Aktyoru az qala bıçaqla öldürəcəkdilər – “Arxadan vurulan zərbə”nin gizlinləri
Mədəniyyət
Oxunub: 2729
20 Jun 2020 | 09:15
Aktyoru az qala bıçaqla öldürəcəkdilər  – “Arxadan vurulan zərbə”nin gizlinləri
Moderator.az Kulis.az-a istinadən Arif Babayevin “Arxadan vurulan zərbə” bədii filminin təhlilini təqdim edir.


Film Elçinin "Ox kimi bıçaq" əsərinin əsasında ekranlaşdırılıb. Süjetə əsasən, keçmiş orqan işçisi Əhməd Qəmərli (Həsən Məmmədov) rayonlardan birində müəllim işləyən qardaşı oğlu Fazilə (Akif Əli) qonaq gəlir. Və burada müəmmalı şəkildə qətlə yetirilir. Cinayəti araşdırmaq üçün Bakıdan müstəntiq Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) dəvət olunur. Çətin axtarışlardan sonra cinayətin üstü açılır…


“Arxadan vurulan zərbə” lirik-melonxolik filmlər çəkən Arif Babayevin detektiv janrda ilk işi idi. Bu janrda ilk təcrübəsi olmasına baxmayaraq, “Arxadan vurulan zərbə” mili kinomuzun ən yaxşı detektiv nümunələrindən biridir. Təbii ki, uğurun bir hissəsi də səliqə ilə işlənmiş ssenarinin payına düşür. Hətta Elçin detektiv janrında Çingiz Abdullayevdən daha peşəkar və dərin işləyib. Bir neçə il əvvəl Ç. Abdullayevin “Quba kapriççiosu” əsərinin motivləri əsasında Yavər Rzayev “Xeyirlə şərin rəqsi” filmini çəkmişdi. Detektiv janrı ilə əlaqəsi olmayan ekran işində (filmin ssenarisini də yazıçı özü yazıb) dinamizm, hadisəlilik, hətta konflikt nəzərə çarpmır.

Gallery
“Arxadan vurulan zərbə” də isə klassik detektiv janrının bütün qaydaları gözlənilib. Tamaşaçıya imkan yaradılır ki, film boyu cinayət hadisəsi haqda müstəntiqlə birlikdə onun da öz qənaətləri, mülahizələri yaransın. Xüsusən də, ona görə ki, təhqiqatçı personajdan fərqli olaraq, tamaşaçı rejissorun hansı detalları vurğulamasını, əhvalatı hara yönləndirməsini gördüyündən daha konkret fikirləri əmələ gəlir. Və rejissor eyni zamanda dolaşıqlıq yaratmaq üçün təhkiyəni bilərəkdən səhv istiqamətə də yönləndirə bilər. Mislaçün, filmin əvvəlində müstəntiq rayona gələndə vağzalda İmaşla (Hamlet Xanızadə) qarşılaşır. O, İmaşa ötəri nəzər yetirsə də, kamera onu xüsusi vurğulayır. Sonrakı gedişatda İmaşın Qəmərlinin qardaşı oğlu Fazillə mübahisəsinin qabardılması, şübhəli davranışı onun qatil olması qənaətini daha da gücləndirir.

Rejissor şübhəni daha sonra filmin ikinci yarısında əhvalata daxil olan Cəbiyə (Rasim Balayev) yönəldir. Bu, həm də fabulanı mürəkkəbləşdirmək üçün zəruridir. Əsas qatil Fəttahın-Qurd Cəbrayılın (Yusif Vəliyev) cinayət hadisəsindən kənarda saxlanılması, Zibanın (Amaliya Pənahova) qətlə yetirilən adamdan oğurlanan cib saatını saatsaza verməsinin gizli kamera metodu ilə müşahidəsi dolaşıqlığı, intriqanı gücləndirir. Ümumiyyətlə, film detektiv janrına xas hadisəliliklə zəngindir. İlk səhnənin qətl hadisəsi ilə açılması da janrın əsas xüsusiyyətlərindəndir.


Gallery
Ara-sıra süjetə daxil olan qatar mərkəzi fiqurlardan biri kimi canlanır. O, hadisələrin bir növ hərəkətverici qüvvəsi kimi çıxış edir. Təsadüfi deyil ki, dinamik, həyəcanlı musiqi (Xəyyam Mirzəzadə) ilə müşayət olunan qatar kadrları ilə hər dəfə əhvalata yeni detal, obraz daxil olur.

“Arxadan vurulan zərbə” çoxmənalı addır. Bu, təkcə bir neçə nəfərin bıçaqla arxadan vurulmasını ifadə eləmir. Həm də mənəvi məna daşıyır, inamdan sui istifadəni nəzərdə tutur. Məhəbbət xətti, Amaliya Pənahovanın Ziba obrazını yumor nüansları ilə ifası ağır hadisəli süjeti bir az yüngülləşdirir. Baş verən hadisənin köklərinin keçmişə, inqilab illərinə söykənməsi filmi əhəmiyyətli tarixi qatla zənginləşdirir.


“Arxadan vurulan zərbə”nin natura çəkilişləri əsasən Şəkidə, Zaqatalada, Qaxda aparılıb. Keçmiş orqan əməkdaşı, Qəmərlinin silahdaşı Hüseynova (Rafiq Əzimov) atılan bıçaq səhnəsi Qaxda, Kərimbəylinin maşın sürdüyü, Cəbininin öldürüldüyü epizod Zaqatalada çəkilib. Qatar səhnələri Xaçmaz stansiyasında, qapalı məkan çəkilişləri isə pavilyonda aparılıb. Şahmar Ələkbərovun qəhrəmanının müstəntiq Hüseynovla çay kənarındakı dialoqu, Qurd Cəbrayılı tanımaq üçün onu dəvət etdiyini dediyi epizod Mingəçevirdə lentə alınıb.

Filmin yaddaqalan epizodlardan biri Zibanın bölməyə apardıqları səhnədə Amaliya Pənahovanın milis işçisinə dediyi “ə, bu nə maşındır, başqa maşın tapmadın?” onun imropvizəsi olub.

Gallery
Müstəntiq Hüseynovun bıçaqlanma epizodu üçün sirkdən artisti dəvət edilib. Epizod çəkilməyə başlayandan əvvəl sirk artisti məşq edir, bir neçə metr uzaqdan bıçağı nişan alaraq, bir dəfə də olsun hədəfdən yayınmır. Hüseynov rolunun ifaçısı R. Əzimov müsahibələrindən birində bu səhnə haqda deyir: “Arif mənə dedi ki, birinci komandanı bıçaq atana verirəm, ikinci "əyil!" komandasını sənə verirəm. Bu vəziyyəti bir neçə dəfə çəkdik - təbii ki, mən arxaya baxmadan yalnız Arifin komandasına əməl edərək addımlayırdım və hər dublda da bıçaq başımın yanından ötüb dirəyə sancılırdı. Növbəti dublda Arif komandanı mənə bir az yubadaraq verdi. Və həmin anda başımın üstündən, saçıma nəyinsə toxunduğunu hiss etdim, çox da fikir vermədim, dedim yəqin bıçağın yeli imiş. Amma Arif başda olmaqla bütün çəkiliş qrupunun necə böyük həyəcanla ayağa qalxıb içlərini çəkdiklərini görəndə mən də vahiməyə düşdüm. Hamısı mənə yaxınlaşıb əllərini başıma sürtdülər görsünlər ki, başım yaralanıb, ya yox. Arifin rəngi sapsarı saralmışdı. Dərindən nəfəsini dərib dedi ki, ay Əzimov, deyəsən sənin anan namaz üstündə imiş”.

Gallery
Əhməd Qəmərli roluna öncə Gündüz Abbasov təsdiq olunsa da, aydın olmayan səbəblərdən bu obraza Həsən Məmmədov təsdiq edilib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 60 illiyinə həsr olunan film Moskvada ali kateqoriyaya layiq görülüb. Maraqlıdır ki, "Yeddi oğul istərəm" əsərində oynayan yeddi oğuldan beşini rejissor bu filmə dəvət edib: Şahmar Ələkbərov, Həsən Məmmədov, Ələsgər İbrahimov, Ənvər Həsənov, Rafiq Əzimov. Ümumiyyətlə, filmdə çox güclü, orqanik aktyor ansamblı var.

"Yeddi oğul istərəm" filmində aktyorların at sürmək təcrübəsi olduğundan, Qurd Cəbrayılla sovet hakimiyyətinin təmsliçilərinin 1930-cu illərdəki döyüş səhnəsində ifaçılar kaskadyorsuz keçinib.
Vikipediya məlumatına əsasən, əsl adı Cəbrayıl Baxşıyev olan Qurd Cəbrayıl real adam olub. Maştağa kəndində doğulan Cəbrayıl kriminal aləminin tanınan simalarından biri idi. Ümumilikdə ona 70 ilə yaxın iş kəsilsə də, ömrünün 36 il həbsxanada keçirib. Daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıb. Kriminal aləmdə isə "Paxan Cəbrayıl" kimi tanınıb. O, həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb.

"Arxadan vurulan zərbə" filmində Qurd Cəbrayıl sərrast bıçaq atan idisə da, reallıqda tapança ilə dəqiq nişan almağı bacarırmış. Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə tanış imiş. Onlar eyni məhəllədə yaşayıb və filmə dəvət alan Yusif Vəliyev Cəbrayılla bir müddət ünsiyyətdə olub. Filmi görməyən Cəbrayıl 1976-cı ildə dünyasını dəyişib.

Filmin məsləhətçisi polkovniki Sabir Hüseynov, opratoru Valeri Kərimovdur. SSRİ-də əsəri 17 milyon tamaşaçı izləyib.
Oxşar xəbərlər
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR