Şeirləri əbədi canlı Səyavuş Sərxanlı
Oxunub: 1483
02 Jul 2020 | 11:45
Şeirləri əbədi canlı Səyavuş Sərxanlı

Yeniyetməlik çağları insan ömrünün , bəlkə də, ən uca zirvəsidir. Yaratdıqları baxımından deyil, düşündükləri, hiss etdikləri, görmək istədikləri baxımından . İnsan Yer kürəsini öz oxundan çıxarıb istədiyi səmtə fırlatmaq gücü hiss edir özündə. Qarşısnda tab edib dayana biləcək gücündə elə bir maneə düşünə bilmir. Özünün düşündüklərini yaradıb qura biləcək bir güc sahibi olduğunu düşünür.

Hamı kimi mən də o hissləri yaşamışam. Orta məktəbin 5-6-cı siniflərində şeirlər yazmağa başlamışdım.Bilmirəm, bu istək, bu hiss, bu duyğu məndə hardan yaranmışdı?!Üçüncü-dördüncü siniflərdə oxuyanda kiril əlifbası ilə oxumaqda əziyyət çəkən babam Səttar Zeynalxanoğlu üçün dəfəlrlə oxuduğum “Koroğlu” dastanı, yoxsa, ana nənəm Gülüdən eşitdiyim nağıl, bayatı və el nəğmələrinin təsirindən?!

Orta məktəbin son siniflərində dünya ədəbiyyatı nümunələri ilə tanış olmağa başladım. “Martin İden” i oxuyandan sonra özümdə tükənməz bir qüvvə hiss etdim.Ona görə də özüm üçün nadir nümunələr hesab etdiyim seirlərindən bir neçəsini “Ulduz” jurnalına göndərdim. (Özüm oradan başladım ki,ilk şeirlərim o jurnalda çıxandan sonra rayon qəzetində şeirlərimin dərci üçün maneələrlə qarşılaşmayım)

Bir neçə gündən sonra mənə redaksiyadan cavab məktubu gəldi.Min bir maraqla həmin yığcam məktubu oxumağa başladım. (Həmin məktub indi də arxivimdə qalır),şeirlərlə bağlı xeyli tərif və xoş sözlər yazılmışdı.Onun ardınca isə bir cümlə yazılıb imza qoyulmuşdu:

“Çox oxu, çox düşün, az yaz!”

İmza: Çox hörmətlə Səyavuş Sərxanlı.

Mən Səyavuş Sərxalı imzası ilə ilk dəfə orada tanış oldum.Ola bilsin ki, o vaxta qədər qəzet, jurnal səhifələrində də onun imzasına çox rast gəlmişəm, ancaq ilk dəfə yadımda qalan onunla qiyabi ünsiyyətim belə başladı.

Ali məktəbə daxil olandan sonra bir yaradıcı tələbə, eyni zamanda bir poeziya həvəskarı kimi qəzet və jurnallarda dərc olunan şairlərin şeirlərini müntəzəm oxumağa başladım.

İkinci kursda oxuyanda bizimlə bir otaqda qalan əmim Nəbi Zeynalovun qrup yoldaşı, məndən bir kurs yuxarıda oxuyan, indi NDPU-nun dosenti Xanəli Kərimli oxumaq üçün APİ-nin Naxçıvan filialından ayrılıb, Bakıya APİ-də oxumağa gəlmək istədi.

Bir neçə gün keçəndən sonra dərsdən çıxıb evə gəldim.Qapını açıb stolun üstündə Xanəlinin arxası yazılmış şəklini və şəklin yanında cildi açıq şəkildə qoyulmuş bir kitab gördüm.Kitabın cildinin ağ vərəqində bir beyt Əliağa Vahid, Puşkinin , “Doğrudan da, vicdanı təmiz olmayan yazıqdır” kəlamını, onun ardınca isə :

Yersiz boşalandan, yersiz dolandan,

Yerində kövrəklik, sərtlik gözləmə.

Çörəyi dizinin üstdə olandan,

Kişilik gözləmə, mərdlik gözləmə.

Səyavuş Sərxanlı 15.IX.1971 misralarını oxudum .

Səyavuş Sərxalını ikinci dəfə dərindən həmin misralarla tanıdım, bildim ki, atalar sözü kimi işlənən bu sətirlərin müəllifi sıradan bir insan deyil, kimdirsə, misraları dillər əzbəri olub, başqalarına nümunə göstərilən bir şəxsiyyətdir. Heç bilməzdim ki, bu misraları yazan müəllifin bunu yazanda 33-34 yaşı olub.

Səyavuş Sərxanlı ilə üçüncü görüşüm yetmişinci illərin sonunda , hələ “Ulduz” jurnalında şöbə müdiri işlədiyi vaxta təsadüf etdi.

Rayondan şəhərə gələndə şeirlərimi təqdim etmək üçün “Ulduz” jurnalının redaksiyasına getdim. Poeziya şöbəsinin müdirinə müraciət etməyi məsləhət gördülər.

İlk dəfə olaraq hələ on il əvvəl imzası mənə cavab məktublarından tanış olan Səyavuş Sərxanlı ilə görüşüb, darısqal otağında qarşı-qarşıya oturduq.

Təqdim etdiyim şeirləri nəzərdən keçirib iki misranı ucadan oxudu:

“Qış papağın çıxarıbdı asırım,

Yaxasını külək açıb çaşırın.”

Sonra mənə “çaşır” deyəndə nəyi nəzərdə tutduğumu soruşdu.Mənim yığcam izahımdan sonra bu söz vasitəsilə hər ikimizin düşündüklərimizin eyni olduğu qənaətinə gəldi və bizim dostluğumuz elə həmin gundən, elə həmin söhbətdən

başladı. Ondan bir neçə ay sonra bəyəndiyi şeirlərdən biri həmin jurnalda çap olundu.

Elə ilk tanışlığımızdan onun isti münasibəti, səmimi davranışı , sadəliyi , görüşdüyü müəllifə qayğısı, redaksiyaya təqdim etdiyi yazılara verdiyi obyektiv qiymət onu bir şairdən çox, bir insan kimi mənim gözümdə ucalardan ucalara qaldırdı və bizim aramızda səmimi dostluq münasibəti yarandı.

Tez-tez olmasa da, arabir şəhərdə görüşər, hal-əhval tutardıq.

O “Açıq söz” qəzetində işləyəndə (90-cı illərdə) təkcə onun xatirinə həmin qəzeti alıb oxuyar, gündəlik hadisələrdən hali olardım.Səyavuş Sərxanlının təşəbbüsü ilə həmin qəzetin bir səhifəsi yeni yazılan şeir və hekayələrin nəşrinə həsr olunardı.

Bir dəfə qəzeti alıb oxuyanda ədəbiyyat səhifəsində verilən şəkil diqqətimi cəlb etdi. Şəkildəki eynilə mənə bənzəyirdi. Səhifəni oxumağa başladım.Səklin yanında mənim şeirlərim verilmişdi. Səyavuşa zəng vurub mənə aid olan (əslində çəkdirdiyim fotodan o qədər də seçilməyən) həmin şəkli haradan aldığı ilə maraqlandım. O bununla bağlı kiçik bir epizod danışdı: “Ədəbiyyat səhifəsini hazırlayanda digər müəlliflərin şəkli olduğu halda, sənin şeirini şəkilsiz verə bilmədim, ona gör də həmin şəkli səni təsəvvürümdə canlandırıb gördüyüm kimi çəkdim.

Mən Səyavuş Sərxanlının rəssamlıq qabiliyyətinə heyran qaldım. Ən azından yazdığı şeirlər qədər mükəmməl bir rəsm əsərdi.

Onun özü haqqında, həyatı ilə bağlı danışdığı hadisələri qələmə alıb toplasan, bəlkə də, qalın bir kitaba çevrilər. Söyləyirdi ki, Pribaltikada Azərbaycan poeziya günlərində iştirak edərkən (1976) bir jurnalist mənə yaxınlaşıb müsahibə götürmək istədiyini bildirdi.Mən ona çatdırdım ki, burda adlı-sanlı Azərbaycan şair və yazıçıları çoxdur, onların arasından məni seçib, məndən müsahibə götürməyiniz normal alınmaz.Siz mümkünsə, müsahibəni məndən yaşlı olan şairlərdən götürün.

O təəccüblə mənə baxıb dedi:

-Mən sizi yaxşı anlayıram.Ancaq onlar rus dilində elə danışırlar ki, ruslardan seçilmirlər.Ancaq Siz danışanda danışığınızdan azəbaycanlı olduğunuz o dəqiqə özünü büruzə verir.

Buna görə də mən məcbur qalıb müsahibə verməyə razı oldum.

Gözəl şair, qələmi iti publisist, 1971-ci ildən AYB və AJB-nin üzvü, “Qızıl qələm” (1977), “Ümumittifaq N.Ostrovski” (1980), “Məmməd Araz” (1980), “Nəcəf Nəcəfov (2000) mükafatları laureatı Səyavuş Sərxanlı 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxanlı kəndində anadan olub.

Nizami adına Şəmkir şəhər orta məktəbini qızıl medalla bitirib və elə həmin il , Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin ürəyi poetik duyğularla coşub-daşan Səyavuş könüllü olaraq tibb təhsilindən uzaqlaşıb.Qəlbinin istəyi ilə sənədlərini ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə verib qəbul olunur (1963) və oranı əla qiymətlərlə başa vurur (1967).

Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış və hələ şagird olarkən şeirləri “Qırmızı Şəmkir” adlı rayon qəzetində çap edilmişdir.

Özü söyləyirdi ki, Tibb İnstitutunu atıb getmişdim rayona.Bir yerdə durub dayana bilmirdim, iş yerimi tez-tez dəyişirdim, qəlbim bulaq kimi çağlayırdı.Şeirlərimi mərkəzi mətbuatda çap etdirmək üçün yollar axtarırdım. Düşünüb-daşındım və Xalq şairi Nəbi Xəzriyə geniş bir məktub yazıb şeirlərimi də əlavə edib ona göndərdim. Bir müddət qulağım səsdə qaldı. Bir gün rayonda işdən qayıdanda xəbər verdilər ki, şeirlərim Nəbi Xəzrinin təqdimatı ilə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Sevincdən necə qışqırdımsa......O hissi sözlə ifade etmək qeyri-mümkündr.

Qəzeti tapıb oxudum, gördüm ki, N.Xəzrinin yığcam təqdimatından sonra”Cığır” və “Səslədi məni ” şeirlərim nümunə kimi çap edilib”.

“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” kitabında Nebi Xəzrinin bu təqdimatının

“Azərbaycan gəncləri” qəzetinin 1961-ci il nömrəsində dərc olunduğu qeyd olunur. Lakin N.Xəzriyə ünvanladığı məktubda yazır: “Mənim 20 yaşım bu yaxınlarda, fevral ayının 28-də tamam olmuşdur”.

Deməli, Səyavuş Sərxanlının N.Xəzrinin təqdimatı ilə çıxan şeirləri 1963-cü ildə, o institutun birinci kursunda oxuyanda dərc olunmuşdur.Bu xəbəri eşidəndə isə Tələbə İnşaat dəstəsinin üzvü kimi rayonda çalışırmış.

Şair 9 şeir kitabı,5 tərcümə əsərinin müəllifidir. 1968-ci ildə nəşr olunan “Qayit” adlı ilk kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. Kitaba daxil edilən “Ayaqlar-Addımlar” şeirində yazılır:

“Ömür nur çeşməsi-

Coşub axacaq...

Bir arzu səsidir hər addım səsi,

Vicdandan kənara bir addım atmaq,

Ömrün alçalması, ləkələnməsi.

Şair şeirində insanları vicdanlı olmağa çağırır, vicdandan kənara atılan addımları insanlığın alçalması, ləkələnməsi kimi qəbul edir.

Doğrudan da, bu gün də belədir, bütün qanunlardan, qaydalardan öndə duran vicdandır! Vicdandan kənar bir addım atılırsa, bütün insanlığı nizamlayıb qoruyan qayda və tələblərin əleyhinə addım atmış hesab olunur.

Səyavuş Sərxanlının yaradıcılığı çoxşaxəlidir. Onun şeirlərində ana, Vətən,sevgi, təbiət və insani duyğular ilk sırada dayanır.

Şair anası Səadət xanıma həsr etdiyi “Ana” şeirində yazır:

Vuruldum Vətənə ana adında

Ömrümün gecəsi, gündüzü ana.

Həyat dediyimiz kainatın da,

İlk sözü anadı, son sözü ana.

Və onun ardınca həm ona, həm də anasına ana olan Vətən haqqında “Vətən, səslə oğlunu” şeirində yazır:

Ağacınam-ayaq üstə, yuxusuz,

Əlacınam- qadağasız, qorxusuz

Leylacınam-duya bilməz duyğusuz,

Möhtacınam-yüz sınaqsız, sorğusuz,

Neyə tutum, göydən asım yolunu,

Vətən, var ol,

Vətən , səslə olğlunu!

O, “İnsan” şeirində dünya ilə insanı qarşı-qarşıya qoyur, göstərir ki, sevərək gəldiyin , min bir məhəbbətlə könül verdiyin dünya son anda sənə dönük çıxır, verdiyini geri alan insanlar kimi...

Bir bənddə iki qütb qarşılaşır- bütün varını insanların qarşısına süfrə kimi açan və son anda bütün verdiklərini insanın özü qarışıq geri istəyən hərdəmxəyal insanlara bənzəyən dünya...

Kimi sevdik, gördük yüklü qatardı,

Səbrimizi çaldı-çapdı apardı.

Qayğıların qaysağını qopardı .

Soyuq istək,

İsti talan olmaya,

İnsan odur, oxşamaya dünyaya,

Verdiyini geri alan olmaya...

O, ömrünün çoxunu şəhərdə yaşasa da, qəlbində bir kənd həsrəti,doğma yurd sevgisi bütün sevgilərdən öndə dayanırdı. Ona görə də 1978-ci ildə yazdığı şeirlərindən birində deyirdi:

Qardaş kürəyidi, bacı nəfəsi,

Məndən öncə uçur harayı, səsi,

Qoy böyük şəhərlər qürrələnməsin,

Hamısının atası, anası kənddir.

Səyavuş Sərxanlı təmənnasız insan idi. Ona yad baxan, onu sevməyənləri də sevməyi bacarırdı. Bu duyğuları “Sevənlər, sevməyənlər” şeirində daha gözəl ifadə edib:

Ey məni sevənlər,

ey sevməyənlər,

Sizi düşünürəm, qurbanam sizə.

Dalımca yaxşı söz, pis söz deyənlər,

Qəlbimi döşərəm qədəminizə.

Şair böyük ürəyə sahib bir insan idi. O özünə olan haqsızlığı insan düşüncəsinin kallığı kimi qəbul edirdi. İnanırdı ki, xəbis, xain insanlar da nə vaxtsa kamilləşəcək və onlar da insanlara sevgi gözü ilə baxmağı öyrənəcəklər. Şair oxucularını da bütün pislikləri unutmağa, bu əməl sahiblərini bağışlamağa çağırırdı. O,“Unut getsin” şeirində yazırdı:

Yüz yol yanıb oxşasan da sən neyə,

Nə torpağa yiyə sənsən, nə göyə,

Bəsdir, ürək, qan ağlama qəm deyə-

Unut getsin,

unut getsin hər şeyi!

Kim görübdü göz yaşından pay olsun?

Eldi gəlir, toy olsun, ya vay olsun,

Yaşa getsin , hər nə olur, qoy olsun,

Unut getsin,

unut getsin hər şeyi!
Səyavuş Sərxanlının dünyagörüşü o qədər zəngin , kamil və hərtərəfli idi ki, qarşılaşdığı pisliklərə insanların səhvi kimi yanaşırdı. Düşünürdü ki, gec-tez hər bir insan öz səhvini anlayıb, doğru yol seçməyi bacaracaq – “Allah yolu”na qayıdacaqdır!

Şair dünyaya gəlib gedən hər kəsin günün birində unudulacağını bir həyati qanun kimi qəbul edirdi. Ancaq ona da inanırdı ki, unudulmayan, insanların qəlbinə yol tapan, onları həm ağlatmağı, həm güldürməyi bacaran, sevindirə bilmək gücünə sahib olan şeirlərin altında olan imzalar da , şeirlər kimi hər an oxunacaq və heç zaman unudulmayacaq. Buna görə də “Məni sorusan olsa” şeirində yazırdı:

Məni xatırlayan,

Soruşan olsa-

Üzüm ellərədir,

Ünvanım- şeir.

Kim məni tapanda pərişan olsa ,

Özümə tutduğum divanım-şeir.

Gecikən sevginin gizli ahları

O yaslar, o toylar- düyünlər- şeir.

Dostların səhvləri öz günahlarım,

Açılan, açılmaz düyünlər – şeir.

Səyavuş Sərxanlının arzusu, əməli, qəmi, kədəri – hər nəyi varsa öz əksini şeirlərində tapıb. Özü kimi seirləri də səmimi, saf, təmiz, qəlbə yaxındır.

Mənim 1993-cü ildə çap olunan “Üyüt, ömür dəyirmanı” kitabıma Səyavuş Sərxanlı “Bütün böyük oğullar kənddə doğulur, səhərdə ölməyə gəlir” sərlövhəli ön söz yazmışdı. Ancaq mən Səyavuş Sərxanlının timsalında yəqinləşdirdim ki, kənddə doğulub şəhərə gələn oğulların hamısı bura ölməyə gəlmir, yüksək qabiliyyəti, istedadı olanlar əbədiyyətə qovuşmağa, əbədiyaşarlıq qazanmağa gəlir,eynən SƏYAVUŞ SƏRXANLI kimi.

Sərdar Zeynal

Filologiya üzrə elmlər doktoru

29 iyun 2020

Oxşar xəbərlər
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO