“Təqdim etdiyimiz bu videoda hazırda Eldar
Namazova, EL hərəkatı və Milli Şura rəhbərliyinə qarşı iğtişaş törətmək
ittihamı ilə çıxış edən Əflan İbrahimov Azərbaycan müsəlmanlarını terrora, İsrail
dövlətinə qarşı cihada çağırır".
Moderator.az Avropa.info-ya
istinadən xəbər verir ki, bu fikirlər Milli Şura İcra Aparatının Mətbuat
Xidmətinin bununla əlaqədar məlumatında səsləndirilib.
Məlumatda
deyilir ki, Ramazan bayramı zamanı toplantıların birində lentə alınan bu çıxış iclas
iştirakçılarının heyrətinə səbəb olub. Çünki toplantının mahiyyəti üzrə
edilməyən çıxışda Ə.İbrahimovun təxribatçı olduğu açıq görünür: "Bu video
hazırda Milli Şura rəhbərliyini əsassız və heç bir sübut olmadan iğtişaş
törətməkdə ittiham edən və özünü İlham Əliyevin tərəfdarı kimi təqdim edən
Ə.İbrahimovun özünün qanunları necə pozmasının, ölkəmiz üçün beynəlxalq
miqyasda ağır nəticələrə gətirə biləcək təxribatlara əl atmasının açıq-aydın
sübutudur".
Qeyd
olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun belə təxribatçı ünsürlərin
yalançı xəbərçilik əsasında demokratik düşərgənin liderlərindən saatlarla
yersiz izahat tələb etdiyi bir vaxtda açıq-aydın sübut olunan cinayətlərə göz
yumması, bütün bu “iğtişaş” şousunun siyasi sifariş olduğunun bariz təsdiqidir:
"Bu videomaterial yerli media ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən
ABŞ, İsrail və Avropa ölkələrinin səfirliklərinə də təqdim olunub".
Qeyd
edək ki, Əflan İbrahimov barəsində videomaterial yayıb.