“Semaşko”nun həkimi Hicran Mustafayeva: \r\n “Mən cəhənnəmi yerdə gördüm”
Oxunub: 1679
03 Jul 2020 | 15:27
“Semaşko”nun həkimi Hicran Mustafayeva: \r\n “Mən cəhənnəmi yerdə gördüm”
Azərbaycan həkimləri sağlamlıqlarını təhlükəyə atmaqla koronavirusa qarşı fədakar mübarizəni davam etdirirlər. Onlardan biri də 25 ildir 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) mamalıq və ginekologiya şöbəsində anestezioloq-reanimatoloq kimi çalışan Hicran Mustafayevadır. Pandemiyanın başlaması ilə həkim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna və “Semaşko” infeksiya şöbəsinə göndərilib. 1 saylı Kliniki Tibbi Mərkəz iyunun 18-də pandemiya xəstəxanası elan edildikdən sonra H.Mustafayeva öz şöbəsinə qayıdıb. Buradakı xəstələr və zahı qadınlar başqa xəstəxanalara göndərilib. İndi bu binada yalnız COVID-19 xəstələri müalicə olunur.

Media.Az-a müsahibəsində Hicran Mustafayevanın bildirdiyinə görə, bu gün vəziyyət o yerə çatıb ki, hətta ginekoloqlar işə qoşulub və koronavirus xəstələrinin müalicəsinə kömək etməyə başlayıb.

 

Xəstələr

H.Mustafayeva söyləyib ki, son vaxtlara qədər işlədiyi korpus hələ də boş yerlərin qaldığı yeganə şöbə idi. Lakin bir neçə gündür ki, korpus COVİD-19 xəstələri ilə dolub. Mamalıq və ginekologiya şöbəsində hazırda koronavirusa yoluxmuş 68 nəfər yerləşdirilib, onlardan 14-ü reanimasiyadadır. Xəstələrin heç biri ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmayıb.

“Məsələ burasındadır ki, biz son ana qədər xəstənin traxeyasını intubasiya etməməyə (süni tənəffüs aparatına qoşmamağa – red.) çalışırıq. Yalnız həyati təhlükə olduqda bunu edirik. Mümkün olduğu qədər xəstələr özləri nəfəs almalı, ağciyərlərini məşq etdirməlidirlər, çünki süni tənəffüs aparatına qoşulduqda ağciyər əzələləri işləmir, öz funksiyalarını itirir və digər orqanlar da zərər görür. Süni tənəffüs aparatından çıxmaq çox çətin olur. Dünya təcrübəsinə əsasən, intubasiya olunmuş xəstələrin yalnız kiçik hissəsi özünə gəlir. Xəstələrin, demək olar ki, hamısı Bobrov aparatına bağlı oksigen maskaları ilə nəfəs alırlar. Ağciyərləri nəmləndirilmiş oksigenlə zənginləşdirərək, onlar koronavirus infeksiyasının müalicəsində çox kömək edir və yüngül səviyyədə ağciyər çatışmazlığını müalicə etmək üçün qeyri-invaziv üsuldur.

Reanimasiyada xəstəxanaya kritik vəziyyətdə – norma 100 faiz götürüldükdə 60-65 faiz saturasiya (qanda oksigenin miqdarı - red.), nəfəs darlığı, boğulma və yüksək temperaturla çatdırılan xəstələr var. Adi palatalarda olanlar 80% saturasiya ilə daxil olublar. Ancaq hamısı oksigen maskaları ilə təmin olunur. Daha ağır xəstələr vəziyyətlərinə nəzarəti asanlaşdırmaq üçün digərlərindən ayrı yerləşdirilir.

Bizdə həmçinin ağciyərlərin süni ventilyasiya funksiyasını yerinə yetirən SİPAP cihazlarımız da var. Bu, müəyyən təzyiq altında sabit hava axınını tənəffüs yollarına elastik boru və hermetik burun maskası ilə çatdıran kiçik kompressordur. Biz SİPAP-dan xəstənin intubasiyasından əvvəlki son şans kimi istifadə edirik.

Bu yaxınlarda bizə kritik göstərici sayılan 45 faiz saturasiya ilə 53 yaşlı kişi gətirildi. Protokola görə, onun intubasiya edilməsi lazım idi, amma biz risk etməyə qərar verdik və SİPAP rejiminə müraciət etdik. Xəstəni ağır vəziyyətdən çıxara bildik. Bu gün onun saturasiya səviyyəsi 80%-dir. Gözləri yaşlı adam əli ilə bizə necə minnətdar olduğunu göstərdi. Bu, çox dəyərlidir! Bu insanın tamamilə sağlam həyat tərzi keçirdiyini və xroniki xəstəliklərdən əziyyət çəkmədiyini qeyd etmək vacibdir”, - deyə, H.Mustafayeva bildirib.

Onun müşahidələrinə əsasən, xüsusilə 65 yaşdan yuxarı kişilər, ümumiyyətlə, qadınlarla müqayisədə koronavirusu daha ağır keçirirlər. Pandemiya xəstəxanalarındakı xəstələrin əksəriyyəti məhz kişilərdir.

“Digər xəstəxanalardakı həmkarlarımız təsdiqləyirlər ki, süni tənəffüs cihazına qoşulanların böyük əksəriyyəti kişilərdir. 50 yaşa qədər qadınlar xəstəliyi nisbətən yüngül keçirirlər. Yaşla, xroniki xəstəliklər və zəif immunitetlə əlaqədar xəstəliyin ağır şəkildə keçmə riski əhəmiyyətli dərəcədə artır”, - deyə, həkim vurğulayıb.

H.Mustafayeva xəstəxananın antivirus və antibakterial dərmanlarla, həmçinin antikoaqulyantlar və vitaminlərlə tam təmin olunduğunu da qeyd edib.

İş şəraiti

Anestezioloq-reanimatoloqlar gərgin şəraitdə işləyirlər - səkkiz saatlıq növbə səkkiz saatlıq yuxu fasiləsi ilə əvəzlənir. Hicran Mustafayeva növbəsini iki reanimatoloq - Samirə İsmayılova və Sevinc Bektaşi ilə bölüşür.

Bir qayda olaraq, xüsusi rejimli xəstəxanaların həkimləri doğmalarını və yaxınlarını təhlükəyə atmamaq üçün karantin hotellərində qalırlar. Hicran Mustafayeva xəstəxanaya yaxın yaşadığı, şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyi və tək yaşadığı üçün evində gecələyir. Dediyinə görə, növbətçilik ona həm fiziki, həm də mənəvi cəhətdən ağırdır.

“Qoruyucu sellofan kostyum-skafandrlarda işləmək, sadəcə, dözülməzdir. Çox tərləyirik. Növbənin sonunda onları çıxararkən tərdən islanaraq, kondisionerlərin təsiri altında və ya küçədə soyuqlamaqdan qorxuruq. Bəlkə də, buna görə səsim batmışdı. Kostyumlar birdəfəlikdir, növbə üçün verilir. Növbədə nəsə yeyib-içməyə belə vaxtımız yoxdur.

Ancaq ən çətin şey bütün bunlara psixoloji cəhətdən tab gətirməkdir. Yadımdadır, gecə işdən qayıdarkən məni postda saxladılar. Polis həkim olduğumu bilən kimi salam verdi və işimizə görə təşəkkür etdi. O an göz yaşlarım axdı. Əsəblərim artıq son həddədir... Hərçənd, özümü heç vaxt zəif insan hesab etmirdim. İndi əminliklə deyə bilərəm ki, cəhənnəmi yerdə gördüm...

Tez-tez boğulmaqdan və ölməkdən qorxan xəstələri sakitləşdirmək məcburiyyətində qalırıq. Bəzən təşviş üçün xüsusi səbəb olmadan həkimləri çağırırlar, bizi daha ağır xəstələrdən yayındırırlar. Onlarla danışmaq, izah etmək lazım gəlir. Onları günahlandırmıram, xəstəliyin əsəb pozğunluğuna və qorxuya səbəb olduğunu başa düşürəm. Onlar bizə tərləmiş ikiqat şüşədən baxırlar, qarşısında hansı həkimin olduğunu anlamır, bir baxışı tutmağa çalışırlar... Üstəlik, daim gərgin vəziyyətdəyik, özümüz də yoluxub-yoluxmayacağımızı bilmirik”, - deyə, H.Mustafayeva bildirib.

Həkim koronavirus üçün iki testdən keçdikdən və mənfi cavab aldıqdan sonra iki həftəlik istirahətə gedə biləcəyini söyləyib. Ancaq vaxtından əvvəl geri çağırılmaq ehtimalını da istisna etməyib. Səhiyyə işçilərinin üzləşdikləri risklərdən danışan H.Mustafayeva iyun ayının əvvəllərində bir çox həkimin yoluxduğunu qeyd edib. Onların arasında qoruyucu kostyumlarda işləməyə dözə bilməyərək geyimlərini çıxaranlar da olub. Bir çoxları artıq sağalıb və işinin başına qayıdıb.

“Məlumdur ki, yaxşı qidalanma, bütün infeksiyalar kimi, koronavirusun da profilaktik tədbirlərinə aiddir. Axı, insanın immuniteti birbaşa qidalanmadan asılıdır. Bunu bilən xüsusi rejimli xəstəxana həkimləri imkan daxilində həmin qaydaya riayət etməyə çalışırlar və növbə arasında əlavə olaraq C vitamini qəbul edirlər və bal yeyirlər”, - deyə, həkim bildirib.

 

İnanmayanlar üçün

İnsanların nəyə görə koronavirusa inanmadığını soruşduqda isə H.Mustafayeva cavab verib ki, inanmayanlar yekunda özlərini pandemiya xəstəxanalarında görürlər. O qeyd edib ki, xəstələrin arasında səhvlərini etiraf edənlər çoxdur. Onun fikrincə, bütün qəbahət maska ​​taxmaq, sosial məsafəni saxlamaq və əl gigiyenası kimi elementar profilaktik tədbirlərə əməl olunmamasındadır.

“Anlayın, koronavirus bu qədər sürətlə yayılır... Yoluxmaq üçün pandemiya xəstəxanasında işləmək lazım deyil, onu supermarketdə də asanlıqla tutmaq olar. Reanimatoloq olduğumu bilən tanışlarım tez-tez yoxlanmaq üçün zəng edirlər. Bəzən biri ilə danışıram və bir neçə gündən sonra onun ağır vəziyyətdə pandemiya xəstəxanasında olduğunu öyrənirəm. Bu, çox qorxuludur!”, - H.Mustafayeva bildirib.

Sonda həkim oxucularımıza simptomlar olmadıqda ağciyərlərin kompüter tomoqrafiyasından keçməməyi tövsiyə edib.

“Bir çoxu özünü sakitləşdirmək xatirinə yoxlamaya yazılır. Axı radiasiya ilə yanaşı, klinikalarda digər xəstələrdən də koronavirusa yoluxmaq mümkündür”, - deyə, Hicran Mustafayeva sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI