Xəbər verdiyimiz kimi, DTX XİN-də əməliyyat keçirir. Hələlik əməliyyatın detalları bəlli olmasa da, bunun bəzi vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı olduğu məlumdur.
Bəs DTX-nın diplomatlar
arasında apardığı “təmizləmə əməliyyatı” XİN-nin bundan sonrakı fəaliyyətinə
necə təsir edəcək? Üzərində Qarabağ problemi boyda yükü olan bir nazirlikdəki
qanunsuzluqların DTX-nın əli ilə ortadan qaldırılması, XİN-nin bu problemə daha
çox köklənməsinə gətirib çıxar bilərmi?
Moderator.az-a açıqlama
verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev DTX-nın əməliyyatını
alqışladığını bildirdi:
“DTX-nın XİN-də həyata
keçridiyi əməliyyat təqdirəlayiqdir. Məsələ bundadır ki, bu günə qədər XİN-lə
bağlı müxtəlif narazılıqlar mövcud idi. Bu narazılıqlar arasında xaricdəki səfirliklərimiz,
onların fəaliyyəti, bəzi səfirlərin biznes fəaliyyəti ilə məşğul olması ilə
bağlı iddialar yer alırdı. Təəssüflər olsun ki, XİN-də təcrübəli diplomatlar
olsa da, xaricdəki səfirliklərə bu cür təcrübəli diplomatlar göndərilmir. Onların
çoxu gənc, təcrübəsiz, kimlərinsə qohumu, tanış-bilişi olan şəxslərdir.
Diplomatiya uşaq-muşağı, təcrübəsiz adamları sevmir. Diplomatiya ağıllı, təcrübəli
adamları sevir. Sovet dönəminin yetişdirməsi olan diplomatlar var ki, onların
xaricdəki səfirliklərə təyin edilməsi milli maraqlarımızın daha effektiv müdafiə
edilməsini təmin edər. XİN-də müavinlər arasında da savadlı mütəxəssislər var. Lakin
təəssüflər olsun ki, problemlər də az deyil. Bu səbəbdən də XİN hücum
diplomatiyası ortaya qoya bilmir.
Allah DTX-nın köməyi
olsun. Bəlkə bundan sonra XİN hərəkətə keçə, bəzi məmrular şəxsi maraqlarını
bir kənara qoyub milli maraqlara köklənələr”.
Seymur ƏLİYEV