Qurban Səidin anası milyonçu qoca ərinin almazlarını Stalinə verib niyə intihar etdi? – İndiyədək bilmədiyimiz qanlı olaylar
Oxunub: 2497
18 Jun 2020 | 22:48
Qurban Səidin anası milyonçu qoca ərinin almazlarını Stalinə verib niyə intihar etdi?  – İndiyədək bilmədiyimiz qanlı olaylar
Moderator.az Kulis.az-a istinadən  Fransada yaşayan naşir Nicat Kazımovun "Qurban Səid və Stalin" yazısını təqdim edir. Qeyd edək ki, yazıda qalmaqallı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Stalin" kitabındakı məqamlardan danışılır.

1930-cu illərdə Avropada Stalin haqqında çox az məlumat var idi. Hər kəs Avropanın şərqindəki böyük dövlətin başındakı şəxsin necə birisi olduğunu bilmək istəyirdi. Hətta dövrün Avropadakı kommunistləri belə Stalini ancaq SSRİ-nin başçısı kimi tanıyırdı və haqqında başqa məlumatlar çox azdı.

Qurban Səid ləqəbli Əsəd bəy Avropada yaşayan nadir yazıçılardan oldu ki, bütün dünyanın danışdığı Stalinin portretini öz qələmi ilə mükəmməl bir üslubda izah edə bildi. Onun uşaqlığından 1930-cu ilə qədərki həyatı haqqında bioqrafik kitab yazmışdı. Bu həmçinin nadir kitablardandır ki, Stalin yaşadığı müddətdə onun həyatı haqqında obyektiv yanaşma ilə Avropada kitab yazılsın. Mən Fransanın cənubunda yerləşən qədim bir bukinistdən Məhəmməd Əsəd bəyin 30 noyabr 1931-ci ildə Gallimard nəşriyyatı tərəfindən nəşr olunmuş kitabını tapa bildim. Hazırda gördüyünüz kitab ilk orijinal nəşrdir və cəmi 11 ildən sonra kitabın 100 yaşı olacaq. Bu kitabı alman dilindən iki nəfər Andhree Vaillant və Jean R. Kuckenburg fransız dilinə tərcümə etmişdir.

Gallery



Kitabın içərisində Stalinin fəaliyyəti elə dəqiqliklə verilibdir ki, elə bil Əsəd bəy bu kitabı yazarkən düz Stalinin yanında, sağ əli qədər yaxınında olubdur. Bu qədər dəqiq informasiyaları necə əldə etməsi mənə çox maraqlı oldu. Çünki Avropada əbədi mühacirliyə getmiş gənc yazıçı Əsəd bəy heç vaxt Stalinə bu qədər yaxın olmamışdı. Amma bununla yanaşı Stalin çar milisləri tərəfindən təqib olunub zirzəmidəki gizli sığıncağında gizlənərkən tənbəkisini çəkib bəstəkar dostu Corcaşvilinin bəstələdiyi mahnını oxuduğuna qədər yazır. Mahnı da sözlər belə olur:

Ağlama ana,
Ağlama ata
Yumru almalar ilə oynamağı
həmişə sevdim
Onlar köhnə şəhərimizdəki qurtulduğum
Tör-töküntüdən daha təhlükəli idilər.

Ola bilsin qafiyəli tərcümə edə bilmədim. Çünki şer ilk öncə gürcü dilindən alman dilinə tərcümə olunmuş, daha sonra həmin bənd almancadan fransız dilinə tərcümə olunmuşdu. Mən də öz dilimizdə Stalin kədərləndiyində oxuduğu mahnını sizə çatdırdım.

Gallery

Bir az haşiyə edək. Yoxsa, bu şer də bir gizli mesaj idi? Geniş yayılan rəvayətə görə, Stalin Bayılda həbsxanada olduğunda Azərbaycan xalq mahnısı olan ''Pəncərədən daş gəlir'' mahnısı şifrə məqsədli istifadə olunurdu. Belə ki, informasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan “Pəncərədən daş gəlir” oxunardı.

Qayıdaq Stalinin inqilabi mahnısına. Əsəd bəy kitabda yazır ki, Corcaşvilinin bu mahnısı yavaş yavaş inqilabçıların dilində əzbər olmağa başlayır və gizli toplantılarına başlamazdan əvvəl himn kimi bu şeri oxuyurlar. Çar rejimi bu mahnını terrorizmə dəstək kimi qiymətləndirir və mahnını qadağa edirlər. Lakin Koba Tiflisin qədim küçələrində Çar hərbi qruplaşmaları ilə lokal döyüşlərdə qalib gəldiyində artıq bu mahnını qələbə mahnısı kimi oxumağa başlayır.

Əgər Tom Reissin kitabını oxumasaydım, Əsəd bəyin daxilindəki Stalin nifrətini heç vaxt bilməzdim. Çünki kitab nifrətlə deyil faktlarla və obyektivliklə yazılıb.

Niyə nifrət olub bəs? Çünki Əsəd bəy hesab edirdi ki, Stalin onun uşaqlığını məhv etmişdir. Bunun üçün Əsəd bəyin uşaqlığına səyahət edəcəyik...

Əsəd bəy öz uşaqlığını xatırlarkən Almaniyanın məşhur ədəbiyyat qəzeti olan ''Die literarische Welt '' yazılarında özünü heç bir yerə aid edə bilmir, çünki anası Kiyevdən Bakıya yola düşən qatarda anadan olmuşdu. Düzdür, sənədlərdə onu Kiyev doğumlu göstərmişdilər. Amma anadan olduğu ərazi bildirdiyinə görə Ukrayna ərazisindən artıq çox uzaqlaşmışdı. Atası İbrahim Nissimbaum Tiflisli zəngin neft milyonçusu idi. Anası Bassya Davidovna isə sənədlərə görə belarusiyalı idi. Lakin böyük bir təzad var idi. Bassya Davidovna əri tanınmış kapitalist olmasına baxmayaraq, özü radikal kommunist idi və hətta rus kömürçülərini inqilaba təşviq etmişdi, böyük tətil aksiyaları təşkil edib Çarizm sisteminin nifrətini qazanmışdı. Tom Reissin yazdığı Oryantalist əsərində Məhəmməd Əsəd bəyin Stalinə nifrəti burada aşkar olunur. O, hələ 4-5 yaşında olduğunda qəfil anasının yox olduğunu və evdə bir də ondan danışılmadığını bildirir. Sonradan Əsəd bəy belə bir ehtimal irəli sürür ki, anası Davidovna neft milyonçusu ərinin sərvətini gizlində inqilabi proseslərə ötürürmüş – daha dəqiq desəm, Davidovna, qoca ərinin ona aldığı almazları Stalinin başçılıq etdiyi mətbəənin xərclərinin təmin olunması üçün göndərirdi . Atası İbrahim bundan xəbərdar olduğunda həyat yoldaşının belə bir şey etməsini xəyanət kimi qiymətləndirir, Basya Davidovna isə öz yoldaşlarından ayrı düşdüyündən və mənəvi əzab çəkdiyindən bir gün zəhər içərək intihar edir.

Vau. Dayanaq!

Kapitalist yəhudi bir ata, radikal kommunist bir ana, Bakı mentaliteti, Avropa mədəniyyəti. Ata İbrahim kommunist həyat yoldaşını Stalinlə işbirliyini başa düşdüyündə və onunla münasibətinin sırf sərvətinin parçalanması üçün istifadə etdiyini anladığında, həyat yoldaşı, yəni Basya Davidovna öz yoldaşlarının yanında ola bilmədiyini və onun prinsiplərinə zidd kapitalist birisi ilə evli olduğunu fikirləşərək zəhər içib intihar edir. Dostlar, bu Holivud filminin ssenarisi deyil, bunların hamısı dəniz, tarix və qan qoxulu İçərişəhərin divarları arxasında baş tutur.

Gallery

Təbii ki, bu olanlar uşaq Əsəddən gizlədilsə də, o hər şeyi hiss edir və gələcəyin dahi yazıçısını – Qurban Səidi formalaşdırır. Əsəd bəy Stalin və onun ideologiyası olmasaydı ana həsrəti yaşamayacağını hesab edirdi və buna görə içində Stalinə qarşı sonsuz bir nifrət formalaşmışdı. Anasından ona qalan isə çox böyük bir kitabxana idi. Hansı ki bu kitabxana onun sonraki yaradıcılığı üçün böyük əhəmiyyət kəsb edəcəkdi.

Bütün bunlara baxmayaraq o, ilk almanca sonra dünya dillərində nəşr olunan bestseller – “Stalin” kitabını yazır.

Mən bu kitabı tapdım və hazırda Fransada yenidən nəşri üçün üzərində işləyirik. Tezliklə bu dəyərli kitabı yeni üz qabığında, gözəl dizaynla bütün Fransaya yayacağıq. Sizə arxivdən tapdığım ikinci bir möhtəşəm əsəri - Əsəd bəyin yenə də müəllifi olduğu Fransada 1935-ci ildə nəşr edilmiş ''İnqilab Qarşısında '' adlı Çar II Nikolay haqqında yazdığı və qısa zamanda bütün Avropada bestseller olan kitabdan da danışmaq istəyirəm. Bunu isə növbəti yazımda oxuya bilərsiniz.

Oxşar xəbərlər
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında bir nəfər batıb
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu