Məlum olduğu kimi, prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqda sazişi təsdiqləyib.
Qarşıqlıqlı
olaraq vizanın aradan qaldırılması Azərbaycan-Türkiyə münasibətlərinə nə vəd
edir? Bu, iki dövlət arasındaklı münasibətlərin daha da inkişafına təkan verəcəkmi?
Moderator.az-a açıqlama
verən “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı, bu addımı
alqışaldığını bildirdi:
“Viza məsələsi həm bizim, həm də Türkiyədəki
qardaşlarımız üçün çox ciddi bir problemə çevrilmişdi. Biz həmişə Türkiyədə
olanda bu iradı eşidirdik. Türkiydəki konfranslarda bu ölkədəki ziyalılar dəfələrlə
bizə yaxınlaşıb soruşurdular ki, niyə Azərbaycan vizanı götürmür? Bu gün ölkə
başçısı bu sazişi təsdiqləməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı
istiqamətində atılan çox mühüm bir addımdır. Bunun üçün ölkə başçımıza minnətdarıq.
Təşəkkür edirik ki, belə bir addım atıldı.
Azərbaycan və Türkiyə bir
millət iki dövlətdir. Bir millət iki dövlət olmağın gərəyi məhz bu idi. Bu
addım iki dövlət arasındakı münasibətləriə çox müsbət təsir göstərəcək. Onsuz da
iki dövlət arasında münasibətlər, təməl daşları çox sağlam idi. Bizi ortaq
tariximiz, ortaq dəyərlərimiz və maraqlarımız birləşdirir. Qarabağ da ,
qondarma “erməni soyqırımı” yalanı da bizim ortaq məsələlərimizdir. Ölkə
başçısının bu sazişi təsdiqləməsi bu münasibətlərin daha da inkişafına təkan
verəcək”.
Seymur ƏLİYEV