Son illər ölkəmizdə qeyri-neft sektorunun inkiaşfı istiqamətində ciddi addımların atıldığı birmənalıdır. Bu addımalrdan biri də Sumqayıtda günəş panelləri istehsal edən “Azgüntex” zavodunun inşasıdır ki, yaxın gələcəkdə bu zavodun istehsal etdiyi məhsulların xarici bazara çıxarılması nəzərdə tutulur.
Regionlarda bu cür sənaye
müəssisələrinin inşası həm regionların inkişafı, həm də qeyri-neft məhsullarının
ixracı baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama
verən millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Sumqayıtın qeyri-neft məhsullarının
ixracı baxımından ciddi potensialı formalaşıb. Sumqayıtda yaradılan istehsalat
müəssisələri hesabına bəzi məhsullarla bağlı həm daxili tələbat ödənilir, həm də
ixracat reallaşır. SOCAR Suqmayıtda qurduğu yeni zavodlar vasitəsi ilə
qeyri-neft məhsulları üzrə ixrac imkanlarını artırıb. Sumqayıtın sənaye şəhəri
olduğunu da nəzərə alsaq, deməliyik ki, onun qeyri-neft məhsullarının ixracı baxımından
potensialı böyükdür.
Baş verənlər qeyri-neft məhsulları
ixracatının strukturunun keyfiyyətcə dəyişdirilməsi baxımından da vacibdir.
Ixracatda sənaye məhsullarının
artıtılması həm də qeyri-neft məhsulları ixracının dayanıqlılığının təmin edilməsi
baxımından əhəmiyyətlidir. Azərbaycan 2019-cu ildə qeyri-neft məhsullarının
ixracatı 2 milyard dollara yaxın olub. 2015-ci ildən sonra qeyri-neft məhsullarının
ixracının həcmində iki dəfə artım qeydə alınıb.
Bir tərəfdən qeyri-neft
ixracatının strukturunun təkmilləşdirilməsi, yəni yalnız aqrar deyil, həm də sənaye
məhsullarının ixracının genişləndirlməsi vacibdir. Yeni qurulan müəssisələrin əsas
funksiyalarından biri də yalnız yerli tələbatı ödəmək deyil, həm də ixrac imkanlarını
genişləndirməkdir.
Bu, ixracın
coğrafiyasının dəyişdirilməsi baxımındna da önəmldiir. Azərbaycadna qeyri-neft
məhsullarını ixracının 60%-i iki ökənin – Rusiya və Türkiyənin payına düşür. Məhsullarımızın
yeni bazarlara çıxışının təmin olunması olduqca vacibdir. Xüsusilə də Avropa
Birliyi ölkələrinin bazarlarına çıxmaq vacibdir. Sənaye məhsullarımızın
istehsalının genişlənməsi Azərbaycana mərhələli şəkildə yeni bazarlara çıxmaq
imkanı verir”.
Seymur ƏLİYEV