\"Nə qәdәr vicdansız olаsаn ki, bu qәdәr hәyаtı tәcrübә ilә, sеvgi ilə yаşаyаn аdаmı...\"
Oxunub: 6264
04 Jul 2020 | 16:44
\
Moderator.az saytının müsahibi şair Məmməd İsmayıldır.

- Şair, ovqatınız necədir?

- Təşəkkür edirəm, şükür, yaxşıyam. Yaxşı deyək ki, yaxşı olaq. Burda  pandemiya başlananda və 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan ediləndə əvvəl-əvvəl bir az sıxıntılar oldu. Amma zamanla hər şey yoluna düşdü. İnsan Allahın elə bir varlığıdır ki, hər qaba uyğunlaşan su kimi hər şəraitə uyğunlaşır. Həm də uzun ömür sürüb həyatın hər cür çətinliklərini görən birisi üçün belə hadisələr elə də gözlənilməz və cansıxıcı olmur. Kim ömründə bir dəfə həqiqətə vardısa, sonrası asan olur. 

- Türkiyədən boylananda vətən çox uzaq görünür, yoxsa türk eli qürbət olmaz?

- Yox, elə də uzaq görünmür. Həm də haçansa “Bircə ana - vətənmiş, yerdə qalanı qürbət” yazan bir adam üçün. Sənət adamı çox zaman öz toplumunun, nə yazıq ki, ögey övladı olur. Vәtәn vә qürbәt - bir çayın  qovuşmayan iki ayrı yaxasına çevrilir. Nә yaxşı ki, ümid, inam yeri varmış, yoxsa insanın hәtta günәşin şәfәqlәrinin belә qürbәt olduğu bu qәriblәr dünyasında halı, günü necә olardı?.. 

Boşanmağa ümid varmı,
Kәdәrә kәbin olanda, 
Vәtәndә dost tapılarmı
Qürbәt zәrrәbin olanda. 

Belәcә qürbәt әynimdәki dar paltar kimi elə hey geyirәm, mәnә yaraşmır.

- Hər addımda koronavirus bəlası adamı güdür... Yaşlılar, ağsaqqallar daha ehtiyatlı olmalıdırlar. Özünüzü qoruya bilirsinizmi? 

- Atalarımızın belә bir deyimi var: Elnәn gәlәn toy-bayramdır. Yox, mәn koronavirusun toy-bayram olduğunu demirәm. Demәyim odur ki, bu nәdirsә dünyәvi bәladır. Tarix boyu belә bәlalar çox olub, sadәcә o zamanlar dünyanın bir tәrәfinin o biri tәrәfindәn xәbәri olmadığından hardasa bir tәrәfin yaşadığı qorxunu o biri tәrәf o qәdәr dә yaşamayıb. Nәzәrә alsaq ki, 2-3 ay televiziyalardan, internetdәn, qәzet sәhifəlәrindәn hәr gün eyni şey tәkrarlanır: yaşı 65-i ötənlər evdәn bayıra çıxmamalıdırlar. Sanki hәr dәfә sәnә eyni şeyi diktә eliyirlәr, bax ha, sәn ölüm namizәdisәn! Hәtta ölüm ayağında olan adama ölәcәyinin yaxın olduğunu demirlәr, o ki qalsın dimdik ayaqda olan birinә bu tәhdidlәr hәr gün tәlqin edilә. Cavabı uzatdım deyәsәn. Özünü qorumaq deyәndә... әlbәttә, qoruyuram. Amma mәn taleyә inanan adamam, hardasa alın yazımız bizdәn çoxbilmişdir, yazılana isә pozu yoxdur, olmalı olanlar mütlәq olacaq.

- Pandemiyaya səbəb olan Kovid-19 virusunun laboratoriyada hazırlandığına inanırsınız?

- Dünya Allaha-ilahi tәqdirә inananlarla şeytana inananların mücadilәsi arasına sıxışmış bir yaşam yeridir. Nә zaman ki, Allaha inananların sayı daha çox olur, o zaman dünyada haqqın hökmranlığı qalib olur, bәzәn isә... Mәn bu virusun laboratoriyalarda hazırlandığına inananlardan deyilәm, ola da bilәr, olmaya da... Amma keçib gәldiyimiz tarixi izlәdikcә belә hadisәlәrin Lüt, Eyyub peyğәmbәrin zamanında da olduğunu görürük. Mәn insanlığın sınaqdan keçirildiyi, hәtta sәbir daşının belә çatladığı bir zamanda Eyyub peyğәmbәrin әzablar içindә qıvrılsa da Allaha dualarının әskilmәdiyi vә sonunda bağışlandığı yerlәrdә olmuşam. Günah yuyulmursa yaşayır demә, yaşayıb nәsildәn nәsilә keçir. Bu hadisәlәr bizә gözәgörünmәzlәrin gözәgörünәnlәrdәn nә qәdәr güclü olduğunu göstәrdi, yәni elә gözәgörünmәzlәrin ki, çәkisi bir qram olmasa da bütöv bir dünyanı yerindәn oynada bilir, buna ilahi tәqdir dә demәyib nә deyәcәksәn?!

- Şairlər həm də ərköyün olurlar. Karantinin qadağaları sizi çox əsəbləşdirmir ki?
 
- Amma şairlәr şairliyin Tanrı görәvi vә gәlәn bәlanın da Tanri işarәti olduğunu bilirlәrsә, ərköyünlüyə yer qalmır.

Fikrim səksən hesabında dayanmışam qapına
Dardaneldən keçib gəldim, döndüm iynə sapına…
Nigahlandım qürbət adlı cəhənnəm əzabına
Səndən gələn nə zülmət var nurdu mənə, Allahım.

- Şairlər də seçilənlərdəndir, deyirlər. Şair olmaq, şair kimi doğulmaq Allahın mütləq əmri, göndərilənləri söz-söz bəyaz kağıza köçürüb cilalamaq məsuliyyətidir, yoxsa Allahın öz bəndəsinə bəxş etdiyi bir azad tale quraşdırmaq səlahiyyətidir?

- Həm odur, həm bu. Tikiləcək evin layihəsini memar hazırlayır, tikintisi ilə mühəndis məşğul olur. Bəzən mühəndisin işin icrası zamanı layihədən çıxdığı da olur. Yəni var olmaqla deyil, gərək varis də olsun. Allahdan sənin iradən dışında verilən vara-ilhama baxır sən necə varis olursan. Budur əsas məsələ.

- Sizi vətənindən küsən siyasi mühacir də adlandırırlar... 

- Bu yanlış təsəvvürdür, mən əsla vətənimdən küsmədim, küsmərəm də. Hәtta ayağıma dəyən daşıyla, anamın qərib məzarıyla və harada olursam olum ilhamımın ilk beşiyi, son məkanı olmasıyla Vətən mənim hər şeyimdir. Və hansı qayasındansa qopub qəzavü-qədərin gözlənilmәz rüzgarlarıyla qürbətə düşən bir qaya parçası kimiyəm və bu qaya parçasının vətəndə boş qalan yeri hər zaman göyür-göyür göynəyir və məni səsləyir: 

Özü heç, sözünü unutma, vәtәn, 
Hәlәlik könlünün bir yerinә yaz: 
Onu sәnin kimi atıb tәrk edәn, 
Sәni onun kimi sevәn tapılmaz...

Demәyim odur ki, mәnim siyasi mühacirliyimin tәk sәbәbi mәni mәqsәdyönlü şәkildә işsiz qoyan vә belәcә canım qәdәr sevdiyim vәtәnimi tәrk etmәyә mәcbur edәn siyasәt dәllalları oldu. O işlәri ki, mәn görә bilәrdim, mәn görmәli idim, o işlәr mәndәn sonra görülmәdi, görә bilәcәk adam olmadı, bu gün dә görülmür. Nə qәdәr vicdansız olаsаn ki, bir bu qәdәr hәyаtı tәcrübә ilә, sеvgi ilə yаşаyаn аdаmın mәcburi kökündәn çıхаrılıb kәnara atılmasına sәbәb olаsаn və onu tаmаm yеni bir yol bаşlаmаğа məcbur еdәsәn. 

Açdım bütün ümidlәri
İçindәn boş vәdә çıxdı.
Vәtәnin bütün yolları
Axırda gürbәtә çıxdı.

Аmmа nә yахşı ki, doğulduğum torpаqlardа nәsә ilişib qаlıb, özüm orda olmаsаm dа sözüm ordаn-burdаn zoğ vеrir. Gözә görünәn yaralar sarğı beziylә sarınır, görünmәyәn yaralar isә zaman vә mәsafәlәrlә.

- Türkiyədə yaşayan azərbaycanlı ziyalılarla əlaqəniz varmı?

- Var, әlbәttә. Yoxsa qürbәt çәkilmәz olardı. Burada adlar çәkib mәtlәbi uzatmaq istәmәzdim. Bu әlaqәlәr bir udum vәtәn havası kimi әvәzolunmazdır.

- Şeirlərinizdə qəriblik havası sezilsə də, toxtaq görünürsünüz. Bütün bunlar başınıza gələnləri uca Tanrının alın yazısı sandığınıza görədirmi? 

- “Tanrı bilәr” şeirində deyirəm: 

Şirinliyi hardan alır
bal nә bilsin
Sora bilsәn, 
Gedib soruş,
arı bilәr.
Axşam harda yatdığını
sәn bilirsәn
Sabah harda oyanarsan 
Tanrı bilәr.

Anadan vәtәnә uzanmır, bәlkә qürbәtә uzanır alın yazımız, yazmışdım bir zamanlar. İnsanın görәvi istәsә dә, istәmәsә dә alın yazısının әmrini yerinә yetirmәsidir. Yol boyu bәzi redaktәlәr ola bilәr әlbәttә… Alov odundan öz xoşunamı çıxır? Alov ol odundan çıx, görüm necә çıxırsan: bu, ömürlük әzab istәyәn bir işdir...

- Görən dünyada darıxmayan yaxşı adam var? 

- Yәqin ki, yoxdur. Çünki Adәmdәn bәri hәr insanın cәnnәtdәn qovulmuşluq nisgili var, insanın qovulduğu xәyali cәnnәt üçün darıxması genetik yaddaşından gәlәn bir duyğudur.

- Yaşadığınız yerlərdə sizə doğma kəndinizi – Əsrik Cırdaxanı xatırladan nəsə varmı?

- Türklər tarix boyu çıxdığı yerlərin adlarını qonduğu yerlərə veriblər. Türkiyədə də Əsrik, Azaflı kəndləri var və bu kəndlər Azərbaycanda olduğu kimi bir-birinə qonşudur. Hətta Ərciş mahalında Əsrik yaylası belə var. Әrcişli Aşıq Әmrahın: “Әsrik yaylasına yar sәfa gәldin” misrasının da yer aldığı ünlü qoşması tez-tez yadıma düşür. Hәtta belә bir deyim dә var: İnsanın әsas vәtәni sәnә bәnzәr insanlarla sıx-sıx görüşә bildiyiniz yerdir... Amma yox, Tovuzun Әsriyinin - ana vətəninin həzzi bir başqadır.

- “Kaş Məmməd İsmayıl Azərbaycandan getməyəydi” deyən dostlarınız çoxdurmu? 

- Olmamış olmaz hər halda. Amma “dostlarımdan” bәzilәrindən başlanğıcda zarafata salıb yaxşı ki, getdin, bizə də meydan açıldı deyənləri də oldu. Bir zamankı dostlarımın çoxu dünyasını dəyişib və bu sualı, qalıbsa əgər, o “dostlara” versən yaxşı olardı. Əgər Azərbaycanda qalsam və vəzifə pillələri ilə ucalsaydım qürbətə getmək məcburiyyətində qalandan sonra mənə münasibətini yüz səksən dərəcə dəyişən “dostlarımın” iç üzünü bilə bilməyәcәkdim. Amma sona qәdәr etibarlı qalan dostlarım da yox deyildi. Onlardan biri dә, torpağı sanı yaşayasan, atan Ağa Laçınlı idi. Tam 15 il әvvәl Çanaqqalada mәni axtarıb tapmayan dostum 223 nömrәli iş otağımın qapalı qapısı önündәki düşüncәlәrini dilə gәtirәn misralarıyla dostluğun nә böyük nemәt olduğunu gözlәr önünә sәrir... 

Budur, yalqızlığım belimi əyib,
Qardaşı görməmiş mən necə gedim?
Gözümün yaşını açar eləyib
Bu bağlı odana girmək istədim.
Açılır qarşında ürək bükməsi,
Evində olmayan sürgündü, sürgün.
Pislərin qanandan qorxub-ürkməsi
Perik düşənləri çoxaldır hər gün.
Qardaş, qadan alım, darıxma burda,
Hələ xalqımız da fağırlıq edir.
Saymazlar əlində qalan bir yurda
Sanballı adamlar ağırlıq edir.
Düzgün düzlərdədi, şeytan göylərdə,
Çoxunun çoxundan çoxdu acımız.
Şerə dad gətirən bu göynəmlər də
Alın yazımızdı, alın yazımız...

Әlavә şәrhә ehtiyac varmı, bilmirәm...

- Ustad şair, ağsaqqal şair Məmməd İsmayılın yaradıcılığının kamil çağı hansı dövrlərə təsadüf edir? 

- Dağdan çıxan bulaqların başında çay olub dənizə qovuşmaq sevdası olur, bulaq yox, heç hər çay da dənizə qovuşa bilmir: İtirir adını dənizdə çaylar, Xəzərə çatdımı Kür Xəzər olur.

Gәldiyin kimi dә getmәk gözәldi
Bәdәndәn sıyrılıb ruh olmaq gözәl.
Dәnizә qarışıb itmәk gözәldi,
Tanrıya qovuşub yox olmaq gözәl.

Sözün doğrusu, bu uzun ömrümün müxtәlif mәrhәlәlәrini bir-birindәn fәrqlәndirmәk istәmәzdim. Amma yenә dә son 24 illik qürbәt hәyatımı vurğulamaq istәyirәm. Çünki әvvәlki mәrhәlәlәrdә mәn şairliklә birlikdә başqa iş dә görmәk mәcburiyyәtindә idim. Misal üçün, etiraf edilib-edilmәmәsindәn asılı olmayaraq (Aksiomanın etirafa ehtiyacı yoxdur!) günümüzün demokratik mәtbuatının tәmәlini atan “Gәnclik”-“Molodost” jurnallarının yaradıcısı vә baş redaktoru olduğum 1987-1992-ci illәr arasında işdәn vaxt ayırıb demәk olar ki, bir misra da yazmamışdım.

(Ardı var)

Oqtay Qorçu
Oxşar xəbərlər
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:21, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir - YENİLƏNİB
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”-bəstəkarın qızı onları məhkəməyə verir+FOTO+ÖZƏL
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
GÜNLÜK
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 11:55
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
25 Apr 2024 | 11:53
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 14:29
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
25 Apr 2024 | 11:55
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
25 Apr 2024 | 11:53
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”