idi. Həmin vaxt İsgəndər Həmidov da Daxili İşlər naziri təyin edilmişdi. Bu təyinatlar faktiki hakimiyyətdə olan Yaqub Məmmədovla aparılan danışıqların nəticəsində gerçəkləşmişdi. Burada ziddiyətli bir məsələ yoxdur.

- Sülhəddin Əkbər ona arxivlərə baxmasına imkan verilmədiyini bildirir. Qəribədir, necə ola bilər ki, Milli Təhlükəsizlik nazirinin birinci müavini arxivlərə baxmaq istəyir, amma onu bu vəzifəyə gətirən hakimiyyətin yüksək vəzifəli şəxsləri buna mane olur?

- Məncə, Sülhəddin Əkbər bu məsələdə konkret danışmalıdır. Əvvəla, ona kim imkan verməyibsə, onun adını çəkməlidir. İkincisi, arxivlərin açılmasına dair 1992-ci ilin oktyabrında Milli Məcisdə müzakirələr gedib. Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin bəyin özü olub. Eləcə də nazir Fəxrəddin Təhməzov arxivlərin açılmasının əleyhinə olub. Həmin vaxt Milli Məclis normativ hüquqi aktların hazırlanmasına dair qərar qəbul edib. “Azərbaycan” qəzetinin 22 oktyabr 1992-ci il tarixli nömrəsinə baxa bilərsiniz, orada Sülhəddin Əkbərin çıxışı dərc edilib.

- Sülhəddin Əkbər açıq bildirir ki, AXC hakimiyyətində KQB iləəlaqəsi olan, agentura işinə cəlb edilən şəxslər olub. Sülhəddin bəy hətta bununla bağlı siyahı tərtib edərək, onu Prezidentə təqdim edib...

- Əslində, Sülhəddin bəyin dediyi həmin siyahıda cəmi iki nəfərin - Pənah Hüseynlə İsa Qəmbərin adları olub. Bu, elə də qapalı məsələ deyil. Sülhəddin bəy zamanında mətbuatda bu haqda fikirlər işlədib, amma sonradan bunları təkzib edib.

- Bu məqamda müəyyən anlaşılmazlıq var. Sülhəddin Əkbər müsahibəsində bir neçə dəfə vurğulayıb ki, İsa Qəmbərlə yaxın olub və bəzi fikirlərini yalnız onunla bölüşüb. Belə olan halda, əgər İsa Qəmbər KQB agenti idisə və Sülhəddin bəy bunu bilirdisə, nədən fikirlərini məhz onunla bölüşürdü, sonra isə Prezidentə təqdimat verirdi?...

- Bəli, məsələnin ən ziddiyyətli tərəfi də budur. Prezidentə gedib deyirsən ki, bu adamlar agentdir. Həmin adamlar da sənin nazir təyin olunmağını təklif edir. Amma Əbülfəz Elçibəy bunu qəbul etmir. Əsas məsələ də budur. Sizə deyim ki, Sülhəddin bəyin son müsahibəsində tarixlə, faktlarla və hadisələrlə bağlı bir sıra anlaşılmazlıqlar var.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Məsələn, Sülhəddin bəy deyir ki, Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev Ali Məclisin sədri olana qədər ləğv edilmişdi. Bu, doğru məlumat deyil. Heydər Əliyev 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədrliyinə gəlib. Noyabrın sonunda isə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. O zaman nazir Mirzəyev soyadlı şəxs idi.

Mehri dəhlizinin açılması məsələsinə dair təqdimat da səhvdir. Sülhəddin Əkbərin bu məsələlərdən xəbəri yoxdur vəəslində, onun fikirlərində Əbülfəz Elçibəyə böhtan atmaq meyli var. Mehri əməliyyatı məhz Əbülfəz Elçibəyin təklifi olub. Bu məsələ Silahlı Qüvvələr Baş Qərargahında müzakirə edilib, planlar cızılıb. Məncə, Sülhəddin bəyin bunlardan xəbəri olmayıb. Ancaq deyir ki, bu məsələni Füzulidə İsa Qəmbərlə birgə müzakirə ediblər və Elçibəy də bununla razılaşmayıb...

1992-ci ilin 15 mayında baş verənlərlə bağlı verdiyi məlumat da doğru deyil. Sülhəddin Əkbərin özü də qeyd edir ki, o zaman AXC rəhbərliyində olmayıb və ADP-nin həmsədri olub. Əslində isə Sülhəddin bəy həmin vaxt Müsavatın bərpa mərkəzinin üzvü idi. Yəni belə ziddiyyətlər və yanlışlıqlar var.

Həmçinin, Sülhəddin bəy qeyd edir ki, nazirlikdəki otağının yanında toplantı keçirilib və onun bundan xəbəri olmayıb. Məncə, bunun özü də müzakirə mövzusu ola bilər. Əgər nazir müavininin qonşu otaqda keçirilən iclasdan xəbəri olmayıbsa, hansısa başqa rayonda olanlardan necə xəbəri ola bilərdi?

“Qızıl axtarmaq təşəbbüsü Sülhəddin Əkbərin özündən gəlib...”

- Prezident Milli Təhlükəsizlik nazirinin müavinini Qəbələnin Vəndam kəndinə qızıl axtarmağa göndərəndə, təbii ki, çox şeydən xəbəri olmaya bilərdi...

- Çox gözəl. Qızıl məsələsi də maraqlıdır. Amma Sülhəddin bəy nədənsə demir ki, qızıl axtarmaq təşəbbüsü məhz onun özündən gəlib. Məhz onların məlumatı əsasında bu işlər aparılıb. Ancaq indi belə qələmə verilir ki, məqsəd Sülhəddin bəyi buradan uzaqlaşdırmaq olub...

Başqa anlaşılmazlıqlar da var. Sülhəddin bəy qeyd edib ki, Sürət Hüseynovun rəhbərlik etdiyi alay ləğv olunub, lakin onun təhvil-təslimi 1 ay uzadılıb və martın 26-da təhvil-təslim başa çatdıqdan bir neçə gün sonra, yəni aprelin 1-də yenidən briqada yaradılıb. İstiqamət verir ki, bunu Prezident Elçibəy və ya Müdafiə naziri Dadaş Rzayev edə bilərdi. Tamamilə yanlış fikirdir. Bu məsələ 1993-cü il aprelin 1-də Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə edilib və Kəlbəcərdə yaranan durumla bağlı ləğv olunan alayın bazasında birqada yaradılıb. Bu, Dövlət Müdafiə Komitəsinin qərarı ilə olub. Bu qurum Milli Məclis tərəfindən yaradılmışdı və onun qərarları imperativ xarakter daşıyırdı. Yəni onun verdiyi qərarların icrası məcburi idi.

- Həmin müsahibədə qeyd edilir ki, hakimiyyət KQB iləəlaqəli şəxslərin adlarını açıqlamamaq şərti ilə bu qurumun arxivlərinin açılmasının mümkünlüyünü bildirib, ancaq Sülhəddin bəy buna qəti etiraz edib...

- Arxivlərin açılması ilə bağlı məsələ şişirdilib. Gedin 22 oktyabr 1992-ci il tarixdə nəşr edilən “Azərbaycan” qəzetinə baxın və Sülhəddin Əkbərin Milli Məclisdə KQB-nin arxivlərinin açılmasına dair müzakirələrdəki çıxışını oxuyun. Sülhəddin bəy Milli Məclisdə KQB-nin arxivlərinin açılmasına qarşı çıxış edib. Digər tərəfdən, axı arxivlərin açılması Prezidentin sərəncamı ilə olmurdu. Bu məsələ parlamentin qərarı ilə baş verirdi. Parlamentdə müzakirələr gedib və qərarlar qəbul edilib. Nəzərə alın ki, hörmətli Sülhəddin Əkbərin agent dedikdə nəzərdə tutduğu şəxslərdən biri olan Pənah Hüseyn parlamentdəki çıxışı zamanı ümumiyyətlə, arxivlərin açılmasının tərəfdarı olduğunu elan etmişdi.

- Sülhəddin bəyin başqa diqqət çəkən fikri odur ki, əslində, o zaman hakimiyyətin bölüşdürülməsi artıq fevral ayında baş tutmuşdu. Bununla da Heydər Əliyevlə Əbülfəz Elçibəyin 8 saatlıq görüşünə işarə edilir...

- Burada da müəyyən yanlışlığa yol verilir. Sözügedən görüş olub və tam fərqli müstəvidə aparılıb. Heydər Əliyev o zaman Bakıya böyük qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün gəlib. Prezident də onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri kimi qəbul edib. Və bu görüşdə tamamilə fərqli məsələlər müzakirə olunub. Sülhəddin bəy Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş şəxs olaraq, faktlar əsasında danışmalıdır, nəinki özünün dediyi kimi 27 illik təhlilinin nəticəsi əsasında.

Sülhəddin bəyin fikrindən belə çıxır ki, həmin vaxt hakimiyyət bölgüsündə Mütəllibov prezident, Heydər Əliyev Milli Məclisin sədri, Etibar Məmmədov isə baş nazir təyin edilməli imiş. Elçibəy, yəni Mütəllibovu hakimiyyətdən devirən bir adam, sonradan prezidentliyi Mütəllibova niyə versin ki? 

İkincisi, Sülhəddin bəy qarışdırır. Onun dediyi konfiqurasiya bizim Moskvadakı səfirimiz Hikmət Hacızadə tərəfindən diplomatik poçtla göndərilən məlumatdır. Bu məlumat mayın 31-də yazılıb və iki gün sonra Prezident Aparatına gəlib. Həmin məlumat Moskvada Ayaz Mütəllibov, Rəhim Qazıyev, Qurban Xəlilovun oğlu və rus generallarının iştirakı ilə keçirilən toplantının qərarına dair olub.

“Sülhəddin Əkbər bəzi siyasətçilərin telefon dinləmələrini Prezidentə təqdim edib”

- Nədən aprel ayından sonra Sülhəddin Əkbərin Prezident Elçibəylə görüşü mümkün olmayıb və ya bunun qarşısı alınıb?

- Məncə, bu da yanlış informasiyadır. Səhv etmirəmsə, Sülhəddin bəy 1993-cü il iyunun 1-də prezidentin yanında olub. Həmin vaxt Sülhəddin Əkbər bəzi siyasətçilərin telefon dinləmələrini Prezidentə təqdim edib. Bu kimi hallara görə, Sülhəddin bəyin müsahibəsini anlamaqda çətinlik çəkirəm...

- Sülhəddin Əkbərin müsahibəsində Prezident Elçibəyin Rusiya agenti olmasına dair eyhamlar, işarələr gördünüzmü?

- Onun müsahibəsindən belə çıxır ki, AXC-də hamı Heydər Əliyevin adamı idi və onlar kombinasiyanı quraraq hakimiyyəti sahibinə verdilər. Mən belə anladım. Bir daha qeyd edirəm ki, onun fikirlərində ciddi yanlışlıqlar və anlaşılmazlıqlar var. Məncə, Əbülfəz Elçibəyi haralarasa bağlamağı insanların vicdanına buraxmaq lazımdır.

- Doğrudanmı həmin dövrdə Rusiya mediasında “Uçitel” ləqəbli siyasətçi haqqında yazılar gedib və “Uçitel” dedikdə Əbülfəz Elçibəy nəzərdə tutulurmuş?

- Xüsusi xidmət orqanları kimisə izləyəndə, ona taxma ad verirlər. Onlar da öz yazılarında poçt ələ keçməsin, bilinməsin deyə “Uçitel” adından istifadə ediblər. Bu, o zaman Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın Rusiya Xarici İşlər Nazirliyinə yazdığı raportda var. Həmin raportda qeyd edilir ki, “Uçitel”in apardığı siyasət 3-4 il davam edərsə, Azərbaycan tam müstəqil dövlətə çevriləcək və bu, nəinki digər keçmiş SSRİ respublikaları, eləcə də Rusiyanın öz daxili siyasəti üçün pis nümunə olacaq.

- Amma bu məqamdan istifadə edib Əbülfəz Elçibəyi Rusiyaya bağlamağa çalışanlar da az deyil...

- Bu məsələlərə işi bilənlər və peşəkarlar qiymət verməlidir. Əks halda hər adam ağlına gələni danışacaqsa, bu məsələ uzanıb gedəcək.

- Xatırlayırsınızsa, bir neçə il əvvəl Eldar Namazov da bildirmişdi ki, 1988-ci ildə ona Azadlıq meydanında xalqın qarşısında çıxış edərək, populyarlıq qazanması təklif olunub...

- Ola bilər. Azərbaycan həmin illərdə Rusiyanın tərkibində idi. İmperiyalar belə hallarda onlara yaxın və ya onlarla əlaqəli adamlarla əməkdaşlığa gedirlər və xüsusi xidmət orqanları bu yolla prosesləri idarə etməyə çalışırlar.

loading...
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Sürət həddini aşan sürücü bu şəkildə cərimədən xilas oldu - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”
Maraqlı
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Dünya
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
Cəmiyyət
"İndi o sənət adamlarının da dolanacaq yeri yoxdur ki, kiməsə yardımlar etsin..."
Dünya
ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247