Xəbər lenti
10/07/2020 [03:38]:
Rusiyanın səhiyyə naziri koronavirusla mübarizədə Azərbaycana ediləcək köməkdən danışdı
10/07/2020 [03:35]:
“Bədənimin avtobus boyda olmaması üçün ciddi-cəhdlə çalışıram...” - FOTOLAR
10/07/2020 [03:30]:
Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax...
09/07/2020 [23:17]:
İstanbulda İŞİD-ə qarşı əməliyyat: Saxlanılanlar arasında azərbaycanlı da var
09/07/2020 [22:49]:
“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”
09/07/2020 [22:40]:
Səkkiz yaşlı uşaq sizin yardımınızla həyatda qala bilər - VİDEO
09/07/2020 [22:37]:
Zərdabda 3 nəfər Kürdə batdı
09/07/2020 [22:36]:
Gəncə-Şəmkir şosesində ağır yol qəzası baş verib - VİDEO
09/07/2020 [22:33]:
Şamaxıda stadion inşa olunur
09/07/2020 [22:20]:
Türkiyədə indiyə qədər koronavirusdan ölənlərin sayı 5300-ə çatdı
09/07/2020 [22:14]:
"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub
09/07/2020 [22:10]:
Pakistanda ABŞ hökumətinə qarşı məhkəmə iddiası irəli sürüldü
09/07/2020 [21:59]:
"Çox vəfasızam sənə qarşı, səni çox incitdim, nə qədər dözəcəksən, bilmirəm..."
09/07/2020 [21:50]:
"Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi..."
09/07/2020 [21:34]:
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
09/07/2020 [20:47]:
İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU
09/07/2020 [20:39]:
Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir
09/07/2020 [20:32]:
“Karantin bitsin, işə çıxanda sənə şaftalı da, dondurma da, nə istəsən, alaram...”
09/07/2020 [20:28]:
SEYYİDA, ÖLMƏRƏM, ALƏMDƏ SƏSİM VAR MƏNİM...
09/07/2020 [20:05]:
Azərbaycanda 1565 müəllim iş yerini dəyişib
09/07/2020 [20:01]:
Azərbaycanda koronavirusdan ölənlərin sayı 284 nəfərə çatıb
09/07/2020 [20:00]:
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
09/07/2020 [19:49]:
İldırım vuran futbolçu komadan çıxıb
09/07/2020 [19:44]:
"Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir"
09/07/2020 [19:40]:
Şəki və Yevlaxın kəndlərinin əhalisi də 190 manat birdəfəlik ödəmə alacaq - RƏSMİ
09/07/2020 [19:38]:
“İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı hər evdə səslənir və səslənməlidir”
09/07/2020 [19:38]:
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
09/07/2020 [19:36]:
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09/07/2020 [19:35]:
Müxalif partiya sədri PA-da Ədalət Vəliyevlə görüşdü
09/07/2020 [19:25]:
Həkim Elnarə Cəlilova: “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır”
09/07/2020 [19:12]:
“Azərbaycan pandemiyaya qarşı qlobal mübarizənin əsas mərkəzlərindən biridir”
09/07/2020 [18:56]:
Cəbhə bölgəsi ilə bağlı şayiələr yaymaqda məqsəd nədir?
09/07/2020 [18:56]:
"Biz sizə konstitusiyanı verdik, sizsə bizə qandal taxırsız" Jirinovski
09/07/2020 [18:53]:
Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR
09/07/2020 [18:53]:
Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər...
09/07/2020 [18:50]:
Sahil Babayev BƏT Qlobal Sammiti çərçivəsində təşkil olunan “Tərəfdaşlar Günü” tədbirinin açılışında çıxış edib
09/07/2020 [18:50]:
Karantinə nəzarət edən polislər vəfat etdi
09/07/2020 [18:48]:
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
09/07/2020 [18:40]:
Daha bir həkim koronavirusa yoluxdu - FOTO
09/07/2020 [18:31]:
QHT Şurası aztəminatlı ailələrə birdəfəlik yardımların verilməsinə dair Təlimat qəbul edib
09/07/2020 [18:27]:
Yaltaqlıq ən perspektivli valyutadır...
09/07/2020 [18:14]:
Bolqarıstanda prezidentin katibi və müşaviri həbs olundu
09/07/2020 [18:13]:
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğın törədiblər - FOTO
09/07/2020 [18:12]:
Qarabağın bu kəndindəki ermənilər üçün yeni su kəməri çəkilməyə başlandı... – FOTO
09/07/2020 [18:09]:
Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi
09/07/2020 [18:07]:
Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO/VİDEO
09/07/2020 [18:01]:
Azərbaycanın Müdafiə naziri Türkiyəli həmkarına başsağlığı verib
09/07/2020 [17:56]:
Paşinyanın oğlu Qarabağdan qayıdır - VİDEO
09/07/2020 [17:32]:
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
09/07/2020 [17:15]:
Şeyxdən erməni katalikosuna haqlı sual: "Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?"
09/07/2020 [16:24]:
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik təklifi: sutkada 2 və ya 3 dəfə...
09/07/2020 [16:19]:
Oğuza istirahətə gələn şəxslər müəyyən edildi
09/07/2020 [16:15]:
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı
09/07/2020 [16:14]:
Neft Fondu Moskvadakı əmlakında zərərdən mənfəətə keçib
09/07/2020 [16:12]:
ARDNF 16 ilə büdcəyə 100 mlrd manat vəsait köçürüb
09/07/2020 [16:11]:
Uşaqla ünsiyyətdə olmaq hüquqları ilə bağlı yeni qərar
09/07/2020 [15:56]:
“Eynilik müğənnilər arasında bəzən yorucu olur və bu, tamaşaçını da bezdirə bilər...”
09/07/2020 [15:49]:
SMS-siz küçəyə çıxanların nəzərinə! - 3 nəfər həbs olundu
09/07/2020 [15:44]:
Avtomobil Yolları Dövlət Agentliyinin bu səlahiyyəti alındı
09/07/2020 [15:39]:
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib
09/07/2020 [15:17]:
“Karantin qaydalarını pozan məmurlar vəzifədən azad edilməlidir”
09/07/2020 [15:15]:
İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu
09/07/2020 [15:14]:
Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb
09/07/2020 [15:11]:
Vəzifəli şəxslərə qarşı əməliyyat keçirilir
09/07/2020 [15:09]:
Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarılıb
09/07/2020 [15:04]:
Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək
09/07/2020 [15:03]:
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09/07/2020 [14:54]:
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
09/07/2020 [14:46]:
"Avropada bir adamın "Remdesivir"lə müalicəsi, minimum olaraq 2000 avroya başa gəlir"
09/07/2020 [14:45]:
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
09/07/2020 [14:32]:
Müəllimliyə namizədlər üçün onlayn müsahibələrin keçirilmə tarixi müəyyən olundu
09/07/2020 [14:21]:
“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub
09/07/2020 [14:20]:
Türkiyədə partlayış törədilib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
09/07/2020 [14:18]:
Azərbaycanda daha bir hakim vəfat etdi
09/07/2020 [14:16]:
Keçmişdən gələcəyə nə daşıyırıq?
09/07/2020 [14:16]:
Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü
09/07/2020 [14:12]:
Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi
09/07/2020 [14:07]:
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
09/07/2020 [14:03]:
Türkan Şoray illər uzunu gizlətdiyi sirrini ictimaiyyətə açıqladı -"Həsrət bitdi..."
09/07/2020 [13:57]:
Azərbaycan Qarabağa genişmiqyaslı hücum üçün  hansı siqnalı gözləyir?..
Bütün arxiv bir sırada
06/06/2020 [23:01] - Ədəbiyyat - ( 3949 dəfə baxılıb)

Darıxma, Fərqanə...



Azərbaycanımızın, çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, istedadlı şair, həmişə “bacı” deyə müraciət etdiyim Fərqanə xanım Mehdiyeva neçə gün idi ki, yataqdan qalxa bilmirdi. Vəziyyəti yaxşı deyildi. İçimdə bir əndişə var idi. Adətim üzrə yenə də zəng edib kef-əhval tutmaq istədim. Nigaranlığım keçər, – deyə düşündüm.

– Salam, Fərqanə. Necəsən, gecəni necə yatdın?

– Yaxşı deyiləm, bacın qurban. Ağrıyıram.

– İnşallah, heç nə olmaz. Səbirli ol. Əminəm ki, tezliklə sağalacaqsan.

– Yatmaq istəyirəm, yata bilmirəm, Aləm. İynə vurdurmuşam.

– Nə gətirim sənə, ürəyin nə istəyir?

– Heç nə istəmirəm, bacın qurban. Özündən muğayat ol.

– Yaxşı, yat. Yat, sonra zəng edərəm.

İllər uzunu hamıdan ağrısını gizlədən, hamıya xoş üz göstərib dərdini heç kimə yük etmək istəməyən Fərqanə xanım bəlkə də ömründə ilk dəfə idi ki, ağrı-acısını dilə gətirirdi. Sağalmaz ağır xəstəlik onun iradəsinə güc gəlirdi, deyəsən.

“İnşallah, tezliklə sağalarsan” – sözlərini neçə illər idi ki, dönə-dönə təkrarlayırdım ona. Axırıncı sözlərini ağrılardan üzülmüş iniltili bir səslə dedi. Bildim ki, xəstəliyi şiddətlənib, əzablara dözə bilmir Fərqanə. Ürəyimdən bir sızıltı, göynərti keçdi bu dəm. Görünür, iynələr yataqda zarıyan qüdrətli bir şairin ağrılarına təsir etmirdi daha. O istedadlı, möhtəşəm şair isə, hamı onu düşünürkən, “özündən muğayat ol” dedi mənə. Elə bil, son vəsiyyətini, nəsihətini edirmiş kimi dedi bu sözləri. Bəlkə gedəcəyini bilib, vidalaşmaq istəyirdi mənimlə. İlahi, sən bu insandakı ürəyin böyüklüyünə bir bax! Ömrünün son günlərində, ən ağır anlarında belə dilindən dua düşmədi bu adamın.


Bəli, Fərqanəni öz dostlarına, qohumlarına, qonşularına, oxucularına, tələbələrinə xoş günlər, işıqlı sabahlar arzulamağa vadar edən, ona möhtəşəm şeirlər yazdıran saf və təmiz qəlbi idi. Və mən bir şeyi anlaya bilmirəm ki, hamını sağlam və xoşbəxt görmək istəyən, hamı tərəfindən sevilən, könüllərdə çiçək açıb, hamının qəlbinə sevinc bəxş edən bir insan niyə özü ağır, məşəqqətli bir ömür yaşamalıdır?! Görəsən, bu faciəni Allahın adına yazsam, günaha batmaram ki?! Yoxsa, tanrı Fərqanəni düçar olduğu dözülməz ağrılardan xilas etmək üçün bu addımı atdı, onun ömür yolunun, acı taleyinin yarıda bitməsini istədi...

Son vaxtlar tez-tez maraqlanırdım onunla. Ölümündən iki gün qabaq zəng etmişdim. Telefona gəlini cavab verdi:

– Aləm dayı, indicə yuxuya getdi. Oyadımmı?

– Oyatma, qızım. Qoy yatsın. Necədir vəziyyəti? – özümdən asılı olmadan, pıçıltı ilə xəbər aldım. Elə bil, Fərqanənin oyanacağından ehtiyat edirdim.

– Elə əvvəlki kimidi, dayı.

– Oldu, qızım. Narahat olmayın. İnşallah, şəfa tapar.

Sonra İlqarı yığdım. “Vəziyyət yaxşı deyil. Başımı itirmişəm, qardaş”, – dedi İlqar.

– Özünü ələ al. Uşaq deyilsən ki, ay İlqar. Allah kərimdir, – deyib, ürək-dirək vermək istədim.

Vəziyyət könülaçan deyildi. İlqarın sözündən sonra nə edəcəyimi bilmirdim. Ürəyim aramsız döyünür, yerindən qopmaq istəyirdi. Tez Ülfətə zəng etdim:

– Ülfət, vəziyyət necədir, mənə doğru-dürüst bir məlumat ver görüm, – deyə həyəcanla xəbər aldım.

– Yaxşı deyil, Aləm dayı...

– Narahat olma, Ülfət. Hər şey yaxşı olacaq. İndi gəlirəm, – deyib yanına getmək, könlünü almaq istədim.

– Əziyyət çəkməyin, dayı. Həmişə yanımızda olmusuz, çox sağ olun.

Düz deyirdi Ülfət. Tanışlığımızın ilk günündən Fərqanə xanımla aramızda gözəl dostluq münasibəti yaranmışdı. Evlərimiz bir-birinə yaxın olduğundan tez-tez görüşərdik. Ailəmizdə də onu çox sevirdilər. Qızımı çox istəyirdi. Onunla daim maraqlanar, salam göndərərdi.

Ülfət həqiqətən məni özünə əsl dayı bilər, çox şeydə mənimlə məsləhətləşərdi. O, anası Fərqanə xanımı hədsiz dərəcədə çox istəyirdi. Bir dəfə İlqar ezamiyyətdə olanda, Fərqanəni həkimə ikimiz aparmışdıq. Müayinə və analizlərin cavabları bir qədər gecikdi. Bu məqamı – son nəticələr bəlli olana kimi Ülfətin nələr çəkdiyini, nə kimi həyəcanlar keçirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirəm. “Darıxma, sıxılma, ana. Hara lazımsa, səni aparacağam. Hansı həkimə, hansı ölkəyə lazımsa gedəcəyik. Nəyimiz var satıb, səni bu amansız xəstəliyin əlindən qurtaracağam. Sənə qurban olum, sıxılma, nə olar. Sən yalnız səbirli ol, bu əziyyətlərə, ağrılara qarşı bir az döz!”

Hər kəlməsində anasına təskinlik, ümid verirdi Ülfət. O, gerçəkdən, valideynlərinə layiq bir övladdır. Və mən əminəm ki, ömür boyu da öz əməlləri ilə onların başını daim uca edəcəkdir.

... Günorta vaxtları idi. Faiq (Balabəyli) zəng elədi ki, get Fərqanəgilə, mən də gəlirəm.

Məsələ aydın idi. Çağdaş poeziyamızın mənəviyyat güzgüsü, qələm adamlarının, ziyalıların ən yaxın dostu, gənc şairlərin ən böyük müəllimi və cəfakeşi, oxucuların sevimlisi, Yazıçılar Birliyinin, “Ulduz” jurnalının ən mehriban, ən səmimi, ən istedadlı nümayəndəsi Fərqanə Mehdiyeva gözlərini işıqlı dünyamıza əbədi yummuşdu. Daha mən onun kefini nə özündən, nə də doğmalarından soruşa biləcəkdim...

... Fərqanəgilin həyətinə çatanda Ülfət qabağıma yürüyüb məni qucaqladı:

– Aləm dayııııııı!

Sözlərinin dalını gətirə bilməyib, göz yaşlarını üstümə axıtdı. Onu sakitləşdirmək, toxtatmaq istədim:

– Ülfət, sən daha uşaq deyilsən. Özünü ələ al. Kim bu fani dünyada axıra kimi qərar tutub ki?! Biz indi toparlanıb məclisimizi yola verməliyik. Sonra isə...

Sonrasını deyə bilmədim. Mən də Ülfətə qoşuldum. Baş-başa verib, dayı-bacıoğlu hönkür-hönkür ağlamağa başladıq.

Ölümündən qabaq mənə doğum günü təbriki göndərmişdi Fərqanə: “Əziz qardaşım, xeyirxah insan, vəfalı dost Aləm Kəngərli! Doğulduğun günə min şükür! Min yaşa, sağlam yaşa! Qələbələrin tükənməsin! Həmişə bir olaq, əziz olaq, Aləm Kəngərli! Doğma qardaşım, sevimli yazıçım!”

Poeziya fədaisi, gözəl şair mənə uzun ömür arzulasa da, öz ömrünü yarıda başa vurdu. Yaşasaydı özünün şirin söhbətləri, mötəbər kitab təqdimatları, neçə-neçə gözəl əsərləri ilə bizləri hələ çox sevindirəcəkdi.

... Uzun illər həyatla ölüm arasında çarpışan əziz Fərqanəmizi haqq dünyasına yola saldıq. Çox tez getdi. Oğul toyu görmək qismət olsa da, Fərqanə adında qız nəvəsini görmək qismət olmadı ona. Bizləri öz uğurları ilə çox sevindirmişdi Fərqanə. Bu dəfə cənnəti sevindirməyə tələsdi. Əbədi gedişi ilə ürəyimizə böyük bir dağ çəkdi Fərqanə. Sevərək vəsf etdiyi, könül bağladığı vətən torpağı onu öz ağuşuna aldı.

Vida mərasimində yüzlərlə insan iştirak edirdi. Məzarı başında möhtəşəm çıxışlar oldu, şeirlər səsləndi. İzdihamın axıtdığı göz yaşları şairin uyuduğu məzarlığa çilənərək, torpağı isitdi, Fərqanəni üşüməyə qoymadı.

Nə yazıq ki, böyük bir insanı, ziyalını ölümün caynağından qurtara bilmədik. Nə biz, nə həkimlər, nə də maddi yardım umduğumuz Azərbaycan Yazıçılar Birliyi. O yazıçılar birliyi ki, Fərqanə xanımın məzarı üstünə bir əklil göndərməyi belə özünə rəva bilmədi. Hansı ki, Fərqanə xanım o birliyin ən nüfuzlu üzvü idi, o təşkilatdan əmək haqqı alırdı. Zamanında Fərqanəni xilas etmək üçün tanınmış alimlərin, yazıçı və şairlərin, millət vəkillərinin, ziyalıların yuxarı təşkilatlara etdiyi müraciətlər də cavabsız qalmışdı. Bu qısqanclığın, ədalətsizliyin arxasında nələrin gizləndiyini anlamaq o qədər də çətin deyildi. Paxıllıq!

Əlbəttə, qəlblərdə dərin izlər buraxmış gözəl bir insanla – istedadlı şair, işıqlı zəka sahibi, fikir adamı ilə vidalaşmaq, ədəbiyyatsevərlər və dostlar üçün olduqca ağır itkidir. Mən əminəm ki, öz yaradıcılığı, sadə və səmimi davranışı ilə hamıdan seçilən Fərqanə xanımın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Son olaraq əziz bacıma bunları demək istəyirəm:

– Əgər belə tez ayrılacaqdınsa, özünü bizə niyə bu qədər sevdirirdin, Fərqanə?! Sənsiz yaşamaq, deyib-gülmək, tədbirlərə qatılmaq bizə çətin olmayacaqmı? Fərqanə, onu bil ki, biz sənsiz qalsaq da, səni bizsiz qoymayacağıq. Məzarını sevgi məbədinə, poeziya ocağına çevirəcəyik. Hüzurunda baş əyib xatirəni daim uca tutacağıq. Məzarını çox sevdiyin tər çiçək dəstələrinə bürüyəcək. Darıxma, Fərqanə!

Aləm KƏNGƏRLİ

loading...
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Sürət həddini aşan sürücü bu şəkildə cərimədən xilas oldu - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”
Maraqlı
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Dünya
Melani Trampın doğma vətəni Sloveniyada qoyulmuş ağac heykəli yandırıldı...
Cəmiyyət
"İndi o sənət adamlarının da dolanacaq yeri yoxdur ki, kiməsə yardımlar etsin..."
Dünya
ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247