Cümhuriyyət Ordusunun döyüşən generalları: Onlar Qarabağı necə azad etdilər..?
Oxunub: 4009
26 Jun 2020 | 11:24
Cümhuriyyət Ordusunun döyüşən generalları:  Onlar Qarabağı necə azad etdilər..?
Bu gün Azərbaycan ordusunun yaradılmasından 102 il vaxt ötür. 1918-ci ildə yoxdan bir bayraq qaldırdığımız kimi, yoxdan da bir ordu yaradıb Azərbaycanın ərazi bütövlüyünü təmin etdik.Bu gün 27 ildən çoxdur ki, ermənilərin bizə atdığı güllələri saymaqla məşğul olduğumuz  bir dövrdə, müdafiə nazirimizin ana dilində danışa bildiyini az qala “bayram” etdiyimiz bir zamanda   o illərdə  114 min kv. kilometrlik  ərazidə üçrəngli Azərbaycan bayrağını dalğalandıran insanları yad etmək milli mədəniyyətimizin əsasını təşkil etməlidir.Bəs bu əməliyyatları kimlər və necə aparırdı? Onların qələbəsinin sirri nədə idi?Vətənpərvərlikmi, cəsarətmi, peşəkarlıqmı,hansı dövlətdən asılı olmamaqmı? Odur ki, böyük hərbiçilərimiz olan S.Mehmandarovun, Ə.Şıxlinskinin, M.Sulkeviçin, X.Sultanovun, H.Səlimovun və digərlərinin adlarını sayğılarla xatırlamaq hər birimizin borcudur.Təəssüflər ki, Bəzən onları unudur və nədənsə yada salmırıq.Ötən il böyük ictimai-siyasi və hərbi xadim X.Sultanovun 140 illiyi tamam oldu.Mənim və digər dostlarımızın təşəbbüsləri nəzərə alınmadı və həmin yubiley dövlət səviyyəsində qeyd olunmadı.Yubileyi qeyd edib  dünyanın müxtəlif dillərində  “Qarabağın general qubernatoru X.Sultanov” kitabını çap etsəydik, yaxud onun haqqında maraqlı bir film çəkilsə də necə əhəmiyyətli olardı? 
      
Bu yazımda isə döyüşən Cümhuriyyət generallarımızla bağlı bəzi məqamları oxuculara təqdim edirəm.

Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor



SƏMƏD BƏY MEHMANDAROV (1855-1931)
 Azərbaycan Cümhuriyyətinin  Hərbi Naziri

S.Mehmandarov Hərbi Nazir olarkən ilk verdiyi əmrlərdən biri − Azərbaycan ordusu əskərinin ana dilində salamlaşmağı idi. Onun əmrində qeyd olunurdu: “Sırada, eləcə də sıradan kənarda olarkən əskərlərin türkcə salamlaşması − bir sözlə “salam”, cavabı isə “əleyküm-salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əskərə deyilməlidir: “Mərhəba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.
    
S.Mehmandarov Ordunu bolşeviklərin zərərli təbliğatından qorumağa çalışır, bununla əlaqədar Nazirlər Şurasının sədri, eyni zamanda Daxili İşlər Naziri N.Yusifbəylini 1919-cu ilin mayın 11-də məlumatlandırırdı: “Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunları bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati-Alilərinizdən kazarmaların yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədi ilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərəncam verməyinizi xahiş edirəm”

 Azərbaycanda müstəqil dövlət quruculuğuna mane olan qüvvələr dağıdıcılıq işlərini davam etdirsələr də, onların qarşısı güc nazirlikləri tərəfindən qətiyyətlə alınırdı. 1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün ən təhlükəli problem − Lənkəran qəzasında baş verən hadisələr idi. Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən və qondarma “Muğan respublikası” yaratmaq istəyən bu qüvvələrə qarşı S.Mehmandarov çox qətiyyətli davranmışdı. O, doğulub boya-başa çatdığı bu bölgədəki “separatçı” qüvvələrə xəbərdarlıq edirdi: “Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirə salınmadan mülki idarəçilik bərpa ediləcəkdir... Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdar edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir. Çünki, onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabər hüquqlu Azərbaycan Respublikasının vətəndaşlarıdır... Hər cür silahlı müqavimət ölüm hökmü  ilə cəzalandırılacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəsində mən dəstə rəisinə, qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr edirəm”

S.Mehmandarov Hərbi Nazir olaraq münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yaxından tanış olurdu. Onun Nazirlər Şurasının sədri N.Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə − bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını −  Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!

S.Mehmandarov Hərbi Nazir vəzifəsində olarkən əskərlər arasında böyük nüfuza sahib idi və ona çoxlu şərqilər qoşulmuşdu: 

Səməd Paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əskərlərik,
Pək şanlıyıq!

S.Mehmandarov Parlamentdəki çıxışını bu sözlərlə yekunlaşdırır: “Bir neçə söz də şəxsim ətrafında qaldırılmış səs-küy haqqında ərz edəcəyəm. Bu sözləri o ağalar danışırlar ki, qoymamışam Azərbaycan xəzinəsinə südlü inək və Hərbiyyə nazirliyinə darüləcəzə (əlillər evi, qocalar evi) kimi baxsınlar. Mən bəyan edirəm ki, bu vaxtadək olduğu kimi, bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə məni  bu yoldan çıxara bilməz. Hər kəs məndən sonra nazir olsa, görər ki, nə qədər zəhmət çəkilmiş və nə işlər görülmüşdür”

Həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzeti S.Mehmandarovun bu çıxışından sonra Parlament üzvlərinin ona olan inamını və hörmətini belə işıqlandırırdı: “Hərbiyyə naziri həzrətləri axırda salondan çıxarkən yenə bütün məclis şiddətli və sürəkli alqış ilə onu yola salır”.

XOSROV  BƏY  SULTANOV (1879 – 1943)
AZƏRBAYCANIN  İLK  HƏRBİ  NAZİRİ, QARABAĞIN GENERAL QUBERNATORU
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan  bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.
Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

 X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.

X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.
Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.
Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.


MASEY  ALEKSANDROVİÇ  SULKEVİÇ (1865 − 1920)
AZƏRBAYCAN  ORDUSUNUN  BAŞ  QƏRARGAH  RƏİSİ
M.Sulkeviç tələbkar komandir və Baş Qərargah rəisi idi. Onun imzası ilə Gəncədə 1919-cu ilin 17 mayında hazırlanan 5 saylı əmrdə belə qeydlər vardır: “Səhv həmişə mümkündür. Dövlət xəzinəsindən ayrılan xəzinə pulu birbaşa təyinatı üzrə sərf olunmalı və sənədlərdə təsdiq edilməlidir. Ordu və xəzinə maraqlarına qayğı çox olarsa, bunu edənlərə tərif və təşəkkür daha çox olar”.
     
M.Sulkeviç Azərbaycan Cümhuriyyəti Ordusunun milliləşməsinə də önəmli əhəmiyyət verirdi. Onun Baş Qərargah rəisi olaraq 1919-cu ilin avqustun 10-da verdiyi 561 saylı əmrdə maraqlı qeydlər vardır. Əmrdə göstərilir ki, Azərbaycan Ordusunun piyada və süvari alayları, eləcə də ayrıca batalyonları, hərbi məktəbləri üçün hazırlanan bayrağın bir tərəfində “Azərbaycan”, digər tərəfində isə “Kömək Allahdandır, qələbə yaxındır!”  sözləri yazılmalıdır. Göstərilirdi ki, bayrağın parçasının kənarındakı zolaqlar Teymurləngin Səmərqənddəki qəbrində olan naxışlar kimi olmalıdır.
 M.Sulkeviçin Qarabağın general-qubernatoru X.Sultanova 7 sentyabr 1919-cu il tarixində göndərdiiyi məktubda ermənilərin Qarabağın tam şəkildə itirilməsi ilə barışa bilməyəcəyi, bunun üçün bütün imkanlardan istifadəyə çalışacağı bildirilirdi. Bununla əlaqədar o, ermənilərə nəzarət məqsədi ilə Xankəndindəki, gələcəkdə isə Gorusdakı qarnizonları tam tərkibdə öz yerlərində saxlamağı tələb edirdi.
M.Sulkeviç yerli əhali arasında olan bacarıqlı, döyüşkən ruhlu insanlardan piyada və süvari partizan dəstələrinin təşkil olunmasını da vacib sayırdı. Onun təklifinə görə, 20-40 yaşlı sakinlərdən ibarət olan 4 batalyon yaradıb onlardan ərazilərin müdafiəsində istifadə edilməli idi. 
Oxşar xəbərlər
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
GÜNLÜK
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
AYLIQ
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək