Xəbər lenti
13/07/2020 [22:31]:
"Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri iflasa uğradı"
13/07/2020 [21:49]:
“Hazırda mediamızın beynəlxalq cameəni ətraflı məlumatlandırması olduqca önəmlidir”
13/07/2020 [20:51]:
Təhlükəsizlik Şurasının iclasından çıxan nəticələr...
13/07/2020 [20:44]:
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib
13/07/2020 [20:37]:
Rayonlara yağan leysan çaylarda selə səbəb olub - FAKTİKİ HAVA
13/07/2020 [20:34]:
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
13/07/2020 [20:30]:
"Zəruri əks həmlə tədbirləri görülür” - Prezidentin köməkçisi
13/07/2020 [20:23]:
Mətbuat Şurası cəbhədə baş verənlərlə bağlı KİV-ə müraciət edib
13/07/2020 [20:22]:
Elmar Məmmədyarovla Mevlut Çavuşoğlu arasında telofon danışığı olub
13/07/2020 [20:21]:
GUAM Ermənistanın təxribatını pisləyib
13/07/2020 [20:20]:
Sergey Lavrov: "Tərəfləri təmkinli olmağa çağırıram"
13/07/2020 [20:15]:
Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO
13/07/2020 [19:36]:
XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO
13/07/2020 [19:22]:
Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ
13/07/2020 [19:19]:
190 manata qarpız alıb qıran qardaşlar peşman olub - VİDEO
13/07/2020 [19:06]:
"Ramiz Mehdiyevlər bu xalqdan nə istəyirlər?..” -1998-ci il...
13/07/2020 [18:54]:
Təhsil İdarəsinə yeni rəis təyin olundu
13/07/2020 [18:39]:
“Qarabağ və Krımın ardınca, bu dəfə Türküstanın hansısa vilayəti əməliyyat masasında ola bilər”
13/07/2020 [18:38]:
"Artıq Ermənistan ictimaiyyəti Paşinyanın yalanlarını ironiya ilə qarşılayır"
13/07/2020 [18:31]:
Batmanqılıncdan Aqil Abbasa qədər...
13/07/2020 [18:25]:
“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN
13/07/2020 [18:24]:
DTX sabiq müdafiə nazirini SAXLADI
13/07/2020 [18:21]:
*İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu*
13/07/2020 [18:20]:
"İşğalçı ölkənin baş naziri bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır"
13/07/2020 [18:16]:
"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"
13/07/2020 [17:55]:
Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək
13/07/2020 [17:37]:
Makedoniya türklərinin lideri: ”Ermənistan ordusu böyük itkilər verib”
13/07/2020 [17:36]:
Daha bir həkim koronavirusdan vəfat etdi
13/07/2020 [17:35]:
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13/07/2020 [17:30]:
Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – VİDEO
13/07/2020 [17:15]:
KTMT-nin təcili iclası təxirə salındı
13/07/2020 [17:14]:
Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13/07/2020 [17:13]:
Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
13/07/2020 [17:12]:
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib
13/07/2020 [17:11]:
"Bu dövlətə, bu millətə, bu bayrağa dil uzadanın dili, əl uşadanın əli kəsiləcək" - VİDEO
13/07/2020 [17:05]:
Ermənistanın təxribatı ilə bağlı İctimai Liderlər Platformasının BƏYANATI...
13/07/2020 [17:03]:
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
13/07/2020 [16:57]:
Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozdu, cavabını aldı...
13/07/2020 [16:47]:
Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT
13/07/2020 [16:36]:
"Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumatlar dezinformasiyadır"
13/07/2020 [16:32]:
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13/07/2020 [16:31]:
“Bizim üçün Ravil ikinci dəfə dünyaya gəldi...” - Şəhid gizirimizin atası...
13/07/2020 [16:29]:
Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
13/07/2020 [16:29]:
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
13/07/2020 [16:24]:
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
13/07/2020 [16:13]:
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13/07/2020 [16:12]:
"Həmin müqavilə imzalanmalıdır ki, Çavuşoğlunun dediyi kimi, qardaş ölkə bizə yardım edə bilsin"
13/07/2020 [16:12]:
Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır
13/07/2020 [16:10]:
XİN: Mülki əhali arasında itki yoxdur
13/07/2020 [16:07]:
Şirvanda 5 nəfəri hədələyərək 2000 manat pul alan şəxs tutulub
13/07/2020 [16:04]:
Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"
13/07/2020 [15:58]:
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
13/07/2020 [15:50]:
Ermənistanın təxribatını şiddətlə qınayırıq - AKP
13/07/2020 [15:43]:
Azərbaycan və Rusiya XİN başçıları Ermənistanın növbəti təxribatını müzakirə etdilər
13/07/2020 [15:39]:
FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
13/07/2020 [15:37]:
"Ermənilərin törətdiyi əməllər təxribat deyil, işğalçılıqdır"
13/07/2020 [15:35]:
“Azərbaycan ordusu hər an mübarizəyə hazırdır”
13/07/2020 [15:35]:
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
13/07/2020 [15:30]:
Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
13/07/2020 [15:28]:
“Gözümün ağı-qarası bir oğlum vardı” - Şəhid atası
13/07/2020 [15:27]:
Düşmən sərhəddə polis dəstələri gətirdi, ordumuz onları da pərən-pərən saldı...
13/07/2020 [15:09]:
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
13/07/2020 [14:55]:
"Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar"
13/07/2020 [14:35]:
Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır”
13/07/2020 [14:28]:
“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”
13/07/2020 [14:17]:
Əli Əhmədov: “Xalq yeni qəhrəmanlarını tanıdı”
13/07/2020 [14:14]:
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb
13/07/2020 [14:14]:
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib
13/07/2020 [14:10]:
Dövlət Xidməti: Ehtiyatda olan Azərbaycan gəncləri könüllü döyüşə getmək üçün çoxsaylı müraciətlər ediblər
13/07/2020 [14:07]:
"Azərbaycan Qarabağla bağlı hansı çözümü seçərsə, onun yanında olacağıq" - VİDEO
13/07/2020 [14:06]:
"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib
13/07/2020 [14:04]:
"Prezidentin islahatları dərinləşdikcə cəbhədə döyüşlər intensivləşəcək" -YUNUS OĞUZ
13/07/2020 [14:04]:
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”
13/07/2020 [14:02]:
“Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib”
13/07/2020 [14:02]:
"Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir " - Çingiz Qənizadə
13/07/2020 [14:01]:
Azərbaycan Prezidenti: "Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib"
13/07/2020 [14:00]:
Dövlət başçısı: “Bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb”
13/07/2020 [13:59]:
QAT: Tam qələbəyədək müharibə!
13/07/2020 [13:59]:
Azərbaycan Prezidenti: "Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq"
13/07/2020 [13:58]:
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
Bütün arxiv bir sırada
27/06/2020 [00:38] - Müsahibə - ( 9247 dəfə baxılıb)

"Putin gözlənilməz situasiyada özünü itirir, necə ki, koronavirusun qorxusundan çəkilib bunkerə" - VİDEO

"Hakimiyyətdə qalsaydım, Gürcüstan üçün çox şeylər olacaqdı, Gürcüstan zəngin olacaqdı, amma adamlar mənə nifrət edəcəkdi"


İki gün əvvəl Ukraynanın məşhur jurnalisti Dmitri Qordonun Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə müsahibəsi yayılıb. Saakaşvilinin müsahibələri  hər zaman maraqlı olub. Qordonla olan müsahibəni isə son illərdə siyasi liderlərlə aparılan müsahibələr içərisində bəlkə də sensasiya hesab etmək olar. 

Moderator.az 1 saat 42 dəqiqəlik müsahibənin bütövlükdə deyil, bəzi hissələrini ümumi tezislərlə, maraq kəsb edəcək hissələrini olduğu kimi tərcümə edib oxucuların diqqətinə çatdırırıq.
 
Müsahibə Saakaşvilinin Stalinlə eyni gündə anadan olması və buna Saakaşvilinin cavabı ilə başlayır.  Saakaşvili Stalini onun qohumları ilə tanışlığı barədə danışır və bildirir ki, Stalin dövlət başçısı olandan sonra onu tanıyan ailələri sevmirdi, çünki onun keçmişi heç də parlaq olamyıb. Beriya haqqında isə qeyd edir ki, şər dahisi idi, amma hər halda Rusiyanı atom ölkəsi etdi. 

Stalini zəhərləyiblər sualına Saakaşvilinin cavabı da maraqlıdır. Beriyaya məlum olub ki, bir neçə gündən sonra Stalin onu güllələtmək istəyib. Ona görə, çox güman ki, onun ölümündə Beriyanın əli var.

Ikinci dünya müharibəsinə toxunan Saakaşvili qeyd edir ki, bir şər o biri şərə qalib gəldi, yəni, Hitlerlə Stalinin hər birini şər kimi dəyərləndirir. 

Zelenskinin hakimiyyətə gəlməyinə sevindinizmi sualına - bəli, cavabını verən Saakaşvili bildirir ki, Poroşenko Ukraynanı Putinləşdirmək istəyirdi. Poroşenko Putin olmaq istəyirdi, alınmadı.

- Poroşenkonu bağışlamısınızmı?

- Mən kinli deyiləm, olsaydım, indi beli bükülmüş, saçı tökülmüş idim. Mən heç kimə qarşı kinli deyiləm. Poroşenkodan da artıq pislik edənlər olub. Mən kinli deyiləm.

- Zelenskinin ən böyük səhvi nədi, ən düzgün həqiqəti nədi?
 
- Onun ən böyük səhvi Putinlə razılaşacığına inanmasıydı. O tez anladı ki, səhv edib.

- Ukraynanın baş naziri olsaydın nə edərdin? 

- Ukraynanı tez bir zamanda, 100 gündə dəyişmək olar.  İndi hökümət var, işləyir, görsünlər.  “Mimino”dakı kimi: ala bu sənə rənglər, bu da fırça, özün rənglə.

- Zelenski Putinlə görüşməzdən əvvəl nə məsləhət gördünüz?
 
- Putin siyasətçi kimi söhbət etmir, o “Verbovka edir”. Biz ilk dəfə onunla 5 saat söhbət etdik. Rəsmi hissədən sonra Kamin qarşısında söhbət etdik. Dedi bura Stalinin kabinetidi. Pencəyini çıxardı.  Konyak gətirdi, çay içdik. Söhbətin sonunda fikirləşdim ki, mən onu kimə oxşadıram. Yadıma düşdü ki, bu mayor Petrova oxşayır. Sərhəd qoşunlarında xidmət edirdim. Xüsusi şöbənin rəisi  Petrov hər dəfə məni gecə 2-də çağırıb söhbət edirdi. Hər dəfə  də istəyirdi ki, mən nəyəsə imza atım. Mən də imtina edirdim. Putin Petrova oxşayırdı. Məni verbovka etmək istəyirdi. Bu böyük ölkənin başçısı ilə kiçik ölkənin başçısı arasında söhbət deyildi. Iki siyasətçinin danışıqları deyildi. Mən verbovka seansında idim. Putin mənim zəif tərəflərimi öyrənirdi. İlk görüşdə çox mehriban və nəzakətli idi. Sonra onların hərbçiləri bizim polis işçilərinə qarşı terror aktı həyata keçirdi. Biz onları tutduq, sonra Avropa təşkilatlarına verdik. Bir müddətdən sonra Minskdə MDB ölkələrinin yığıncağında, fasilə zamanı o məni bir qaranlıq otağa çəkdi və dırnaqlarını birləşdirib dizimin üstünə vurdu və göz-gözə sərt söhbətimiz oldu və müharibə ilə hədələdi. O zarafat eləmirdi. 

- Dırnaqlarını batırdı?

- Hə, onun kimi bir şey.

- Doğrudanmı, o Sarkozinin qalstukundan tutub və boğub?

- Hər halda Sarkozi buna bənzər əhvalat danışıb.

- Hətta boğub?

- Sarkozi onun yanından mənimlə görüşə gəldi və qorxmuş vəziyyətdə danışdı ki, Putin çox təhlükəli adamdı və zombiləşib. Mən fakt olaraq bunu deyirəm.

- O təhlükəlidirmi?

- Deyilən qədər də çox təhlükəli olmasa da, onunla ehtiyyatlı olmaq lazımdı. O, ona görə təhlükəlidir ki, onun heç bir mənəvi məhdudiyyət, dayanmaq prinsipi yoxdur. O hesab edir ki, uğur qazanmaq üçün yeganə metod başqasını öldürmək, həbs etmək və dizini qırıb çökdürməkdir. Və mən az adamlardan biriyəm ki, açıq şəkildə məni öldürməklə hədələdi. Mən hələ sağam, amma o məni telekameralar qarşısında, elə Sarkozinin özünə deyib ki, onu öldürəcəm. 

- Xayasından asacamı da?

- O sözü elə Sarkoziyə demişdi, mənə çatdırsın. Onun əsas məqsədi o idi ki, mənə  göndərdiklərini  imzalayım, əlbəttə, mən imzalamadım.

- Xayasından asacam hədəsini eşidəndə qorxdunuzmu?

- Onlar mənə sənəd göndərmişdilər, bilirdim ki, məni qorxudurlar, istəyirlər ki, mən kapitulyasiyaya imza atım. Yəni ölkəmin parçalanmasına imza atım. Vaxtilə Münhen sövdələşməsində olduğu kimi, Hitler Çexoslavakiyanın prezidentini yanına çağırmışdı və demişdi ki, qol çək, o da qoca adam idi, ürəktutması baş vermişdi. Sonra onu silkələyib ayıltmışdılar və imza atdırmışdılar. Mənim isə ürəyim möhkəm idi, dedim harda məni tapırsa tapsın, öz boyuna görə. Sarkozi də istəyirdi ki, mən imzalayaım. O deyirdi ki, sən bunu imzalamasan, 6-cı bəndi, sabah rus tankları oturduğun binanın qarşısında olacaq və səni öldürəcək. Sənin dostun Buş sənə kömək etməyəcək. Mənim də sənin üçün qoşunlarım yoxdu. Mən sözü olduğu kimi deyirəm. Dedim ki, gətirdiyin sənədi özünlə apar. Bizim razılaşmamız budur ki, qoşunlar çıxarılır, sülh olur. Yoxsa idbar bir sənədi - Gürcüstanın ərazisinin parçalanması sənədinə imza atmayacam. Mən heç vaxt imzalamaram. Və Çexoslavakiyanın prezidentini də tarixi misal kimi dedim ki, mən sizə Çexoslavakiyanın prezidenti deyiləm ki, Hitler kimi sakitləşdirici verəsiniz. Mən özüm hamınıza  lazımdısa sakitləşdirici verə bilərəm və bu sənədi imzalamayacam.

- Mərhum Nemtsovla söhbət zamanı mənə dedi ki, Putinlə münasibətiniz ona görə pozuldu ki, siz hamının yanında ona liliputin demisiniz.

- Qətiyyən belə deyil. Nemtsov özü deyirdi ki, rusiyalılar özü onu yayırlar. Mən həmişə Putinə qarşı nəzakətli olmuşam. Hətta olub ki, o ana söyüşünə keçib.

- Ana söyüşünə?
 
- Hə, az da olsa.

- O bunu da edir?

- Hə, MDB-nin ayrıca klubdu. Orda hər şey olur.
 
- Sizcə Putin bu müsahibənin özünə aid olan hissəsinə baxacaq?

- O hər şeyə baxır. Mənə zəng edib deyirdi ki, bax, sən filan vaxtı, hansısa restoranda bu sözü demisən.

- Parisdə Normand formatında Zelenski Putini aldada bilib?

- Hər halda Putin istədiyini ala bilmədi. Mən də o danışıqlarda var idim. Təsəvvür edirsiniz mənə baş nazirin müavini vəzifəsini təklif etmək onlar üçün necə bir zərbə idi? Necə bir isterika yaratmışdı. Hər halda Zelenski Ukrayna xalqının düşmənlərinin xeyrinə heç nə imza etməyib.
 
- Həmişə deyirsiniz ki, islahatları tez və sürətli etmək lazımdır. Demişdiniz ki, həbs etmək lazımdır. Ukraynada həbslər lazımdırmı?

- Əlbəttə. Kim oğurlayırsa tutulmalıdır. Ukrayna oğruları əlahiddə deyillər ki.

- Prezident olanda siz bir çox dostlarınızı da həbs etmisiniz.

- Korrupsiya ilə məşğul olan hər kəsi, o cümlədən dostlarımı da. 

Saakaşvili müsahibənin bu hissəsində Tbilisidə və Odessada rüşvət alan insanların həbs edilməsindən danışıb. Hətta baş prokuror və ədliyyə nazirindən xahiş etsə də onların azad edilməsinin mümkün olmadığını bildiriblər. Hətta nənəsi restorana sahib olmaq istəyəndə imkan vermədiyini bildirib və nənə məyus olsa da razılaşıb. Ukraynada kim həbs olunmalıdır. Familiyiların deyə bilərsiniz, sualına Saakaşvili: “bu bütöv bir legiondur”-cavabını verib. Daha sonra onun prezidentliyi dövründə DİN naziri Vano Merabişvilinin yeddi il həbsdə qalmasından danışaraq,  Saakaşvilinin  ofşor banklarda hesabı olduğunu demək təklif olunduğunu və bundan imtina etməsindən və bunu özü üçün etdiyini, sonra güzgüdə özünə baxmağın əzabını çəkməmək üçün təkliflə razılamadığını söyləyib.

Ukrayna iqtisadiyyatının pandemiya ilə əlaqədar böyük fəlakətlə üzləşəcəyini də qeyd edən Saakaşvili buna hazırlıq görülmədiyini və ehtiyatların olmadığını vurğulayıb. “Ekstremal tədbirlər görülməlidir” - keçmiş prezident deyib. 

Daha sonra Nazarbayevin inauqurasiyasında Yeltsinlə söhbəti və Yeltsinin ondan bir yeşik “Kinzmarauli” şərabını istəməsi və dörd gündən sonra rusiyada gürcü şərablarının qadağan olmasını xatırladan Saakaşvili Yeltsinin bəzi etiraflarda olacağını da vurğulayır.

Sonra söhbət yenidən Putindən düşür:

- Putinlə neçə dəfə görüşmüsünüz?

- Yəqin 30 dəfə, bəlkə 40 dəfə. Putin gözlənilməz situasiyada özünü itirir. Necə ki, koronavirusda özünü itirdiyi kimi. Çəkilib bunkerə.

- Putinin sonu necə olacaq?

- Yaxşı heç nə gözlənilmir. İnsanlar eyni adamı görməkdən bezib. O nə qədər istəyir turnikdə çəkilsin, özünü müxtəlif formalarda təbliğ etsin. Mümkün deyil. Adamlar eyni şəxsi uzun müddət hakimiyyətdə görəndə bezir və nifrət edir. Mən hakimiyyətdə qalsaydım, Gürcüstan üçün çox şeylər olacaqdı. Gürcüstan zəngin olacaqdı, amma adamlar mənə nifrət edəcəkdi. Adamlar eyni adamı görməkdən usanırlar.

loading...
"Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir"
Qatar qəzası 2500 illik cinayəti ortaya çıxardı - FOTO
Bank soyğunu saniyələrlə qeydə alındı - VİDEO
Yeni qlobal epidemiya üçün həyəcan təbili çalındı - FOTO
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
"Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri iflasa uğradı"
Siyasət
"Ramiz Mehdiyevin kölgədəki adamları bu tezisi tirajlamaqda çox maraqlı görünürlər..."
Cəmiyyət
"Rəsmi Bakı Kremldən gələcək budəfəki zənglərə məhəl qoymamalıdır..."
Cəmiyyət
“Türkiyənin daxili işidir...” -Rusiyadan Ayasofya açıqlaması...
Cəmiyyət
“Bu cür addımları təbliğ etmək lazımdır ki, digər insanlara da nümunə olsun...”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247