Son vaxtlar ölkəmizin bəzi reginonlarında ciddi su probleminin yaşanması müşahidə edilir.
Hansı ki, bu, əlaqədar
qurumlar tərəfindən Kür çayında suyun səviyyəsainin azalması, çayın qismən
quruması ilə əlaqələndirilir.
Maraqlıdır, məsələnin həlli
istiqamətində lazımi addımlar atılmazsa, bu, gələcəkdə daha ciddi problemlərin
meydana çıxmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama
verən ekoloq Telman Zeynalov mövcud probleminin səbəbinin Mingəçevir su anbarı
ilə əlaqədar ola biləcəyini qeyd edib:
“Hazırda Kürün Xəzərə
tökülən məcrasında su qıtlığı yaranıbsa, su çəkilibsə, o zaman bunun səbəbini
ilk növbədə yağıntıların azalmasında və Mingəçevir su anbarında axtarmaq lazımdır. Bildiyiniz kimi, Mingəçevir su anbarı ilk növbədə respublikanı elektrik enerjisi ilə təmin edir. Ola bilsin ki, onlar Kür
çayına suyu normadan az buraxıblar. Buxarlama çox gedir. Yağıntı yoxdur. Ola
bilsin ki, bu səbəbdən də Kürdə su azalır. Ona görə də bu, Mingəçevir su anbarından
asılıdır”.
Seymur ƏLİYEV