19082
11 Jun 2020 | 19:21

"İndi vəzifəmiz milləti talayan Bakıdakı qanunsuz hökuməti kökündən məhv etməkdir”

xa0Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimixa0 arayarkən gözüməxa0 yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabınxa0 siqnal nüsxəsi sataşdı.xa0 Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatıxa0 2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altındaxa0 keçirilib.xa0 1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindənxa0 0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞxa0 jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyətxa0 göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizinxa0 formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...xa0
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik...xa0

Bu dəfəxa0Moderator.azxa0oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəkixa0 gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,xa0 Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistinxa0 Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçünxa0 maraqlı olar.xa0

"“Turan” informasiya agentliyi hökuməti doğrultmaq məqsədilə Gəncədə “kommunist” qiyamının baş verdiyi barədə məlumat yaydı..."xa0xa0

"...Mətbuat konfransında nəfis görünən, utancaq və danışmağı xoşlamayan, acınacaqlı dərəcədəxa0 saxta patriot – mənim Gəncədə gördüyüm Surət Hüseynovun tam əksi idi. Bu,xa0 ertəsi gün baş vermişdi, biz 709-cuxa0 kazarmanın girişindəxa0 var-gəl edirdik ki, Surətin heyət komandirlərindən biri, polkovnik Eldar Əliyev özünü bayıra atdı və fit çaldı. Həmin andaca ətrafda veyillənən silahlıların hamısı qaçaraqxa0 meydançaya toplaşdılar, komanda və hissələr üzrə cərgə-cərgə düzləndilər...

Düzünü desəm, onlar tamamilə ala-bəzək dəstə idilər. Surət Hüseynovun mühafizə komandasının başçısı rezin hamam şəpitində idi. Saçlarını at quyruğu kimi yığmış başqa birisi özünü göstərirdi...

“Diqqət!” - polkovnik Əliyev rus dilində qışqırdı.xa0

300-ə yaxın adam məhz elə onun dediyini etmək istədilər, amma indi onlar əvvəlkindən də çox nizamsız görünürdülər. Heç cür inanılası deyildi ki, bunlar Azərbaycan Respublikasının milli ordusunu məğlubiyyətə uğratmış həmin adamlardırlar...

“Silahı hazırla!”

“Şaq-şaraq, çax-çax” və sair və ilaxır...

“Komandir, alaylar əmrinizə hazırdır!”

Silahlılar başlarını sağ tərəfə döndərdilər. Kazarmalar tərəfdənxa0 bir dəstə adam peyda oldu. Aydın görünürdü ki,xa0 onlar öz aralarında kimi isə mühafizə edirlər...
Onun kimliyinə heç şübhə yox idi. Kostyum həmin kostyum idi, saç düzümü də həminki idi. Mənə elə gəlirdi ki, o, təzə köynək geyinmişdi, ayaqqabıları da təzə parıltı ilə parıldayırdı.xa0 Sağ əlini üstü gümüşxa0 və fil sümüyü ilə örtülmüşxa0 revolverə basıb sol əlini cənub istiqamətində irəli uzadaraq Surət nitq söyləməyə başladı:

“709-cu alayın əsgərləri, siz bizim ilk qələbəmizi əldə etdiniz!”- o, bağırdı- İndi isəxa0 vəzifəmiz milləti talayan və qardaş qanı tökərək şərəfimizi ayaqlar altına atmış Bakıdakı cinayətkar ünsürləri, qanunsuz hökuməti kökündən məhv etməkdir...”xa0

“Əla həzrət!- hamı bir nəfər kimi bağırdı,- Əmr et!”xa0

Gənc fateh məhz elə onu etmək niyyətində idi.xa0

“Bakıya doğru irəli, qələbəyə doğru irəli!” –qışqırdı...xa0
Biz ora birinci çatdıq, amma güclə. Bakıya geri döndükdə bütün yolboyu bizi yollarda qurulmuş maneələrdə saxlayırdılar, çoxu da təhlükəsizliyə görə yox, bizim məlumat daşıyıcıları olmağımıza görə idi. Heç kim bilmirdi ki,xa0 Gəncədə nə baş verir. Lakin hamı bunu öyrənmək istəyirdi. Görünür, dövlət televiziyası hadisələrə dair sükutunu pozmuşdu və 709-cu alayın silah anbarındanxa0 ağır silahları ələ keçirməyə cəhd göstərmiş “naməlum təhrikçilərə” dair məlumat yaymışdı. Bundan əlavə, Bakıda tam informasiya blokadası mövcud idi...

Rusiya televiziyası bu arada yaydığı məlumatlardaxa0 vicdansızcasına və məqsədyönlü olaraq hadisələrdə Surətin tərəfini saxlayırdı.xa0 Bu, adamın ürəyini parçalayırdı: azəri(T.Qolts xalqımızı belə adlandırır-S.L.) millətini Moskvann döşündən ayırmaqxa0 yolunda bu qədər qan-tərdən sonra səndələyən Elçibəy hökuməti sözün əsil mənasında ölkə vətəndaşlarını ölkədə baş verən ən əhəmiyyətli hadisə barədəxa0 əsas məlumatı – özü də təhrif olunmuş formada kənardan almağa məcbur edirdi. Ondan qabaqkı Mütəllibov hökuməti kimi, Elçibəy rejimi də özünüinkar və dezinformasiya kursu ilə aşağı, süqutuna doğru yuvarlanmaqda idi. Hökumətin yalan dediyinixa0 millətin öyrənməsi üçün yalnız zaman tələb olunurdu; bunu başa düşmək üçünxa0 dahi olmaq lazım deyildi - bəlkə də hamı artıq bu qənaətə gəlmişdi...

Bir az keçəndən sonra adətən Elçibəyyönlü məlumatlar yayan “Turan” informasiya agentliyi hökuməti doğrultmaq məqsədilə Gəncədə “kommunist” qiyamının baş verdiyi barədə məlumat yaydı.xa0 “Qiyamçılarxa0 Surətin qərargahı üzərində keçmiş SSRİ-nin “oraq-çəkici”ni ucaltmışlar”- agentlik belə xəbər verirdi...

Çox güman ki, bu,xa0 bütünlükdə əhalidə Sovet kabusu vahiməsi yaratmaq üçün düşünülmüşdü. Lakin bu quramaya inanan yeganə insanlar Moskvada oturmuş xarici jurnalstlər oldu; “Reyters” “Turan”ın əhavalatını göydə tutdu, “Faynenşl Tayms” “Reyters”dən – “Bi-Bi-Si” isə “Faynenşl Tayms”dan... Və “Gəncə üzərində qırmızı bayraq yellənir” mifi ayaq açıb yeridi.xa0 Surətin baş qərargahının ətrafında ora-bura var-gəl edənxa0 bizim kimilər qərara gəldik ki, “Turan”ın müxbiri kazarmalaraxa0 girən yerdə Leninin portreti çəkilmiş vəxa0 artıq dağılmaqda olan mozaikalıxa0 divarı səhvən kommunistlərə rəğbət əks etdirməsi kimi qəbul etmişdir - əlbəttə, əgər həmin müxbir, ümumiyyətlə, Gəncədə olmuşdusa...
Bu, boş və mənasız bir cəhd idi. Əsas məsələ bir yana qalsın, hadisə barədə bir məlumat yaymaqdaxa0 bu dərəcədə gecikən Əbülfəz Elçibəy hökumətixa0 ictimaiyyətin ona olan azacıq etibarını da itirmiş oldu. Prezident Aparatından çıxan heç bir məlumata bir daha kimsə inanmayacaqdı... Prezidentin mətbuat katibi Arif Əliyevxa0 Gəncə hadisələrinəxa0 dair hökumətin irəli sürdüyüxa0 versiyayaxa0 həsr olunmuşxa0 mətbuat konfransı keçirəndə bu, nəzərə çarpırdı... Əldən və ruhdan düşmüş və hirsli görünənxa0 Arif Əliyevxa0 iyunun 4-də baş vermiş hadisənixa0 təfsilatı ilə danışdı...”

(Davamı var)

Təqdim etdi:xa0 Sultan Laçın
xa0

Link kopyalandı!
Son xəbərlər