Bakıda 1000 kvadratlıq marketə 1500 nəfər necə sığışmışdı? - VİRUS RİYAZİYYATI...
Oxunub: 5978
07 Jun 2020 | 14:16
Bakıda 1000 kvadratlıq marketə 1500 nəfər necə sığışmışdı?  - VİRUS RİYAZİYYATI...
Azərbaycanda əhalinin marketlərə kütləvi axını zamanı, virus təhlükəsini aradan qaldırmaq, ən azı minimuma endirmək üçün yeni – olduqca maraqlı üsul təklif edilib. 

«Həftəsonu evdə qal» qaydası koronavirusla mübarizə üçün tətbiq edilsə də, iyunun 5-də, xüsusilə axşam saatalarında baş verənlər göstərdi ki, həftəsonu üçün ərzaq ehtiyatı toplayanların marketlərə axını virusun yayılması baxımından yeni təhlükə yaradır.

Üstəlik, belə qaydanın hələ bir müddət qalacağı ilə bağlı gözləntini nəzərə alanda, dünənki hadisə qarşıdakı günlərdə də baş verə bilər.

Biznes konsultant və maliyyə bazarı üzrə ekspert  Rəşad Ataşov belə vəziyyətlərdə, yaranan sıxlığın yaradacağı problemlər və onların aradan qaldırılması üçün yeni yanaşmalar təklif edib. 

Ekspert yazır:

Hörmə tli #TƏBIB
Hörmətli #OperativQərargah

Gəlin rəqəmlərlə danışaq !

Starcount şirkətinin analitiki Clive Humby hələ 2006-cı ildə demişdir ki, "Data is the NEW OIL" (Rəqəmlər müasir neftdir). Hazırkı dünyada rəqəmlər və təhlil üzərində qurulan layihələr uğur qazanır.

Bu problemi milyonlara kütləvi qadağalar qoymaqla yox, hamıya eyni qaydada yanaşmaqla yox, problemi daha detallı analiz etmək, əsas risk daşıyan sahələri müəyyənləşdirmək və yalnız bu sahələrə spesifik limitlər və qadağalar qoymaqla daha effektiv formada həll etmək olar. Bir neçə yüz iri biznes və xidmət mərkəzlərinə nəzarət etmək milyonlarla insana evdə nəzarət etməkdən qat-qat asan və effektiv olardı.

Əks halda təcrübədən bildiyimiz kimi "One-size-fits-all" strategiyalar effekt vermir və çox zaman iflas olur. Türkiyədə, Rusiyada və s.ölkələrdə effekt verən yanaşma bizdə verməyə bilər, və əksinə.

Bu problemin həlli üçün sadə 3W strategiyası (Where, Why, When) təklif edirəm. Bu yanaşma ilə əsas açar suallar bunlar olacaq:

1) Ən çox kütlə harda toplaşır?
2) Nə üçün?
2) Hansı saatlarda?

Bu suallar ətrafında aparılan analizlərə əsaslanıb hər bir KATEQORİYA üzrə limitlər və qadağalar qoymaq lazımdır.

Mən hesab edirəm ki, ən potensial və şiddətli YOLUXMA MƏNBƏLƏRİ 1) Supermarketlər, 2) Mall-lar və 3) Restoranlardır.

Bu sahələri isə aşağıdakı kimi tənzimləmək olar.

Əsas məsələ ən böyük sualı qoymaqdan başlayır. Strateji məqsədimiz nədir?

Insanların ictimai qapalı yerlərdə minimum 2 metr sosial məsafəni saxlaması, doğrumu?

Bu o deməkdir ki, bir insan hər hansı bir anda ətrafında 2 metr radiusu olan dairədə tək olmalıdır. Həndəsədən bilirik ki, 2 metr radiusu olan dairənin sahəsi S=П×R^2 düsturu ilə 12.5 kv.m edir. Deməli bir insana qapalı yerlərdə 12.5 kv.m sahə icazəsi var. Bu isə bizə imkan verir ki, hər bir OBYEKTƏ onun texniki pasportunda göstərilən işlək sahəsinə uyğun LİMİTLƏR qoyaq.

Məsələn bir supermarketin sahəsi 1000 kv.m dirsə o zaman bu ticarət müəssisəsinin eyni anda 1000 kv.m /12.5 kv.m = 80 nəfəri təhlükəsiz formada qəbul etmək imkanı var.Yəni eyni anda bu obyektin daxilində maksimum 80 nəfər müştərinin olmasına icazə verilə bilər. Eyni qaydada digər sahələr üçün limitləri hesablamaq olar. Üstəgəl obyektlərə girişi MASKA-dan istifadə edilmək tələbini qoymaqla virusun yayılmasını effektiv azaltmaq olar.

Razıyam, bu qaydanın tətbiqi çətin görsənə bilər, amma onun da həlli üsulu var. Buna bu təhlilin sonunda toxunarıq.

Bu metodu tətbiq etməklə İQTİSADİ və PANDEMİYA problemləri arasında optimal nəticə əldə etmək olar. Əks halda hazırkı qadağa nəinki iqtisadi durğunluq yaradacaq, həmçinin epidemiyanın qarşısını almaq üzrə əks-effekt verəcək. Bunu aşağıdakı kiçik analizlə görə bilərik.

Tutaq ki, hər hansı bir supermarketə həftənin 7 günü ərzində cəmi 7000 müştəri daxil olur.

Şənbə və bazar günlərinin pik günlər olduğunu nəzərə alıb fərz edək ki, həftənin 5 iş günü hər gün supermarketə 800 nəfər, 6-cı və bazar günləri isə hər gün 1500 nəfər daxil olur (5×800 + 2×1500 =7000)

Tutaq ki, supermarketin xidmət ərazisi 1000 kv.m-dir və səhər saat 9:00-dan gecə 24:00 kimi işləyir. Məlumdur ki, iş günləri pik saatlar axşam 18:00- 24:00 arası olan saatlardır. Fərz edək ki, iş günləri alış-verişə gələn 800 müştərinin 300-ü axşam 18:00-a kimi, qalan 500-ü isə axşam 18:00-dan gecə 24:00 kimi gəlir.

Yuxarıdakı qaydaya uyğun olaraq hesablasaq bu supermarket sosial məsafənin qorunması üçün eyni anda maksimum 80 müştəri qəbul edə bilər (1000 kv.m/ 12.5 kv.m = 80)

Hazırkı "həftə sonu EvdəQal" rejimi tətbiq olunmazdan əvvəl normal halda supermarketdə eyni anda daxil olan müştərilərin sayı aşağıdakı kimidir:

İş günləri: (1-5 günlər)

9:00-18:00 arası = 300 müştəri / 9 saat = 1 saata 33 müştəri ( <80, normadan çox aşağı)

18:00-24:00 arası = 500 müştəri / 6 saat = bir saata 83 müştəri (>80, normadan cüzi yuxarı)

Həftəsonu (6 və bazar) isə

1500 müştəri / 15 saat = bir saata 100 müştəri (>80, normadan azca yuxarı)

Siz həftə sonu evdə qalmaq məcburiyyəti qadağası qoyduqdan sonra şənbə və bazar günləri marketə gələ bilməyən 3000 müştəri (1500× 2gün) bazarlığını məcburən iş günləri axşam 18:00-24:00 arası olan saatlarda etməyə məcbur olacaq. Bu isə bu saatlarda alverə gələnlərin sayını 500-dən 1100-ə qaldıracaq (500 + 3000 müştəri /5 gün = 1100). Nəticədə 18:00-24:00 arası saatlarda marketdə hər saata orta hesabla 183 müştəri (1100/ 6 saat) düşəcək. Bu isə normadan 2 dəfədən çoxdur.

Beləliklə "həftə sonu EvdəQal" rejimi tətbiq olunandan sonra iş günləri axşam 18:00-24:00 arası supermarketdə SOSİAL MƏSAFƏ tələbi 2 dəfə azalmış (pisləşmiş) olacaq.

Başqa sözlə əgər supermarket sosial məsafənin qorunması məqsədilə hər saatda 80 müştəri (1000 kv.m/ 12.5 kv.m = 80) qəbul etməli idisə, "həftə sonu EvdəQal" tələbinin tətbiqindən sonra 2 dəfədən çox, yəni 183 müştəri qəbul etməyə məcbur olacaq (183 > 80).

Bu isə sonda VİRUS-un 2 dəfə sürətlə yayılması demək deyilmi?

Bəs 3W strategiyasını necə tətbiq etmək olar?

Qeyd etdiyim kimi virusun yayılmamasına 100% nail ola bilmərik, buna nail olmaq qeyri mümkündür və bunun üçün çalışmaq da əbəsdir. Virus yayılmasın deyə iqtisadi aktivliyi zəiflətmək səhv qərar olardı. Bizə İQTİSADİ aktivlik ilə PANDEMİYA arasında optimal balans əldə etmək lazımdır.

Bu mənada bütün mağazalara, ticarət mərkəzlərinə, salonlara və s. xidmət sahələrinin hamısına limitlər qoymaq effektiv üsul deyil. Effektiv üsul statistik rəqəmlər və analiz əsasında əhalinin ƏN ÇOX səfər etdiyi YERLƏR, bu yerlərə vizitlərin SƏBƏBLƏRİ və belə səfərlərin PİK saatları müəyyən edilməsi və yalnız bu yerlərə və müştəri qruplarına qadağa və limitlər tətbiq olunması ilə əldə oluna bilər.

Məsələn ehtimal var ki, əhalinin 90%-dən çoxu ərzaqları supermarketlərdən alır və əhalinin ən azı 50%-i müasir Mall-lara gedir. Buna görədə Bakıda və digər iri şəhərlərdə bu kimi obyektlrəin siyahısı hazırlanmalı, onların pik saatları müəyyənləşdirilməli və bunların əsasında bu mərkəzlərə müştəri axınını idarəetmək və nəzarət etmək üçün vahid mexanizm hazırlanmalıdır. Məsələn Bakıda hər ay on mninlərlə müştəri qəbul edən supermarketlərin və Mall-ların sayı minlərlə deyil, ən çox halda bir neçə yüz ( 100- 500) arası dəyişə bilərki bu da elə böyük həcm deyil.

Hesab edirəm ki, insanİarın ən çox baş çəkdiyi iri biznes obyektlərinə nəzarət və limitlər qoymaqla biz təxminən əhalinin 70%-dən çoxunu nəzarətə ala bilərik. Başqa sözlə milyonlarla insanı evdə saxlamaqdansa milyonlarla insanın səfər etdiyi bir neçə yüz iri mərkəzləri tanımaq və onlara nəzarət etmək bütün mənalarda qat-qat faydalı qərar olardı.

Milyonlarla insanın evdə saxlanılması həmdə iqtisadiyyatın alıcı qüvvəsinin (Purchasing Power) həmən günlərdə bloklanmasıdır. Bundan qat-qat faydalı metod isə cəmi bir neçə mərkəzi nəzarətə almaq olmazdımı?

Bu mərkəzlərə qadağalar və limitlər necə qoyula bilər?

Yuxarıda göstərildiyi kimi, hər bir obyektin eyni anda qəbul edə biləcəyi maksimum müştəri sayı müəyyənləşdirildikdən sonra müştərilər obyektə növbə əsasında buraxılacaqlar. Məsələn bu say 100-dürsə, eyni anda obyektin ərazisində 100-dən çox müştəri olmayacaq. Binanı tərk edən müştərilərin sayına uyğun yeni müştərilər binaya daxil ola biləcəklər. Məsələn, aşağıdakıları tətbiq etməklə bu prosesi həyata keçirmək olar

1)  Hər bir müştəriyə binaya daxil olmaq üçün gündə bir dəfə olmaqla maksimum 2 saatlıq icazə verilməsi

2) Binanın girişində canlı nəzarət və müasir radar sistemi ilə giriş-çıxışın tənzimlənməsinin təşkili

3) Binada olan müştərilərin sayını bilmək və tənzimləmək üçün girişdə bar-kodlardan istifadə edilməsi

Qeyd edim ki, bu prosesi həyata keçirmək və ona nəzarət etmək ilkin vaxtlarda çətin ola bilər amma zamanla prosesin həyata keçirilməsini təkmilləşdirmək mümkündür. İlkin zamanlarda nəzarəti həyata keçirmək üçün polis nəfərlərinin dəstəyindən istifadə etmək olar.

Bundan başqa dövlətin müvafiq oraqnlarının dəstəyi ilə qısa zamanda bu biznes müəssisələrinə mobil tətbiqlərin hazırlnmasına nail olmaq olar, hansı ki, yuxarıda qeyd olunan prosesin online formada daha asan qeydiyyatı və nəzarətini həyata keçirməyə dəstək ola bilər.

Sonda qeyd edim ki, Dünya Səhiyyə Təşkilatının və digər araşdırma mərkəzlərinin hesablamalarına görə dünya COVİD-19 ilə hələ uzun bir yol getməyə hazır olmalıdır. Bizim də hamı kimi bu virusdan birbaşa və asan yolla xilas olmağımız çətin görsənir. Odur ki, bu problemin həlli iqtisadi və səhiyyə məqsədlərini optimal birləşdirə biləcək uzun müddətli strategiyanın hazırlanmasını tələb edir.
Oxşar xəbərlər
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi