Heydər Oğuz "İşverən ördəklər"dən yazdı
Mədəniyyət
Oxunub: 4104
03 Sep 2013 | 11:06
Heydər Oğuz

 Saatlıda yaxın qohumumgildəyəm. Yazdakı səfərim zamanı cücə kimi gördüyüm ördək balaları artıq böyümüşdülər. Onların özləri kimi səsləri də yaşa dolmuşdu. Əvvəlki civ-civ sədalarını indi insanı yuxudan ayıldan gur “etiraz” səsləri əvəz edib. Hər səhər dan yeri ağarar-ağarmaz ördəklər də “niyə bizi məhbəsdə saxlayırsınız?” deyirmiş kimi bağırır, səs-küy salmağa başlayırlar. Günəş asta-asta başımızın üstünə doğru hərəkət etdikcə ördək səslərinin gurluğu da artır. Ta o zamana qədər ki, ev sahibləri yuxudan oyanıb onları yemləyirlər. Başlarına səpələnən dən yağışı ördəklərin etiraz səslərinin tonunu dəyişir, hər biri səpilən dəndən öz nəsibini almaq yarışına girirlər.

 Ã–zümü ördəklərin yerinə qoymağa çalışıram. Ördək olsaydım, bu ev sahibi mənim üçün yəqin ki, Allahdan fərqsiz birisi olardı. Fikirləşərdim ki, heç bir xeyrim olmayan, əksinə səhər-səhər yuxusuna haram qatdığım “Allahım” bütün dəcəlliyimə baxmayaraq mənə əlindən gələn alicənablığı göstərir. Öz cibindən pul verib yem alır, başıma səpələyir. Göydən yağan bu nemət yağışını mənə və ailəmə yedirtdikdən sonra üzümüzə bağlanmış qapıları açır və bizi yaxınlıqdakı gölməçəyə yola salır. Gölməçədə başımızı suya sala-sala bu isti yay günlərinin keyfini çıxararaq sərinləyir, gün batana yaxın yuvamıza qayıdırıq. Sahibimiz olan bu alicənab adam yenə qarnımızı doyurub bizi hinimizə salır. Ta səhərə qədər hində bu adamın himayəsi altında özümüzü tam güvənlikdə hiss edirik. Səhər açılınca hər gün təkrarlanan eyni alicənablıqlar”¦ Əl-qərəz, biz onu nə qədər incitsək də o bizim nazımızla oynayır. Hələ cücəykən ətrafda olan pişiklərdən, indi hinimizin həndəvərində gəzişən vəhşi tülkülərdən bizi qorumasını demirəm.

 Qohumumun ördəklərinə baxdıqca insanın dünyanı necə dəyişdirdiyini və özünə tabe etdirdiyini anlayırsan. Bir vaxtlar bu ördəklərin əcdadları bəlkə də dünyanın bu başından o başına uçub özlərinə yem, yurd-yuva axtarırdılar. İndiki xələflərin isə elə problemləri yoxdur. İnsanoğlunun sayəsində evcil ördəklər əcdadları qədər əzablı həyat sürmürlər. Buna görə hətta keçmiş vərdişlərini də unudublar. Məsələn, öz əcdadları kimi uçmağı, qışda isti, yayda soyuq yerlərə getməyi yaddan çıxarıblar. Qəti əminəm ki, qohumum bu gözəl quşları “hin” dediyimiz həbsxanadan azad etsə belə heç yerə gedən deyillər. Necə ki, hər səhər ta axşama qədər üzdükləri gölməçədə tam nəzarətsiz halda olurlar. Axşama yaxın özləri öz ayaqları ilə hinlərinə gəlirlər. Bu elə onlara əsarətdən qurtulmaq üçün yaradılmış ən gözəl şans deyilmi? Ördəklər isə bu səxavətli adamın sözügedən alicənablığından könüllü şəkildə imtina ediblər. Təbii ki, müftə dən yedikləri üçün.

 Yadıma bir neçə gün öncə rayonda söhbətləşdiyim ağsaqqal düşür. Adam canı dildən Prezidentin ətrafından gileylənirdi. Onun fikrincə, Prezident pensiyaları artırmağa çalışır. Nə yazıq ki, başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və DSMF sədri Səlim Müslümov kimi yarıtmaz kadrlar onun işləməsinə imkan vermirlər. Ağsaqqalın doğrudanmı belə fikirləşdiyini, yoxsa ölkədəki vəziyyətə istehzamı etdiyini dəqiqləşdirmək üçün ona sual vermişdim:

 -Ağsaqqal, həqiqətən ona Səlim Müslümov imkan vermir?

 -Bəli, oğlum! Yanvar ayından indiyə qədər ölkə başçısı dəfələrlə pensiyaların artırılacağını bəyan edib. İndi də maaşların artırılması haqqında fərman verib. Amma nədənsə heç kim pensiyalardan, sosial yardımlardan danışmır. Deməli, istəmirlər ki, bizim kimi kasıb adamlar dolansın, Prezidentimizlə bizim aramızda məsafə yaradırlar ki, özləri dövlət əmlakını söküb dağıtsınlar.

 -Prezidentin “pensiyaları artıracağam” deməsi onun həqiqətən bunu istəməsindənmi xəbər verir? Siyasətçinin peşəsi edəcəyini yox, etməyəcəyini demək deyilmi?-deyə ağsaqqaldan soruşmuşdum.

 -Sən də Səlim Müslümov kimi əmək itirənsən. Ayə, necə yəni siyasətçi etməyəcəyini deyər? Heç Prezident də yalan danışar? Onun ölkədəki vəziyyətdən xəbəri yoxdur. Kişinin o qədər işi var ki. Ölkə başçısı xarici ölkə rəhbərləriylə görüşsün, Qarabağı almaq haqqında fikirləşsin, Azərbaycanı iqtisadi böhrandan qurtarmağa çalışsın, yoxsa Saatlı rayonunda hansısa bir qocanın pensiyasıyla məşğul olsun? Gərək ətrafı onun dediyinə əməl edə dənə. Deyib ki, pensiyalar artırılmalıdır, deməli artırmalıdır. Səlim Müslimov kimi adamlar imkan verərlər? Mənim pensiyam artsa onların cibinə nə girəcək?

 Ağsaqqalın bu fəlsəfi söhbətlərini eşitmək artıq sıxıcı gəlməyə başladığından verdiyim suala peşman olmuşdum. Şükür Yaradana ki, Saatlıyla Minbaşlı kəndi arasından keçən dəmiryolunda anidən peyda olan qatar məni bu sadəlövh söhbətin cansıxıcılığından xilas etdi. Qocanın taqətsizlikdən onsuz da çətin eşidilən sözləri sanki yanımızdan ötən qatarın təkərləri arasında qalıb anlaşılmaz olurdu. O, ağzını açıb yumur, əliylə lokomotivə qoşulan neft çənlərini göstərib nəyisə izah etməyə çalışırdı. Qatar ötüb keçəndən sonra sualımın cansıxıcı izahatını eşitmək əzabını yenidən yaşamalı oldum.

 -Bax, hər gün bu yoldan nə qədər qatar keçir. Hər biri də saysız hesabsız çənlər daşıyır. O çənlərdən sadəcə birinin puluna bütün pensiyaçıları sevindirmək olar. Bizim rəhbərimiz çörəkverən adamdır. Bir çən neft nədir ki, onu pensiyaçılara çox görsün? Bütün günahlar onu işləməyə qoymayan Səlim Müslümov kimi vicdansız kadrlardadır.

 Bu yaşlı adamla mübahisə etməyin mənasızlığını anladığımdan beynimdə yaranan yeni sualları içimdə boğmağa çalışdım. Axı, təzə sualların uzun-uzadı cavablarını və izahatlarını dinləmək məsuliyyətim yenidən yarana bilərdi. Amma onu da etiraf etməliyəm ki, qocanın özünəməxsus fəlsəfəsinin baş mövzusu olan “çörəkverən” məfhumu beynimə yaman ilişib qalmışdı. Kim bilir, biz eyni sözləri nə qədər siyasətçilər, iş adamları, idarə müdirləri haqqında demişik. Nədənsə ölkəmizdəki bütün rəhbər kadrlar əhalimizə “çörəkverən” kimi görünürlər. Bu mənada qoca əslində yeni söz kəşf etməmişdi. Sadəcə artıq çoxdan boyatlanmış bayatıya qulaq asmaq mənə çətin gəlirdi. Fürsət tapan  kimi ağsaqqalla xudahafizləşib ayrılmışdım.

 İndi qohumumun ördəklərinin həyat şəraitini görəndə “çörəkverən” sözünü tam mənasıyla dərk etməyə başlayıram. Kim nə deyir, desin, qohumum bu ördəklərin həqiqətən “çörəkverəni” idi. İş qabiliyyətini itirən həmin qoca kimi bu ördəklər də uçmaq qabiliyyətlərindən məhrum olmuşdular. Hətta arzulasalar, belə öz ruzilərinin dalınca uça bilməzdilər. Hələ bir də qış gəlincə isti yerlərə uçmaq kimi ağır problemləri də var. Binəvalar himayəsiz yaşamaq eşqinə düşsələr, ömürləri uzaqbaşı payız qurtarana qədər davam edə bilər. Qışda ya havaların soyuqluğundan, ya da yem yoxluğundan məhv olmaq taleyi ördəkləri sözün həqiqi mənasında insanların köləsinə çevirib.

 Beynimi birdən-birə qəribə bir sual qurcalamağa başladı -doğrudan, bəs görəsən, qohumum bu quşları qışın soyuğundan necə qoruyur? Deyək ki, hini isti saxlaya, yemlərini daha bol edə bilərsən, amma axı ördəklərin bir də gölməçələrdə üzmək məsələsi var. Gölməçəni də suqızdırıcıyla isidə bilməzsən ki? Suala cavab tapmaq üçün üzümü qohumuma tuturam:

 -Lələ, bəs, qışda bu ördəklər harda üzürlər?

 Qohumum gülərək cavab verir:

 -Qoy, hələ qışa çıxsınlar, bu haqda sonra fikirləşərəm.

 -Necə yəni, qışa çıxsınlar? Çıxmama ehtimalı da var?

 -Əlbəttə, bu ördəklərin, demək olar ki, hamısını uzağı yanvara qədər kəsib ya sənin kimi əziz qonaqlarıma yedizdirəcəyəm, ya da özüm yeyəcəyəm.

 -Bəs qorxmursan ki, onların nəsli kəsilə?

 -Yox,

 -Niyə?

 -Çünki ördəkləri kəsib yemək onların nəslinin kəsilməsinə səbəb olmaz. Elə bilirsən, bu ördəkləri hansısa ördək dünyaya gətirib? Yazda ördək yumurtası alıb toyuğun altına basdırıram. Ördək balaları bu yumurtadan əmələ gəlsələr də əslində bir toyuğun törəməsi olurlar.

 Ã–rdəklərin “alicənab” əfəndisinin bu sözləri beynimin üfüqünü açmışdı. İnsanoğlu istər təbiəti, istərsə də cəmiyyəti eyni qanunlarla idarə edirmiş. Bütün canlılar üzərində hakimiyyət onu soy-kökündən ayırmaq, beynindən keçmiş tarixi şüurunu silmək, can güvənliyinə yalançı təminatlar vermək və kölələrin təbəəçilik şüurunda “çörəkverən” təsəvvürü yaratmaqla başlar. İnsan iradəsinə tabe olan ördəklərə verilən bir qarındolusu dəni müti insanlara verilən müftə maaşlar əvəz edir, hərbi-polis rejimi bir tərəfdən qorxu yaratdığı qədər bir tərəfdən də mütiliyin can güvənliyinə “təminat” verir, bölgələrin mərkəzində tikilən heykəllər beyinlərdə heybətli, həm də alicənab əfəndi obrazı yaradır. Belə olmasa nə dünya istənilən kimi idarə oluna, nə də bütün canlılar öz ayağıyla qurban kəsilməyə gedən köləyə çevrilə bilərlər.

 Məni fikirlərdən qohumumun səsi ayırır:

 -Niyə soruşursan? Könlündən keçirsə, birini kəsək?

 -Yox, sağ ol, sadəcə mənə maraqlı gəlmişdi.

 Qohumum deyəsən mənim naz etdiyimi düşündüyündən yoldaşını səsləyir:

 -Seyid qızı, ay seyid qızı! Ordan bıcaq gətir!

 -Vallah istəmirəm, qoy bir az da böyüsünlər.-deyə onu fikrindən vaz keçirməyə çalışıram.

 Amma nə xeyri? Ördəklərin “çörəkverəni” çox israrlı görünür. Ovcunu açaraq “quş-quş” edib ördəkləri yanına çağırır. Növbədənkənar dən ziyafətinin olduğunu düşünən ördəklər açılan ovuca tərəf qaçışırlar. Gözlərimin önündə qohumumun onlardan birini tutub kəsməsi səhnəsi canlanır. “İnsanlıq aləmində buna etimaddan sui-istifadə deyərlər” fikri ağlımdan keçir. Qeyri-ixtiyarı olaraq ondan

 -Özün kəsəcəksən?-deyə soruşuşuram.

 -Bəli, qorxma, şəriətə uyğun kəsəcəyəm.

 Ağlıma onu bu işdən yayındırmaq üçün yaxşı bəhanə keçir. Məcburən yalan danışıram:

 -Onu sənin kəsməyin şəriətə görə o qədər də uyğun deyil. İndiyə qədər onlara dən verib böyüdübsən, sənə öz Allahları kimi baxırlar. İnsanların çörəkverəni olan Allah can almağı Əzrailə həvalə edib. Bəlkə sən də bu işi qonşuya tapşırasan?

 -Doğrudan? Onda özün kəs!-deyə ördəklərdən birini tutub mənə uzadır. Özümü yağmurdan qaçarkən yağışa tutulmuş kimi hiss edirəm.

 -Yox, mən kəsməyi bacarmıram-deyib boyun qaçırıram- Yalnız indilik üçün demirəm. Ümumiyyətlə deyirəm. Sən Allah, onları heç vaxt özün kəsmə! Qoy, canlarını tapşıranda belə beyinlərində “çörəkverən” kimi qalasan.

 

Oxşar xəbərlər
18:37, Bu gün
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:31, Bu gün
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA