Xəbər lenti
13/07/2020 [20:51]:
Təhlükəsizlik Şurasının iclasından çıxan nəticələr...
13/07/2020 [20:44]:
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib
13/07/2020 [20:37]:
Rayonlara yağan leysan çaylarda selə səbəb olub - FAKTİKİ HAVA
13/07/2020 [20:34]:
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
13/07/2020 [20:30]:
"Zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi
13/07/2020 [20:23]:
Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı KİV-ə müraciət edib
13/07/2020 [20:22]:
Elmar Məmmədyarovla Mevlut Çavuşoğlu arasında telofon danışığı olub
13/07/2020 [20:21]:
GUAM Ermənistanın təxribatını pisləyib
13/07/2020 [20:20]:
Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram"
13/07/2020 [20:15]:
Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO
13/07/2020 [19:36]:
XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO
13/07/2020 [19:22]:
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13/07/2020 [19:19]:
190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO
13/07/2020 [19:06]:
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...
13/07/2020 [18:54]:
Təhsil İdarəsinə yeni rəis təyin olundu
13/07/2020 [18:39]:
“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”
13/07/2020 [18:38]:
"Artıq Ermənistan ictimaiyyəti Paşinyanın yalanlarını ironiya ilə qarşılayır"
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"İşğalçı ölkənin baş naziri bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
13/07/2020 [13:51]:
“Azərbaycan dövlətinə torpaqlarımızı azad etmək üçün gözəl bir fürsət yaranıb...”
13/07/2020 [13:19]:
Polad Bülbüloğlu: “Genişmiqyaslı müharibə başlaya bilər”
Bütün arxiv bir sırada
26/06/2020 [13:31] - Müsahibə - ( 2868 dəfə baxılıb)

“Həmişə asılı və ələbaxan olmaq Ermənistanın taleyi və tarixin haqlı ironiyasıdır”

Eldəniz Səlimov: “Onların boğazlarındakı kəndir hər zaman başqalarının əlində olub”
“Ölkə başçısının Gəncə səfəri şəhərin inkişafına təkan verəcək”


“Hər kəs tibbi maskadan istifadə etməli, özünün və özgəsinin həyatını təhlükə altına salmamalıdır”

 

Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir.

 

Moderator.az olaraq millət vəkili Eldəniz Səlimovla söhbətimizdə ölkəmizdə bu istiqamətdə atılan addımlara toxunmaqla yanaşı, həm də regionda baş verən bəzi olayları şərh etməyə çalışdıq.

 

-Eldəniz bəy, iyunun 24-də Moskvadakı paradda Ermənistan hərbçiləri sovet bayraqları ilə keçid etdi. Bilmək istərdik ki, sözdə özünü müstəqil adlandıran Ermənistanın paradda sovet bayraqları ilə keçid etməsi Ermənistanın sözün həqiqi mənasında müstəqil olmadığını, bu gün də özünü SSRİ-nin varisi olan Rusiyanın bir əyalət kimi gördüyünün təsdiqi sayıla bilərmi?

 

-Bu, Ermənistanın müstəqil olmadığını, yarımmüstəmləkə, forpost olduğunu bir daha açıb ortaya qoydu. Onsuz da hər kəs, elə özləri də yaxşı bilir ki, onların müstəqillikləri formal xarakter daşıyır, onlar məlum dövlətin bir əyaləti, vassalıdır. Cünki onların dövləti və dövlətçiliyi olmayıb. Onlar mövcud olduqları əraziyə başqa ölkələrdən köçürülüblər, yerli sakinlər deyil. İndiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göycənin, Dərələyəzin hesabına yaradımış bir dövlətdir. İndi də arxalandıqları böyük dövlətinin və digər güclərin hesabına yaradılmış bir dövlətdir. Yəni, öz dövlətləri, öz torpaqları deyil, bu baxımdan, onların müstəqilliyi də qondarma və saxta xarakter daşıyır. Onlar heç zaman müstəqil siyasət apa bilməyiblər və bu gedişlə, bu xəstə təfəkkürlə bundan sonra da müstəqil dövlətçilik kursu yeridə bilməyəcəklər. Həmişə asılı, dilənən, ələbaxan olacaqlar. Bu, onların taleyi və tarixin haqlı ironiyasıdır.

 

Özünüz də şahidsiniz ki, ötən əsrin 90-cı illərində, yəni, Levon Ter-Pertosyanın hakimiyyətinin son illərində və eləcə də, 1999-cu ildə istədilər, cəhd etdilər ki, oyun qaydalarını pozub, müstəqil addım atsınlar. Dərhal hərbi canı Robert Koçaryanın əli ilə çevriliş həyata keçirildi və müstəqllliyə meylli Pertosyan hakimiyyətdən devrildi. Eyni zamanda, yenə də cinayətkar Koçaryanın birbaşa göstərişi və icraçılığı ilə dünyanın gözü qarşısında Ermənistan parlamenti gülləbaran edildi, qanlı qətliam törədildi. Guya ki, ruhi xəstə olan bir şəxsin bu qətliamı törətdiyi bildirildi, ancaq bunun arxasında kimlərin və hansı güclərin durduğu bəlli idi.

 

Yəni, bunlar istəsələr də, bu torpaqlarda qondarma Ermənistan dövlətini yaradanlar, onu himayə və vassalı, əyaləti kimi idarə edənlər heç zaman müstəqilliklərinə, müstəqil davranışlarına imkan verməyəcəklər. Çünki boğazlarındakı ip, kəndir başqalarının əlindədir.

 

-Bəs Ermənistanın bu asılılıqdan xilas yolu varmı?

 

-Onların yalnız bir xilas yolu var. Bu da illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və xüsusilə, ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal etdikləri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Əgər onların ağlı, gücü, dərrakəsi yetərsə-bu da çətin görünür-artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar. Yalnız bu zaman onlar hər cür asılılıqdan və tənəzzüldən, uçurumdan qurtula bilərlər. Hər halda, bu, onların problemidir, bizi maraqlandırmır...

 

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olublar, bir sıra obyektlərin açılışında iştirak ediblər. Sizcə bu səfər Gəncənin inkişaf tarixində yeni bir mərhələnin başlanması kimi xarakterizə oluna bilərmi?

 

-Əvvəla, qeyd edim ki, ölkə Prezidentinin və onun ən yaxın silahdaşı-Birinci xanım Mehriban xanım Əliyevanın bölgələri hər biri səfəri yaddaqlan, unudulmaz və tarixi bir səfər olur. Hər bir səfər yeni-yeni obyektlərin, müəssisələrin, yolların, körpülərin açılışları, tarixi məkanların yenidən qurulması və bərpası, inkişafa yönəlik, inkişafa təkan verən yeni-yeni fərman və sərəncamların verilməsi ilə şərtlənir, müsair tariximizə düşür. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin dünənki və srağagünkü səfərləri də məhz qeyd etdiyim məqamlarla yadda qaldı.

 

İyunun 24-də ölkənin Qərb, Gəncəbasar bölgəsinə, ikinci böyük şəhərimizi Gəncəyə (o cümlədən, Samuxa) səfər edən ölkə Prezidenti və Birinci xanım bir sıra yeni obyektlərin açılışlarında iştirak etdi, eyni zamanda, tikintisi aparılan, davam etdirilən mühüm əhəmiyyətli obyektləridəki işlərin mövcud durumu ilə yaxından tanış oldular. Bu sıraya Dövlər Aqrar Universitetinin yeni tədris korpusunun, o cümlədən, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, tikinti materialları istehsalı zavodunun açılışını və sairi göstərmək olar. Hər biri də olduqca vacib və mühüm əhəmiyyətli obyektlərdir. Xüsusilə də, indiki ağır pandemiya dövründə, az qala iqtisadiyyatın dayandığı bir məqamda bu cür obyektlərin tikilməsi, istifadəyə verilməsi ikiqat, üçqat əhəmiyyətlidir. Bu, həm də dövlətinin gücünün, qüdrətinin, əzminin göstəricisidir. Eyni zamanda, Gəncənin inkişafına təkan verəcək 5 mühüm Sərəncamın verilməsi, büdcədən milyonlarla vəsaitin ayrılması özü böyük bir hadisədir. Azərbaycan dövləti, xüsusilə, dövlət rəhbəri bununla bir daha göstərmiş və təsdiqləmiş olur ki, bütün situasiyalara baxmayaraq, inkişaf, tərəqqi, insanların, vətəndaşların rifahı ən başlıca prioritetdir.

 

-Ölkə başçısı səfər zamanı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub, həmçinin bir sıra ciddi mesajlar verib. Prezident qeyd edib ki, son müddətin dinamikası bütün tələblərə baxmayaraq, bəzi insanların məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmədiyini göstərir. Ölkə başçısı həmçinin, insanların maska, məsafə və dezinfeksiya amilinə diqqət yetirməsinin vacib olduğunu bildirib. Bu çağırış və bu çağırışın cəmiyyət qarşısında qoyduğu tələb və vəzifələrlə bağlı da fikrinizi bilmək istərdik.

 

-Gəncə səfərinin ən mühüm məqamlarından biri də heç şübhəsiz ki, indiki pandemiya dövründə infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi, dövlət başçısı ilə Birinci vitse-prezidentin onun açılışını reallaşdırması, ölkə rəhbərinin tarixi nitq söyləməsidir. Həmin çıxış yalınız özünə, dövlətinə, xalqına sonunacan güvənən, arxalanan bir Liderin nitqidir. O çıxışda, tarixi nitqdə son zamanlar yaşanan məlum çətinliklərə, sıxıntılara baxmayaraq, Azərbaycanın inkişafa, gələcəyə nikbinliyi, heç nə qarşısında əyilməzliyi açıq şəkildə görünür. Dövlət başçısı həmin çıxışında bütün gerçəklikləri, reallıqları bir daha ortaya qoyraraq, hər bir kəsi, hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı. Tibbi maskadan istifadə etməklə hər kəs yenə nümunə, örnək olduğunu göstərdi. Bildirdi ki, yalnız məsuliyyətli davranışlarla, tibbi maska və əlcəklərdən istifadə etməklə, sosial məsafəni gözləməklə, bir xalq, bir dövlət olaraq, bu bəladan xilas ola, qurtula bilər. O, haqlı olaraq dedi: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır".

 

Elə bilirəm ki, bunun əlavə şərhə və izahata da ehtiyacı qalmır. Növbəti və birmənalı mövqedir, mesajdır, çağırışdır, xəbərdarlıqdır. Odur ki, artıq hər birimiz, hər bir vətəndaşımız bundan düzgün nəticə, dərs çıxarmalı, deyilənlərə, qoyulan tələblərə, verilən qərarlara, karantin şərtlərinə birmənalı və sözsüz əməl etməlidir. Tibbi maska və əlcək taxmalı, sosial məsafəni gözləməli, məsuliyyətsizliyə son qoymalı, özünün və özgələrinin həyatını risq, təhlükə altına salmamalıdır. Son günlərin acı statistikası da bunu hər kəsdən tələb edir. Əgər kimlərsə bu xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam edərsə, onlara qarşı da qanun ən sərt üzü ilə, ən sərt formada davranılmalı, ictimai qınaq hədəfinə çevrilməli və yüksək cərimələrlə cərimələnməlidir. Çünki başqa yol qalmır. Yenə də deyirəm, əgər kimlərsə bunu istəmirsə, o zaman bütün tələblərə və şərtlərə sözsüz, birmənalı əməl etməlidirlər. Artıq ərköyünlük, məsuliyyətsizlik, özfəaliyyət ola bilməz və olmayacaq!

 

Seymur ƏLİYEV

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Cəmiyyət
Şəhid əsgərimizin nəşi ata evinə gətirildi -FOTOLAR
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247