"Mənim namizədliyim üçün prezident İlham Əliyevin adından imza toplanması ilə bağlı Moderator.az saytında getmiş məlumat tamamilə yanlışdır". Bu sözləri Moderator.az-a açıqlamasında prezidentliyə namizəd İlqar Altay özünün və daha bir neçə nəfərin İlham Əliyevin adından imza toplaması barədə saytımızda yayılan xəbərə münasibətində ifadə edib. Xatırladaq ki, saytımızda bəzi prezidentliyə namizədlərin İlham Əliyevin adından istifadə edərək özlərinə imza topladıqları barədə xəbər yayılıb.
İlqar Altay əməkdaşımıza bildirib ki, bu xəbərdən
dərhal sonra araşdırma aparıb: "Şəxsi araşdirmamla mənim imza
toplayanlarım tərəfindən bu cür qanunsuz hərəkətlərin heç bir halda
törədilmədiyi məlum oldu. Ümumiyyətlə, məntiqcə də, hansısa imza verən
vətəndaşın ölkədə hamının yaxşı tanıdığı prezidenti digər namizədlə səhv
salması mümkünsüzdür. Yaxşı olardı ki, bu cür anlaşılmaz hallar olmasın, çünki
KİV-dəki ədalətsiz məlumat yayımı namizədlərin seçki prosesində nüfuzuna mənfi
təsir göstərir".