"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Oxunub: 19041
02 Jul 2020 | 20:40
Ötən il tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 
Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.

"Surət Hüseynovu Rəhim Qazıyev və Nemət Pənahov müşayiət edirdilər..."

“...Bu hadisələr zamanı yumorlu hadisələr də az olmamışdı. Dövlət katibi Əli Kərimli, Xarici İşlər naziri Tofiq Qasımov və Prezidentin Mətbuat katibi Arif Əliyev mətbuat konfransına oxşar tədbirdə yığışmışdılar ki, fürsətdən istifadə edib Elçibəy qayıdana qədər öz fəaliyyətlərini dayandırdıqlarını elan etsinlər. 

“Gəncə hadisələri Azərbaycanda qanunun hökmranlığının sonu deməkdir”, - Əli Kərimli belə dedi – Hakimiyyət indi siyasi partiyaların yaradılması gücünə yox, silahlı dəstələrin yaradılması gücünə əldə edilir...”

Bu o qədər aşkar həqiqət idi ki, hər hansı bir sualın verilməsi mənasız olacaqdı. Heç bir sual verilmədikdə otağın arxa hissəsində bir nəfər ayağa durdu və bizim hamımıza məlumat verdi ki, biz qanunsuz keçirilən mətbuat konfransında iştirak edirik. Və yaxşı olar ki, o, bizi buradan bayıra atmaq üçün mühafizəçiləri çağırmamış özümüz yubanmadan Prezident binasını tərk edək...

“Sən kimsən?”- deyə Kərimli zəhmlə soruşdu.

“Dövlət Təhlükəsizlik Komitəsinin yeni təyin olunmuş sədr müavini, bildiniz kiməm?..”- dedi. 

“Mən Dövlət katibiyəm” - Əli cavab verdi, – qorxmuram”.

DTK-nın adamı mırıldandı:

“Siz bir saat bundan qabaq vəzifənizdən azad olunmusunuz, odur ki, buranı tərk edin!..”

Beləliklə,  Dövlət katibi, Xarici İşlər naziri  və Prezidentin Mətbuat katibi  saymazcasına, heç olmasa, “zəhmət də olsa, şələ-şülənizi yığışdırın” xəbərdarlığı da edilmədən küçəyə atıldığı zaman  mən pilləkanlarla üzüyuxarı şütüdüm – Vəfa Quluzadənin bugünkü hadisələr barədə nə düşündüyünü bilmək istəyirdim. Və onu Məhəmməd Əmin Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevə oxşar başqa birisini asan yerdə tutdum.  Vəfa sıxıla-sıxıla gülümsədi və çiyinlərini çəkdi...

*** 

Amma bu arada, həm televiziya ilə, həm də mətbuatda Surət Hüseynov haqda gedən və gündən-günə böyüməkdə olan “Bu, sənin həyatındır”  “psixoloji terapiya serialı” heç də gülüş doğurmurdu. Əliyevlə Hüseynov arasında dərin qarşılıqlı hörmətdən danışmaqla bərabər, məlumatların çoxunda “müharibə allahının” həyatının və bəzi dövrlərinin sual doğuran  təfərrüatları barədə heç nə deyilmirdi...

Əlbəttə, Azərbaycanda ən yeni və ən çox rezonansa səbəb olmuş şəxsiyyət kimi, gəncliyinə, dövlətinə gündən-günə açıq-aşkar artan ambisiyasına və arxasında dayanan ordusuna( və hətta onun Seyid, başqa sözlə, Məhəmməd Peyğəmbərin törəməsi olması barədə gəzən  şübhəli söz-söhbətlərə) görə çoxları maraqlanmağa başlamışdı ki,  görəsən, Surət və Əbülfəz və ya hətta Əliyev və Elçibəy və ya Surət Hüseynov və Heydər Əliyev də daxil olmaqla onun əleyhinə olan hər kimsə arasında həqiqi münasibətlər nədən ibarətdir...

Hadisələr əslində belə cərəyan edirdi.  Lakin mən o zaman iki adam arasındakı “gərginliyə” həsr olunmuş bütün məlumatları əsas məsələdən, yəni Azərbaycanda demokratiyanın ayaqyoluna atılmasından diqqəti yayındırmaq üçün düşünülmüş dolama oyunun, sadəcə, bir hissəsi kimi qiymətləndirirdim...
1993-cü ilin yayında Azərbaycandakı saysız-hesabsız siyasi ləyaqətsizliklər və dərəbəyliklər sırasında diqqəti cəlb edəcək bir məqam vardısa,  o da Surət Hüseynovun  Baş nazir seçildiyi iyunun  30-u idi. Heydər Əliyev tərəfindən səsə qoyulmuş və onun parlamentdəki adamları tərəfindən səs toplamış Surətin hökumətin başına yüksəlməsi demokratik plüralizm, vətəndaş cəmiyyəti və Azərbaycanda siyasi problemlərin həlli üçün kobudluq və zorakılıqdan qeyri daha nələr vardısa, onların hamısının təkzib edilməsi demək idi. Bu, gerçəkdən rüsvayçılıq günü idi...

Yaxşı yadımdadır. İkinci mərtəbənin foyesindəki jurnalistlərə qoşulmaqdansa,  mən özümü aşağı zaldakı deputat və müşahidəçilərin arasına salmağa müəssər oldum. Məlum məsələdir ki,  böyük bir hadisə gözlənilirdi.  Lakin bunun nə olduğu barədə heç kim dəqiq söz demirdi.  Elçibəyi kənarlaşdırdığına görə alacağı mükafat üstündə  Surətlə Heydər Əliyev arasında gedən “ağır sövdələşmələr” barəsində müəmmalı  söz-söhbətlərdən başqa...
 
Bir azdan qapılar açıldı və Heydər Əliyev gurultulu alqışlar altında böyük addımlarla tribunaya tərəf getdi. Hər şey adəti üzrə idi. Lakin bunun ardınca başqa qapı açıldı və böyük dəbdəbə ilə cangüdənlər və silahlılar dəstəsi  içəri girdi.  Bu yalnız bir adam üçün ola bilərdi: Surət Hüseynov üçün. Əlbəttə ki, bir an sonra cavan “müharibə allahı” ürəkbulandıran və zəhlətökən alqışlar altında zala daxil oldu. Onu Rəhim Qazıyev və Nemət Pənahov müşayiət edirdilər. Adbaad səsvermə keçirildi və parlamentin sədri və Prezidentin səlahiyyətlərini icra edən Heydər Əliyev danışmağa başladı:

“...Respublikada vəziyyət acınacaqlıdır. Cəbhədə erməni düşmənlərimizlə döyüşlərdə verilən itkilərə əlavə olaraq silahlı elementlər ölkədə sabitliyi pozmağı planlaşdırıblar.  Təsdiq olunmamış məlumatlara görə, Prezident Elçibəyin paytaxtdan qaçdığı gün hərbi sursat anbarından 18 min avtomat silah yoxa çıxmışdır.  Xalqın üzləşdiyi o əsas problem də həllini gözləyir. Prezident qaçmışdır və ölkəyə rəhbər lazımdır...

Bu vəziyyətlə əlaqədar olaraq mən Azərbaycan Respublikası Parlamentinin sədri kimi bu çətin, dar gündə ölkəni idarə edəcək  rəhbər arzulayan xalqın istəyini həyata keçirirəm. Mən çox şadam, sizə elan edim ki,  mən belə rəhbər tapmışam. Döyüşlərdə qazandığı böyük nailiyyətləri və iqtisadiyyat sahəsindəki müstəsna bacarığını layiqincə qiymətləndirərək  mən xalqımızın Baş naziri vəzifəsinə Ali Sovetin deputatı, Milli Qəhrəman,  polkovnik Surət Hüseynovun namizədliyini irəli sürürərəm!..”

Qulaqbatırıcı alqışlar ikrah hissi doğururdu. Deputatlar ayaq üstdə dayanıb əl çalırdılar. Namizəd isə o qədər etinasız, sərt görünürdü ki,  narkotik maddənin təsiri altında olan adam təəssüratı bağışlayırdı. O, kürsüyə qalxdı.  Alqışlar kəsildikdən sonra o, rəsmi surətdə seçilməkdən qabaq nə düşündüyü barədə məlumat vermək üçün deputatların qarşısında  hazır dayandı...

Desəm ki, onu heç bir problemlə əlaqədar sorğu-suala tutmadılar, düzgün olmazdı. Suallar xala-xətrin qalmasın və mənasız idi. Namizədin ən uzun cavabı onun maraqlı tərəf kimi parlamentin  gözlənilən hesabatında Elçibəyin Gəncə hadisələrindəki məsuliyyətinə dair münasibəti idi...

“Hesabatdan xəbərim var” –Surət fınxırdı – O, günahkardır. Hökumətə qarşı tərətdiyi cinayətə görə o, məsuliyyətə cəlb olunmalıdır”.

Maraq göstərib dinləyənlər üçün bu,  çox məzəli bəyanat idi. Hadisələrə dair hesabatın müzakirəsi tam qurtarmamış, mətbuatda dərc olunmamış Surət Hüseynov nəinki onun nədən ibarət olduğunu bəyan edirdi, hətta dövlət çevrilişi cəhdinə görə Prezidentin  özünün dövlət xaini olmasında təkid edirdi. Bunları o, tələb olunan hüquqi normalar, məhbusun məhkəməyə gətirilməsi üçün sərəncam və bütün bu kimi başqa lənətə gəlmiş prosedurlardan əvvəl dedi və heç kimində onun söylədiklərinin mahiyyətin, yaxud nüansların məğzinə varmadığı  çətin ki, kimisə təəccübləndirmiş olardı. Eyni zamanda Heydər Əliyevin Baş nazir vəzifəsinə namizədinin bir neçə dəqiqə ərzində seçilməsi də təəccüb doğurmadı. Səsvermənin nəticələrini göstərən rəqəmlər Heydər Əliyevin arxasındakı iki böyük ekranda yayımlandığı üçün zalı yenidən gurultulu alqışlar bürüdü. Deputatlar  və müşahidəçilər ayaqüstə  dayanaraq coşğunluqla əl çalırdılar. Sonra isə Heydər Əliyev əlini qaldıraraq sakit olmağı xahiş etdi və dedi: 

“Mən fürsətdən istifadə edib Surəti Baş nazir kimi mühüm vəzifəyə seçilməyi münasibətilə təbrik edirəm. Və xalqın seçiminə etimadımı bildirərək  bəyan etmək istəyirəm ki,  milli iqtisadiyyatın inkişafı işində ağır problemlərlə üzləşəcəyini nəzərə alaraq mən ona hər iki nazirliyin – onun döyüşçü qəhrəmanlığına ehtiyacları olan formada olan həm Müdafiə, həm də Daxili İşlər Nazirliyinin işini həvalə edirəm...”

Baş nazir, Müdafiə naziri və Daxili İşlər naziri – hamısı  bir güllə ilə. “Yun  taciri” üçün bu an yəqin ki,  həyatının ən gözəl anı idi. Lakin mən daha nə isə də gördüm...

Ola bilsin ki, Naxçıvanlı ulu demokrat kimi yenidən doğulmuşdu, lakin o hələ də rəqiblərinə güzəştə getmirdi:  Surətə elə indicə uzun və yağlı kəndir verilmişdi – özünü asmaq üçün.  Hökuməti devirməklə qorxudaraq onlara qarşı müqavimətin belə göstərilməməsinə müvəffəq olan onun qalib qiyamçı dəstələrinin qazandığı yalnız bir şey oldu – onlar geriyə, keçmiş SSRİ məkanında ən qəddar  və fanatikcəsində döyüşən qüvvələrlə -  Dağlıq Qarabağın erməniləri ilə savaşa göndərildilər...
 
Qeyd:
Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.

Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun  “Azərbaycan gündəliyi”  kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla  keçirilmişdir...

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 14:04
Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 14:50
Qüdrət Həsənquliyevin partiyası adını dəyişir - Ədliyyə Nazirliyinə müraciət ünvanlandı
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 14:04
Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 14:50
Qüdrət Həsənquliyevin partiyası adını dəyişir - Ədliyyə Nazirliyinə müraciət ünvanlandı
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO