Xəbər lenti
03/07/2020 [23:50]:
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
03/07/2020 [23:40]:
"Mən 3 il öncə Elmar Məmmədyarovun nə yuvanın quşu olduğu barədə mətbuatda çıxış etmişəm"
03/07/2020 [23:33]:
"Rusiya ölkəyə miqrant axınında maraqlıdır"
03/07/2020 [23:31]:
Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb
03/07/2020 [23:21]:
Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü
03/07/2020 [23:19]:
Meymunları koronavirusa yoluxdurdular, nəticə şoka saldı...
03/07/2020 [22:51]:
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
03/07/2020 [22:47]:
Bakı yenə rayonlara axın edir - FOTO
03/07/2020 [22:43]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03/07/2020 [22:12]:
Azərbaycanın fəxri Fərman Salmanovla bağlı unikal kadrlar üzə çıxdı – VİDEO
03/07/2020 [22:10]:
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
03/07/2020 [22:02]:
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ
03/07/2020 [21:41]:
“Fəxri ad davası aparan elən adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur"
03/07/2020 [21:20]:
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
03/07/2020 [21:18]:
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
03/07/2020 [21:15]:
Bu gün ləğv olunmuş İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib
03/07/2020 [21:14]:
Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib - FOTO
03/07/2020 [20:55]:
Heç kim məni işdən çıxarmayıb - Hüsniyədən Nuraya cavab
03/07/2020 [20:55]:
DYP postları yenidən fəaliyyətə başladı - VİDEO
03/07/2020 [20:36]:
Putin konstitusiyaya dəyişikliklər haqqında fərmanı imzalayıb
03/07/2020 [20:29]:
Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub
03/07/2020 [20:28]:
"İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı böhranlı şəraitdə yeni performans sərgiləyir"
03/07/2020 [20:28]:
“ASAN xidmət”də xüsusi karantin rejimi il bağlı qeyri-iş günləri məlum oldu - RƏSMİ
03/07/2020 [20:23]:
Işğalçı Ermənistan “Su-30SM” qırıcılarının ilk döyüş təlimlərini keçirdi...-VİDEO
03/07/2020 [20:22]:
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
03/07/2020 [19:52]:
"Polislər və həkimlər kimi jurnalistlər də işləməlidirlər, əks təqdirdə, vəziyyət daha pis ola bilər”
03/07/2020 [19:48]:
COVID-19-a yoluxan Ukrayna Prezidentinin xanımı sağalaraq xəstəxanadan evə buraxılıb
03/07/2020 [19:47]:
Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq
03/07/2020 [19:46]:
SMS-lə icazə alınmayan avtomobillərin videomüşahidə kameraları vasitəsi ilə cərimələnməsi üçün qanun layihəsi hazırlanır
03/07/2020 [19:45]:
"Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki..."
03/07/2020 [19:44]:
COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEO
03/07/2020 [19:32]:
TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi
03/07/2020 [19:27]:
Saatlıda su problemi nəzarətə götürüldü - RƏSMİ AÇIQLAMA
03/07/2020 [19:24]:
Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03/07/2020 [19:21]:
“Əlavə iqtisadi paketə ehtiyac görmürük”
03/07/2020 [19:18]:
“Sonuncu verilişə çıxıb bütün kanallara səsləndim ki, pandemiya bitməyənə qədər məni verilişlərə çağırmayın...”
03/07/2020 [19:14]:
Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab
03/07/2020 [19:11]:
Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq - RƏSMİ
03/07/2020 [19:04]:
Naxçıvanda 11 nəfər koronavirusdan ölüb
03/07/2020 [19:01]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı
03/07/2020 [19:01]:
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
03/07/2020 [19:00]:
Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA
03/07/2020 [18:59]:
TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur
03/07/2020 [18:57]:
Ermənistanla Qazaxıstan arasındakı müqavilə kimin xeyrinədir? 
03/07/2020 [18:47]:
“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib 
03/07/2020 [18:43]:
“Onların evi tərk etməsi cinayət məsuliyyəti yaradır”
03/07/2020 [18:42]:
“Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub”
03/07/2020 [18:40]:
Şahmar Mövsümov: “Testin özünün etibarlılığı 70 faizdir”
03/07/2020 [18:39]:
Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb
03/07/2020 [18:35]:
Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM
03/07/2020 [18:34]:
Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək - Prezidentin köməkçisi
03/07/2020 [18:32]:
Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib
03/07/2020 [18:19]:
Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi
03/07/2020 [18:17]:
TƏBİB vəziyyətin normallaşmasının şərtini açıqladı
03/07/2020 [18:15]:
TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"
03/07/2020 [18:07]:
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
03/07/2020 [18:02]:
“Şəhərlərarası gediş-gəlişin açılması məqbul deyil” - Şahmar Mövsümov
03/07/2020 [17:59]:
Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi
03/07/2020 [17:56]:
Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
03/07/2020 [17:55]:
TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
03/07/2020 [17:52]:
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
03/07/2020 [17:31]:
Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxub
03/07/2020 [17:28]:
Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
03/07/2020 [17:27]:
Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq
03/07/2020 [17:25]:
“Onun düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin...”
03/07/2020 [17:24]:
“Caspian European Club”un təşəbbüsü ilə Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirildi
03/07/2020 [17:23]:
“Hamımız bir olmalıyıq” - Prezidentin köməkçisi
03/07/2020 [17:20]:
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 500 mini keçib
03/07/2020 [17:16]:
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
03/07/2020 [17:13]:
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlanıb
03/07/2020 [17:11]:
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
03/07/2020 [17:07]:
MMP sədri rayon təşkilatları ilə onlayn görüşdü
03/07/2020 [17:05]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
03/07/2020 [17:02]:
Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama
03/07/2020 [16:54]:
Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi - FƏRMAN
03/07/2020 [16:53]:
“XİN-də belə bir əməliyyatın keçirilməsi təəssüf doğuran haldır”
03/07/2020 [16:48]:
Həftəsonu bəzi elektrik qatarları işləməyəcək - RƏSMİ
03/07/2020 [16:44]:
Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi
03/07/2020 [16:40]:
“Ölkədə koronavirusun ikinci alovlanması gedir” - AÇIQLAMA
03/07/2020 [16:40]:
Mətbuata dövlət qayğısı demokratik ənənələrə sadiqliyin növbəti nümunəsidir
Bütün arxiv bir sırada
29/06/2020 [17:03] - Cəmiyyət - ( 957 dəfə baxılıb)

Əli Kərim: Konseptual şeirə gedən yol – Cavanşir Yusifli yazır...



Moderator.az tənqidçi  Cavanşir Yusiflinin şair Əli Kərim haqda yazısını təqdim edir:

Əli Kərim vaxtilə kəskin tənqidlərə tuş gələn “Fraqmentlər” şerində deyirdi:

... Şeirlərimə baxıram,
Demə ölmüş günlərimdir,
Yanıb dəfətərə tökülmüş günlərimdir...
Düşən axşam-səhər də hələ ömürdən deyil, onu son zərrəsinə qədər fəth etməsən. Bu şeir ənənəvi poetik düşüncəyə tərs mütənasib olduğuna görə tənqid edilirdi, həm də qulağa yatmayan bəzi ifadələrə görə (“sevgi toranı”, “ölüm sözünün polyar qışı” və sair). Amma gözün əlbəəl tutduğu, tənqidə yarayan göydəndüşmə ifadələr doğrudan da aranı qatır, poetik mətnin içindəki prosesi gizlədirdi. Bəs mətnin içində hansı proses gedirdi? Əli Kərim Azərbaycan yeni şeirində yeni dalğa idi. Yəni, yeni şeir dalğa-dalğa ötürülürdü. Təəssüf ki, bizim o dövrkü ədəbiyyatımız bu baxımdan yetərincə öyrənilməyib. Tənqidçilərin biri belə yazırdı: “Onun fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə də genişdir... Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır”. Bu sözləri vaxtilə Foruğ Fərruxzad keçən sərin 60-cı illərinin ən maraqlı modernist İran şairi Söhrab Sipehri haqqında yazmışdı. Sipehri isə bütün yaradıcılıq enerjisi ilə bunu deyirdi: “Gözləri yumaq gərək, başqa cür görmək gərək”. (Sitatlar M.Məhəmmədinin tərcümə etdiyi “Suyun ayaq səsi” kitabına yazdığı “Vəcd ilə kəşf arasında” məqaləsindən götürülmüşdür). Bizim poeziyada Söhrab Sipehri ilə səsləşən bir şairin adını çəkə bilərik: Əli Kərim (İllər öncə mərhum Adillə söhbətlərimizdə Sipehridən danışardı, ancaq mətnlərini bilmədiyimizdən bu söhbət uzanmazdı; Sipehrinin təkcə şair kimi deyil, rəssam kimi də şöhrəti dünyanın hər yerinə yayılmış, sərgiləri Avrtopanın ən məşhur salonlarında göstərilmişdi). Əli Kərimin adı çəkilən şeirini diqqətlə oxusaq (və “yenilik” sözünü bir kənara qoysaq...) bu mətndə əsas poetik vurğunun sözlər arasında yaşadığının şahidi olarıq, özü də orijinal tərzdə. Bir duyğu, hiss... əvvəldən sona qədər misralar arasında gəzir, bu labirintdə sözün şüurda yaratdığı ənənəvi obrazlar dağılır, mətnə mistik, metafizik aura hakim kəsilir. Ancaq bu aura, bu cazibə qüvvəsi mətnin dibinə çökür, çökür ki, üst qatda poetik infromasiyanın zaman-zaman dəyişməsinə şərait yaratsın.
...Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük Ay-boşqaba,
yeyirik şirin-şirin.
“Yeni dalğa” məsələsinə qayıdaq. Ədəbi prosesdə bir zamanlar hakim olan üslublar bitdiyi yerdə başqa bir rejimə keçir, ədəbi keçmiş və gələcəkdən informasiya toplayaraq gələcəyin poetik nəfəslərinə qatılırlar. Fars modernist şairi və rassamı Söhrab Sipehri (ən çox sevdiyi məşhur “hind üslubu” şairlərindən Saib Təbrizi idi) şair kimi “təbiətə dalmağı, təbiətin içində əriməyi” üstün tuturdu (yəni, Əli Kərimin diliylə desək, “mən bir bulaq görmüşəm, əslində görməmişəm...”). Onun fikrincə, bu zaman sən güllərin nəbzinin döyüntüsünü, ağacların yarpaqlarının nəfəsini eşidə bilərsən. Əli Kərimin şeirlərini oxuyanda da insanın (şairin-!) bütün vücudu ilə yerin təkindən, göylərin yeddinci qatından gələn səs və hənirlərə daldığını hiss edirsən (Xüsusən, “Mən azmaq istəyirəm” şeirində-!). Diqqət edin:
Söhrab Sipehridə:
Mən müsəlmanam.
Qibləm bir qızılgül.
Canamazım – bulaq, möhürüm – nur.
Səccadəm – çöl.
Mən dəstəmazı pəncərələrin titrəyişilə alıram.
Namazımda Ay axır, bütün rənglər axır.
Namazımın sonunda daş görünür:
Namazımın bütün zərrələri büllurlaşır.
Mən namazımı o zaman qılıram ki,
külək bir sərv ağacının başında azan vermiş olsun.
Mən namazımı otların təkbiri,
dalğaların iqaməsi ardınca qılıram.
Əli Kərimdə:
Gecə yağış yağdı...
səhərə qədər...
Başını salmışdı zanbaqlar gölə.
Onları qoruyur bu vaxt su sudan,
Amma güllər, otlar, başqa çiçəklər
Yağışın altında mərd durmuşdular.
Gün doğdu... hər yerdə parladı bahar.
Zanbaqlar başını suyun altında
Şirin bir yuxudan çəkdiyi zaman,
Amma güllər, otlar, başqa çiçəklər
Qaldırdı başını zərbə altından.

Hər şey, bütövlükdə hərəkət aşağıya yönəlir, yağış, leysan altında hər şey başını aşağı salır. Bədii mətn deyimi (yəni, özünü) içinə alır və çıxarıb təqdim edir. Yəni, pardaqlayır. Şeirdən qabaq ideya şəklində mövcud olan deyim mətn daxilində ilkin konstruksiyasını itirir, yeni düzümdə özündən qaçmağa, özgələşməyə meyl edir, ancaq bunu bacarmayacağı bəri başdan məlumdur. Bu “səmərəsiz” cəhd sonradan, yəni bir an içində ideyada mövcud olmayan, yaxud sadəcə eyham biçimində var olan işarələri özünə qatıb mükəmməlləşir. Bu səbəbdən Əli Kərimin şeirində bütün artıq və lazımsız təfərrüatlar kəsilir, “içiboş” epitetlər yerini dolğun detallara verir. Onun “Oğluma” adlı şeirindəki obrazlar – uşağın iki şəxsin söhbətlərini havada dənləməsi, karandaşın ucuna alıb rəsm etməsi elə onun poetik sistemini bəlirləyən xüsusiyyətlərdəndir. Əli Kərim də qulağını zaman adlı nəhrə dayayaıb gələn uğultudan çıxan bəlkə də mikroskopik ştrixləri “dənləyir”, bədii mətnə çevirirdi. “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” tipli şeirlərində artıq bir yox, bir neçə detal arasındakı hərəkəti nişan alır, onların ümumi mətləbdən uzaqlaşma və yaxınlaşma hərəkətini bütün görüntü gücü ilə təqdim edirdi. Bunlar konseptual şeirlər idi. Daha doğrusu, konseptual şeirə doğru gedən yol idi.
Bu iki fərqli şeiri bir-birinin davamı kimi oxumaq olarmı? Düşünürdüm ki, olmaz, çünki onlar fərqli dünyaduyum və “assosiativ seyrdən” qaynaqlanır. Adi bir hadisə - namaz palitarnın bütün rənglərində görünür, bundan vaz keçilir, mətn boyu işlədilən bütün obrazlar bir nöqtəyə yığılaraq dünyanın poetik dərkinin fərqli mərhələsinə adlayır. Ancaq birdən Sipehrinin rəsm əsərlərinə baxdım, o əsərlərdə başını suya salıb gecələr mürgüləyən zanbaqları, suyun dibində pıçıldaşan daşları, mavi suların içiylə üzən sevgini – qırmızı balıqları, ağacların kürək-kürəyə söykənib üfüqə səyahət etməsini, üfüqlərin qaşında kükrəyən atları, Kürə yağan yağış damcılarının parçalanıb rəngdən-rəngə düşdüyünü gördüm.
Hər iki şairin yaradıcılığında “su”, “alma”, “gecə”, “daş” simvolikasını izləmək maraqlı olardı. Söhrab Sipehridən bəhs edən mənbədə qeyd edildiyi kimi, “...məsələ bundadır ki, Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun “hind üslubu” şairlərinə xüsusi marağının kökü aydınlaşır”. Bizim poeziyada da yeni poeziyanın “yeni dalğası”ndan məqsəd məhz müasir dünya ədəbiyyatına inteqrasiyanı həyata keçirmək idi, yəni, universal xarakterli idi.
Funksiya və missiyanın oxşarlığı bu iki modernist şairin fərqli üslublarını istisna etmir. Söhrab Sipehrinin mətnlərində keçmiş əyyamların haçansa qırılmış, yaddaşdan düşmüş fraqmentlərini uc-uca calayıb qəribə və sehrli assosiasiya zənciri yaratmaq cəhdləri var. Sehrli nağıl effekti. Onun “Ünvan” şeiri bu mənada xarakterikdir. Bunu anlamaq üçün şeiri bütünlüklə vermək lazımdır.
“Dostun evi hardadır?” – deyə,
dan yeri ağaranda, süvari soruşdu.
Asiman duruxdu.
Yolçu dodağındakı nur budağını qumların qaranlığına bağışladı
və barmağı ilə qovağı göstərib dedi:
“Ağaca çatmamış, Tanrının yuxusundan da yaşıl bir bağ yolu var
və orada sevgi sədaqətin qanadları qədər mavidir.
O küçənin yetkinlik boylanan sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada bir xışıltı eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.
Ondan soruşarsan dostun evi hardadır”.

Digər obraz və detallarla bərabər “əsatir fəvvarəsi” simvolikası da bədii mətndə şair və şeir obrazının açılıb-pardaqlanmasına yardımçı olur. Şeirin başlanğıcındakı “dan yeri ağaranda” deyimi sərgüzəştin bütün daxili sirlərini ortaya qoyur. Əli Kərimin “Göydəmir at” şeirində başqa mənzərənin şahidi oluruq. Bu mətndə real və irreal anlamların bir nöqtədə görüşməsi, daşıdıqları funksiyaların iç-içə keçməsi müşahidə olunur. Fərqli şeylər bir nöqtədə görüşüb bir anlığa hər şeyi, hamını çətiri altına yığır. Prosesin dinamikası elə verilir ki, qəfildən “üzəngidə yüksələn çapar” (bütün yarış iştirakçılarının göylərdə çapan atın üzəngisində olması-!) obrazı yaranıb-formalaşır (Əli Kərimdə bu kimi ani keçidlər hər şeirində baş verir). Söhrab Sipehrinin şeirindəsə ümumi olan şey mətn boyu parçalanır, xassəsini ayrı-ayrılqıda, az qala nöqtəbənöqtə faş edir, buna görə onda “əsatir fəvvarəsi”, “şəffaf qorxu”, “Tanrının yuxusundan da yaşıl bir bağ” obrazları daha işlək və funksionaldır. Şeirdəki obraz-deyimlər (“süvari”, “asiman”, “dan yeri”, ”“yolçu”, “tənhalıq gülü”, “şəffaf qorxu”...) sadəcə belə deyək, rəssam fırçasından süzülən ifadələr deyildir, nələrisə müqayisə eləmək, obrazı rəng qatışığında nümayiş etdirmək məqsədi daşımır, mətnin daxili sərgüzəşti mümkün olanla mümkünsüzlüyün anidən rastlaşıb ayrıldıqları məqamda açılır, yaxud şərh edilir.

Əli Kərimin şeirinin intonasiyasında “fəvvarə effekti” var (suyu kəsilib-verilən fəvvarə...), obraz, detal nəsr dəqiqliyi ilə verilir, obrazın yaranma dinamikası hərəkəti elə libasda təqdim edir ki, bunun son məqam olduğunu, yaxud yeni başlanğıca yol açdığını duyursan. Göydəmir at yarışda yolu dişiylə, dırnağıyla döşünə çəkir, hamı vahimələnib susduqda, bütün məsafələrin, içə çəkilən nəfəsin və sükutun üstündən atlanır. Göydəmir at yerdə, şumlanmış torpaqda çapmaqdan vaz keçir, göylərə çəkilir...
Dünyanın müxtəlif yerlərində olur ki, tanrı bir-birinə bənzəyən iki şair yaradır. Onlar necə deyim, dayaz suların içində okean kəşf edirlər. Bir damcı suda yaddaşın ayaq səslərini, dünyanın “ilk simfoniyasını” eşidir, şeirə, peoziyaya yeni notlar qatırlar. Onların intonasiyası bir-birindən olsun ki, kəskin fərqlənir, ancaq bütün məsələ bu fərqi poeziya dilində fəhm etməklə bağlıdır...”.

Qeyd edək ki, sabah-iyunun 30-da şair Əli Kərimin vəfatının ildönümüdür.

Hazırladı: Vasif Əlihüseyn

loading...
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti yubiley yaşında...
DTX İctimai Əlaqələr Şöbəsi XİN-də keçirilən əməliyyatla bağlı ilkin açıqlama yaydı...
Dmitri Peskovun qızı hər il Ramazan ayında oruc tutacaq...
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
Cəmiyyət
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
Gündəm
“Mingəçeviri vurmaq təklifi şüşə evdə oturan şəxsin yoldan keçənlərə daş atmasına bənzəyir”
Gündəm
Orta  məktəblərdə mülki müdafiə fənninin proqramına  “pandemiya” termini niyə məhz 2019-cu ildə daxil edilib?..  
Cəmiyyət
“Dünyasını dəyişən yaxınlarıma görə telefonla başsağlığı vermişəm, getmək mümkün deyil”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar...
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
"Axı Azərbaycanın nə qədər Solmaz Tohidisi, Firdovsiyyə Əhmədovası və ya Qulu Məhərrəmlisi var ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247