Xəbər lenti
13/07/2020 [20:51]:
Təhlükəsizlik Şurasının iclasından çıxan nəticələr...
13/07/2020 [20:44]:
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib
13/07/2020 [20:37]:
Rayonlara yağan leysan çaylarda selə səbəb olub - FAKTİKİ HAVA
13/07/2020 [20:34]:
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
13/07/2020 [20:30]:
"Zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi
13/07/2020 [20:23]:
Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı KİV-ə müraciət edib
13/07/2020 [20:22]:
Elmar Məmmədyarovla Mevlut Çavuşoğlu arasında telofon danışığı olub
13/07/2020 [20:21]:
GUAM Ermənistanın təxribatını pisləyib
13/07/2020 [20:20]:
Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram"
13/07/2020 [20:15]:
Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO
13/07/2020 [19:36]:
XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO
13/07/2020 [19:22]:
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13/07/2020 [19:19]:
190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO
13/07/2020 [19:06]:
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...
13/07/2020 [18:54]:
Təhsil İdarəsinə yeni rəis təyin olundu
13/07/2020 [18:39]:
“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”
13/07/2020 [18:38]:
"Artıq Ermənistan ictimaiyyəti Paşinyanın yalanlarını ironiya ilə qarşılayır"
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"İşğalçı ölkənin baş naziri bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
13/07/2020 [13:51]:
“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”
13/07/2020 [13:19]:
Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”
Bütün arxiv bir sırada
25/06/2020 [11:32] - Araşdırma - ( 4064 dəfə baxılıb)

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Televiziyadan niyə imtina edirdi?



Universiteti yenicə bitirdiyim illər idi. “Yenidənqurma, aşkarlıq” adı altında ölkədə yeni işlər görülməyə başlanılmışdı. 1987-ci ilin dekabr ayında Azərbaycan televiziyasında rəhmətlik jurnalist Osman Mirzəyevin təşəbbüskarlığı ilə “Dalğa” verilişi efirə çıxdı. Bu, əslində AZ TV-nin tarixində bu günə qədər də müqayisə olunmayacaq ən məşhur veriliş oldu. İlqar Əlfioğlunun, Çingizin, Yusifin, Nadejda xanımın aparıcılığı ilə hazırlanan verilişlər geniş tamaşaçı auditoriyasını əhatə edirdi. Və bu insanlar həm də televiziya jurnalistikamızın inkişafında böyük rol oynadılar.
“Dalğa”dan bir müddət sonra “Çay dəstgahı” verilişi efirə çıxdı və bu veriliş də yetərincə reytinq qazanmağa başladı (bu verilişin məşhurlaşmasında mərhum jurnalist Cavanşir Cahangirovun xidmətləri çox idi).
Elə ilk dövrlərdən “Çay dəstgahı” üçün maraqlı mövzular axtarmağa başladım. Eşitdim ki, milyonçu H.Z.Tağıyevin qızı Sara xanım sağdır. Böyük çətinliklə onun yaşadığı ünvanı tapıb oraya getdim (Sara xanım indiki Statistika İdarəsinin arxasındakı binada bir otaqlı mənzildə yaşayırdı).
Qapını döydüm. İçəridən rus dilində “idu” (“gəlirəm”) sözünü eşitdim. Qapını açan qadın qısa sorğu-sualdan və mənim jurnalist, araşdırmaçı olaraq N.Z.Tağıyevlə maraqlandığımı bildikdən sonra içəri dəvət etdi. Diqqət etdim ki, 90 –na yaşı olan   Sara xanım ayaqlarını çətinliklə hərəkət etdirir və onun qapını gec gəlib açması indi məlum oldu.
Çox kasıb bir evdə yaşayan, gözləri uzaq məsafəni görməyən, qulaqları ağır eşidən    bu xanımın görüntüsü məni çox ağrıtdı.
Eşitmişdim ki, hərdən Hüseyn Cavidin qızı Turan xanım və Səməd Vurğunun qızı Aybəniz xanım onun yanına gəlib diqqət edirlər.
Əslində diqqətsiz yaşayan bu xanımın yanına sonradan bir neçə dəfə də getdim və hər dəfə onun çətin durumda yaşadığını görürdüm. Və bir dəfə yemək gətirəndə “yaxşı ki, “marqarin” yağı ilə yeməyi bişirtdirmirsən, yoxsa yeyə bilmirəm, mədəmi ağrıdır” − demişdi.
Sara xanımı televiziyaya çəkəndən və veriliş efirə gedəndən sonra ona qarşı böyük maraq yarandı. O zaman onun yaşadığı evin yaxınlığında Energetika texnikumu yerləşirdi. Birbaşa direktorun yanına gedib, burdan ona yemək göndərilməsini, hər iki-üç gündən bir iki tələbənin ona kömək üçün yanına getməsinə icazə verməsini xahiş etdim.
Texnikumun direktoru Arif müəllim (o, deyəsən sonralar icra başçısı da işlədi) bu işlərdə yardımçı oldu və Sara xanım dünyadan köçənə qədər bu xeyirxahlığını davam etdirdi...
Sara xanımla söhbət edirəm. Televiziyaya qəti olaraq çəkilmək istəmir. Sonradan öyrənirəm ki, “Dalğa” verilişindən (deyəsən Nadejda xanım olub) də gəlib çəkmək istəyiblər, lakin Sara xanım razılaşmayıb.
Sara xanım danışır: “Atam xeyirxah və maarifpərvər olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin Mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”.
Sara xanım atası haqqında xoş xatirələr danışır və qeyd edir ki, bütün həyatını atasının müdafiəsinə həsr edib və bu “müdafiə” onun bütün həyatını ağır zərbələr altında qoyub.
İlk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır.
Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir.
Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar.
Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.


1956-cı ildən N.S.Xruşşovun elan etdiyi “reabilitasiya”dan sonra Sara xanım atasına aid sənədləri və özünün şikayət məktublarını bir “mantaya” yığıb qapıları döyməyə başlayır. Onun bu davranışları və tələbləri “yuxarıda” əyləşənlərin xoşuna gəlmir. Onların “qəzəb”indən sonra Sara xanıma həkimlər “şizofreniya”, “psixoz” diaqnozıarını qoyurlar. Sovet dövründə haqqı, ədaləti tələb edənləri “psixoz” kimi hökumət və “KQB” əməkdaşları öz üsulları ilə cəmiyyətə “təqdim” edirdilər.
Yadımdadır ki, Sara xanımla ilk görüşə gələndə camaat arasında onun sağlamlığında problemlər olduğunu söyləyirdilər. Lakin gördüklərim tamamilə əksinə idi.
Mən onun nəvəsi yaşında olmağıma baxmayaraq, divana əyləşən kimi, oturuşunu nizamlayır, əllərini dizlərinin üstünə qoyur, başındakı yaylığını sahmana salırdı. Bu, şübhəsiz onun yüksək ailə tərbiyə almağının və geniş təhsilinin göstəricisi idi.  Qeyd edim ki, Sara xanım atasının açdığı Qızlar Məktəbində də oxumuşdu və H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayevadan dərs almışdı.Bundan əlavə o, Sankt Peterburq da da ali təhsil almışdı.
Uzun söhbətimizdən, mənim də Leninqradda təhsil almağımı bildikdən sonra qısa televiziya çəkilişinə razı oldu. Və öyrəndim ki, televiziyadan imtina etməyinin səbəbi − milyonçu H.Z.Tağıyevin qızının bu görkəmdə insanlara görünmək istəməməsi idi.
Çəkilişdən sonra müəyyən çətinliklərlə rastlaşsaq da, verilişin efirə getməsi mümkün oldu. Qeyd edim ki, bu verilişimiz cəmiyyətdə böyük maraq yaratdı. Küçədə, avtobusda, metroda hara gedirdimsə, məni göstərib “H.Z.Tağıyevin qızı ilə danışan odur” − deyirdilər. 
“Çay dəstgahı” verilişinin növbəti həftə təkrarı olurdu. Əksər tamaşaçılar “Tağıyevin qızı”na bir də baxmaq istəyirdilər. Lakin ciddi problem yarandı. Veriliş haqqında məlumat alan Azərbaycan KP MK-nın məsul işçilərindən biri televiziyanın sədri Elşad Quliyevə zəng edib ağır ittihamla demişdi: “O bayquşun səsini televiziyada kəsin”.


Göstərilən cəhdlərə baxmayaraq, təkrar verilişdə Sara xanımın mənimlə olan müsahibəsi “qayçılanıb” çıxarıldı və efirə buraxılmadı.
Açığı bu, mənə və eləcə də televiziyada çalışan digər dostlarımıza pis təsir etdi. 
Sara xanım 1991-cı ildə vəfat etdi(o,1889-cu ildə anadan olmuşdu). Onun tabutu ata evindən − bu gün Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binadan Mərdəkana dəfnə aparıldı.
Mən isə kənardan bu acı mənzərəyə baxırdım: sağlığında onu bu evin qapılarından qovurdular, indi isə tabutunu evə buraxırlar.
Tabutun içindəki adamın Sara xanım olduğunu düşündükcə, sanki onun bütün ömrü boyu, sovet rejiminə qarşı apardığı mübarizəni təsdiqləyən və mənə televiziya müsahibəsində dediyi sözlərini eşidirdim: “Mən sübut edəcəyəm ki, atam Hacı xeyirxah, millətini sevən, maarifpərvər insan olub!”

Nəsiman Yaqublu, Tarix elmləri doktoru


loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Cəmiyyət
Şəhid əsgərimizin nəşi ata evinə gətirildi -FOTOLAR
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247