Xəbər lenti
03/07/2020 [23:50]:
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
03/07/2020 [23:40]:
"Mən 3 il öncə Elmar Məmmədyarovun nə yuvanın quşu olduğu barədə mətbuatda çıxış etmişəm"
03/07/2020 [23:33]:
"Rusiya ölkəyə miqrant axınında maraqlıdır"
03/07/2020 [23:31]:
Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb
03/07/2020 [23:21]:
Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötdü
03/07/2020 [23:19]:
Meymunları koronavirusa yoluxdurdular, nəticə şoka saldı...
03/07/2020 [22:51]:
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
03/07/2020 [22:47]:
Bakı yenə rayonlara axın edir - FOTO
03/07/2020 [22:43]:
Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03/07/2020 [22:12]:
Azərbaycanın fəxri Fərman Salmanovla bağlı unikal kadrlar üzə çıxdı – VİDEO
03/07/2020 [22:10]:
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - FOTO
03/07/2020 [22:02]:
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ
03/07/2020 [21:41]:
“Fəxri ad davası aparan elən adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur"
03/07/2020 [21:20]:
Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
03/07/2020 [21:18]:
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
03/07/2020 [21:15]:
Bu gün ləğv olunmuş İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib
03/07/2020 [21:14]:
Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib - FOTO
03/07/2020 [20:55]:
Heç kim məni işdən çıxarmayıb - Hüsniyədən Nuraya cavab
03/07/2020 [20:55]:
DYP postları yenidən fəaliyyətə başladı - VİDEO
03/07/2020 [20:36]:
Putin konstitusiyaya dəyişikliklər haqqında fərmanı imzalayıb
03/07/2020 [20:29]:
Pakistanın Xarici İşlər naziri koronavirusa yoluxub
03/07/2020 [20:28]:
"İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı böhranlı şəraitdə yeni performans sərgiləyir"
03/07/2020 [20:28]:
“ASAN xidmət”də xüsusi karantin rejimi il bağlı qeyri-iş günləri məlum oldu - RƏSMİ
03/07/2020 [20:23]:
Işğalçı Ermənistan “Su-30SM” qırıcılarının ilk döyüş təlimlərini keçirdi...-VİDEO
03/07/2020 [20:22]:
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
03/07/2020 [19:52]:
"Polislər və həkimlər kimi jurnalistlər də işləməlidirlər, əks təqdirdə, vəziyyət daha pis ola bilər”
03/07/2020 [19:48]:
COVID-19-a yoluxan Ukrayna Prezidentinin xanımı sağalaraq xəstəxanadan evə buraxılıb
03/07/2020 [19:47]:
Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq
03/07/2020 [19:46]:
SMS-lə icazə alınmayan avtomobillərin videomüşahidə kameraları vasitəsi ilə cərimələnməsi üçün qanun layihəsi hazırlanır
03/07/2020 [19:45]:
"Rafiq müəllimin fərqli və bizim üçün doğmalığı odur ki..."
03/07/2020 [19:44]:
COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEO
03/07/2020 [19:32]:
TƏBİB vətəndaşların səhiyyə sisteminə inanmamasına münasibət bildirdi
03/07/2020 [19:27]:
Saatlıda su problemi nəzarətə götürüldü - RƏSMİ AÇIQLAMA
03/07/2020 [19:24]:
Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03/07/2020 [19:21]:
“Əlavə iqtisadi paketə ehtiyac görmürük”
03/07/2020 [19:18]:
“Sonuncu verilişə çıxıb bütün kanallara səsləndim ki, pandemiya bitməyənə qədər məni verilişlərə çağırmayın...”
03/07/2020 [19:14]:
Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab
03/07/2020 [19:11]:
Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq - RƏSMİ
03/07/2020 [19:04]:
Naxçıvanda 11 nəfər koronavirusdan ölüb
03/07/2020 [19:01]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı
03/07/2020 [19:01]:
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
03/07/2020 [19:00]:
Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA
03/07/2020 [18:59]:
TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur
03/07/2020 [18:57]:
Ermənistanla Qazaxıstan arasındakı müqavilə kimin xeyrinədir? 
03/07/2020 [18:47]:
“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib 
03/07/2020 [18:43]:
“Onların evi tərk etməsi cinayət məsuliyyəti yaradır”
03/07/2020 [18:42]:
“Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub”
03/07/2020 [18:40]:
Şahmar Mövsümov: “Testin özünün etibarlılığı 70 faizdir”
03/07/2020 [18:39]:
Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb
03/07/2020 [18:35]:
Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM
03/07/2020 [18:34]:
Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək - Prezidentin köməkçisi
03/07/2020 [18:32]:
Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib
03/07/2020 [18:19]:
Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi
03/07/2020 [18:17]:
TƏBİB vəziyyətin normallaşmasının şərtini açıqladı
03/07/2020 [18:15]:
TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"
03/07/2020 [18:07]:
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
03/07/2020 [18:02]:
“Şəhərlərarası gediş-gəlişin açılması məqbul deyil” - Şahmar Mövsümov
03/07/2020 [17:59]:
Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi
03/07/2020 [17:56]:
Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
03/07/2020 [17:55]:
TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
03/07/2020 [17:52]:
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
03/07/2020 [17:31]:
Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxub
03/07/2020 [17:28]:
Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
03/07/2020 [17:27]:
Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq
03/07/2020 [17:25]:
“Onun düşüncəsi ancaq xeyirxahlıqdı ki, kiməsə nəsə kömək etsin...”
03/07/2020 [17:24]:
“Caspian European Club”un təşəbbüsü ilə Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirildi
03/07/2020 [17:23]:
“Hamımız bir olmalıyıq” - Prezidentin köməkçisi
03/07/2020 [17:20]:
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 500 mini keçib
03/07/2020 [17:16]:
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
03/07/2020 [17:13]:
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlanıb
03/07/2020 [17:11]:
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
03/07/2020 [17:07]:
MMP sədri rayon təşkilatları ilə onlayn görüşdü
03/07/2020 [17:05]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
03/07/2020 [17:02]:
Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama
03/07/2020 [16:54]:
Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi - FƏRMAN
03/07/2020 [16:53]:
“XİN-də belə bir əməliyyatın keçirilməsi təəssüf doğuran haldır”
03/07/2020 [16:48]:
Həftəsonu bəzi elektrik qatarları işləməyəcək - RƏSMİ
03/07/2020 [16:44]:
Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi
03/07/2020 [16:40]:
“Ölkədə koronavirusun ikinci alovlanması gedir” - AÇIQLAMA
03/07/2020 [16:40]:
Mətbuata dövlət qayğısı demokratik ənənələrə sadiqliyin növbəti nümunəsidir
Bütün arxiv bir sırada
29/06/2020 [18:37] - Cəmiyyət - ( 1062 dəfə baxılıb)

Bu gecəni ailəsindən uzaqda keçirən təkcə bizim atamız deyilmiş, oğlum...



GÜNƏŞDƏN DOĞAN ÜMİDLƏR...

“Naxçıvanda bu günə qədər ümumilikdə 104 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu rəqəmin artacağı da istisna olunmur.. İranda yaşanan koronavirus təhlükəsi ilə əlaqədar Türkiyə Naxçıvan Muxtar Respublikası ilə sərhəddə, Dilucu sərhəd-keçid məntəqəsində hərəkəti məhdudlaşdırır..  ”
 Təhlükəli musiqi fonunda həyəcanlı səslə çatdırılan xəbər ümid bağlarımı tək-tək qırıb, kobudcasına tapdalayırdı. Yanağımdan süzülən göz yaşımı əlimdəki-artıq çoxdan yaş olmuş dəsmala silib, televizoru söndürdüm. 
 Kainat qəzəblənmişdi.. İnsanların bir-birindən məsafədə olmasını hökm etmiş, toy-bayramı, görüşməyi, qucaqlamağı yasaqlamışdı, sanki.. “İnsanlığın su içəcəyi bütün bulaqları qurudurdu” koronavirus adlı çoxbaşlı “əjdaha”.. Həyat uğrunda mübarizə gedirdi dörd bir yanda.. Dünyanın ən nəhəng ölkələri də “taclı əjdaha” qarşısında təslim olmuşdular. İnsan cəsədlərindən karvan gedirdi hər gün bu dünyadan o dünyaya.. Çin, İtaliya, İran hər gün eyni səbəbdən yüzlərlə vətəndaşını itirirdi. Virus sürətlə ölkədən-ölkəyə keçir, ölüm sayını durmadan artırırdı. Televiziya, radio hər gün eyni mövzudan danışır, artan insan ölümlərini açıqlayır, insanları özünütəcridə çağırır, ölümün gündən-günə yaxınlaşdığından xəbər verirdilər. Ən dəhşətlisi isə, bir qatil səbəbindən ölən minlərlə insanın kütləvi şəkildə torpağa tapşırıldığı görüntülər idi.. Hər birini koronavirus “boğmuş”, “ciyərlərini caynaqları ilə əzik-əzik etmişdi bir neçə gün içində”. Bu cani öz “qurbanlarını” eyni üsulla qoparırdı həyatdan - yüksək hərarətlə nəfəslərini qısır, öskürəklə boğur və sonda ciyərlərinə çökərək canlarını alırdı.. Sanki, bütün cəsədlər bir-birinə bənzəyirdi - eyni qatilin əl izləri vardı bənizlərində.. 
 Hər kəsin gücü yalnızca öz canını qoruyacaq qədər idi. Ölüm o qədər yaxınımızda idi ki, elə bil,  toxunacağımız hər yerdən barmaqlarımızı, sonra nəfəsimizi qapacaqdı. Həyatı pəncərədən, bir də, əgər qalıbsa, ümidlərimizin kölgəsindən izləyirdik.. 
 Özümü uçurumun düz kənarında hiss edirdim. Bu cür xəbərlər isə ucsuz-bucaqsız qayalıqlardan eşitdiyim “at özünü aşağı” kəlimələri kimi vahiməyə bürüyürdü məni. Gözlərimi yumub, qarnımı qucaqladım. Ümidsizliyimin zülmətinə yalnız bətnimdə arabir tərpənişini hiss etdiyim körpəm zəif işıq salırdı. Sanki, o işığın ucundan tutub, mən ümidə doğru uzun bir yol qət edirdim. Bir neçə saniyə ərzində mən cücərməkdə olan yeni bir həyatın varlığına inanırdım.. 
 Köksündə nəsilləri yetişdirən dünya, sadəcə, “sürətli qaçışdan sonra dərindən nəfəs almaq istəyib”.. Biz onun yeni sabahlarına xatir bu qəzəbinə, yorğunluğuna dözməli, onu şiddətləndirəcək nələrsə etməməliydik.. Ağlımı saatlarla belə dolaşıq, reallıqdan uzaq, bəlkə də heç kimin düşünmədiyi həqiqətlər məşğul edirdi. Keçirdiyim bu sərsəm hisslərin cavabında bəzən bətnim bərk silkələnir, körpəmin cəld hərəkətlərini hiss edirdim. Biz, beləcə, səssizcə, uzun-uzun dərdləşirdik. 
 Bir ay idi, körpəmizin dünyaya gələcəyi tarixə birlikdə gün saymırdıq. Üç illik həsrətimizin sevincli vüsalına birlikdə sığal çəkmir, birlikdə xəyal qurmurduq. Hər gecə həyatdan soyumuş əllərimi, körpəmi hiss edərək isitməyə çalışırdım. Hər gecə.. birlikdə qurduğumuz xəyallarımızın rəngini göz yaşlarımla nəmləndirir, yuyub aparırdım. 
 Son telefon danışığımızda vəziyyətin gərginliyini az da olsa bildirmişdi. Heç vaxt bunu mənə hiss etdirməsə də, bu dəfə səsindəki təlaşı duymuşdum. Hər zaman olduğu kimi nigaran qaldığı yalnız ailəsi yox, millətinin sağlığı, vəziyyəti idi. Yenə ilk cümləsi “millətim” kəliməsiylə başlayıb, söhbəti “Allah millətimi qorusun!” cümləsi ilə bitmişdi. O sadəcə hərbçi olaraq çalışmırdı, həm də hərbçi olaraq doğulmuşdu. Özünü aid olduğu yerdə hiss edirdi! Ona görə heç zaman vəziyyətindən şikayət etmirdi. Tabeliyində olan yüzlərlə əsgərin həyatı onu ən azı doğulacaq oğlunun gələcək həyatı qədər narahat edirdi. Ona görə çox zaman hansısa əsgərindən söz açanda “oğlum” deyib danışar. Ata olacağını öyrənəndə ilk sevincini də “millətimə daha bir igid yetişdirəcəm” sözləri ilə dilə gətirmişdi. Dünyanın aciz qaldığı fəlakət qarşısında da o dövlətinə olan güvənini əsla itirmirdi! “Bizim dövlətimiz bu döyüşdən qalib çıxacaq, narahat olma, əzizim! Ən az itki ilə! Çünki, dövlət hər bir vətəndaşının sağlam həyatı uğrunda var gücü ilə mübarizə aparır! Valideyn öz övladını necə qoruyursa, dövlətimiz də hər bir vətəndaşını elə qoruyur! Bu qayğını, sevgini görməmək, hiss etməmək mümkün deyil! Ona görə təlaşa düşməkdənsə, dövlətə dəstək olmaq, gücünə güc qatmaq gərəkdir! Tələb olunan qaydalara, gigiyenik şərtlərə əməl etmək, evdən bayıra çıxmamaq, virus daşıyıcısı, ötürücüsü olmamaq! Vəssalam!” Mən onun bu vətənsevər,dövlətpərəst ürəyinə aşiq idim! İkimizə aid həyatın ən xoş günlərini təkbaşıma yaşayanda da ona olan küskünlüyümü məhz o sevgi unutdururdu. 
 Mən sıralanan qorxulu və hüzünlü günlərin arasında itirdiyim ümidimi tapmağa çalışırdım.. Tapanda isə, “bəlkə də, virus çoxdan kök salıb onların üzərində” deyərək, kənardan həsrətlə seyr edirdim. Dörd bir yanımız ölüm və təhlüklə saçırdı. Hər kəsə ölümün qorxunc siması lap yaxından od püskürürdü. Ümumdünya səhiyyə təşkilatı elan edirdi ki, qocalar və hamilə qadınlar virusun yoluxa biləcəyi ən həssas təbəqədir.  
 Lakin, dövlət başçımız öz uzaqgörənliyi ilə milləti qoruyurdu. Vaxtında sərhədlər bağlanmış, ölkə ərazisində şəhər və rayonlararası gediş-gəliş məhdudlaşdırılmış, bütün təhsil müəssisələri qeyri-müəyyən müddətədək dayandırılmışdı. “Koronavirusla mübarizəyə dəstək fondu” yaradılmış və ilk olaraq, ölkə başçısı nəcib təşəbbüs irəli sürərək, fonda 20 milyon manat vəsait ayırmışdı. Ardınca, neçə-neçə dövlət qurumları, şirkətlər fonda dəstək olaraq, insansevərlik nümayiş etdirirdilər. Bütün bu addımlar ölkəmizi virusun qorxunc nəfəsindən kənarda tuturdu. Xalq birlikdə güc nümayiş etdirirdi. Dünya çalxalanır, fəlakətin astanasında dəhşətdolu günlər yaşayır, ölkəmiz isə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində hələki “virusun gözündən yayınmağı bacarırdı”. 
 Analıq məsuliyyəti, analıq sevinci, həsrət, qorxu..bütün hisslərim bir-birinə qarışmışdı. Ümidsizliyimin küncündə ümidim ilişib qalmış, var gücü ilə yox olmamaq uğrunda mübarizə aparırdı. Mən oğlumun nəfəs alması üçün nəfəsimi qısırdım, bəzən.. virusun ayaq aça biləcəyi hər yerdən məhrum etmişdim özümü. Onun kiçik dünyasına sığınıb, onunla güclənib, onun üçün mübarizə aparırdım. Qılınc, qalxanla yox, iradə və düşüncəmlə.. Mən onu gözəl dünyaya bəxş eləmək istəyirdim. İçində sevginin, mərhəmətin, sağlamlığın, insanlıq sevgisinin bol olduğu bir dünya.. Onu öz istəyimlə çalxalanan dünyanın ağuşuna atmaq indidən ana ürəyimi parça-parça edirdi. Düşündükcə, özümü, canımdan günahsız bir parçamı ağına-bozuna bələd olmadığı dünyanın insanlıqdan üz döndərdiyi vəziyyəti ilə üz-üzə qoyduğumu hesab edirdim.. 
 Pəncərəmi tez-tez yenicə tumurcuqlamış alça budağı tıqqıldadırdı. Hər gördükcə alça yemək istəyim həddini aşırdı. Dişimi sıxır, “yetişəcək, az qalıb” deyə özümü sakitləşdirirdim. Gecələr bu kiçik çiçəklər lap aləm görünürdü. Ya da son zamanlar hər şeydə gözəllik axtarmaq məndə vərdişə çevrilmişdi. Ay işığında bu baxımsız qalmış alçanın hər kəsdən xəbərsiz açdığı çiçəkləri lap sakura çiçəyinə bənzəyirdi. Bir gecə onu yeni doğulacaq oğluma bənzətdim. Hər ikisi yeni yaranacaq dünyanın astanasında, fəlakətlərdən, xəstəliklərdən, payızdan, fırtınadan xəbərsiz doğulacaqları günü gözləyirlər. Hər gecə əlimi bətnimdə gəzdirərək, pəncərədən alça çiçəklərini seyr edir, “oğlum” deyərək, xeyli söhbət edirdim. Alça budağının zərif çiçəkləri isə dediklərimə biganə qalmırdılar. Yaz gecəsinin həzin mehindən yellənərək, söhbətimə dinləyici olurdular.. 
Körpəmin dünya boyda sevinclə gözlədiyim gəlişi indi dünyanın mənə vəhşi baxışları altında özü boyda qorxu və həyəcana çevrilmişdi.. 
 Gecəyarısı əcaib ağrıların təsirindən oyandım.. Saat 03:27 göstərirdi. Pəncərədən otağa düşən zəif ay işığında yatağın lap ortasındakı böyük qanabənzər ləkə aydınca görünürdü. Təklik, qaranlıq, bir də oğlumu təkbaşıma dünyaya gətirmək qorxusu ağrını daha da şiddətləndirirdi.. Tələbəlik illərimi himayəsində keçirdiyim bacıma zəng etdim.. Güman ki, bu saatda oyaq olmazdı. Zəngi dayandırmaq istəyəndə, yuxulu və təlaşlı “bacı, yaxşısan?” sözlərini eşitdim. Deyəsən, heç yaxşı deyildim..
-“Karantin rejimi bitdi, biz birlikdə gücümüzü nümayiş etdirərək, virusa qalib gəldik!”
Elan olunan bu şad xəbərin fonunda ətrafdan gülüş və şadyanalıq səsləri eşidilirdi.. Hər kəsin üzündən xoşbəxtlik saçırdı. Havadan əsl zəfər qoxusu gəlirdi! Hərbçilər, həkimlər, polislər təşəkkür əlaməti olaraq onlara verilən saysız-hesabsız gülləri sevinclərindən səmaya atırdılar. Sanki, virusdan ümidləri göyə sovrulmuş şəhərin  səmasından indi güllər ələnirdi. Bu qorxulu hekayənin əsas qəhrəmanları artıq lazımsız hesab etdikləri tibbi maskaları çıxarıraq, eyni vaxtda bir neçə telekanala müsahibə verirdilər. Qısa zamanda tarixə yazdıqları şərəfli xidmət və qazandıqları qalibiyyət barədə..! Onları yüz minlərlə insan alqışlayırdı. Günəş ən gur şəfəqlərini mənə hədəfləmişdi. Səmadan üzərimə yağan gülləri hiss edir, amma gözlərimi aça bilmirdim. Çoxdan eşitmək istədiyim doğma səslə qulağıma “Sənə hər şeyin yaxşı olacağını demişdim” sözləri pıçıldanırdı.. Günəşin hərarəti və əlindən tutduğum bu doğma əllər mənə dünyadan başqa heçnə istəməməyə əsl səbəb idi ! Xoşbəxtlikdən qanad açıb uçmaq istəyirdim.. Kaş bu yuxu gerçək olaydı..
Yavaş-yavaş gözlərimi açmağa çalışırdım..Günəşin narıncı şəfəqləri solğun rəngli tül pərdənin arasından gözlərimə şığıyırdı. Yarıaçıq gözlərimlə pəncərənin qarşısında ən sevdiyim güllərdən toplanmış dəstə gördüm.. Günəşin şüaları altında necə də cazibədar görünürdülər! Bağlamanın ortasına kağızı taxılmış və üzərinə nəsə yazılmışdı. Oxumağa çalışdım: “Bu gecə sevgimiz çiçək açdı, SEVDİYİM! Hər ikinizi çox sevirəm! Hər şey yaxşı olacaq! Tezliklə sizi bağrıma basacam! Güclü və səbrli ol! Lap az qaldı..” 
Bu güllər və kəlimələr “ata” olduğunu Naxçıvanda-İranla sərhəddə, yüzlərlə əsgərinin yanında, gərgin iş rejimində, şərəflə və vicdanla xidmət göstərdiyi işinin başında öyrənən həyat yoldaşım tərəfindən göndərilmişdi. Bütün bədənim yorğunluqdan keyimişdi. Amma kəlimələr damarlarıma yayıldı, gözlərimə işıq gətirdi,sanki. Gülümsədim, yanağımdan süzülən yaşlar gülüşümə qarışıb yoxa çıxdı.. 
-“Ana” adınız mübarək!
Həkimin sevincli səsi baxışlarımı əks tərəfə çevirdi..
-Dünən bizi yaman qorxutduz.. Amma çox şükür ki, sizi də, oğlumuzu da sağ-salamat qurtara bildik.. Gecə patoloji şöbənin baş həkimini də növbədənkənar işə çağırdıq. Vəziyyət o qədər gərgin idi ki.. 
Gülərək, “bizi qorxudan o igidi görmək istəyirsiz?” dedi.. Qucağındakı körpəni yatağa qoyub, “yedirt, birazdan gəlib götürəcəm” dedi və otaqdan çıxdı. 
-Bu gecəni ailəsindən uzaqda keçirən təkcə bizim atamız deyilmiş, oğlum.. Həkimin də oğlu gecə anasını düşünərək oyanıb bu sabaha.. Sabah görüşəcəyini ümid edərək, yatacaq gecəni.. Və tezliklə sənin kimi çiçək açacaq onun da ümidləri.. 
Həyatıma doğan günəş indi qucağımda idi.. Yolunu nə çox gözləmiş, üzünü görmədən nə çox darıxmış imişəm. Qoxusunu dərindən içimə çəkdim və bu möhtəşəm hisslər üçün TANRIYA yavaşca təşəkkür elədim.. 

MAYA İMRAN

loading...
Rusiya var deyə, Qarabağ ermənilərə peşkəş edilməlidir?!
"Sabiq deputat Musa Musayevin haça-paça mövqeli müsahibəsi diqqətimi cəlb etdi..."
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti yubiley yaşında...
DTX İctimai Əlaqələr Şöbəsi XİN-də keçirilən əməliyyatla bağlı ilkin açıqlama yaydı...
Dmitri Peskovun qızı hər il Ramazan ayında oruc tutacaq...
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
Cəmiyyət
“Vaxtımızı səmərəli keçirmək üçün muğamımızı amerikalılara tanıtmağa qərar verdik...”
Gündəm
“Mingəçeviri vurmaq təklifi şüşə evdə oturan şəxsin yoldan keçənlərə daş atmasına bənzəyir”
Gündəm
Orta  məktəblərdə mülki müdafiə fənninin proqramına  “pandemiya” termini niyə məhz 2019-cu ildə daxil edilib?..  
Cəmiyyət
“Dünyasını dəyişən yaxınlarıma görə telefonla başsağlığı vermişəm, getmək mümkün deyil”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
"Mərc gəlirəm: bu gecə çevriliş olacaq..."- ABŞ səfirliyinin 1-ci katibindən şok iddia...
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar...
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
"Axı Azərbaycanın nə qədər Solmaz Tohidisi, Firdovsiyyə Əhmədovası və ya Qulu Məhərrəmlisi var ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247