Milli Şura yaxın gələcəkdə parçalanmaya məruz qala bilər. Bu barədə Moderator.az saytını bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, buna səbəb AXCP və Müsavatın öz hegemonluq istəklərindən imtina etməməsidir: “Milli Şura daxilindəki mövcud narazılığın sürətlə artması bu qurumun vahidliyi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Qurum daxilində əsas sözün Müsavat və AXCP-yə məxsus olması, həlledici sözün məhz bu partiyalara mənsubluğu Milli Şurada təmsil olunan digər partiyalar tərəfindən haqlı narazılığa səbəb olur. Bugünlərdə KXCP sədri Mirmahmud Mirəlioğlunun mətbuata açıqlamasında hər iki partiyanı hədəf seçməsi də əslində bu narazılığın göstəricisi kimi qəbul edilməlidir. Müsavat və AXCP rəsmiləri tərəfindən bu narazılıqların ciddiyə alınmaması isə vəziyyəti daha da mürəkkəbləşdirir. Artıq bəzi partiyalar Milli Şuradakı təmsilçiliklərinə yenidən baxmaq niyyətindədir ki, bu da seçki ərəfəsində müxalifətin ən böyük koalisiyasının məhvi deməkdir”.